Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 9.2010
    Səhifələr : #  3 4 5 6 7 8 9 10 11  #
    “Bəzi strukturların mətbuat xidməti rəhbərləri telefona yaxın gəlmirlər”
    “Azərbaycanda elə icra strukturları var ki, onların mətbuat xidmətləri KİV-lə əməkdaşlıqda, əlaqədə heç telefona belə yaxın gəlmirlər”. Bu fikirləri Beynəlxalq Mətbuat Klubunun keçirdiyi sorğuya cavabında “Olaylar” qəzeti və “Olaylar” İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuz söyləyib. Məlumatı KƏLAMİNFO-ya BMK-dan veriblər. Y.Oğuz bildirir ki, həmin strukturların mətbuat xidmətləri yalnız özlərinə xidmət edən informasiyaları, özlərinə lazım olan anda yazılı şəkildə informasiya agentliklərinə ötürməklə kifayətlənirlər. “Lakin, yaxşı ki, bu bütün qurumları əhatə etmir. Məsələn, Xarici İşlər, Mədəniyyət və Turizm, Müdafiə, Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, o cümlədən bəzi mərkəzlər səmimi şəkildə KİV-lə əməkdaşlıqda aktivdirlər. Bunu mən öz rəhbərlik etdiyim qurumun fəaliyyətində də hiss edirəm. Yəni, ümumi götürdükdə bəzi strukturların ictimaiyyətlə əlaqəli şöbəsi qapalıdır, bəzilərində isə açıqdır. Qapalı olan, KİV-lə əməkdaşlıqda axsayan mətbuat xidmətlərinin bu cür fəliyyətinin səbəbi onların rəhbər postlarında duran şəxslərdə peşəkarlığın olamamasıdır. Mən səbəbi yalnız bunda görürəm”, - deyə Y.Oğuz vurğulayıb.
    21.09.10 Məqaləni oxumaq
     
    Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin müşavirəsi keçiriləcək
    Sabah Dövlət Rus Dram Teatrında mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri direktorlarının müşavirəsi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Müşavirə “Respublikanın uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri üzrə 2009/2010-cu tədris ilinin yekunları” mövzusuna həsr olunacaq. Müşavirədə respublikamızda bədii təhsilin inkişafı, uşaq və gənclərin keyfiyyətli təhsilə yiyələnməsi sahəsində qarşıda duran vəzifələr, 2009/2010-cu tədris ilində uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyəti, nailiyyətlər, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışılacaq.
    21.09.10 Məqaləni oxumaq
     
    “Namizədlərə seçicilərlə görüş üçün bütün şərait yaradılacaq”
    Bakı şəhərində və rayonlarda namizədlərin öz seçiciləri ilə görüş keçirmələri üçün bütün lazımi şərait yaradılacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə Prezident Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edib. “Əlbəttə bu, kiminsə arzu eləmədiyi, kiminsə ürəyincə olmayan yer də ola bilər. Amma bütövlükdə bütün namizədlər üçün eyni şərait yaradılacaq. Hər bir namizəd üçün yaradılan şərait bütün namizədlər üçün məqbul hesab olunacaq və beləliklə, seçkiqabağı yarış mühiti təmin olunacaq”,-deyən Ə.Həsənov əlavə edib ki, parlament seçkilərinin daha ədalətli və şəffaf keçirilməsi üçün bütün əsaslar var.
    20.09.10 Məqaləni oxumaq
     
    Bakıda BQXK-nin Bakı ofisi tərəfindən seminar keçiriləcək
    Sentyabrın 28-29-da Bakıda Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisi tərəfindən “Humanitar prinsiplərin qərargah işinə inteqrasiyası” mövzusunda seminar təşkil olunacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Müdafiə Nazirliyi mətbuat xidmətindən veriblər. Sentyabrın 27-dən 30-dək isə Azərbaycan Ali Hərbi Məktəbi ilə tanış olmaq üçün Qazaxıstan Müdafiə Nazirliyinin nümayəndəsi Bakıda səfərdə olacaq.
    20.09.10 Məqaləni oxumaq
     
    Ə.Həsənov: ”YAP-ın namizədlər siyahısı kifayət qədər yenilənib”
    “Düşünürəm ki, Yeni Azərbaycan Partiyasının açıqlanmış olan namizədlər siyahısı kifayət qədər yenilənib”. KƏLAMİNFO xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. Ə.Həsənov qeyd edib ki, siyahıda partiyanın gənc üzvlərinə, təhsil, səhiyyə sahələrində, digər intellektual fəaliyyətlə məşğul olan sahələrdə çalışan gənclərə böyük etimad göstərilib: “Amma bilirsiniz ki, bu bir yarışdır. Hər bir partiya üz namizədini irəli sürür. Kimin qalib gəlməsini isə xalq müəyyən edir. Bütün partiyalara, o cümlədən YAP-a uğurlar arzu edirəm”,-deyə PA-nın rəsmisi vurğulayıb.
    20.09.10 Məqaləni oxumaq
     
