Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 9.2010
    Səhifələr : # « 12 13 14 15 16 17 18 19 20 » #
    Moldovada keçirilən referendum baş tutmayıb
    Ötən gün Moldovada keçirilən ümumxalq səsverməsi (referendum) baş tutmayıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə Moldova Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Məlumatda bildirilir ki, səsvermədə ancaq 29,7 faiz seçici iştirak edib. Moldova qanununa görə, bu rəqəm azı 33 faiz olmalı idi. Bundan başqa ekzitpolun nəticəsinə görə, Moldova Konstitusiyasının dəyişdirilməsinə seçicilərin çoxu – 89,2 faizi lehinə, 10,8 faizi isə əleyhinə səs verib. Qeyd edək ki, referendum vasitəsi ilə Moldovada Konstitusiyanın dövlət başçısının seçilməsi ilə bağlı maddəsinə dəyişiklik edilməsi nəzərdə tutulurdu. Vətəndaşlar dövlət başçısının seçilməsi üçün iki yoldan birinə üstünlük verməli idilər-ya 2000-ci ilədək olduğu kimi ümumxalq səsverməsi, ya da indiki kimi parlament yolu ilə. Ölkə hakimiyyəti bu yolla Moldovadakı siyasi böhrana son qoymaq niyyətində idi.
    07.09.10 Məqaləni oxumaq
     
    Respublika üzrə 49 yeni məktəb binasının inşası başa çatdırılıb
    Cari ildə respublika üzrə 17434 şagird yerlik 49 yeni məktəb binasının, 10 mövcud məktəbə 1418 şagird yerlik əlavə tədris korpuslarının inşası başa çatdırılıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyindən veriblər.
    Eləcə də, 7 ümumtəhsil məktəbi, 2 peşə liseyi, 3 körpələr evi-uşaq bağçası əsaslı, 356 ümumtəhsil məktəbi, 9 peşə liseyi, 52 körpələr evi-uşaq bağçası və 5 məktəbdənkənar təhsil müəssisəsi cari təmir olunub.
    Qeyd edək ki, cari ildə 6980 şagird yerlik 25 yeni məktəb binasının tikintisinə başlanılıb.
    07.09.10 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turizm Nazirliyi yeni turizm marşurutu aşkar edib
    Yeni formada ekstremal dağ turizmi marşrutu aşkar edilib. Sentyabrın 3-dən 5-nə kimi Mədəniyyət və Turizm Nazirliyi və “Club 4x4” klubunun təşkilatçılığı ilə ilk dəfə olaraq, “Azərbaycanın yeni turist marşrutlarını kəşf edək” layihəsi həyata keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin Turizm İdarəsindən veriblər.
    Həyata keçirilən layihədə 12 avtomobil, 40-a yaxın dövlət və özəl sektorun əməkdaşlarının iştirakı ilə ölkənin Quba rayonundan dağ yolları ilə Şamaxı rayonuna doğru avtomobil yürüşü baş tutub. Yürüş zamanı Böyük Qafqaz sıra dağlarının ən yüksək zirvələrindən, keçilməz dağ yollarından və çaylardan şütüyən yürüş təyinat məntəqəsinə çatıb. Yolboyu yürüş iştirakçıları qədim Şabran şəhərinin qalıqlarına ekskursiya ediblər. Quba rayonu ərazisində XX əsrin əvvəllərində ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırım qurbanlarının basdırıldığı kütləvi məzarlıq və Şamaxı rayonu ərazisində qayalıqlar üzərində inşa edilən “Diri Baba” türbəsi də layihə çərçivəsində iştirakçıların ziyarət yeri olub.
    07.09.10 Məqaləni oxumaq
     
    P.Semnebi: “Avropa İttifaqı narahatdır”
    Avropa İttifaqı cəbhə xəttində baş verən hadisələrdən narahatdır. KƏLAMİNFO xəbər verir ki, belə bir bəyanatla Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi çıxış edib. P.Semnebi bildirib ki, son vaxtlar cəbhədə atəşkəsin tez-tez pozulması və baş verən digər insidentlər bizi narahat edir. “Sülh danışıqlarına diqqəti cəmləmək üçün bunu yaxşı istiqamətə yönəltmək lazımdır. Azərbaycan əsgərinin nəşinin qaytarılması ilə bağlı məsələyə gəldikdə isə, mən detalları şərh etmək istəmirəm. Çünki bu ATƏT-in, bu məsələ ilə məşğul olan başqa humanitar təşkilatların işidir”,-deyə P.Semnebi vurğulayıb.
    07.09.10 Məqaləni oxumaq
     
    SMPDK-nin yeni nəşrləri çapdan çıxıb
    Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəsmi nəşrləri olan “İxtiralar, Faydalı modellər, Sənaye nümunələri” və “Əmtəə nişanları və coğrafi göstəricilər” bülletenlərinin yeni sayı çapdan çıxıb. Dövlət Komitəsinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, bülletenlərə Azərbaycanın reyestrinə daxil edilmiş əmtəə nişanları, ixtira, sənaye nümunəsi, faydalı model patentləri haqqında ətraflı məlumatlar daxil edilib.
    Qeyd edək ki, cari ilin aprel-avqust ayları ərzində Komitə tərəfindən 39 ixtiraya, 7 sənaye nümunəsinə patent verilib, 764 əmtəə nişanı qeydiyyatdan keçib.
    06.09.10 Məqaləni oxumaq
     
