Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 9.2010
    Səhifələr : # « 2 3 4 5 6 7 8 9 10 » #
    İtaliya Senatının nümayəndə heyəti Bakıya gəlir
    Sabah İtaliya Senatının İtaliya-Azərbayjan parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Rossana Boldinin başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfər edəcək. Milli Məclisin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, səfərin məqsədi parlamentlərarası əlaqələrin, eləjə də ölkələrimiz arasında digər sahələrdə münasibətlərin inkişafına dair fikir mübadiləsi aparmaqdır. İtaliyalı qonaqlar səfər çərçivəsində Milli Məclisdə və bir sıra dövlət orqanlarında görüşlər keçirəcəklər.
    22.09.10 Məqaləni oxumaq
     
    Azərbaycan və Ukrayna prezidentləri arasında telefon danışığı olub
    Azərbaycan prezidenti İlham Əliyevlə Ukrayna prezidenti Viktor Yanukoviç arasında telefon danışığı olub. KƏLAMİNFO xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı prezidentlər Ukrayna və Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlığı dərinləşməsində maraqlı olduqlarını bir daha qeyd ediblər. Dövlət başçıları dünya maliyyə böhranının nəticələrini aradan qaldırmaq və enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün birgə tədbirlər görəcəklərini bildiriblər. Qeyd edək ki, prezident İlham Əliyevin oktyabrın üçüncü ongünlüyündə Ukraynaya səfər edəcəyi gözlənilir.
    22.09.10 Məqaləni oxumaq
     
    Azərbaycanlı tələbələr Avropa Gənclər Parlamentində
    Azərbaycan Tələbələr Birliyinin üzvləri Elçin Ağai və Ataxan Həsənov Avropa Gənclər Parlamentinin II Beynəlxalq Forumunda iştirak edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ATB-dən veriblər. Beş gün davam edən Forum Gürcüstanın Batumi şəhərində keçirilib. Forum Avropa Gənclər Parlamenti və Gürcüstan hökümətinin dəstəyilə həyata keçirilib. Forum iştirakçılarına təcrübəli təlimçilər tərəfindən müxtəlif təlimlər və seminarlar təşkil edilib. Həmçinin, tədbirdə Gürcüstan hökumətinin nümayəndələri də qonaq qismində iştirak edib. Forumda Azərbaycan Tələbələr Birliyi üzvlərinin əldə etdikləri təcrübənin digər tələbələrimizlə bölüşməsi üçün müvafiq fəaliyyətlərin də həyata keçirilməsi planlaşdırılır.
    22.09.10 Məqaləni oxumaq
     
    Lənkəranda seçki kampaniyası ilə bağlı seminar keçirilib
    Bu gün Lənkəran şəhərində “Sərbəst toplaşmaq azadlığı və seçki kampaniyası” mövzusunda seminar keçirilib. KƏLAMİNFO xəbər verir ki, 13 rayonun icra hakimiyyəti başçıları və polis şöbəsi rəislərinin birinci müavinləri, KİV-lərin təmsilçilərinin iştirak etdikləri tədbirdə çıxış edən Lənkəran şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov noyabrın 7-də Milli Məclisə keçiriləcək seçkilərə hazırlıqla əlaqədar rayonda görülən işlər barədə məlumat verib. O, bildirib ki, rayonda fəaliyyət göstərən 4 seçki dairəsini əhatə edən 114 seçki məntəqəsində 109 min seçici qeydə alınıb. Deputatlığa namizədlərlə görüşlərin və digər tədbirlərin keçirilməsi üçün rayonun ərazisində 49 açıq və 46 qapalı yer müəyyənləşdirilib.
    22.09.10 Məqaləni oxumaq
     
    MSK-ya müşhaidə aparmaq üçün 255 nəfər müraciət edib
    Bu günə qədər Mərkəzi Seçki Komissiyasına 255 nəfər müraciət edərək bütün ölkə ərazisi üzrə müşahidə aparmaq arzusunda olduğunu bildirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya MSK-nın mətbuat xidmətindən veriblər. Bütün müraciətlərə müsbət cavab verilib. MSK-da qeydə alınmış müşahidəçilərdən 27-si xüsusi icazə almış müşahidəçilərdir. Müşahidəçilərin 190-ı öz təşəbbüsü, 35-i siyasi partiyalar, 3-ü isə QHT-lərin təşəbbüsü ilə müşahidəçilik muissiyasını həyata keçirəcəklər. Bütün ölkə ərazisi üzrə müşahidə aparılmasına dair ərizələrin qəbul olunması oktyabrın 28-dək davam edəcək. Hər hansı bir seçki dairəsinin ərazisində müşahidə aparmaq istəyən şəxslər isə səsvermə gününə 5 gün qalanadək, yəni noyabrın 2-dək müvafiq seçki dairəsinin dairə seçki komissiyasına müraciət edə bilərlər.
    22.09.10 Məqaləni oxumaq
     
