|
Səhifələr : # 15 16 17 18 19 20 21 22 23 #
ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Türkiyəyə gəlir
|
Bu gün ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu admiralı Maykl Mullen Türkiyəyə səfər edəcək. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfər zamanı M.Müllenin Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı İşık Koşaner və müdafiə naziri Vecdi Gönüllə görüşü gözlənilir. Admiral türkiyəli həmkarları ilə Birləşmiş Ştatlar Ordusunun İraqdan çıxarılması, Əfqanıstandakı vəziyyət və ABŞ-ın Türkiyədəki bazaları ilə bağlı məsələləri müzakirə edəcək.
|
04.09.10 Məqaləni oxumaq
|
|
|
“Şou-biznesdə vəziyyət istədiyimiz səviyyədə deyil”
|
Son illərin dillər əzbəri olan “şou-biznes” mədəniyyətinin Azərbaycanda formalaşması məsələsi ölkə gündəmini yenə də zəbt etməkdədir. Bir çoxları bunun üçün müvafiq qanunun qəbuluna da ehtiyac olduğunu düşünür. KƏLAMİNFO-nun bu məsələ ilə bağlı suallarına Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, filologiya elmləri doktoru, professor Nizami Cəfərov cavab verir:
- Bu məsələni xeyli müzakirə etmişik. Azərbaycan şou-biznesində xeyli qanun-qayda yaradılıb. Ancaq təbii ki, bu, bizim istədiyimiz səviyyədə deyil. Yenə də peşəkarlığın yüksəldilməsinə ehtiyac var. Müəyyən verigidən yayınma məsələləri var ki, o da qaydaya düşməlidir. Bizim televiziyalarımız, xüsusilə şou-verilişləri hazırlayanda bu sahənin mütəxəssisləri, böyük sənət adamları ilə məsləhətləşməlidirlər. Ən azındadan, televiziyalarda bu sahələrə nəzarət edən komissiya olmalıdır. Yəni, bunlar hələlik yoxdur. Amma bununla yanaşı, təkamül də hiss olunur.
- Nizami müəllim, fonoqram oxumaqla bağlı qaydaların sərtləşdirilməsinə ehtiyac varmı?
- Fonoqram oxumağın qarşısını almaq üçün müəyyən işlər görülür. Deyək ki, dövlət konsertlərində fonoqramdan istifadə olunmur. Artıq xeyli vaxtır ki, bu, qadağan olunub. Eyni zamanda fonoqramın işlədilməsi lazım olan müəyyən yerlər var. Bu, xeyli dərəcədə mürəkkəb bir texniki prosesdir.
|
04.09.10 Məqaləni oxumaq
|
|
|
Həcc ziyarətinə sənəd qəbulu davam edir
|
Azərbaycandan Həcc ziyarətinə gedənlərin kvotası və marşrutunda dəyişiklik olunmayıb. Növbəti Həcc ziyarəti mövsümünə sənəd qəbulu hazırda davam edir və sentyabr ayının əvvəllərinə qədər sənəd qəbulu davam edəcək. Ümumilikdə, Həcc kvotasında heç bir dəyişiklik olmayıb, keçən il olduğu kimi, bu il də 2 000 nəfərin Həcc ziyarətinə yola düşəcəyi gözlənilir. Qiymətlərdə də elə bir dəyişiklik yoxdur, təyyarə ilə gedənlər üçün 3 500 manat, avtobusla yola düşmək istəyənlər üçün isə 2 500 manat nəzərdə tutulub. Bu barədə məlumatı Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova verib. R.Dadaşova deyib ki, avtobusların marşrutu ötən il olduğu kimi, yenə də Türkiyə, Suriya, İordaniya və Səudiyyə Ərəbistanı istiqamətidir. Azərbaycandan gedənlərin Suriyada da olan müqəddəs ziyarətgahları (məkanları) ziyarət etmək imkanları olacaq. QMİ rəsmisi deyib ki, ziyarətə gedənlərə bu il yaş məhdudiyyəti qoyulmayacaq.
|
04.09.10 Məqaləni oxumaq
|
|
|
Hacı Surxay: “Ramazan insanların barışıq ayıdır”
|
Ramazan ayının ilk günündə İçəri Şəhərdə yerləşən Cümə məscidi bayram havası var idi. KƏLAMİNFO xəbər verir ki, məsciddə insanlar kütləvi şəkildə şam namazı qılırdılar. Oruc tutan insanlar üçün təqribən 150 nəfərlik iftar süfrəsi açılvışdı. İftar süfrəsindən sonra xüsusi olaraq Ramazan ayının özünə məxsus duaları oxundu.