    Respublika Uşaq Kitabxanası yeni ünvana köçürüləcək
    Sabah Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının yeni ünvana köçürülməsi ilə əlaqədar açılış mərasimi keçiriləcək. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək müasir tələblərə cavab verən yeni kitabxana binasını kiçik yaşlı oxucuların istifadəsinə təqdim edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Tədbirdə ziyalılar, uşaq yazarları, ictimaiyyət və KİV nümayəndələri, iştirak edəcəklər. F.Köçərli adına Respublika Uşaq Kitabxanası 1965-ci il 1 yanvar tarixində Mədəniyyət Nazirliyinin qərarı ilə yaradılıb. Kitabxananın 250 minə yaxın kitab fondu, 19 min 519 nəfər oxucusu var. Kitabxanada 8 şöbə, 4 bölmə, 2 oxu zalı fəaliyyət göstərir.
    20.09.10 Məqaləni oxumaq
     
    “Bakı DQ-la bağlı danışıqları dayandıra bilər”
    Hazırki reallıq ondan ibarətdir ki, Dağlıq Qarabağla (DQ) bağlı danışıqlarda heç bir nəticə ortada yoxdur, əslində Ermənistandan bunu gözləmək də yersizdir. Sadəcə reallığı qəbul eləməyin vaxtı yetişib. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində politoloq Fikrət Sadıxov bildirib. Onun sözlərinə görə, Rusiya prezidentinin Bakıya səfərindən sonra həmsədrlərin regiona növbəti səfər etsələr də vəziyyət Azərbaycan üçün dəyişməyib və bu gedişlə dəyişməyəcək də. “Bunlar hamısı görüntü xarakteri daşıyır. Bu “baş aldatma” ilə ya Azərbaycanı hansısa mürəkkəb bir vəziyyətə salmaq istəyirlər, ya da dolayı yolla məsələni dondurmaq istəyirlər. Yəni, bu gündən sonra təxminən 18- 20 il də bu problem donmuş vəziyyətdə qalsın ki, maraqlı iri güclər bundan öz diplomatiyaları üçün istifadə edə bilsinlər. Əlbbəttə, Bakı belə faktlara biganə qala bilməz.
    20.09.10 Məqaləni oxumaq
     
    G.Hacıbəyli Mokedoniyada AŞPA-nın iclasında iştirak edir
    Milli Məclisin deputatı Gültəkin Hacıbəyli Makedoniyanın Skopye AŞPA-nın Miqrasiya, qaçqınlar və əhali üzrə komitəsinin iclasında iştirak edir. Parlamentdən KƏLAMİNFO-ya verilən məlumata görə, tədbirdə quruma üzv olan dövlətlərdə siyasi sığınacaq axtaran qaraçı millətinə mənsub şəxslər barədə məsələyə baxılacaq. “Makedoniyada miqrasiya və demoqrafik çağırışlar”, “Ekstradisiya hallarında qaçqınlara və miqrantlara ziyan dəyməsi hallarının qarşısının alınması”, “Himayə olunmayan azyaşlıların Avropadakı durumu” mövzularında məruzələr dinləniləcək və müzakirələr aparılacaq. İstismar məqsədilə insan alverinə dair dinləmələr olacaq. AŞPA-nın komitə iclasında deputatımızın “Avropanın demoqrafik gələcəyi və miqrasiya” mövzusunda məruzəsinin ilkin layihəsi müzakirə ediləcək. Səfər sentyabrın 23-də başa çatacaq.
    20.09.10 Məqaləni oxumaq
     
    Azərbaycanlı tələbələrindən erməni tələbələrə tutarlı cavab
    Ötən həftə İrəvan Dövlət Universitetinin tələbə şurası ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayevə, ATƏT-in katibi Marc Perrin de Brichambautə və ATƏT-in İrəvan ofisinə Qarabağ münaqişəsi ilə bağlı etiraz məktubu ünvanlayıb. Məktubda Azərbaycanın təcavüzkar siyasət yeritdiyi və regional təhlükəsizliyinə maneə törətdiyi qeyd edilib. Həmçinin, İrəvan Dövlət Universitetinin tələbə şurasının prezidenti Tsolak Hakobyan qeyd edib ki, biz tələbələr sülhü dəstəkləyirik, amma lazım gələrsə düşmənimizə qarşı adekvat cavab verəciyik. Bütün bunları nəzərə alan və ermənilərin əvvəlcədən hadisələri qabaqlayaraq qorxaq bəyanatlar verən tələbə təşkilatlarına Azərbaycan Tələbələr Birliyi (ATB) bu gün etiraz bəyanatı hazırlayıb. ATB-dən KƏLAMİNFO-ya verilən məlumatda bildirilir ki, bəyanatda ermənilərin yaydıqları yalan məlumatlara etiraz bildirilib və bunun qarşısının alınması istənilib.
    20.09.10 Məqaləni oxumaq
     
    TürkPA parlament aparatının rəhbərləri Fəxri Xiyabanda olublar
    Azərbaycanda səfərdə olan Türkdilli Ölkələrin Parlament Assambleyasına (TürkPA) üzv dövlətlərin parlament aparatlarının rəhbərləri bu gün Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. KƏLAMİNFO xəbər verir ki, Azərbaycan Milli Məclisi Aparatının rəhbəri Səfa Mirzəyev, Türkiyə Böyük Millət Məclisinin baş katibi Sadettin Kalkan və Qazaxıstan Senatı Aparatının rəhbəri Murat Nurtleuov ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
    20.09.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  3 4 5 6 7 8 9 10 11  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2010
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    Sen.2010
    .......
      12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930