Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 9.2010
    Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
    “İcra aparatlarının KİV-i cavablandırmaması aktual problemdir”
    Hansısa bir dövlət aparatının qanunauyğun qaydada ictimaiyyətə və KİV-ə informasiya ötürmə prinsipi tələblər səviyyəsində deyilsə, deməli, o orqanın mətbuat xidməti yerində deyil və bu ictimai faciədir. Bu fikirləri Zərdabi Mətbuat Mərkəzinin (ZMM) sədri Rəhim Hüseynzadə bildirib. Məlumatı KƏLAMİNFO-ya BMK-dan veriblər. O, qeyd edir ki, bu sahədə əvvəllər daha ciddi problemlər yaşansa da, hazırda omların bəziləri öz həllini tapmaqdadır. “Bunu biz şahidi olduğumuz monitorinqlərdə də görürük. Məsələn, elə qurumlar var ki, bir müddət əvvəl orada ictimaiyyətlə əlaqəli şöbə passiv işləyirdisə, artıq onların əksəriyyətində bu problem aradan qalxır. Yəni, o qurumlarda bu xidmətə rəhbərliyə peşəkarların gətirilməsinə üstünlük verilməyə başlanılıb. Əslində bu sahədə irəliləyişlərin olması zəruri haldır. Çünki, hansısa bir icra aparatının mətbuat xidməti KİV-in sorğusunu cavablandırmırsa, bu artıq cəmiyyətin aktual problemidir. Bu sahədə ölkə qanunvericiliyində kifayət qədər şərait var. Sadəcə bu xidmətdə çalışan insanların özlərində məsuliyyət hiss eləməsinə ehtiyac var.
    24.09.10 Məqaləni oxumaq
     
    “Kaspi” Təhsil Mərkəzi ABŞ-ın nüfuzlu universitetlərinin MBA proqramları üzrə tədbir keçirəcək
    Oktyabrın 7-də Park İnn otelinin Dan Ulduzu zalında “Study in Amerika” və “Kaspi” Təhsil Mərkəzi ABŞ-ın nüfuzlu universitetlərinin MBA proqramları üzrə mütəxəsisləri ilə birlikdə tədbir keçirəcək. Bu barədə açıqlamanı KƏLAMİNFO-ya müsahibəsində “Kaspi” Təhsil Mərkəzinin direktoru Elnur Əliyev bildirib. E.Əliyev qeyd edib ki, bu tədbir xüsusən gənc mütəxəssislərin, biznesin idarə edilməsi sahəsindəki təhsillərinin təkmilləşdirilməsi baxımından çox önəmlidir. Qeyd edək ki, tədbirdə iştirak etmək istəyənlər (050) 480-00-59 saylı mobil telefona zəng edərək qeydiyyatdan keçmələri vacibdir.
    23.09.10 Məqaləni oxumaq
     
    Binəqədi RİH-də payız-qış mövsümünə hazırlıq müzakirə olunub
    Binəqədi rayon İcra Hakimiyyətində RİH başçısı yanında Şuranın “Rayon təsərrüfatının 2010-2011-ci illərin payız-qış mövsümünə hazırlığı ilə əlaqədar görülmüş işlər”ə həsr olunan iclası keçirilib. Bu barədə məliumatı KƏLAMİNFO-ya Binəqədi RİH-in İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Natiq Əliyev verib. Bakı Şəhər İcra Hakimiyyəti, “Azərsu” ASC, ARDNŞ, Bakı Şəhər MKTD, “Azəristiliktəchizat” ASC və Bakı Kanalizasiya Xidməti İdarəsinin nümayəndələrinin və rayonun idarə, təşkilat, müəssisə və təsərrüfat rəhbərlərinin qatıldığı iclasda RİH başçısı Alı Qocayev rayonda payız-qış mövsümünə aparılan işlərlə bağlı ümumi məlumat verib.
    23.09.10 Məqaləni oxumaq
     
    Azay Quliyev imza vərəqələrini DSK-ya təhvil verdi
    Azay Quliyev parlament seçkilərində iştirak etmək üçün hazırda deputat olduğu 46 saylı Şirvan seçki dairəsində imza toplama kampaniyasını başa vurub. Bu barədə məlumatı KƏLAMİNFO-ya A.Quliyevin seçki qərargahından veriblər. Müstəqil namizəd kimi seçkilərə qatılan A.Quliyevin seçki qərargahının üzvləri qısa müddət ərzində topladıqları imzaları bu gün dairə seçki komissiyasına təqdim ediblər. Azay Əjdər oğlu Quliyev 1971-ci il iyunun 23-də Zəngəzur mahalında doğulub. Həqiqi hərbi xidmətdə olub. Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə başa vurub. Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutu və Harvard Universitetinin “Strateji idarəetmə” proqramının məzunu olub.
    23.09.10 Məqaləni oxumaq
     