Cümə məscidinin axundu Hacı Surxay Məmmədli Ramazan ayının fəzilətlərindən danışdı, insanlara dəyərli məsləhətlər verdi. Onun sözlərinə görə, on bir ayın sultanı olan Ramazan ayı insanların dostluq, barışıq, dözümlülük, saflıq və paklıq ayıdır.
|
04.09.10 Məqaləni oxumaq
|
|
|
Naxçıvan adı altında “alver” edən qəzetlər
|
Bakıda yaşayan jurnalist həmkarlarımdan birisi məndən soruşdu:
- Müəllim, bu gün ölkəmizdə Naxçıvan adında neçə qəzet çıxır?
- Düzü dolğun cavab verə bilmədim. Dedim ki, bu gün Muxtar Respublikada gündəlik “Şərq qapısı” qəzeti ilə yanaşı, 7 rayon (şəhər) qəzeti və “Naxçıvan” adlı elmi, ədəbi və publisistik jurnal nəşr olunur. Həmkarım yenə də sorğusundan qalmadı. Bu dəfə sualına bir balaca “siyasi” don da geydirdi:
- Məgər Ali Məclisin deputatı, rəsmi dövlət qəzetinin bölgə müxbiritək siz Naxçıvanda yaşamırsınız?
- Niyə ki, orada yaşayıram, olmaya buna şübhəniz var soruşduqda, cavabı ondan ibarət oldu ki, bəs nə əcəb son illər Bakı şəhərində nəşr olunub orada yayılan, satılan mətbu orqanlarından xəbərsizsiniz. Olmaya onların Muxtar Respublikanın ictimai-siyasi, sosial-iqtisadi həyatları ilə bağlı əlaqələri yoxdur, region həyatının güzgüsü funksiyasını yerinə yetirmirlər? Əslində, söhbətin nədən getdiyi mənə aydın oldu. Jurnalist həmkarım da qınanılası deyildir. İndiyədək Naxçıvan adı ilə bağlı 15-ə yaxın adda qəzet rəsmi qeydiyyatdan keçib, ara-sıra mətbu bazarımızdakı çoxçeşidli məhsullar sırasında görünə biliblərsə, onda onu necə də qınayasan? “Ulu Naxçıvan”, “Böyük Naxçıvan”, ”Müasir Naxçıvan”, “Yeni Naxçıvan”, “Naxçıvanın səsi”, “Naxçıvan bu gün”, “Naxçıvan press” və s. adda qəzetlərin məram və məqsədləri, hansı amal və məzhəbə qulluq etmələri heç kəsə aydın olmayıb. Əslinə qalsa, bu qəzetlərin məmləkətimizin ayrılmaz bir bölgəsi olan Naxçıvan Muxtar Respublikası ilə heç bir əlaqələri də olmayıb. Sadəcə bir qrup “mətbuat dəllalı” bu adda qəzetlər təsis etməklə öz çirkin məqsədlərini həyata keçirməyə çalışıblar.
|
04.09.10 Məqaləni oxumaq
|
|
|
Şeyx Kirillə görüşdü
|
Avqustun 24-də Rusiyanın paytaxtında Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə arasında ikitərəfli görüş oldu.
Görüşdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun meyitinin qaytarılmasına Moskva və Bütün Rusiyanın Patriarxı tərəfindən kömək məsələsinin qaldırılıb-qaldırılmaması barədə Azərbaycan jurnalistinin sualına Patriarx Kirill belə cavab verib: “Mən möhtərəm Şeyxülislam Hacı Allahşükür Paşazadədən məktub almışam və öz tərəfimdən bütün zəruri addımları atacağam. Lakin məlum olduğu kimi, bu məsələ təkcə bir ölkədə həll edilmir. Burada bəzi məsləhətləşmələr aparmaq lazım gələcək. Görək, nəticəsi nə olacaq”.
|
04.09.10 Məqaləni oxumaq
|
|
|
Bərabərlik ayı
|
Bu ayın günləri, gecələri və saatları qiymətlidir...
