Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 9.2010
    Səhifələr : # « 1 2 3 4 5 6 » #
    NATO baş katibi bu gün Cənubi Qafqaza gəlir
    Bu gün NATO-nun Baş katibinin Cənubi Qafqaza səfəri başlayır. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, Baş katib Anders foq Rasmussen bu gün Gürcüstana səfər edəcək. NATO-nun Baş katibi səfər çərçivəsində Gürcüstan prezidenti Mixail Saakaşvili, parlamentin sədri David Bakradze, baş nazir Nika Qilauri və xarici işlər naziri Qriqol Vaşadze ilə görüşəcək. O, NATO-nun əlaqələr ofisinin açılışında da iştirak edəcək. O, səfər çərçivəsində Gürcüstan tərəfi ilə NATO-Gürcüstan komissiyasının iclasında qaldırılan məsələləri müzakirə edəcək. Baş katibin Gürcsütandan sonra Ermənistan və Azərbaycana da səfəri gözlənilir.
    30.09.10 Məqaləni oxumaq
     
    Magistraturaya qəbul imtahanının I mərhələsi fevral ayında baş tutacaq
    2011-2012-ci tədris ili üçün magistraturaya qəbul imtahanlarına əzrizə qəbulunun və qəbul imtahanının I mərhələsinə 2011-ci ilin fevral ayında başlanılacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı TQDK sədri Məleykə Abbaszadə verib. M.Abbaszadə bildirib ki, qəbul qaydalarına uyğun olaraq imtahanın birinci mərhələsində bakalavrların ümumi intellekt səviyyəsi, xarici dil və informatika fənni üzrə bilikləri yoxlanılacaq. M.Abbaszadə qeyd edib ki, yeni tipli testlərin tədbiqi ilə əlaqədar 2011-ci ilin yanvar ayında Bakı şəhərində respublikanın müxtəlif bölgələrində I sınaq imtahanı keçiriləcək. Növbəti sınaq imtahanları isə müntəzəm olaraq aprel ayından etibarən hər şənbə və bazar günü təşkil olunacaq. TQDK sədri vurğulayıb ki, bundan əlavə, Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında qərara uyğun olaraq rezidenturaya qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılacaq və Tibb Universitetində tədbiq olunacaq.
    30.09.10 Məqaləni oxumaq
     
    TQDK abituriyentlər üçün video mühazirələr hazırlayıb
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nəzdindəki elmi-metodiki seminarlar oktyabrın 1-dən işə başlayır. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı TQDK sədri Məleykə Abbaszadə bildirib. Hazırda komissiyada 14 fənn üzrə elmi-metodiki seminarlar fəaliyyət göstərdiyini diqqətə çatdıran M.Abbaszadə bu ilə qədər seminarlarda əsas etibarı ilə Bakı və Sumqayıt şəhərlərindən olan təhsil işçiləri iştrak etdiklərini söyləyib. “Artıq Naxçıvan MR-da, Gəncədə, Lənkəranda, Şəkidə və Qubada da TQDK-nın regional bölmələri fəaliyyət göstərir. Bu bölmələrin fəaliyyətinin əsas istiqamətlərindən biri həmin bölgələrdə elmi-metodiki seminarların təşkilidir. Həmin seminarlardan internet proqramlarının tədbiqi sayəsində TQDK ilə canlı videobağlantılar qurulub”,-deyə M.Abbaszadə vurğulayıb. TQDK sədri həmçinin komissiyanın saytında abituriyenlər üçün bütün mövzuları əhatə edən riyaziyyat, fizika və kimya fənnindən video mühazirələrin də olduğunu qeyd edib. O, bildirib ki, əgər abituriyentlər göstərdikləri nəticələrə görə müəllimləri günahlandırırdılarsa, indi artıq bunker müəllimlərin hazırladığı video mühazirələri izləyib imtahana hazırlaşa bilərlər.
    30.09.10 Məqaləni oxumaq
     
    Sabah Milli Məclisinin payız sessiyası işə başlayır
    Sabah Milli Məclisinin payız sessiyası işə başlayır. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Məclisin mətbuat xidmətindən veriblər. Payız sessiyasının qanunvericilik işləri planına ümumilikdə 12 məsələ daxildir. Sentyabrın 30-u və oktyabrın 8-də keçiriləcək iclaslarda 34 sənəd, hökumətlərarası sazişin ratifikasiyasına dair qanun layihəsi, bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər müzakirəyə çıxarılacaq. “Bunlar, əsasən dövlət başçısının, Ali Məhkəmə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi və digər qurumların qanunvericilik təşəbbüsü ilə daxil olan sənədlərdir”,-deyə məlumatda bildirilir.
    30.09.10 Məqaləni oxumaq
     
    YAP-ın vahid namizədlərinin sayı 113-ə çatıb
    Yeni Azərbaycan Partiyasının (YAP) vahid namizədlər siyahısında növbəti dəfə dəyişiklik edib. KƏLAMİNFO Mərkəzi Seçki Khmissiyasının (MSK) nəzdində fəaliyyət göstərən “Seçkilər” İnformasiya Mərkəzinin saytına istinadən xəbər verir ki, partiya 15 saylı Yasamal I seçki dairəsindən namizəd irəli sürüb. Bu, Azərbaycan İctimai-Siyasi Universitetinin rektoru Rasim Nəbiyevdir. Qeyd edək ki, bununla da YAP-ın vahid namizədlərinin sayı 113-ə çatıb.
    30.09.10 Məqaləni oxumaq
     
