Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 9.2010
    Səhifələr : #  9 10 11 12 13 14 15 16 17  #
    Prezident M.Saakaşvili Azərbaycana rəsmi səfərə gəlir
    Bu gün Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycana rəsmi səfər edəcək. KƏLAMİNFO Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu gün onun azərbaycanlı həmkarı İlham Əliyevlə görüşü nəzərdə tutulur. Gürcüstan Prezidenti Administrasiyasının mətbuat xidmətinin məlumatına görə, sabah M.Saakaşvili Bakıda baş tutacaq enerji sammitində iştirak edəcək. Bu gün həmçinin Gürcüstan, Azərbaycan və Rumıniyanın energetika nazirlərinin görüşü keçiriləcək. Tərəflər Azərbaycan-Gürcüstan-Rumıniya birgə enerji layihəsini (AGRI) müzakirə edəcəklər.
    14.09.10 Məqaləni oxumaq
     
    “Elazığ çələngi” kitabının təqdimatı olacaq
    Sentyabrın 15-də Milli Kitabxanada çağdaş Elazığ (Türkiyə) şairlərinin şeirlərindən ibarət “Elazığ çələngi” adlı kitabın təqdimat mərasimi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Kitabxanadan veriblər. Tədbirdə tanınmış elazığlı şairlərdən Şener Bulud, Tarik Özcan, Şükrü Kacar, Hadi Önal, Midhət Yılmaz, Günerken Aydoğmuş və başqalarının iştirakı gözlənilir.
    14.09.10 Məqaləni oxumaq
     
    “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi” mövzusunda konfrans keçiriləcək
    Noyabrın 8-də Bakıda “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov məlumat verib. A.Qəribov bildirib ki, üç gün davam edəcək beynəlxalq konfransda 100-ə yaxın məruzə dinləniləcək. Onun sözlərinə görə, ənənəvi olaraq hər il İnstitut tərəfindən təşkil olunan konfransda işgüzar müzakirələr aparılacaq. A.Qəribov konfransa dünyanın ayrı-ayrı ölkələrində çalışan azərbaycanlı alim və mütəxəssislərin də dəvət olunacaqlarını söyləyib. Beynəlxalq tədbirdə Türkiyə, Rusiya, Avstriya və digər ölkələrin alimləri iştirak edəcəklər.
    13.09.10 Məqaləni oxumaq
     
    “Qarabağ” bloku 100 dairədən namizəd irəli sürüb
    “Qarabağ” bloku 100 dairədə namizəd irəli sürüb. Ümid Partiyası Ali Məclisinin sədri Ənvər Ağazadənin KƏLAMİNFO-ya verdiyi məlumata görə, partiyanın Ali Məclisi iki dəfə toplantı keçirib və sonda partiyanın namizədləri təsdiq olunub. Seçki Məcəlləsinin tələblərinə görə, “Qarabağ” blokunda yer alan digər müttəfiq partiyalar da namizədlərini təsdiq etməlidir. “Qarabağ” blokunun digər nümayəndəsi, ADP-nin sədri Sərdar Cəlaloğlu isə bildirib ki, blok həm MSK-ya, həm də ayrı-ayrı dairələrə lazım olan sənədləri hazırlayıb. “Biz həmin namizədlərə təqdim edəcəyik ki, dairələrə versinlər. Bundan sonra isə imza toplama kampaniyasına start veriləcək”,-deyə S.Cəlaloğlu əlavə edib.
    13.09.10 Məqaləni oxumaq
     
    BAMM sədri: “Seçkiqabağı informasiya mübadiləsi güclüdür”
    Əvvəlki illərdən fərqli olaraq hazırda Azərbaycanda mətbuatın seçkiqabağı informasiya mübadiləsi xeyli dərəcədə güclüdür. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Beynəlxalq Avrasiya Mətbuat Mərkəzinin (BAMM) sədri Umud Rəhimoğlu bildirib. O, qeyd edib ki, seçki qabağı müxtəlif qəzetlərdə şərhlərin verilməsi, debatların təşkili və bütün bunların əvvəlki illərdən daha aktiv olması buna sübutdur. “Bununla yanaşı, mətbuatda jurnalist etikasına uyğun gəlməyən qeyri-obyektiv hallarda da rast gəlinir. Mən burada daha çox bir məqamı göstəmək istəyirəm.
    13.09.10 Məqaləni oxumaq
     
    Qarabağ İctimai Forumunun toplantısı keçirilib
    Qarabağ İctimai Forumunun (QİF) rəhbəri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlunun rəhbərliyi ilə qurumun növbəti toplantısı keçirilib. BAMF-dən KƏLAMİNFO-ya verilən məlumata görə, toplantıda Qarabağ problemi ilə bağlı təbliğat işlərinin təkmil forma və metodlarının müəyyən edilməsində vətəndaş cəmiyyətinin rəyini öyrənmək üçün aparılan sorğunun ilkin nəticələri təhlil olunub. Yekunlaşmaq üzrə olan sorğu ölkəmizdə fəaliyyət göstərən QHT-lər, vətəndaş cəmiyyəti institutları, müstəqil ekspertlər və ayrı-ayrı vətəndaşlar arasında aparılıb.
    13.09.10 Məqaləni oxumaq
     
