Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 9.2010
    Səhifələr : # « 7 8 9 10 11 12 13 14 15 » #
    İcra strukturlarının KİV-lə əməkdaşlığı hansı səviyyədədir?
    Azərbaycanda icra strukturlarının KİV və ictimaiyyətlə əməkdaşlığı sahəsində problemlərin olmasının başlıca səbəblərindən biri, ölkədə bu sahənin ənənə halını almamasıdır. Bu fikirləri Beynəlxalq Mətbuat Klubunun keçirdiyi sorğuya cavabında Beynəlaxlq Avrasiya Mətbuat Mərkəzinin (BAMM) sədri Umud Rəhimoğlu bildirib. Məlumatı KƏLAMİNFO-ya BMK-dan veriblər. Onun sözlərinə görə, Sovetlər dönəmində bu sahə işlək olmadığı üçün, indiyə qədər ənənə halını almayıb. “Müstəqillik qazandıqdan sonra, xüsusilə də son dövrlər bu sahədə əvvəlki illərdən fərqli olaraq uğurlar nəzərə çarpmaqdadır. Artıq bir sıra dövlət qurumları mətbuatla ünsiyyətə kifayət qədər çevik və operativ yanaşırlar.
    15.09.10 Məqaləni oxumaq
     
    MDB-nin Baş prokurorları Moskvada bir araya gələcəklər
    Sabah Moskvada MDB-yə üzv ölkələrin Baş prokurorlarının Koordinasiya Şurasının (KŞ) iclası keçiriləcək. KƏLAMİNFO MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Rusiyanın Baş prokuroru Yuriy Çaykanın sədrliyi ilə keçiriləcək iclasda Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Ukraynanın Baş prokurorları və onların müavinləri iştirak edəcəklər. İclasda terrorizm və ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi, insan alveri və qanunsuz miqrasiya ilə mübarizə məsələləri müzakirə ediləcək. Bundan əlavə, KŞ-nin sədri və icraiyyə katibi seçiləcəklər.
    15.09.10 Məqaləni oxumaq
     
    YAP namizədlərin siyahısını yaxın günlərdə açıqlayacaq
    Yaxın günlərdə Yeni Azərbaycan Partiyası (YAP) seçkilərdə iştirakı ilə bağlı qərarını və namizədlərin sayını elan edəcək. YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev KƏLAMİNFO-ya bildirib ki, Yeni Azərbaycan Partiyası parlament seçkilərinə hazırlıq prosesinə cari ilin fevral ayından başlayıb. “Partiyanın bütün strukturları parlament seçkiləri ilə əlaqədar təlimatlandırılıb. Partiyanın rayon təşkilatlarında bu barədə bir neçə seminarlar keçirilib və artıq seçki qərargahları fəaliyyətə başlayıb. Seçkilərə hazırlıqla əlaqədar partiya daxili müxtəlif sosioloji sorğular da keçirilib və YAP hər bir dairə üzrə öz namizədini irəli sürəcək”,-deyə H.Paşayev əlavə edib. Hüseyn Paşayev həmçinin bildirib ki, YAP MSK-ya namizədlərin siyahısı haqqında heç bir sənəd təqdim etməyib.
    15.09.10 Məqaləni oxumaq
     
    “Ordunu və Qarabağı Azərbaycana bax belə verirlər”
    Ermənistan ordusunda baş verən məlum “dedovşina” faktı ilə bağlı müxalifətin lideri, sabiq prezident Levon Ter-Petrosyan xüsusi bəyanat yayıb. Bəyanatda belə faktlarla erməni ordusunun məhv olduğu və Qarabağın əldən gedəcəyi bildirilir. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bəyanatın sonunda Ermənistan prezidenti Serj Sarkisyana ittihamlar da ünvanlanıb. Məlum videoçəkilişdə erməni zabitinin 2 əsgəri necə döydüyü, təhqir etdiyi açıq-aşkar görünür. L.T.Petrosyan hesab edir ki, son görüntülər Ermənistan ordusundakı vəziyyəti açıq-aydın nümayiş etdirir. “Qurşağadək lüt olan, vəhşiyə oxşar yekə qarınlı zabit 2 əsgəri növbə ilə özünə tərəf çağırır, növbə ilə onları vurur, qulaqlarını dartır və sair. Hətta faşizmin vəhşiliyi, filmlərdə nümayiş olunan ən şişirdilmiş epizodlar da bununla müqayisə oluna bilməz. Bunları görərkən dərhal ordudakı, xüsusilə son zamanlar baş verən qanlı insidentlərin səbəbini anlayırsan. Belə təhqirlərə məruz qalan istənilən insan, xüsusilə 18-19 yaşlı gənc intihar edə, həmçinin qarşısındakını öldürə və düşmən tərəfə keçə bilər.
    15.09.10 Məqaləni oxumaq
     
    AMEA Təhsil Nazirliyinin təklifini gözləyir
    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elm və təhsil müəssisələrində doktoranturaların yaradılması ilə bağlı Təhsil Nazirliyinin verəcəyi təklifləri gözləyir. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə AMEA prezidenti, akademik Mahmud Kərimov söyləyib. M.Kərimov qeyd edib ki, Təhsil Nazirliyinin təkliflərini AMEA-ya yaxın günlərdə təqdim edəcəyi gözlənilir. “Doktorantura ilə bağlı biz bütün təşkilatların təkliflərinin araşdırılmasını yekunlaşdırmışıq. Hansı elmi və ya ali təhsil müəssisəsində doktoranturanın iki və ya bir pilləsinin, eləcə də hansı ixtisaslar üzrə olması təklifləri artıq hazırlanıb. Bununla bağlı yalnız Təhsil Nazirliyinin təkliflərini gözləyirik. Onlar da söz veriblər ki, təklifləri bu günlərdə təqdim edəcəklər”,-deyən M.Kərimov alimlərin attestasiyasının keçirilməsi məsələsinə də münasibət bildirib və qeyd edib ki, hələlik bununla bağlı heç bir iş görülmür.
    15.09.10 Məqaləni oxumaq
     
