Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 9.2010
    Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
    QMİ Quranın təhqirini mənəviyyatsız addım adlandırır
    Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ABŞ-da Qurani-Kərimin təhqir edilməsi barədə açıqlama yayıb. KƏLAMİNFO xəbər verir ki, QMİ-nin yaydığı açıqlamada bildirilir ki, İslamın müqəddəs kitabı Qurani-Kərimin təhqir edilməsi, ondan tonqal qalanacağı təhdidi ilə bağlı yayılan xəbərlər bizi hədsiz narahat edir və hiddət doğurur. “Səmavi kitabların sonuncusu olan Qurana belə bir təhqiredici münasibətin bütün dünyada demokratiya dəyərlərinin ardıcıl müdafiəçisi qismində çıxış edən bir ölkədə nümayiş etdirilməsi olduqca acınacaqlı və fəsadlıdır. Belə ki, demokratiya pərdəsi altında çirkin, insanlıqdan uzaq hərəkətlərin baş verməsi demokratiya adına ləkədir və ondan sui-istifadədən başqa bir şey deyil. Belə bir hadisə heç bir ölkəyə, cəmiyyətə başucalığı gətirməz.
    17.09.10 Məqaləni oxumaq
     
    ADP Quranın yandırılmasını qətiyyətlə pisləyir
    Azərbaycan Demokrat Partiyası ABŞ vətəndaşı olan keşişin müqəddəs Quranı yandırmasını qətiyyətlə pisləyir, bu hadisəni bütün səmavi kitablara və dinlərə qarşı həqarət və provokasiya kimi qiymətləndirib. KƏLAMİNFO xəbər verir ki, bu barədə ADP-nin mətbuat xidmətinin yaydığı açığlamada deyilir. ADP hesab edir ki, aksiyasının baş tutmasında bu ölkənin adminstrasiyası da günahkardır və bu aksiyanın baş tutmaması üçün lazım olan bütün tədbirləri həyata keçirməyib.
    17.09.10 Məqaləni oxumaq
     
    Azərbaycan-Ermənistan sərhəddində zəlzələ olub
    Dünən yerli vaxtla saat 18:12:12-də Azərbaycan-Ermənistan sərhəddində, Naxçıvan şəhərindən 77-km şimali-qərbdə zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən KƏLAMİNFO-ya bildiriblər ki, zəlzələnin manitudası 3,60, dərinliyi 2 km olub. Zəlzələ hiss olunmayıb.
    17.09.10 Məqaləni oxumaq
     
    Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən aksiya başa çatıb
    Heydər Əliyev Fondunun dəstəyi ilə “Worldmed” klinikasında həyata keçirilən humanitar aksiya həftəsi başa çatıb. Fonddan KƏLAMİNFO-ya verilən məlumata görə, sayca üçüncü olan bu xeyriyyə həftəsində 43 uşaq üzərində əməliyyat aparılıb. Fonddan bildirilib ki, artıq ikinci ildir, bu klinikada aztəminatlı ailələrdən olan “dovşan dodaq” və “qurd ağzı” diaqnozlu uşaqlar üzərində bərpa əməliyyatları keçirilir. Bu məqsədlə indiyədək 400 uşaq müayinədən keçirilib, 200 uşaq üzərində əməliyyat aparılıb. Əməliyyatlar üz-çənə cərrahı, tibb elmlər doktoru “Worldmed” klinikasının baş həkimi Əziz Əliyev və Amerikanın Smile Train təşkilatının həkimləri tərəfindən həyata keçirilib. İki əməliyyat otağında paralel aparılan cərrahiyyə əməliyyatları gündə 5-7 uşağın fiziki qüsurunu aradan qaldırmağa imkan verib. Fondun dəstəyi ilə klinikada gerçəkləşən əməliyyatlar tam pulsuz aparılıb.
    17.09.10 Məqaləni oxumaq
     
    “Irəli”-nin nümayəndəsi ölkəmizi ABŞ-da təmsil edcək
    “Irəli” İctimai Birliyinin Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Ayxan Mustafayev Azərbaycanı 18 sentyabr 9 oktyabr tarixlərində ABŞ Dövlət Departamentinin “Beynəlxalq Liderlik Proqramı”nda (İnternational Visitor Leadership Program) təmsil edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya “Irəli”-dən veriblər. Tədbir Vaşinqton şəhərini, Kentukki, Oreqon, Arkanzas və Ogayo ştatlarını əhatə edəcək. Proqramda iştirak edəcək 17 müxtəlif ölkənin təmsilçiləri arasında dövlət məmurları, qeyri-hökumət təşkilatlarının liderləri, siyasi partiya fəalları, millət vəkilləri və elmi-araşdırma mərkəzlərinin rəhbərləri var.
    17.09.10 Məqaləni oxumaq
     
    İranda zəlzələ olub
    Bu gün İranın Kirman vilayətinin Həcdək şəhərində Rixter cədvəli üzrə 4,8 bal gücündə zəlzələ baş verib. KƏLAMİNFO İranın İRNA agentliyinə istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 00:28-də baş verib. Bundan başqa, ötən gecə, həmçinin, İranın Simnan əyalətinin Turud şəhəri yaxınlığında da Rixter cədvəli üzrə 3,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 03:01-də baş verib. Hələlik zəlzələ nəticəsində ölən, yaralananlar və zəlzələnin vurduğu ziyan barədə məlumat yoxdur.
    17.09.10 Məqaləni oxumaq
     