    “Hakim partiyanın seçdiyi yol da prosesə aktivlik verəcək”
    Millət vəkili Əli Məsimli hər dairədə ciddi rəqabətin müşahidə olunacağını proqnozlaşdırır

    Artıq parlament seçkiləri kampaniyasına rəsmən start verilib. Ayrı-ayrı fərdi namizədlər, siyasi partiyalar, siyasi partiyaların yaratdıqları seçki blokları namizədlərin irəli sürülməsinə başlayıblar. Hakim Yeni Azərbaycan Partiyası müdafiə edəcəyi namizədlərin siyahısını təsdiqləyib, AXCP ilə Müsavat da namizədlərin razılaşdırılması prosesini davam etdirirlər. Bundan əlavə, müxalifət düşərgəsini təmsil edən partiyalar əlavə dörd seçki bloku da yaradıblar. Seçkiyə həm də çoxlu sayda bitərəf namizəd qoşulmaqdadır. Belə namizədlərdən biri də 5 il əvvəl parlament seçkilərinə В«Yeni siyasətВ» blokunun namizədi kimi qoşulan iqtisadçı millət vəkili Əli Məsimlidir. Onunla söhbətimizdə seçkiqabağı durum və hansı qüvvələrin şanslı olmasına toxunduq. 

    - Artıq seçkilərə rəsmən start verilib. Seçki mühiti ilə bağlı ilkin təsəvvürləriniz necədir?

    - Ümumi seçki prosesi barədə rəy vermək çətindir. Çünki seçki prosesi bir neçə mərhələdən ibarət olur. Hələlik biz başlanğıc mərhələdəyik. Getdikcə digər mərhələlərə də start veriləcək və seçki ab-havası da çox hiss olunacaq. Deputatlığa namizəd olmaq istəyənlər imza vərəqələrini təhvil verib namizəd kimi qeydə alınandan sonra çox şeyə aydınlıq gələcək. Şəkililər demiş oktyabrın 15-dən seçki prosesi tamamilə qızışacaq. Hələlik həmin vaxta bir az var. Bu səbəbdəndir ki, hələlik seçki ab-havası da o qədər hiss olunmur. Tədricən fəallıq artacaq.
    23.09.10 Məqaləni oxumaq
     
    M.Brayza ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təsdiqləndi
    ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Metyu Brayzanın Amerikanın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyinə müsbət rəy verərək təsdiqləyib. KƏLAMİNFO xarici mətbuata istinadən xəbər verir ki, Bakı vaxtı ilə axşam saatlarında baş tutan iclas komitə sədri C.Kerrin sədrlik edib. Con Kerri Metyu Brayzanı dəstəkləməsinə baxmayaraq senatorlardan B.Bokser və B.Menendez səfirin əleyhinə səs verib. Xatırladaq ki, ABŞ prezidenti Barak Obama Metyu Brayzanın Azərbaycana səfir vəzifəsinə namizədliyini cari ilin may ayında irəli sürmüşdü. M.Brayza ilə bağlı komitədə bir dəfə dinləmə keçirilsə də erməni diasporunun təziqləri səbəbindən uğursuz alınmışdı.
    23.09.10 Məqaləni oxumaq
     
    Ombudsmanın əməkdaşları məhkumlarla görüşüb
    Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri Vüqar Məhərrəmov və Absələddin Əliyev Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində (CÇM) uzunmüddətli başçəkmə həyata keçiriblər. Ombudsman Aparatından KƏLAMİNFO-ya verilən məlumata görə, başçəkmənin məqsədi işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar hallarının qarşısının alınması üçün mövcud vəziyyətin öyrənilməsindən və qabaqlayıcı tədbirlərin görülməsindən ibarət olub. Başçəkmə zamanı 2 saylı CÇM-nin rəhbərliyi və əməkdaşları tərəfindən MPM Qrupunun üzvləri üçün lazımi şərait yaradılıb. Həmin müəssisəyə əvvəllər keçirilən baxışlarla müqayisədə hazırkı başçəkmə zamanı xeyli müsbət işlərin görüldüyü müşahidə edilib. Söhbət zamanı məhkumlar saxlanma şəraiti və onlarla rəftardan narazı olmadıqlarını bildiriblər.
    23.09.10 Məqaləni oxumaq
     
