Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 9.2010
    Səhifələr : # « 8 9 10 11 12 13 14 15 16 » #
    Səhiyyə Nazirliyi sünnət mərasimi keçirib
    Bu gün Səhiyyə Nazirliyi M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müqəddəs Ramazan bayramı münasibəti ilə sünnət mərasimi keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin mətbuat xidmətindən veriblər. Əsasən qaçqın və imkansız ailələrin övladlarından ibarət 100 uşaq xəstəxananın peşəkar mütəxəssisləri tərəfindən sünnət olunublar. Uzun illərdir ənənəvi xarakter daşıyan xeyriyyə aksiyasından sonra uşaqlara hədiyyələr də bağışlanıb.
    14.09.10 Məqaləni oxumaq
     
    Azər Həsrət DSK-dan imza vərəqələrini alıb
    Parlament seçkilərinə 34 saylı Xətai II seçki dairəsindən namizədliyi irəli sürülmüş Azər Həsrət Dairə Seçki Komissiyasından imza vərəqlərini alıb. A.Həsrətin seçki qərargahından KƏLAMİNFO-ya verilən məlumata görə, artıq A.Həsrətin Beynəlxalq Bankın Nizami Filialında hesabı da açılıb. Seçki qərargahından bildiriblər ki, imza toplama kampaniyasına bu gündən başlamağı nəzərdə tutan A.Həsrətin komandası ən qısa zamanda bu prosesi başa vuraraq sənədləri DSK-ya təqdim etməyi planlaşdırır. 450 keçərli imza tələb olunduğu halda 500 imza toplamağı nəzərdə tutan qərargah üzvləri dairənin hər tərəfini əhatə etməyə çalışacaq.
    14.09.10 Məqaləni oxumaq
     
    Kim necə səs verə bilər?
    Parlament seçkiləri yaxınlaşdıqca seçicilər səsvermək üçün hansı sənədlər lazımdır sualına cavab axtarırlar. Mərkəzi Seçki Komissiyasından (MSK) KƏLAMİNFO-ya bildiriblər ki, 18 yaşı tamam olmuş hər bir Azərbaycan vətəndaşı seçkidə iştirak edə bilər. Səsvermə günü ölkə vətəndaşları şəxsiyyət vəsiqəsi və ya müvəqqəti şəxsiyyət vəsiqəsindən istifadə edə bilərlər. Qaçqın və məcburi köçkünlərin şəxsiyyətlərini təsdiq edən sənəd yoxdursa, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müəyyənləşdirilmiş formalı vəsiqə, həqiqi və ya müddətli hərbi xidmətdə olan hərbi qulluqçular zabitin şəxsi vəsiqəsi və hərbi biletdən istifadə edə bilərlər. Məhbuslar isə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən verilmiş təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənəd, azadlıqdan məhrumetmə yerlərində və xüsusi müəssisələrdə cəza çəkən məhkumlar sözügedən qurum tərəfindən verilmiş məhkumun şəxsiyyətini təsdiq edən sənədlə səsvermə prosesində iştirak edə bilərlər.
    14.09.10 Məqaləni oxumaq
     
    Azərbaycan-Qazaxıstan arasında Ekspert Şurası yaradılacaq
    Bu gün Bakıda, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində ölkəmizdə səfərdə olan Qazaxıstanın Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Bulat Sultanov səfərinin yekunu ilə bağlı mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, B.Sultanov əsasən Azərbaycan-Qazaxıstan arasında olan ikitərəfli əməkdaşlığın inkişafından danışıb.
    14.09.10 Məqaləni oxumaq
     
    ABŞ rəsmisi ATƏT Minsk Qrupu qarşısında şərt qoydu
    ABŞ ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ probleminin nizamlanması prosesində fəaliyyətini aktivləşdirməsinə ümid edir. Əks halda bu Qrupun faəliyyəti barədə Vaşinqton hesabat tələb edəcək. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bunları ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Tina Kaydanov bazar ertəsi Ermənistan Prezidenti Serj Sarkisyanla görüşdə bildirib. S.Sarkisyan ABŞ nümayəndəsinə ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərinin davam etdirilməsininin vacibliyini iddia edib. Ermənistan prezidenti bu formatda aparılan danışıqların lazımi nəticə verəcəyinə ümid etdiyinə bildirsə də T.Kaydanov hazırkı fəaliyyətin yararsız olduğunu vurğulayıb.
    14.09.10 Məqaləni oxumaq
     
    Ən peşəkar rabitəçi yarış-müsabiqə keçirilir
    Rabitəçilər arasında “ən peşəkar” adı uğrunda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi üzrə yarış-müsabiqə keçirilir. RİTN-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, müsabiqənin məqsədi ən peşəkar əməkdaşların müəyyən olunması, onların həvəsləndirilməsi, eləcə də gənclər arasında rabitəçi peşəsinə marağın artırılmasıdır. İki hissədən (nəzəri və praktiki) ibarət müsabiqədə paytaxtın 6 rabitə qovşağı və Kabel qovşağının mütəxəssisləri iştirak edir. Qaliblər BTRİB-də yaradılan Müsabiqə Komissiyası tərəfindən müəyyən edilir. Qeyd edək ki, bu gün elan olunacaq qaliblər ümumrespublika yarışında iştirak edəcəklər.
    14.09.10 Məqaləni oxumaq
     
