Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 9.2010
    Səhifələr : # « 11 12 13 14 15 16 17 18 19 » #
    R.Van der Linden ümummilli liderin məzarını ziyarət edib
    Azərbaycanda səfərdə olan Niderland Krallığı Senatının sədri Rene Van der Linden bu gün Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Sonra R.Van der Linden Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub. Niderland Krallığı Senatının sədrinə Şəhidlər Xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib. R.Van der Linden Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edib.
    08.09.10 Məqaləni oxumaq
     
    Azərbaycan və Gürcüstan müştərək film istehsal edib
    Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan və Gürcüstanın istehsalı olan “SAHƏ” bədii filmi (The Precinct) ərsəyə gətirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin mətbuat xidmətindən veriblər. Film məşhur fotoqrafın öz uşaqlıq dövrünə etdiyi müəmmalı səyahətindən bəhs edir. Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) ifa ediblər. Quruluşçu operatorlar Konstantin (Mindia) Esadze və Varlam Karçxadze, quruluşçu rəssamlar Rəna Əffəndi və Törəxanım Ağabəyova, bəstəkar Andrey Doynikov, bədii rəhbər Cəmil Quliyev,; filmin prodüseri Nəriman Məmmədovdur. Filmin Azərbaycanda premyerası payızda planlaşdırılır.
    08.09.10 Məqaləni oxumaq
     
    İranda 5.3 bal gücündə zəlzələ
    Bu gün səhər saatlarına yaxın İranın cənubunda 5.3 bal gücündə zəlzələ baş verib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, zəlzələnin episentri mərkəzdən 65 km məsafədə Fars vilayətinin Lar şəhərində olub. Hadisə nəticəsində heç bir itki qeydə alınmayıb.
    08.09.10 Məqaləni oxumaq
     
    AŞ PA-nın seçki missiyası 30 nəfərdən ibarət olacaq
    Oktyabrın ortalarında Avropa Şurasının 5 nəfərlik seçkiqabağı missiya Azərbaycana gələcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı Avropa Şurası Baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek söyləyib. O qeyd edib ki, həmin missiya Bakıda hökumət və siyasi partiya nümayəndələri ilə danışıqlar aparacaq. Onun sözlərinə görə, AŞ Parlament Assambleyasının (AŞ PA) seçki missiyası isə 30 nəfərdən ibarət olacaq və onlar Azərbaycana seçkidən bir neçə gün əvvəl gələcəklər. “Ümid edirik ki, hər kəs seçki hüququndan istifadə edərək, öz qərarını ifadə edəcək. Biz bunu ümumi seçki adlandırırıq və ölkənin gələcəyi baxımından çox əhəmiyətli seçki hesab edirik”,-deyə V.Kotek əlavə edib.
    08.09.10 Məqaləni oxumaq
     
    İ.Məmmədov: “Azərbaycanda internetin sürəti yüksək səviyyədədir”
    Azərbaycanda internetin sürəti yüksək səviyyədədir. KƏLAMİNFO xəbər verir ki, bu barədə rabitə və informasiya texnalogiyaları nazirinin müavini İltimas Məmmədov jurnalistlərə müsahibəsində bildirb. Onun sözlərinə görə, Azərbaycanda internetin sürəti MBD ölkələri arasında əhalinin sayına görə ən yüksək səviyyədədir. İ.Məmmədov bildirib ki, hazırda respublikamıza gələn intenetin sürəti o qədər yüksəkdir ki, qonşu dövlətlərin də bir neçəsi bundan istifadə edir. İ.Məmmədov Azərbaycanda internetin sürətinin 10 GB-dan yuxarı olduğunu söyləyib. “Hazırda bunun 12-14 GB çatdırılması üçün iş aparılır. Bu sürət nəyinki ölkəmizdə əhalinin rahat internetdən istifadə etməsinə, hətta qonşu dövlətlərin də bundan yüksək səviyyədə yararlanmasına şərait yaradacaq”,-deyə nazir müavini əlavə edib.
    08.09.10 Məqaləni oxumaq
     