    Media Akademiyasında “Mədəniyyət həftəsi” davam edir
    “İRƏLİ” İctimai Birliyinin Media Akademiyasında “Mədəniyyət həftəsi” davam edir. “İRƏLİ”-dən KƏLAMİNFO-ya verilən məlumata görə, “Ali və Nino” mağazalar şəbəkəsinin direktoru Nigar Köçərli, Milli Kitab mükafatının II yer sahibi, yazıçı Əjdər Ol və ABŞ-ın Kaliforniya Universitetinin kitabxanaçısı Liladhar Pendtse tələbələrlə görüş keçiriblər. “Gənclər vaxtını dəyərləndirməli, çətinliklərə qarşı dözümlü olmalıdır. Deviziniz vaxt itirməmək olsun. Ən azından mütailə edin. Amma bekar qalmayın. Çünki bekar adamlar ən təhlükəli insanlardır”-deyə Əjdər Ol gəncliyə səslənib. Ə.Ol ölkəmizə gəlməkdə məqsədi Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmaq olan Liladhar Pendtse isə Azərbaycanlı müəlliflərin kitablarını Kaliforniya kitabxanasında yerləşdirmək istəyindən söz açıb. Görüşün ikinci yarısında tanınmış teleaparıcı Nərgiz Cəlilova və Azərbaycanın əməkdar artisti, müğənni Tünzalə Ağayeva tələbələrlə görüşə qatılıb.
    17.09.10 Məqaləni oxumaq
     
    Binəqədi qəsəbə bələdiyyəsi sosial yardımları dayandırıb
    Binəqədi qəsəbə bələdiyyəsi büdcədə yaranan maliyyə çətinliyi ilə bağlı müvəqqəti olaraq əhaliyə göstərilən sosial yardımları dayandırıb. Bu barədə KƏLAMİNFO-ya Binəqədi qəsəbə bələdiyyəsinin Sosial məsələlər üzrə daimi komissiyasının sədri İlhamə Şeydayeva məlumat verib. İ.Şeydayevanın sözlərinə görə, iki aya yaxındır ki, əhaliyə heç cürə yaxından kömək edə bilmirlər. Komissiya sədri ötən 5 ildə Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən əhaliyə ay ərzində 3-4 min manat sosial yardım edildiyini vurğulayıb. “Ötən dövrlər ərzində Binəqədi qəsəbə bələdiyyəsinin də gəlirləri yaxşı idi. Qəsəbə ərazisində torpaqlar əhaliyə paylanırdı. Bunun da nəticəsi olaraq əhali qəsəbə bələdiyyəsinə torpaq pulu köçürürdü. Amma indi qəsəbədə torpaq satışı dayandırıldığına görə, əhalidən yığılan torpaq vergisi hesabına bələdiyyə aparatı idarə edilir. Büdcədə yığılan pullar işçilərin məvacibinə, qəsəbənin abadlaşdırılmasına və digər məsələlərə xərclənir.
    17.09.10 Məqaləni oxumaq
     
    Türkdilli ölkələrin xarici işlər nazirlərinin toplantısı olub
    İstanbulda keçirilən Türkdilli ölkələrin dövlət başçılarının X zirvə görüşü çərçivəsində “Çırağan” sarayında Türkdilli ölkələrin xarici işlər nazirlərinin toplantısı olub. KƏLAMİNFO xəbər verir ki, toplantıdan əvvəl Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Əhməd Davudoğlunun görüşü keçirilib. Tərəflər Türkdilli ölkələrin dövlət başçılarının X zirvə görüşünün əhəmiyyətini vurğulayıb, Naxçıvanda keçirilmiş IX zirvə görüşündən keçən müddətdə görülmüş işləri müsbət qiymətləndirbilər. İki ölkənin xarici siyasət idarələrinin başçıları Dağlıq Qarabağ probleminin nizama salınması ilə bağlı son vəziyyət, regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
    17.09.10 Məqaləni oxumaq
     
    ADU ilə Peruca Universiteti arasında müqavilə imzalanacaq
    Sabah Azərbaycan Dillər Universiteti (ADU) ilə İtaliyanın Peruca Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanacaq. ADU-dan KƏLAMİNFO-ya verilən məlumata görə, müqaviləni ADU-nun rektoru, professor Səməd Seyidov və Peruca Universitetinin rektoru Stefania Giannini imzalayacaqlar. Müqavilənin məqsədi ikitərəfli əlaqələri inkişaf etdirmək, birgə seminar, dərs, görüş, konfranslar keçirmək və elmi araşdırmaları inkişaf etdirməkdir. Eyni zamanda hər iki ali təhsil ocağı arasında müəllim və tələbə mübadiləsini artırmaq, bakalavr və magistrların xaricdə təhsil proqramlarında və yay məktəblərində iştirak etmələrinə şərait yaratmaqdır. ADU-da İtalyan dili, mədəniyyəti, siyasəti, iqtisadiyyatı, tarixi, coğrafiyası və digər mövzularda müəllim, tələbələr və digər maraqlanan şəxslər üçün kurslar təşkil olunacaq.
    17.09.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Sen.2010
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
      12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930