    Ağsu arxeoloji tədqiqatlarına həsr olunan konfrans keçirildi
    Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Ağsu şəhərində arxeoloji tədqiqatlar və Azərbaycanda son orta əsr şəhər problemi” mövzusunda elmi-nəzəri respublika konfransı keçirildi. KƏLAMİNFO xəbər verir ki, AMEA Milli Azərbaycan Tarixi Muzeyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Ağsu arxeoloji ekspedisiyası və “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən konfransdan öncə “Ağsu möcüzəsi” sərgisinin açılışı və “Ağsu şəhəri orta əsrlərdə” kitab-albomunun II buraxılışının təqdimatı oldu. Konfransda çıxış edən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı bildirdi ki, cari ilin mart ayında Ağsu şəhərində arxeoloji qazıntılar aparılıb və qısa müddətdə ciddi elmi nəticələr əldə edilib.
    14.09.10 Məqaləni oxumaq
     
    B.Obama R.T.Ərdoğana zəng edib
    ABŞ prezidenti Barak Obama gözlənilmədən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana zəng vurub. KƏLAMİNFO “İnternethaber”ə istiinadən xəbər verir ki, bu, ABŞ və Türkiyə yığmasının dünya basketbol çempionatı final mərhələsindəki qarşılaşması vaxtı baş verib. B.Obama R.T.Ərdoğana qarşılaşma müddətində özlərini mükəmməl ev sahibi kimi apardığı üçün təşəkkürünü bildirib. Bundan başqa B.Obama ABŞ yığmasına dəstək verdiyin etiraf etsə də hər iki komandanın çox gözəl oynadığını bildirib. Referendum barədə danışan B.Obama Türkiyədə bu istiqamətdə inkişaf olduğunu bildirib. Qeyd edək ki, Türkiyədə keçirilən basketbol üzrə dünya çempionatının final oyunununda ABŞ millisi ev sahiblərini 84:61 hesabı ilə məğlub edərək Dünya çempionu adını qazanıb.
    14.09.10 Məqaləni oxumaq
     
    Vitse-prezident Arif Həşimov İrana gedəcək
    AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov 30 nəfər nümayəndə heyəti ilə İrana səfər edəcək. AMEA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, səfərin məqsədi 14-16 sentyabr tarixlərində İranın Təbriz şəhərində Serac Universiteti tərəfindən keçiriləcək “Energetikanın texniki və fiziki problemləri” adlı beynəlxalq konfransda iştirak etməkdir. Rumıniya, İspaniya, Türkiyə, İran və Azərbaycan alimlərinin iştirak edəcəyi tədbirdə bazar iqtisadiyyatı şəraitində enerji sistemlərinin problemlərinə aid məsələlər müzakirə olunacaq. Konfransda əsasən nativ və bərpa olunan enerji sistemlərinin araşdırılması, enerji sistemlərinin ekoloji problemlərinin təhlili, enerji sistemlərinin iqtisadi səmərəliliyinin təmini və ümumiyyətlə enerji sistemlərinin dayanıqlı istismarının təşkili məsələlərinə aid məruzələr dinləniləcək.
    14.09.10 Məqaləni oxumaq
     
    Azər Həsrət seçki qərargahının üzvlərini elan etdi
    Parlament seçkilərində namizədliyi 34 saylı Xətai II seçki dairəsindən irəli sürülmüş Azər Həsrətin seçki qərargahı əsas və əlavə heyətinin tam tərkibi müəyyən edilib. A. Həsrətin KƏLAMİNFO-ya verdiyi məlumata görə, seçki dairəsində 33 seçki məntəqəsinin olduğunu nəzərə alaraq 33 əsas və 7 əlavə üzvdən ibarət seçki qərargahının tərkibi artıq fəaliyyətə başlayıb. Qərargahın ilkin məqsədi imza toplama kampaniyasını ən qısa zamanda həyata keçirmək, ardından da digər texniki məsələlərin həllini təmin etməkdir. Sonrakı mərhələdə qərargah üzvləri səlahiyyətli nümayəndə, vəkillər və müşahidəçiləri müəyyən edəcək. Təşviqat kampaniyası dövründə isə qərargahın bütün üzvləri səfərbər edilərək ən uyğun seçki kampaniyasını həyata keçirəcək. Qeyd edək ki, Azərbaycan Jurnalistlər Birliyinin baş katibi, Ramiz Əskər seçki qərargahının rəhbəri təyin edilib. Təbliğat üçün tədbiq ediləcək plan haqqında yalnız oktyabrın 15-dən sonra məlumat veriləcək.
    14.09.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 8 9 10 11 12 13 14 15 16 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Sen.2010
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
      12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930