    MDU Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edir
    Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı 2010/2011-ci tədris ili üçün rus bölməsinə tələbə qəbulu elan edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər. Qəbul rus və roman- german filologiyası ixtisasları üzrə aparılır. Azərbaycan vətəndaşları üçün təhsil ödənişsizdir. Moskva Dövlət Universitetinin yaratdığı Qəbul Komissiyası tərəfindən aparılan sınaqlarda yalnız TQDK-nın cari ildə keçirdiyi test imtahanlarında 300 və daha artıq bal toplayan rus bölməsinin abituriyentləri iştirak edə bilərlər. Orta məktəbin Azərbaycan bölməsini rus dili fənni üzrə “əla” və “yaxşı” qiymətlə bitirən və TQDK-nın keçirdiyi test imtahanlarında 300 və daha artıq bal toplayan abituriyentlər də qəbul sınaqlarında iştirak edə bilərlər.
    08.09.10 Məqaləni oxumaq
     
    MTN rəsmisi: “Kibercinayətkarlıq hallarının artması müşahidə olunur”
    Son illər Azərbaycanda kibercinayətkarlıq hallarının artma tendensiyası müşahidə olunur. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə “Kibertəhlükəsizliyə hərtərəfli yanaşma” mövzusunda keçirilən seminarda Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı Kərim Kərimov söyləyib. K.Kərimov bildirib ki, nəzarətdən kənar, qanunsuz rabitə kanallarının təşkil edilməsi, kompyüter şəbəkələri vasitəsilə informasiyaların məhvi, təcrid olunması, dezinformasiyaların verilməsi, ideoloji təbliğatın aparılması, pozuculuq mahiyyətli məlumatların verilməsi, bank-maliyyə fırıldaqları, terror barədə bilərəkdən yalan məlumatların verilməsi halları da davam edir. O, bank-maliyyə fırıldaqları ilə üzləşən bəzi zərərçəkmiş şəxslərin bununla bağlı məlumat verməkdən çəkindiklərini də söyləyib və qeyd edib ki, bu da cinayətkarların daha da fəallaşmasına imkan yaradır.
    07.09.10 Məqaləni oxumaq
     
    MTRŞ mədəniyyət kanalının açılması üçün müsabiqə elan edir
    Milli Televiziya və Radio Şurası (MTRŞ) ixtisaslaşdırılmış televiziya kanalının (mədəniyyət televiziya kanalının) açılması üçün Bakı və Abşeron ərazisində televiziya üzrə 44-cü tezlik resursuna müsabiqə elan edib. MTRŞ-dən KƏLAMİNFO-ya verilən məlumata görə, müsabiqə “Televiziya və radio yayımı haqqında” AR qanununun 15-ci maddəsinin tələblərinə uyğun keçirilir. Qeyd edək ki, cari il avqustun 4-dən sentyabrın 4-dək elan edilmiş yuxarıda göstərilən müsabiqədə iddiaçıların sayı 3-dən az olduğuna görə müsabiqə baş tutmamış hesab edilib.
    07.09.10 Məqaləni oxumaq
     
    “Şəki-Zaqatalada turizmin inkişaf perspektivləri” adlı seminar keçirilib
    İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə mərkəzin Şəki nümayəndəliyində “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, “Şəki-Zaqatala iqtisadi rayonunda turizmin inkişaf perspektivləri” mövzusunda seminar keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya İİN-dən veriblər.
    07.09.10 Məqaləni oxumaq
     
    Geologiya İnstitutu Avstriya şirkətləri ilə yeni əlaqələr qurur
    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun alimləri Avstriyanın HOT Mühəndisi Tədqiqatlar və Təkmilləşdirmə şirkətində olub, neft-qaz, geofizika və qazma sahəsində peşəkarlığın artırılması istiqamətində əməkdaşlıq imkanları müzakirə ediblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Geologiya İnstitutundan veriblər. İnstitutun elmi işlər üzrə direktor müavini akademik İbrahim Quliyev, AMEA-nın müxbir üzvləri Hətəm Quliyev və Qalib Əfəndiyev təmsil etdikləri elmi müəssisənin qeyd olunan sahələrdəki tədqiqatları və nailiyyətləri barədə məlumat veriblər. Şirkətin prezidenti Dyetard Kratzer öz növbəsində rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə geniş məlumat verib və Geologiya İnstitutu ilə əməkdaşlıq etmək niyyətini bilidrib.
    07.09.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 11 12 13 14 15 16 17 18 19 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Sen.2010
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
      12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930