Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 9.2010
    Səhifələr : # « 6 7 8 9 10 11 12 13 14 » #
    Prezident İlham Əliyev: “Viza məsələsi müsbət həllini tapacaq”
    “Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğv edilməsi ilə bağlı daim məsləhətləşmələr aparılır. Əminəm ki, bu məsləhətləşmələr yaxşı nəticə verəcək”. KƏLAMİNFO xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla İltanbulda keçirdiyi mətbuat konfransında bildirib. “Keçən dəfə mən bu barədə fikirlərimi ifadə etdim ki, bu məsələ Azərbaycanda daxili prosedurlardan keçməlidir. Azərbaycanın müvafiq qurumları, nazirliklər, dövlət strukturları öz aralarında bu məsələni həll etməlidirlər. Hazırlıq işləri başa çatandan sonra əlbəttə ki, bu məsələ ikitərəfli gündəliyə salınacaq və əminəm ki, müsbət həllini tapacaq”,-deyə prezident İlham Əliyev vurğulayıb. R.T.Ərdoğan isə məsələ ilə bağlı Türkiyə tərəfindən problem olmadığını söyləyib. “Amma qardaşım, inşallah, bu məsələni ən qısa müddətdə həll edəcək. Heç narahat olmayın”,-deyə R.T.Ərdoğan vurğulayıb.
    16.09.10 Məqaləni oxumaq
     
    “Azərbaycanla “bir millət, iki dövlət” hökuməti strukturu yaratmaq istəyirik”
    Türkiyə Qafqazı və Orta Asiyanı rəqabət deyil, əməkdaşlıq bölgəsi kimi qiymətləndirir. Biz türkdilli ölkələrdəki qardaşlarımızla əmədaşlığın səviyyəsinin daha da yüksəldilməsini arzu edirik. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çıxış edib.
    16.09.10 Məqaləni oxumaq
     
    Bu gün Antaliyada Azərbaycanın da iştirakı ilə toplantı başlayıb
    Bu gün Antalyada TÜRKSOY beynəlxalq təşkilatının dəstəyi ilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Araşdırma və Təhsil Baş İdarəsi tərəfindən “Qeyri-maddi mədəni irsin təhsildə səmərəli istifadəsi” barədə mütəxəssislərin toplantısı öz işinə başlayıb. Toplantıda Azərbaycan da təmsil olunur. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Tədbirə YUNESKO, TÜRKSOY və müxtəlif ölkələrdən mədəniyyət siyasətçiləri və tədqiqatçıları qatılıb. İclasda ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi Qeyri-maddi mədəni irs sektorunun müdiri Y.Hüseynli təmsil edir. O, Azərbaycanda qeyri-maddi mədəni irs sahəsində aparılan islahatlar barədə geniş təqdimat keçirəcək. Toplantı sentiyabrın 19-a kimi davam edəcək.
    16.09.10 Məqaləni oxumaq
     
    XİN başçıları Nyu-Yorkda bir araya gələcəklər
    Gələn həftə Nyu-Yorkda Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin (XİN) görüşü olacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə ATƏT Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtke BBC-yə müsahibəsində bildirib. R.Bratke həmsədrlərin də məsləhətləşmələr üçün Vaşinqtona gələcəklərini söyləyib. “Bu məsləhətləşmələr Birləşmiş Ştatların vəzifəli rəsmiləri ilə aparılacaq. Daha sonra biz tərəflərlə görüşmək üçün Nyu-Yorka yollanacağıq”, -deyə R.Bradtke vurğulayıb. R.Bradtkenin sözlərinə görə, həmsədrlərin münaqişə ilə bağlı yeni ideyaları var. “Ötən həftə biz Bakı və Yerevanı bu ideyalarla tanış etdik. Bundan sonra sentyabrın sonlarında və ya oktyabrın əvvəllərində regiona təkrar səfər edəcəyik”, – Ameriklı həmsədr əlavə edib.
    16.09.10 Məqaləni oxumaq
     
    Azərbaycanda yeni dərs ili başlayıb
    Bu gün Azərbaycanda yeni tədris ili başlayıb. KƏLAMİNFO xəbər verir ki, bu gün ölkənin bütün orta məktəblərində “İlk zəng” çalınıb. 2010-2011-ci tədris ilində ölkəmizin 4546 ümumtəhsil məktəbində 1359900 şagird təhsil alacaq. Onların təlim-tərbiyəsi ilə 169498 müəllim məşğul olacaq. Yeni dərs ilində I sinif şagirdlərinin sayının 120844 nəfər olacağı proqnozlaşdırılır. Qeyd edək ki, 2009-2010-cu tədris ilində təhsil ocaqlarının I sinfinə 118581 şagird qəbul olunub. Növbəti tədris ilində 36 dövlət ali təhsil müəssisində 116930, 15 özəl ali məktəbdə isə 19430 tələbə təhsil alacaq. Dövlət ali təhsil ocaqlarında 12800, qeyri-dövlət ali məktəblərində isə 2090 müəllim çalışır.
    16.09.10 Məqaləni oxumaq
     