    Sumqayıtda Ü.Hacıbəyovun abidəsinin açılışı olacaq
    Sumqayıt şəhəri Üzeyr Hacıbəyov küçəsində inşa edilən dahi bəstəkarın abidə kompleksinin qurraşdırılması işi başa çatıb. Sentyabrın 15-də abidənin açılışı olacaq. Sumqayıt şəhər İcra Hakimiyyətindən KƏLAMİNFO-ya verilən məlumata görə, abidə kompleksinin inşa edildiyi xiyabanın eni – 23 metr, ərazinin uzunluğu–61 metr təşkil edir. 1340 kv/metrlik abadlaşdırılan sahənin təxminən 740 kv/metr hissəsində tamet döşəmə salınıb, yaşıllaşdırılan sahələrdə, əsasən, çəmən, dekorativ ağac və kollar əkilib, oturacaqlar, müasir işıqlandırma sistemi quraşdırılıb. Xatırladaq ki, Sumqayıt şəhərinin baş rəssamı Vaqif Nəzirovun müəllifi olduğu Ü.Hacıbəyovun abidəsinin ümumi hündürlüyü 12 m, postamentin oturacaq ölçüsü 7,5 x 7,5 m-dir. Postament royal formasında olub, qara qranitlə üzlənib, yüksələn hissəsi orqan borularının simvolik təsviri kimi verilib, üzərində 5 m yüksəklikdə yerləşən bürüncdən hazırlanan barelyefin fonu isə ağ mərmərdən üzük qaşı formasında işlənilib. Əks tərəfdən isə eyni fon üzərində milli musiqi alətlərimizin, tar, kaman və qavalın tökmə bürüncdən təsviri yerləşib.
    15.09.10 Məqaləni oxumaq
     
    “Tapılan nümunələr Azərbaycan tarixinin qara səhifələrini açıb”
    Son illər dövlət tərəfindən göstərilən dəstək nəticəsində Azərbaycanda aparılan arxeoloji qazıntılarla bağlı işlər sürətlənib. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova söyləyib. O qeyd edib ki, 2008-ci ildən bu vaxta qədər 40-a yaxın ekspedisiya təşkil edilib və onların apardıqları arxeoloji qazıntılar nəticəsində minlərlə maddi mədəniyyət nümunələri tapılıb. Onun sözlərinə görə, tapılan nümunələr Azərbaycan tarixinin qara səhifələrini açıb. M.Rəhimova əlavə edib ki, arxeoloji qazıntılarda ABŞ, Almaniya, Fransa və digər ölkələrin tədqiqatçı alimləri də iştirak edib.
    14.09.10 Məqaləni oxumaq
     
    “Respublika əhəmiyyətli böyük fondun yaradılmasına eһtiayac var”
    Arxeloji qazıntılar nəticəsində tapılan maddi mədəniyyət nümunələrinin saxlanılmasında müəyyən problemlər var. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı AMEA-nın prezidenti, akademik Mahmud Kərimov söyləyib. M.Kərimov bildirib ki, arxeoloji tapıntıları saxlamaq üçün xüsusi fondlar olmalı və bu fondlar müəyyən avadanlıqlarla təchiz olunmalıdır. Arxeoloji tapıntıların saxlanılması üçün bir neçə xırda fondların mövcudluğunu xatırladan M.Kərimov respublika əhəmiyyətli böyük fondun yaradılmasının vacib olduğunu önə çəkib.
    14.09.10 Məqaləni oxumaq
     
    ADU-nun tələbələri mükafatlandırılacaq
    Azərbaycan Dillər Universitetinə (ADU) yüksək balla daxil olan 14 tələbə mükafatlandırılacaq. ADU-nun mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, sentyabrın 15-də universitetin rektoru, millət vəkili, professor Səməd Seyidov I kurs tələbələri ilə görüşəcək. Tədbir universitet həyatını özündə əks etdirən fotoşəkillərdən ibarət slaydın nümayişi ilə yekunlaşacaq.
    14.09.10 Məqaləni oxumaq
     
    REA və AMEA-nın Coğrafiya İnstitutları əməkdaşlıq edəcəklər
    Bu gün Vladiqafkaz şəhərində, Şimali-Qafqaz Dağ-Metallurgiya İnstitutunda “Qlobal dəyişikliklər şəraitində dağ ərazilərinin davamlı inkişafı” VII Beynəlxalq konfrans öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, tədbir YUNESKO-nun dəstəyi ilə keçirilir. Tədbirdə təşkilat komitəsinə daxil olmuş Rusiya, Azərbaycan, Qırğızıstan, Ermənistan və Abxaziyanın Elmlər Akademiyalarının alimləri iştirak edir. Konfransın toplusuna müxtəlif ölkələrin alimləri və mütəxəssislərinin 400-dən çox elmi məruzələri və məqalələri daxil olub.
    14.09.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 7 8 9 10 11 12 13 14 15 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Sen.2010
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
      12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930