    Ramazan bayramı “Cümə məscidi”ndə geniş qeyd olunacaq
    Hər bir müsəlmanın sevinc və səbirsizliklə gözlədiyi Müqəddəs Ramazan bayramı İçəri şəhər “Cümə məscidi”ndə əvvəlki illərdən daha geniş və təmtəraqla keçirilir. Bununla əlaqədar İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu bu bayrama məscidin icması tərəfindən xüsusi hazırlıq görülüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səbail RİH-dən veriblər.
    İçəri şəhər “Cümə məscidi”nin axundu Hacı Surxay Məmmədlinin sözlərinə görə, ilk dəfədir ki, Ramazanın bütün günlərində məsciddə icma üzvləri və imkansızlar üçün iftar süfrələri təşkil olunub. “İftar süfrələrinin keçirilməsi üçün imkanlı qardaşlarımızın köməyi, həmçinin “Cümə məscidi” dini icmasının üzvlərinin yaxınlan iştirakı ilə müvafiq tədarük görülüb, həmçinin imkansız, kasıb, xəstə, əlil qardaş və bacılarımızı, onların ailələrini sevindirmək məqsədilə onlara ərzaq payları paylanılıb”,-deyə məlumatda bildirilib.
    06.09.10 Məqaləni oxumaq
     
    127 adda dərslik və müəllimlər üçün metodik vəsait çap edilib
    Ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərlə pulsuz təminatı üçün ayrılmış 8 mln. manat vəsait hesabına 2010-2011-ci tədris ilinə 127 adda 4641700 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyindən veriblər.
    Bu sıraya yeni kurikulum tətbiq edilən III siniflər üçün 40 adda 1088250 nüsxə dərslik və müəllim üçün metodik vəsait, I, VI və VIII-XI siniflər üçün isə 70 adda 3417800 nüsxə dərslik və 1 adda 600 nüsxə müəllim üçün metodik vəsait, xüsusi məktəblər üçün 12 adda 1070 nüsxə xüsusi şriftlərlə və brayl əlifbası ilə hazırlanmış dərsliklər daxildir.
    06.09.10 Məqaləni oxumaq
     
    Niderland Senatının sədri Rene van der Linden Azərbaycana gəlir
    Sabah Niderland Krallığı Senatının sədri Rene van der Linden Azərbaycana səfərə gələcək. Milli Məclisin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, səfərin məqsədi Azərbaycanla Niderland Krallığı parlamentləri arasında əlaqələrin inkişafına, eləcə də digər sahələrdə münasibətlərimizin daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparmaqdır.
    Səfər çərçivəsində Rene van der Linden Milli Məclisin sədri Oqtay Əsədov, Beynəlxalq münasibətlər və parlamentlərarası komitənin üzvləri və digər rəsmi şəxslərlə görüşəcək.
    Niderlan Krallığı Senatının sədri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edəcək, Azərbaycanın tarixi-mədəniyyət abidələri ilə tanış olacaq.
    Səfər sentyabrın 10-da başa çatacaq.
    06.09.10 Məqaləni oxumaq
     
    “M.Brayzanın gecikdirilməsi ABŞ siyasi sisteminin məhsludur”
    Metyu Brayzanın ABŞ-ın Azərbaycanda səfir kimi təyinatının Konqresdə gecikidirilməsi bu ölkənin ənənvi siyasi sisteminin növbəti bariz nümunəsidir. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində politoloq Vəfa Quluzadə bildirib.
    Politoloqun fikirincə, Vaşinqtonun düşünülmüş siyasi sitemi imkan verir ki, lazım olan anda Konqresdə belə mübahisəli məsələlər olsun. “Bu Konqres tarixində müxtəlif məsələlərdə özünü göstərib. M.Brayzanın da Azərbaycana gəlişi məsələsi onlardan biridir. Üstəlik bu gecikməyə namizədin özünün vaxtila buraxdığı siyasi səhflər də səbəbdir.
    06.09.10 Məqaləni oxumaq
     
    MTRŞ mədəniyyət kanalı ilə bağlı müsabiqənin müddətini uzadıb
    Azərbaycanda mədəniyyət kanalının açılması ilə bağlı elan olunan müsabiqəyə sənəd qəbulunun müddəti uzadılıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə müsahibəsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.
    MTRŞ sədri qeyd edib ki, elan olunan müsabiqəyə bir ay ərzində yalnız “Azərbaycan Televiziyası və Radiosu” Qapalı Səhmdar Cəmiyyəti müraciət edib. Onun sözlərinə görə, Şura yalnız bir iştirakçı müraciət etdiyi üçün qanunvericiliyin tələblərini əsas tutaraq müsabiqənin müddətinin bir ay uzadılması barədə qərar qəbul edib.
    06.09.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 12 13 14 15 16 17 18 19 20 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Sen.2010
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
      12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930