Heydər Əliyev haqqında kitab türk dilində çap olunacaq
|
Cari ilin sonuna kimi “Türk dünyasını tanıyaq və tanıdaq” layihəsi çərçivəsində Azərbaycan xalqının və bütün türk dünyasının böyük oğlu Heydər Əliyev haqqında kitabın Türkiyə türkcəsində Türkiyənin müxtəlif bölgələrində və Kıprısda təqdimatı keçiriləcək. KƏLAMİNFO-ya bu haqda məlumatı kitabın müəllifi Qənirə Paşayeva bildirib. Q.Paşayeva həmçinin qeyd edib ki, gələn ilin əvvəlində isə layihə daxilində Türk dünyasının digər bir lideri Atatürk haqqında yazdığı və çap olunmuş məqalələri kitab halında işıq üzü görəcək.
|
29.09.10 Məqaləni oxumaq
|
|
|
Səfər Əbiyev BQXK-nin əməliyyat rəhbəri ilə görüşüb
|
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatların rəhbəri, xanım Paskal Mej Vaqneri qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər.
S.Əbiyev BQXK ilə əlaqələrin genişləndirilməsini diqqətə çəkərək bildirib ki, bu beynəlxalq qurumun indiki zamanda fəaliyyətini daha da gücləndirməsinə və öz missiyasına uyğun olaraq müharibə qurbanlarının vəziyyəti ilə daha yaxından məşğul olmasına böyük ehtiyac yaranıb.
Görüş zamanı S.Əbiyevlə xanım Paskal Mej Vaqner arasında əsirlərin qaytarılması məsələsi də müzakirə olunub.
S.Əbiyev iki Azərbaycan hərbçisinin meyitinin geri alınması üzərində xüsusilə dayanıb.
|
28.09.10 Məqaləni oxumaq
|
|
|
“Azərbaycan rəngkarlığı kraliçası” sənədli filminin təqdimatı olacaq
|
Sabah Beynəlxalq Muğam Mərkəzində rejissor Nicat Feyzullayevin “Azərbaycan rəngkarlığının kraliçası” sənədli filminin təqdimatı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər.
“YaddaşвЂќ studiyasında çəkilmiş film ötən əsrin ortalarında yaşayıb yaratmış görkəmli Azərbaycan rəssamı Vəcihə Səmədovaya həsr olunub.
Filmin ssenari müəllifi Aqşin Mir-Feyzullazadə, operator Nizami Abbasdır.
|
28.09.10 Məqaləni oxumaq
|
|
|
Prezident İlham Əliyev Özbəkistana rəsmi səfərə yola düşüb
|
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Özbəkistana rəsmi səfərə yola düşüb. KƏLAMİNFO xəbər verir ki, səfər Özbəkistan prezidenti İslam Kərimovun dəvəti ilə baş tutub.
Səfər zamanı Azərbaycan-Özbəkistan əməkdaşlığının genişləndirilməsi və dərinləşdirilməsi məsələləri, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq mahiyyətli aktual problemlər müzakirə olunacaq.
Danışıqların yekunu üzrə iki dövlətin müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsinə yönəlmiş ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.
Prezident İlham Əliyev səfər çərçivəsində həmçinin Daşkənddə inşa edilən Azərbaycan Mədəniyyəti Mərkəzinin açılış mərasimində iştirak edəcək.
Xatırladaq ki, dövlət başçısı İlham Əliyev sonuncu dəfə Özbəkistana 2004-cü ilin mart ayında səfər edib.
|
28.09.10 Məqaləni oxumaq
|
|
|
İran-Ermənistan neft kəməri istismara verilir
|
Cari ilin payızında İran-Ermənistan qaz kəməri istismara veriləcək. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bundan dərhal sonra İran-Ermənistan neft kəmərinin inşasına başlanılacaq.
Kəmərin tikintisinin təxminən 2 ilə başa çatdırılması nəzərdə tutulub. Layihənin 160-180 mln. dollara başa gələcəyi bildirilir. Onun 50%-ni İran, 50%-ni isə Ermənistan ödəyəcək. Ermənistan bu boru xətti vasitəsilə ucuz qiymətə neft məhsulları almağa ümid edir.
|
28.09.10 Məqaləni oxumaq
|
|
|
MSK-da kimlər qeydə alınıb?
