|
Səhifələr : # « 18 19 20 21 22 23 24 25 26 » #
BMT Azərbaycan hökumətinə minətdarlıq edib
|
Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycan hökümətinə Haitidə baş vermiş zəlzələ ilə əlaqədar Haiti Təcili Yardım Fonduna ayırdığı 500 000 min ABŞ dolları məbləğində maliyyə və böyük həə humanitar ehtiyaclara kömək etdiyinə görə öz minnətdarlığını bildirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya XİN-nin mətbuat xidmətindən veriblər.
Qeyd edək ki, Haiti Təcili Yardım Fondu - hər hansı bir qarşısı alınmaz fövqəladə hadisələr zamanı ölkədə fəaliyyət göstərən təşkilatlar və agentliklərə çevik şəkildə maliyyə yardımı göstərən birləşmiş fonddur. Baş vermiş zəlzələ ilə əlaqədar Fonda 82 milyon ABŞ dolları həcmində maliyyə yardımı edilib və həmin məbləğin 65 mln. ABŞ dolları insan həyatının xilas edilməsi əməliyyatlarında istifadə edilib.
|
02.09.10 Məqaləni oxumaq
|
|
|
K.Tahirov: “Milli Kitabxanaya gələn oxucuların sayı kifayət qədərdir”
|
M.F.Axundov adına Milli Kitabxananın direktoru, əməkdar mədəniyyət işçisi, tarix elmləri namizədi Kərim Tahirov KƏLAMİNFO-ya müsahibə verib.
- Kərim müəllim, bu gün Milli Kitabxanada oxucu problemi varmı?
- Milli Kitabxanada oxucu davamiyyəti var. Kitabxanamıza maraq böyükdür. Milli Kitabxanada oxucu problemi yoxdur. Amma bu o demək deyil ki, ümumiyyətlə oxucu problemi yoxdur. Milli Kitabxanaya həm tədqiqatçılar, alimlər, mütəxəssislər, həm də tələbələr gəlir. Bu baxımdan bizim oxucu problemimiz yoxdur. Amma onu da demək olmaz ki, Azərbaycanda oxucu problemi yoxdur. Azərbaycanda oxucu problemi onunla əlaqədardır ki, ölkə kitabxanalarının oxuculara verməyə yeni informasiya mənbələri, yeni kitabları azdır. Amma yeni materiallarla təmin olunduğuna görə, deyə bilərəm ki, Milli Kitabxanaya gələn oxucuların sayı kifayət qədərdir. Kitabxanalarımızda yeni materiallar nə qədər çox olarsa, bir o qədər də artıq oxucu müraciəti olar.
- Bəs, kitab oxumağa ictimaiyyətin marağı hansı səviyyədədir?
- Ümumi ab-havadan deyirlər ki, guya kitab oxumağa maraq azalıb. Mən belə deməzdim. Mən deyərdim ki, son beş-altı ildə bu sahədə çox böyük canlanma var. Hesab edirəm ki, yetmişinci-səksəninci illərin əvvəllərində olduğu kimi, Azərbaycanda kitaba maraq xeyli artacaq. Mən bunu, tam əminliklə söyləyirəm.
|
01.09.10 Məqaləni oxumaq
|
|
|
MSK regionlarda ixtisaslaşdirilmiş kurslara start verib
|
Mərkəzi Seçki Komissiyası (MSK) bu gündən sentyabrın 3-dək prezident İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar olaraq regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayıb. MSK-nın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, kurslar dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün nəzərdə tutulub.
Üç gün davam edəcək kurslarda MSK-nın üzvləri, məsul işçiləri, müvafiq şəhər, rayon icra hakimiyyətlərinin səlahiyyətli şəxsləri, rayon prokurorları, məhkəmə sədrləri və polis idarələrinin rəisləri mühazirələr oxuyacaq, DSK sədrləri seminarlar keçirəcəklər.
|
01.09.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 18 19 20 21 22 23 24 25 26 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|