    Ölkənin 8 bələdiyyəsində layihə həyata keçiriləcək
    “Yerli İdarəetməyə Yardım” İctimai Birliyi, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) ilə “Cənubi Qafqazda Yerli Özünü İdarəetməyə Dəstək” proqramı çərçivəsində imzalanmış qrant müqaviləsi əsasında “Azərbaycanın Qərb bölgəsi və Gürcüstanla sərhəd ərazilərdə bələdiyyələrin xidmət göstərmə imkanları və bələdiyyələr arasında əməkdaşlığın gücləndirilməsi” adlı layihənin icrasına başlayıb. “Yerli İdarəetməyə Yardım” İctimai Birliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, layihənin fəaliyyət müddəti 12 aydır. Layihə Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarından seçiləcək 8 bələdiyyədə həyata keçiriləcək.
    13.09.10 Məqaləni oxumaq
     
    Gürcüstanda yaşayan 20 azərbaycanlı Şimali Kiprdə təhsil alacaq
    Azərbaycanın Diasporla İş üzrə Komitəsinin (DİDK) Şimali Kiprdə fəaliyyət göstərən Yaxın Doğu Universiteti ilə bağladığı müqaviləyə əsasən, həmin təhsil ocağında Gürcüstanda təhsil alan azərbaycanlı gənclər üçün müxtəlif ixtisaslar üzrə yerlər ayrılıb. Bununla əlaqədar Azərbaycanlıların Mədəniyyət Mərkəzində (AMM) DİDK-nin nümayyəndəsi Füzuli Nəcəfovun iştirakı ilə abitüriyentlərin seçimi olub. AMM-dən KƏLAMİNFO-ya verilən məlumata görə, seçim xüsusi komissiya tərəfindən sorğu-sual şəkilində baş tutub. Komissiyanın üzvləri F.Nəcəfov, AMM sədri Fazil Həsənov, təhsil şöbəsinin rəhbəri Mikayıl Mustafayev, gürcü dili müəllimi Xatirə Əmiraslanova abitürientlərə ümumi suallar verərək onların valideyinləri ilə də söhbətlər aparıblar.
    13.09.10 Məqaləni oxumaq
     
    A.Həsrət: “BBQ-nın hesabatlarının necə hazırlandığını gözəl bilirik”
    Son zamanlar ictimaiyyət arasında ən çox müzakirə olunan mövzu Beynəlxalq Böhran Qrupunun (BBQ) Azərbaycanla bağlı açıqlamaları idi. Hakimiyyət bu qərarın qərəzli olduğunu və buna qarşı etiraz bildirərkən, müxalifət isə qərarın ədalətli olduğunu bildirdi. Beynəlxalq insan haqları, jurnalist qurumları sahəsində uzun müddət işləyən Azər Həsrət KƏLAMİNFO-ya bu cür hesabatların necə hazırlandığını çox gözəl bildiyini bildirib.
    13.09.10 Məqaləni oxumaq
     
    “AB-nin Cənubi Qafqazla bağlı siyasətində çatışmazlıqlar var”
    Baş verən son proseslər göstərir ki, Avropa Birliyinin (Aİ) Cənubi Qafqaza marağı azalır. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin polşalı üzvü Tomaş Poreba açıqlama verib. O, qeyd edib ki, AB “Nabukko” layihəsi və Şərqi Tərəfdaşlıq Proqramının inkişaf etdirilməsi istiqamətində öhdəlik və səylərini azaldıb. “Eyni zamanda, Brüssel bilavasitə AB-nin vasitəçiliyi ilə Rusiya ilə Gürcüstan arasında əldə olunmuş anlaşmanın Rusiya tərəfindən yerinə yetirilməsinə can atmır. Bu o deməkdir ki, Brüssel üçün Rusiya ilə iqtisadi maraqlar Birliyin regionda güdməli olduğu strateji məqsədlərdən daha vacibdir. Birliyə üzv olan ölkələrin “Şimal axını” və “Cənub axını” kimi layihələrə cəlb olunması faktı da onların strategiyaya yox, iqtisadi maraqlara əsaslandıqlarına işarədir. Təəssüf ki, AB-nin siyasət təsəvvürlərində çatışmazlıq var. İndiyə qədər Pribaltika ölkələri də daxil olmaqla bir qrup ölkə vardı ki, diqqətlərini Cənubi Qafqaz məsələlərinə yönəldirdilər. Bu yanaşma Polşa prezidenti L,Kaçinskinin ölümündən sonra dəyişib”,-deyə T.Poreba vurğulayıb.
    13.09.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  9 10 11 12 13 14 15 16 17  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2010
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    Sen.2010
    .......
      12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930