|
Parlament seçkiləri yaxınlaşdıqca namizədlər də öhdəliklərinə düşən işləri tezləşdirib seçki kompaniyasına başlamaq istəyirlər. KƏLAMİNFO “Seçkilər” İnformasiya Mərkəzindən bu günə qədər qeydiyyatdan keçən namizədlərin siyahısını araşdırıb. Məlum olub ki, 23 namizədin imza vərəqəsi qeydə alınıb. Qeydə alınmış namizədlər arasında bitərəf olanlar çoxluq təşkil etsələr də, hazırda millət vəkili olan bir çox tanınmış simaların adına da rast gəlmək mümkündür. YAP-dan 14 saylı Binəqədi birinci seçki dairəsindən Mehriban Əliyeva, 8 saylı Binəqədi birinci seçki daisrəsindən Oktay Əsədov, 19 saylı Nərimanov birinci seçki dairəsindən Əli Əhmədov, 99 saylı Şəmkir kənd seçki dairəsidən Məlahət İbrahimqızı, 113 saylı Şəmkir şəhər seçki dairsəindən Yaqub Mahmudov və başqa namizədlər qeydə alınıb.
35 saylı Xətai üçüncü seçki dairəsindən Ümid partiyasının sədri, “Qarabağ” blokundan İqbal Ağazadə, 37 saylı Nizami birinci (Gəncə) seçki darəsindən Tərəqqi partiyasının sədri Çingiz Sadiq, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən “İslahat” blokundan İlyas İsmayılov da qeydə alınmış namizədlər siyahısındadır.
|
28.09.10 Məqaləni oxumaq
|
|
|
YUNESKO beynəlxalq müsabiqə elan edib
|
YUNESKO təhsildə informasiya və kommunikasiya texnologiyalarının istifadəsinə dair Kral Hamad Bin İsa Əl-Xəlifə mükafatı üçün beynəlxalq müsabiqə keçirir. Müsabiqə Azərbaycana da şamildir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat xidmətindən veriblər.
Təlim, tədris və ümumi elmi fəaliyyətin keyfiyyətini yüksəltmək üçün İKT-nin tətbiq edilməsini nəzərdə tutan ən yaxşı layihələrə şamil ediləcək mükafat 12 yanvar 2011-ci il tarixində Parisdə, YUNESKO-nun Baş Qərargahında təqdim olunacaq. Mükafat diplom və 2 qalib arasında bölünəcək 50 min ABŞ dolları məbləğində pul vəsaitindən ibarətdir. Qaliblər 5 müxtəlif milliyyətdən olan müstəqil üzvlərdən təşkil olunmuş beynəlxalq münsiflər heyətinin tövsiyələri əsasında YUNESKO-nun baş direktoru tərəfindən seçiləcək. Azərbaycandan müsabiqədə iştirak etmək üçün RİTN-ə müraciət etmək lazımdır.
|
27.09.10 Məqaləni oxumaq
|
|
|
Rusiya prezidenti Çində Dağlıq Qarabağdan danışıb
|
Çində səfərdə olan Rusiya prezidenti Dmitri Medvedev ÇXR-nın sədri Hu Szintaoya ilə görüşündə Cənubi Qafqazı müzakirə edib. KƏLAMİNFO xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinə də toxunulub.
Müzakirələrdə regionda münqaişələrin tənzimlənməsi və yeni kommunikasiya xəttlərinin istifadəyə verilməsinə diqqət çəkilib. İki ölkə arasında regionun strateji əhəmiyyət daşıdığını vurğulayan liderlər Cənubi Qafqazın iqtisadi əhəmiyyət daşıdığını vurğulayıblar. D.Medvedevi səfər zamanı hökumət nümayəndələri və iş adamları müşayiət edirlər. Səfərin sonunda tərəflər arasında bir sıra razılaşmaların imzalanacağı gözlənilir.
Səfər sentyabrın 28-dək davam edəcək.
|
27.09.10 Məqaləni oxumaq
|
|
|
GVB elmi-praktik konfrans keçirib
|
Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Məktəblərdə fiziki hazırlıq üzrə tədrisin keyfiyyətinin yüksəldilməsi üzrə yeni təşəbbüslər” adlı layihə əsasında DİN-nin İdman Cəmiyyətində “Yeniyetmə və gənclər arasında idmanın əhəmiyyəti, zərərli vərdişləri, ziyanlı cəhətləri” mövzusunda elmi-praktik konfrans keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya GVB-dən veriblər.
|
27.09.10 Məqaləni oxumaq
|
|
|
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair konfrans keçirilib
|
Bu gün Baş Prokurorluğun Elm-Tədris Mərkəzində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin aktual problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Baş Prokurorluqdan veriblər.
Konfransda çıxış edən Baş prokurorunun birinci müavini Rüstəm Usubov ölkədə narkomanlığın ümumi vəziyyəti, profilaktikası və onunla mübarizə sahəsində görülən tədbirlərə toxunub, prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyi üçün zəruri şəraitin yaradıldığını vurğulayıb.
|
27.09.10 Məqaləni oxumaq
|
|
|
|