Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 9.2010
    Səhifələr : # « 17 18 19 20 21 22 23 24 25 » #
    İraqın Azərbaycandakı səfirliyi iftar süfrəsi təşkil edib
    İraqın Azərbaycandakı səfirliyi müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edib. KƏLAMİNFO xəbər verir ki, mərasimdə dualar oxunub, on bir ayın sultanı mübarək Ramazan ayının əhəmiyyəti haqqında danışılıb. İftar mərasimində müsəlman ölkələrinin Azərbaycandakı səfirliklərinin nümayəndələri, din xadimləri, ziyalılar, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    03.09.10 Məqaləni oxumaq
     
    MŞ sədri: “Düşünürük ki, bir neçə evin tikilməsinə nail olaq”
    Düşünürük ki, juranalistlər üçün bir deyil, bir neçə evin tikilməsinə nail olaq. KƏLAMİNFO xəbər verir ki, bunu Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov jurnalistlər üçün evlərin tikilməsilə bağlı hansı işlərin görüldüyü məsələsinə münasibət bildirəkən söyləyib. O qeyd edib ki, jurnalistlər üçün tikiləcək evlərin yeri bəllidir və hazırda sənədləşmə işi gedir. Onun sözlərinə görə, yaxın vaxtlarda sənədləşmə işi yekunlaşacaq və binanın tikintisinə başlanacaq. “Çalışmalıyıq ki, bu işlər şəffaf olsun”,-deyən Ə.Amaşov evlərin paylanması üçün hər hansı tələblərin müzakirə olunub-olunmamasına da münasibət bildirib və qeyd edib ki, hələlik yerin rəsmiləşdirilməsi üzərində iş getir. Onun sözlərinə görə, sonrakı mərhələdə isə hansı tələblərin irəli sürüləcəyi müzakirə olunacaq.
    03.09.10 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyi payız buraxılış imtahanının tarixini açıqlayıb
    Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında bir və ya bir neçə fəndən qeyri-kafi qiymət alan, imtahan fənləri üzrə illik qeyri-kafi qiymət aldığı üçün buraxılış imtahanına buraxılmayan, həmçinin müəyyən səbəblərdən imtahanlarda iştirak etməyən şagirdlərin payız buraxılış imtahanı verməsi nəzərdə tutulub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyindən veriblər. Payız buraxılış imtahanları üç bölgə üzrə sentyabrın 2-də, 6-da və 8-də keçiriləcək. Sentyabrın 2-də Şirvan şəhəri, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Salyan, Ucar, Sabirabad, Saatlı, Zərdab, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı, sentyabrın 6-da Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Ağdaş, Ağsu, Göyçay, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz, Yevlax, Şəki, Balakən, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Şamaxı, Zaqatala və Qobustan rayonlarının, sentyabrın 8-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun şagirdləri payız imtahanı verəcəklər.
    03.09.10 Məqaləni oxumaq
     
    Neft-qaz kəşfiyyatı ilə məşğul olanlar üçün monoqrafiya nəşr olunub
    AMEA-nın müxbir üzvü Kərim Kərimovun “Azərbaycanda və Cənubi Xəzərdə depression zonaların dərinlik quruluşları, neftliliyi və qazlılığı” adlı kitabı “CBS” mətbəəsində çap olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. Bu monoqrafiya müasir dövrümüzün ən vacib problemlərindən biri olan, bəşəriyyəti bütün növ enerjidaşıyıcılarla, ələlxüsus neft, qaz və onlardan alınan məhsullarla təminatı məsələlərinin həllinə həsr edilib. Monoqrafiyada vulkan mənşəli qatların arasında və bəzən də altında yatan çöküntü süxurlarının da neftli-qazlı olmasının mümkünlüyü və axtarış-kəşfiyyat işlərində böyük əhəmiyyət kəsb etməsi əsaslandırılıb. Kitab neftçilər, neft-qaz sahəsində çalışan alim və mütəxəssislər, həmçinin neft və qazın axtarış və kəşfiyyatı ilə məşğul olan yerli və xarici şirkətlərin nümayəndələri üçün nəzərdə tutulub.
    02.09.10 Məqaləni oxumaq
     
    Yunanıstanda siqaret qadağan edildi
    Bu gündən Yunanıstanda siqaret çəkmək qadağan edilib. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bir çox restoran və kafelərin sahibləri bildiriblər ki, qadağa onların işinə mane olduğundan ona əməl etməyəcəklər. Qanuna görə, qadağanı pozan ayrı-ayrı şəxsləri 500, şirkət və müəssisələri isə 10 min avroyadək cərimə gözləyir. Qeyd edək ki, Yunanıstan Avropada ən çox siqaret çəkilən ölkələrdən biridir.
    02.09.10 Məqaləni oxumaq
     