    M.Ələsgərli: “KİV-in peşəkarlığında ənənəvi problemlər var”
    Seçkilər prosesində KİV-in peşəkarlığı ilə bağlı Azərbaycanda ənənəvi olan problemlər var. Bu fikirləri Beynəlxalq Mətbuat Klubunun keçirdiyi sorğuya cavabında Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşviq Ələsgərli bildirib. Məlumatı KƏLAMİNFO-ya BMK-dan veriblər. O, izah edir ki, seçkilər özlüyündə siyasi prosesləri aktivləşdirən hadisədir və mətbuatda da problemlər bu aktivlik zamanı ortaya çıxır. “Artıq bu vəziyyətlərdə bizdə ənənəvi olan problemləri iki-üç qrupa bölmək olar. Bunlardan biri elə mediada “qara piarı”ın artması məsələsidir. Yəni, təbii olaraq siyasi nativi olan şəxslər rəqib tərəfi gözdən salmaq üçün etdikləri cəhd əksər zamanlarda bir sıra mətbu səhifələrdə yer tutur. Bunun nə dərəcədə siyasi mədəniyyətə düz gəlib-gəlmədiyi ayrı mövzudur, amma şərt odur ki, bu hal artıq Azərbaycan üçün xarakterikdir.
    16.09.10 Məqaləni oxumaq
     
    İranda dəhşətli qəza: 25 nəfər ölüb
    Bu gün səhər saatlarında İranda dəhşətli avtomobil qəzası baş verib. KƏLAMİNFO İSNA agentliyinə istinadən xəbər verir ki, Tehrandan Save şəhərinə gedən avtobusun qəzaya uğraması nəticəsində 25 nəfər ölüb, 14 nəfər isə yaralanıb. Hadisyə ilkin səbəb kimi avtovus sürücüsünün yorğun və yuxusuz olması göstərilir.
    16.09.10 Məqaləni oxumaq
     
    Bakının erməni-bolşevik işğalından azad olunmasından 92 il ötür
    Bu gün Bakının erməni-bolşevik işğalından azad olunduğu gündür. KƏLAMİNFO xəbər verir ki, 91 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi.
    15.09.10 Məqaləni oxumaq
     
    M.Brayza: “Müharibəyə həmişə qarşı olmuşam”
    ATƏT-in Minsk Qrupunun eks amerikalı həmsədri Metyu Brayza müharibənin təkrar başlanmasına həmişə qarşı olduğunu bildirib. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, keçmiş həmsədr son zamanlar Azərbaycan və Ermənistan arasında atəşkəsin pozulmasından narahat olduğunu vurğulayıb. “Minsk Qrupunda və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini işlədiyim zaman müharibənin yenidən başlanması istiqamətində olan təhdidləri daima qınamışam”,-deyən M.Brayza münaqişənin müharibə ilə həll olunmayacağını da qeyd edib. O, ABŞ-ın Azərbaycandakı səfiri təyin ediləcəyi təqdirdə də bu fikirdə qalacağını bəyan edib. M.Brayza əlavə edib ki, Qarabağ probleminin həllində ərazi bütövlüyü ilə yanaşı, beynəlxalq hüququn digər normaları: millətlərin öz müqədəratını həll etmə məsələsi də önə çəkilməlidir. Qeyd edək ki, artıq erməni mətbuatı M.Brayzanin fikirlərinə sərt münasibət bildirib. Onlar keçmiş həmsədrin münaqişənin həllinə bu cür münasibət bildirməklə, özünü daha da çətin vəziyyətə saldığını və ABŞ-ın Azərbaycana səfir vəzifəsindəki namizədin necə də yanlış seçim olduğunu qeyd ediblər.
    15.09.10 Məqaləni oxumaq
     
    ACİ YF-nin seçkilər üçün maliyyə dəstəyi nəzərdə tutub
    Açıq Cəmiyyət İnstitutu- Yardım Fondunun (ACİ YF) 2010-cu ilin strategiyasında vətəndaş cəmiyyətinin seçkilərdə iştirakının təmin edilməsi üçün maliyyə dəstəyi nəzərdə tutulub. Bu barədə məlumatı ACİ YF-dən veriblər. Müvafiq proqramın tərkibi 3 istiqamətdən ibarətdir. Birinci istiqamət seçkilərin mediada obyektiv işıqlandırılması məqsədini güdür. Fondun təşəbbüsü ilə bir sıra hazırlıq görüşlərin keçirilməsi nəticəsində “Demokratik Jurnalistika Məktəbi” İctimai Birliyi tərəfindən göndərilən layihə təklifi qəbul olunub.
    15.09.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 6 7 8 9 10 11 12 13 14 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Sen.2010
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
      12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930