Azərbaycanlılar arasında geniş yayılan ümumxalq bayramlarından biri də Orucluq bayramıdır. Orucluq bayramı günü də “mübarək”, “möminlərin qəlbinə sevinc gətirən günlərdən” biridir. İslam dininə görə, orucluq müsəlmanların əməl etməsi lazım olan on vacib şərtlərin ikincisidir. Oruculuq hər il riayət edildiyi hicri-qəməri (hicri-ay) təqviminin 9-cu ayı olan ramazanda 29 və ya 30 gün müddətində saxlanılır. Müsəlman icmasında oruc tutma (əs-saym) hicrətin 2-ci ilində (624-cü ildə) tətbiq edilməyə başlanmışdır. Mənbələrdən məlum olur ki, o vaxta qədər bu ay bütpərəst ərəblərin pəhriz adətləri ilə əlaqədar olmuşdur. Ərəblər hələ islamiyyətdən xeyli əvvəl yay fəslinin çox isti vaxtında müəyyən tədbirlərlə əlaqədar olaraq təsərrüfat həyatını gündüzlər dayandırır, bütün işlər axşama, hava sərinləşən vaxta keçirilirdi.
|
03.09.10 Məqaləni oxumaq
|
|
|
İman və ibadətin hikməti
|
“İman” və “ibadət” məfhumlarının müxtəlif əqidə vicdan və savad yönündən fərqlənən insanlar arasında birmənalı şəkildə anlaşılmadığının şahidi oluruq. Məsələn: “Müsəlman”la “mömin” məfhumlarının eyni məna daşıdığını düşünərək hətta fasiqliyi (böyük günah işləməyi adət etməsilə) ilə məşhur olanları tanışlarının bəzən mömin adlandırdığını eşidirik. Əslində iman nədir? İman-Allaha qəlbi ilə inanmaq, dili ilə təsdiq etmək və əməllərilə də Rəbbin əmrlərinə riayət etməkdir. İmanın dərəcələri mövcuddur:
|
03.09.10 Məqaləni oxumaq
|
|
|
Dünya qadınları üçün bir ideal...
|
Xanım Fatimeyi-Zəhranın təqva və imana söykənən həyat tərzi, fədakar həyatının müxtəlif məqamları hər bir qadının “necə olmalıdır?” sualına cavab verir.
Ataya necə qız olmalı? Ərə necə həyat yoldaşı olmalı? Övladlara necə ana olmalı? Cəmiyyətdə necə qadın olmalı? Dünya və axirət xanımlarının seyyidəsi, Həzrət Mühəmməd (s) peyğəmbərin sevimli qızı Xanım Fatimeyi-Zəhra bütün bu suallara gözəl bir cavabdır. Qiyamətədək hər bir toplumun qarşısına çıxan bu sualları çözən bir cavab! Başqa sözlə, dünya qadınları üçün misilsiz bir ideal! Həzrət Fatimənin təvəllüd günü, heç şübhəsiz ki, hər bir müsəlman üçün bir sevinc günüdür. Bu mübarək doğum günü bu il iyunun 3-ə təsadüf etmişdi. Bu gün Islam aləmində “Qadınlar Günü” kimi də qeyd edilir.
|
03.09.10 Məqaləni oxumaq
|
|
|
Qazilər Şurası toplandı
|
Qafqaz Müsəlmanları İdarəsi din xadimlərinə fəaliyyətlərinə icazə verən vəsiqələr paylayacaq. Bu haqda QMİ-nin sədri Hacı Allahşükür Paşazadə Qazilər Şurasının son toplantısında məlumat verib. Bütün Qafqazın Şeyxi qeyd edib ki, mollaların attestasiyadan keçirilməsi işi bütün regionlarda təşkil olunacaq. Onun sözlərinə görə, axund, imam, rozəxan və amileyi-mut vəzifələri üzrə imtahandan keçən dindarlara vəsiqə veriləcək. Onların hansı vəzifə üzrə işləmələri həmin vəsiqələrdə qeyd olunacaq.
|
03.09.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 15 16 17 18 19 20 21 22 23 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|