    Bakıda Beynəlxalq Festival keçiriləcək
    Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi ilə əlaqədar Bakıda Beynəlxalq Musiqi Festivalının keçirilməsi nəzədə tutulur. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Festival çərçivəsində dünya şöhrətli dirijor Vladimir Spivakov, İsveçrədən “Amaltea” Ansamblı, MDB Ölkələrinin Birləşmiş Gənclər Simfonik Orkestri, Sinqapurdan “T`ANG” simli kvarteti, Türkiyədən “Orfeon” xoru, Kanadadan pianoçu Nina Koqan, skripkaçı Atis Bankas, Rusiyadan Aleksandr Gindin və başqalarının ifaları nümayiş olunacaq. Eyni zamanda müxtəlif konsertlərin, tədbirlərin keçirilməsi, Ü.Hacıbəylinin səhnə əsərlərinin nümayişi də baş tutacaq. Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə keçirilməsi məqsədilə tədbirlər planı təsdiq olunub. Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsi, Mədəniyyət siyasəti şöbəsi, Elm və təhsil şöbəsi, Kinematoqrafiya və Nəşriyyat, Reklamın təşkili və informasiya şöbəsi qeyd olunan tarixlərdə Festivalın yüksək bədii-təşkilati səviyyədə keçirilməsinin təmin edilməsi üçün səfərbər olunublar.
    02.09.10 Məqaləni oxumaq
     
    Bakı Dövlət Universitetinin 91 yaşı tamam oldu
    Bu gün Bakı Dövlət Universitetinin 91 yaşı tamam olur. KƏLAMİNFO xəbər verir ki, Azərbaycan Demokratik Cümhuriyyəti Parlamentinin 01 sentyabr 1919-cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edilib və Nizamnaməsi təsdiq olunduqdan sonra Avropa və Asiyanın qovşağında yeni bir ali təhsil ocağı yaradılıb. Universitet ilk tədris ilini 2 fakültə ilə – tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başladı. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olub. Universitetin 1920-30-cu illərdə aparıcı müəllimləri Azərbaycan yazıçısı Əbdürrəhim bəy Haqverdiyev, tanınmış şərqşünaslar – professor P.K.Jüze, professor A.O.Makovelski, professor A.O.Mişel və digər tanınmış alimlər olublar. Həmin dövrlərdə universitet rəhbərliyinin dəvəti ilə Bakıya öz ixtisasları üzrə mühazirələr oxumaq üçün N.Y.Marr, V.V.Bartold, Şərq Elmlər Akademiyasının akademiki Fuad bəy Küprüllüzadə universiteti ziyarət etmişlər. Məşhur həmyerlimiz, Nobel mükafatı laureatı L.D.Landau 1922-24-cü illərdə universitetimizdə təhsil alıb.
    02.09.10 Məqaləni oxumaq
     
    M.Mərdanov ABU-ya lisenziya vermədi
    Bu gün təhsil naziri Misir Mərdanov Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvədə olma müddətinin uzadılmaması barədə əmr imzalayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyindən veriblər. Əmrdə qeyd olunur ki, Azərbaycan Beynəlxalq Universiteti 1997-ci il oktyabrın 17-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb, 1998-ci ildə Təhsil Nazirliyinin 04.12.1997-ci il tarixli 48-11-4058/16 nömrəli qərarı ilə ilk dəfə lisenziya verilib. Universitet 1999-cu ildə 6 il müddətinə, 2005-ci ildə isə 5 il müddətinə yenidən lisenziya alıb.
    02.09.10 Məqaləni oxumaq
     
    D.Medvedev Bakıya rəsmi səfərə gəlir
    Bu gün Rusiya Federasiyasının prezidenti Dmitri Medvedev Azərbaycana rəsmi səfərə gəlir. KƏLAMİNFO xəbər verir ki, səfər çərçivəsində ikitərəfli ticari-iqtisadi əməkdaşlıq, eləcə də, Xəzərdə tərəflərin qarşılıqlı əlaqələri məsələləri müzakirə ediləcək. Rusiyanın dövlət başçısının köməkçisi Sergey Prixodko jurnalistlərə müsahibəsində bildirib ki, səfər zamanı dövlət sərhədi ilə bağlı müqavilə, eləcə də transsərhəd Samur çayından rasional istifadə və su resurslarının mühafizəsi ilə bağlı saziş imzalanacaq. S.Prixodko qeyd edib ki, Azərbaycan Rusiyanın dövlət sərhədi haqqında müqavilə bağladığı ilk ölkə olacaq.
    02.09.10 Məqaləni oxumaq
     
    Robert Qeyts gözlənilmədən İraqa səfər edib
    Bu gün ABŞ-ın müdafiə naziri Robert Qeyts gözlənilmədən İraqa səfər edib. KƏLAMİNFO xarici KİV-lərə istinadən xəbər verir ki, səfərin əsas məqsədi amerikalı hərbçilərlə görüş keçirməkdir. Miluokidən havaya qalxan R.Qeytsin təyyarəsi Əl-Əsəd hərbi bazasında yerə enib. Miluokidə Amerika Legionunun üzvləri qarşısında çıxış edən Pentaqon rəhbəri bildirib ki, İraqda əməliyyatların hərbi fazası başa çatsa da, bu ölkədə problemin həllindən danışmaq hələ tezdir. Dünən ABŞ prezidenti Barak Obama İraqda hərbi əməliyyatların rəsmən başa çatdığını elan edib. Prezident də İraqda vəziyyətin qeyri-stabil olduğunu bildirib. Xatırladaq ki, avqustun əvvəllərindən başlayaraq İraqdan ABŞ hərbi kontingentinin çıxarılmasına start verilib.
    02.09.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 17 18 19 20 21 22 23 24 25 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Sen.2010
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
      12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930