    SKMF Astarada tədbir keçirib
    İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Astara rayonunda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya İİN-dən veriblər. Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədi ilə müzakirələr aparılıb. Bununla əlaqədar, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Astara rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib: İntensiv sitrus və subtropik meyvəçiliyin inkişafı və soyuducu anbar komplekslərinin yaradılması, çayçılığın və kartofçuluğun inkişafının dəstəklənməsi. Bu gündən etibarən “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq, sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər. Sahibkarlar məsləhət və əlavə məlumatı Sahibkarlığa Kömək Milli Fondundan ala bilərlər.
    29.09.10 Məqaləni oxumaq
     
    ATƏT-in Müşahidə Missiyasının üzvləri MSK sədri ilə görüşüblər
    Bu gün səfir Odri Qloverin başçılıq etdiyi ATƏT-in Müşahidə Missiyasının üzvləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşüblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya MSK-nın mətbuat xidmətindən veriblər. Görüşdə M.Pənahov bildirib ki, MSK seçkilərin hazırlanması və keçirilməsi zamanı aşkarlıq prinsiplərinə riayət olunmasına böyük əhəmiyyət verir, seçki komissiyalarının fəaliyyətinin, seçki prosesinin şəffaf olması üçün bütün qanuni addımları atır. Müşhaidə Missiyasının rəhbəri Milli Məclisə seçkilərlə bağlı MSK-nın gördüyü işlərlə maraqlanıb. MSK sədri seçici siyahılarının dəqiqləşdirilməsi, seçki subyektlərinin maarifləndirmə proqramı, hazırki seçkiqabağı vəziyyət, gələcəkdə görülməsi planlaşdırılan işlər barədə qonaqlara ətraflı məlumat verib. Səfir O.Qlover bu həftənin cümə axşamı ATƏT Müşahidə Missiyasının 22 nəfər uzunmüddətli müşahidəçisinin, noyabrın 3-də isə qısamüddətli müşahidəçilərinin Azərbaycana gələcəklərini bildirib.
    29.09.10 Məqaləni oxumaq
     
    Ermənistan Gürcüstanla müharibəyə hazırlaşır !
    Bu gün Erməni İnqilabi Federasiyası (Daşnaksutyun) İrəvanda etiraz aksiyası keçirməyə başlayıb. Aksiyaçılar Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsindəki ermənilərin hüquqlarının müdafiəsini və qorunmasını tələb edəcəklər. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, geniş aksiyanın təşkil olunmasına hakim dairələrdən ciddi dəstək var. Aksiya zamanı Daşnaklar Gürcüstanın İrəvandakı səfirliyinin binasına doğru yürüş edəcək, orada geniş mitinq keçirərəklər. Ermənilər “Cavax” adlandırdıqları Gürcüstanın Samtsxe-Cavaxetiyadakı ermənilərinin “hüquqları uğrunda” mübarizə apardıqlarını söyləyəcəklər. Onlar aksiya ilə bağlı “Cavax!”, “Cavaxa muxtariyyət!”, “Cavaxda erməni dilinə regional dil statusu verilsin!” və “Gürcüstanı ağıllandırmağın vaxtı çatıb!” palakatlarını hazırlayıblar. Aksiyaçıların bəyanatlarında deyilir ki, “səbr kasamız artıq dolub. Bu gün bizi Gürcüstanda ikinci Dağlıq Qarabağ yaratmaq cəhdlərində suçlayırlar. Bəs yaxşı, Gürcüstanın özündə osetin və abxaz cəbhələri yoxdurmu?! Qarabağ məsələsini atalarımız həll etdilər.
    29.09.10 Məqaləni oxumaq
     
    TQDK-da yüksək nəticə göstərən tələbələrlə görüş olacaq
    Sentyabrın 30-da bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında ən yüksək nəticə göstərib Prezident təqaüdünə layiq görülmüş gənclərlə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rəhbərliyi və kollektivinin görüşü keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-dan veriblər. Görüşdə TQDK rəhbərliyinin çıxış və təbrikləri olacaq. Sonra yüksək nəticə göstərən tələbələr mükafatlandırılacaq
    29.09.10 Məqaləni oxumaq
     
    Türkiyə nümayəndə heyəti parlament seçkisini müşahidə edəcək
    Azərbaycanda keçiriləcək parlament seçkilərini Türkiyədən nümayəndə heyəti müşahidə edəcək. KƏLAMİNFO xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıc bildirib. H.Kılıc türkiyəli müşahidəçilərin Azərbaycana nə zaman gələcəyini və sayı barədə məlumat verməyib. “Biz müşahidəçilər göndəririk. Ümid edirik ki, seçkilər demokratik və dünyanın gözü önündə keçəcək”,-deyə səfir vurğulayıb.
    29.09.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 1 2 3 4 5 6 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Sen.2010
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
      12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930