Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 9.2010
    Səhifələr : # « 14 15 16 17 18 19 20 21 22 » #
    Bu gün Piter Semnebi Bakıda görüşlərə başlayır
    Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Bakıya gəlib. KƏLAMİNFO xəbər verir ki, bu gündən P.Semnebi Azərbaycan hakimiyyəti ilə məsləhətləşmələr aparacaq, Dağlıq Qarabağın Azərbaycanlı İcması, siyasi partiyalar və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək. Görüşlərdə Azərbaycanda və Cənubi Qafqaz regionunda baş vermiş son hadisələrə, eləcə də cari ilin noyabrında ölkəmizdə keçiriləcək parlament seçkilərinə hazırlıq və s. məsələlərin müzakirəsi nəzərdə tutulub.
    06.09.10 Məqaləni oxumaq
     
    DSMF əhalini sosial sığorta haqlarının ödənməsinə çağırır
    Dövlət Sosial Müdafiə Fondu Azərbaycanda sığorta münasibətlərinə əsaslanan sığorta-pensiya sisteminin qurulması məcburi dövlət sosial sığortasının əhalinin sosial müdafiəsi sahəsindəki rolunu daha da artırıb. Fondun mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, mövcud sığorta-pensiya sisteminin dayanıqlı inkişafı məcburi dövlət sosial sığorta haqları ilə sosial sığorta ödənişləri arasında birbaşa əlaqənin təmin edilməsindən bilavasitə asılıdır.
    06.09.10 Məqaləni oxumaq
     
    Dmitri Medvedevin rəsmi qarşılanma mərasimi olub
    Bu gün Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyasının prezidenti Dmitri Medvedevin rəsmi qarşılanma mərasimi olub. KƏLAMİNFO xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
    Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib.

    Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ruisya prezidenti Dmitri Medvedevi və xanımı Svetlana Medvedevanı səmimiyyətlə qarşılayıblar.
    05.09.10 Məqaləni oxumaq
     
    AQUPDK Bərdədə regional görüş keçirib
    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Bərdədə “XXI əsrdə zorakılıq əleyhinə - əsas amil kimi daxili mədəniyyətin möhkəmləndirilməsi” mövzusunda regional görüş keçirib. KƏLAMİNFO xəbər verir ki, görüşdə Bərdə, Ağdam, Tərtər və Yevlax rayonlarının fəal qadınları iştirak ediblər.

    Tədbirdə çıxış edən  Bərdə rayon İcra Hakimiyyətinin başçısı İlham Ağayev tədbirin əhəmiyyətindən, ölkəmizdə ailənin inkişafına göstərilən diqqət və qayğıdan danışıb, məişət zorakılığına qarşı mübarizənin vacibliyini vurğulayıb.
    05.09.10 Məqaləni oxumaq
     
    E.Nalbandyanın bəyanatı Ankaraya xidmət edir?
    Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın təkzib etməsinə baxmayaraq, Türkiyənin İrəvanla əssiz diplomatiyası var və bu dinamik formada davam edir. Bu fikirləri KƏLAMİNFO-ya müsahibəsində siyasi ekspert Musa Qasımlı söyləyib.

    O, bildirib ki, belə bir diplomatiyanın yaşamasında beynəlxalq təşkilatların da kifayət qədər təsiri var. “Artıq Türkiyə- Ermənistan münasibətləri məsələsi, hər iki ölkədə belə siyasi hakimiyyət uğrunda mübarizə predmetinə çevrilib. Həm də nəzərə alaq ki, güclü fəaliyyətə malik xarici erməni diasporaları da sərhədlərin açılması barədə danışıqlara qəti etiraz edir. Ona görə də, hesab edirəm ki, erməni nazirin verdiyi bəyanat bu məsələ ilə bağlı düşmüş olduqları ağır vəziyyətin pərdələnməsidir. Ermənistan özü bu məsələdə Türkiyədən çox ehtiyyatla hərəkət edir.
    05.09.10 Məqaləni oxumaq
     
    Prezidentlərin təkbətək görüşü olub
    Bu gün Prezident İlham Əliyevin Azərbaycanda səfərdə olan Rusiya prezidenti Dmitri Medvedevlə təkbətək görüşü olub. KƏLAMİNFO xəbər verir ki, görüşdə Rusiya-Azərbaycan münasibətləri, Dağlıq Qarabağ problemi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
    05.09.10 Məqaləni oxumaq
     
    Azərbaycan və Rusiyanın birinci xanımları göruşüb
    Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Rusiyanın birinci xanımı Svetlana Medvedeva ilə görüşü olub. KƏLAMİNFO xəbər verir ki, görüşdən sonra prezidentlərin xanımları “Azər-İlmə” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Sehrli ilmələr” qalereyasında olublar.
    Müəssisə ilə tanış olan Rusiyanın birinci xanımına məlumat verilib ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim sənətlərindən biridir. Qədim səyyahlar, salnaməçilər ölkəmizdə toxunan xalı-xalçanın yüksək keyfiyyəti, zəngin çeşidləri barədə yazılı məlumatlar verib, bütün Şərqdə məşhur olduğunu bildiriblər.
    04.09.10 Məqaləni oxumaq
     
    Ermənistan ordusunda 17 insident baş verib
    Yaxın müddət ərzində Ermənistan ordusunda 17 insident baş verib. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında söyləyib.
    Onun sözlərinə görə, kütləvi ölümlə nəticələnən bu insidentin dördü barədə ictimaiyyətin  məlumatı olub. “Orduda baş verən hadisələr vacib bir məsələnin üstünü açdı: nəinki mətbuatın bir qismi, hətta Q.Mirzoyanın rəhbərlik etdiyi “Əsgər anaları” təşkilatı da müdafiə naziri Seyran Ohanyana bağlı imiş.
    04.09.10 Məqaləni oxumaq
     
    QHT rəhbərləri deputatlığa namizədliklərini irəli sürəcək
    Bu gün "Azərbaycanda 2010-cu il parlament seçkiləri: problemlərin həlli yolları" mövzusunda Dəyirmi massa keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, bu il keçiriləcək parlament seçkilərində iştirak etmək üçün 10-a yaxın QHT rəhbəri deputatlığa namizədliyini irəli sürəcək.
    A.Quliyev qeyd edib ki, seçkilərin başlanması elan edildikdən sonra onlardan bəziləri koalisiya tərkibində çıxış edə bilərlər.
    Şura sədri bildirib ki, qanunvericiliyə görə Azərbaycanda QHT-lər siyasi fəaliyyətlə məşğul ola bilməzlər və bu təşkilatın nümayəndələri namizədliklərini fərdi qaydada irəli sürə bilərlər.
    04.09.10 Məqaləni oxumaq
     
    Rusiya Qırğızıstana 10 mln. dollar yardım ayıracaq
    Rusiyanın Baş naziri Vladimir Putin Qırğızıstana 10 mln. dollar yardım ayrılmasına razılıq verilib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, Qırğızıstanın inkişaf etməsi və iqtisadiyyatının dirçəldilməsi istiqamətində Rusiya bu ölkəyə 10 mln. dollar dəyərində yardım vəsaiti ayırıb.
    Qeyd edək ki, bu ilin aprel ayında Rusiya Qırğızıstana 20 mln. dollar dəyərində qrant da ayırıb.
    04.09.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 14 15 16 17 18 19 20 21 22 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Sen.2010
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
      12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930