    BDU-da beynəlxalq konfrans keçirildi
    Bu gün Bakı Dövlət Universitetində (BDU) Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) “Dövlətlərarası əlaqələrin inkişaf prosesində parlament demokratiyası” mövzusunda beynəlxalq konfrans keçirildi. Bir sıra türk  dövlətlərinin nümayəndələri, eləcə də universitetin  tələbə, müəllim və professor heyətinin iştirakı ilə keçirilən konfransda çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov TürkPA-nın yaranması və onun fəaliyyəti barədə məlumat verib.
    Türkdilli ölkələr arasında mövcud əməkdaşlıqdan bəhs edən A.Məhərrəmov bir sıra təkliflərlə çıxış edib. Bu ölkələr arasında təhsil, elmi-mədəni əməkdaşlığın daha da genişləndirilməsinin zərurilyini vurğulayan A.Məhərrəmov təklif edib ki,  türkdilli ölkələr arasında ortaq danışıq dili olmalıdır.
    22.09.10 Məqaləni oxumaq
     
    “Müxalifətin seçkiyə 5 blokla getməsi səsləri parçalayacaq”
    Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa seçkilərin ciddi rəqabətə səhnə olacağını düşünür

    Artıq parlament seçkiləri kampaniyasına rəsmən start verilib. Ayrı-ayrı fərdi namizədlər, siyasi partiyalar, siyasi partiyaların yaratdıqları seçki blokları namizədlərin irəli sürülməsinə başlayıblar. Hakim Yeni Azərbaycan Partiyası müdafiə edəcəyi namizədlərin siyahısını təsdiqləyib, AXCP ilə Müsavat da namizədlərin razılaşdırılması prosesini davam etdirirlər. Bundan əlavə, müxalifət düşərgəsini təmsil edən partiyalar əlavə dörd seçki bloku da yaradıblar. Bu seçki bloklarından biri olan В«İslahatВ»da təmsil olunan Böyük Quruluş Partiyası da seçkilərdə uğur qazanmağa iddialıdır. Bu blokda Böyük Quruluşdan başqa Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ədalət partiyaları da təmsil olunur. BQP sədri, millət vəkili Fazil Mustafa ilə söhbətimizdə də seçkiqabağı durum barədə dəyərləndirmə apardıq.

    - Fazil müəllim, artıq seçkilərə rəsmən start verilib. Seçkiqabağı mühiti necə qiymətləndirirsiniz?

    - Seçki öncəsi prosesin demokratikliyinin təmin edilməsi üçün lazımi addımlar atılıb. Hamının seçkilərdə iştirakı üçün şərait yaradılıb. Namizədliyini irəli sürmək istəyən hər bir şəxs sərbəst şəkildə bunu edə bilər. Bu ərəfədə yeni seçki bloklarının formalaşması, əksər partiyaların seçkidə iştirak qərarlarını açıqlamaları da bunu göstərir. Bütün bunlar həm də ona işarədir ki, builki parlament seçkiləri çox ciddi rəqabət şəklində keçəcək. Hesab edirəm ki, yaranan ayrı-ayrı seçki bloklarının bölgələrdə namizədlər irəli sürmələri yerlərdə canlanma yaradacaq. Mən ümid edirəm ki, noyabrın 7-də ölkədə normal rəqabət mühitində azad seçkilər keçiriləcək. Seçkilərə də məhz bu baxımdan qoşuluruq.
    22.09.10 Məqaləni oxumaq
     
    AŞ PA-nın 30 nəfərlik müşahidəçisi gələcək
    Avropa Şurasının Parlament Assambleyasının təxminən 5 nəfər üzvü oktyabrın ortalarında Azərbaycana gələcək. Onlar burada hakimiyyətin və siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirəcəklər. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek deyib. “Seçkilərə 2 gün qalmış isə təxminən 30 nəfərlik nümayəndə heyəti Azərbaycanda olacaq. Azərbaycanda sərbəst toplaşmaq haqqında Qanuna bəzi dəyişikliklər edilib. Dəyişikliklər müsbət xarakter daşıyır. Bu dəyişikliklər vasitəsilə milli qanunvericilik beynəlxalq qanunvericiliyə uyğunlaşdırılıb”,-deyə V.Kotek əlavə edib.
    22.09.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Sen.2010
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
      12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930