    Əfqanistanda NATO-ya məxsus helikopter qəzaya uğrayıb
    Bu gün səhər saatlarında Əfqanistanın cənubunda NATO hərbi birləşməsinə məxsus və içərisində beynəlxalq sülhməramlıların olduğu helikopter qəzaya düşüb. KƏLAMİNFO xəbər verir ki, qəza nəticəsində 7 nəfər həlak olub, 4 nəfər isə ağır yaralanıb. Hadisə şahidləri helikopterin qəflətən yerə çılpıldığını, əvvəlcədən heç bir atəş səslərinin olmadığını bildirib. Qeyd edək ki, 2010-cu il ərzində Əfqanistanda 529 nəfər həlak olub ki, bu da digər illərlə müqayisədə çoxluq təşkil edir.
    22.09.10 Məqaləni oxumaq
     
    E.Süleymanova Aİ-nin monitorinq qrupunun nümayəndəsini qəbul edib
    Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Avropa İttifaqının monitorinq qrupunun nümayəndəsi, Cənubi Qafqaz ölkələri, Ukrayna və Moldova respublikalarında kobud rəftar və cəzasızlığa qarşı mübarizə proqramının təmsilçisi Aleksandra Xudokormoffla görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ombudsman Aparatının mətbuat xidmətindən veriblər. Görüş zamanı E.Süleymanova Ombudsman tərəfindən 254 azadlıqdan məhrumetmə və məhdudlaşdırma yerinin, o cümlədən penitensiar müəssisələrin, müvəqqəti saxlama təcridxanalarının, habelə sosial obyektlərin, pansionatların, ahıllar və əlillər üçün internat evlərinin, psixiatriya xəstəxanalarının siyahısının tərtib olunduğunu, bu müəssisələrdə mütəmadi olaraq monitorinqlər aparıldığını bildirib. Qeyd edib ki, ötən il müvəkkilin MPM (İşgəncələr əleyhinə milli preventiv mexanizmlər) qrupunun səlahiyyətlərinə şamil olunduğu müəssisələr üzrə 416, 2010-cu ilin doqquz ayı ərzində isə 314 baxış keçirilib, müvafiq orqanlara sorğular göndərilib və tədbirlər görülüb.
    22.09.10 Məqaləni oxumaq
     
    E.Məmmədyarov Gürcüstan və Portuqaliyanın XİN başçıları ilə görüşüb
    Nyu-Yorkda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze ilə görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyindən veriblər. Görüşdə ikitərəfli əlaqələrin səviyyəsi, ölkələr arasında enerji sahəsində həyata keçirilən layihələr və bu istiqamətdə perspektiv planlar və nazir E.Məmmədyarovun Gürcüstana gələcək səfəri ətrafında fikir mübadiləsi aparılıb. E.Məmmədyarov həmçinin Portuqaliyanın Dövlət Naziri, xarici işlər naziri Luis Filipe Marques Amado ilə görüşüb. Görüş zamanı ikitərəfli, xüsusilə də iqtisadi sahədə münasibətlərə dair məsələləri müzakirə edilib. E.Məmmədyarov hər iki ölkənin iş adamlarının iştirakı ilə biznes forumun keçirilməsinin mümkünlüyü barədə danışıb.
    22.09.10 Məqaləni oxumaq
     
    “Seçki proseslərinə müdaxilə edənlər cəzalandırılacaq”
    Seçki proseslərinə qeyri-qanuni müdaxiləyə cəhd göstərən istənilən məmur, dövlət qulluqçusu, həm Seçki Məcəlləsi, həm də möhtərəm Prezidentin Sərəncamına müvafiq olaraq cəzalandırılacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə Prezident Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edib. “Bilirsiz ki, Azərbaycan keçirilən seçkilərin əksəriyyətində AR Seçki Məcəlləsinə müvafiq olaraq hər bir qurumun vəzifələri müəyyən olunub. Bununla yanaşı, ölkə Prezidetinin də seçki proseslərinin ədalətli keçirilməsi məqsədilə yerli Icra Hakimiyyətləri qarşısına məqsəd qoyan xüsusi bir Sərəncamı var. Bu Sərəncam ötən seçkidə verilib və bu seçkilərdə də öz qüvvəsini saxlayır”,-deyən Ə.Həsənov əlavə edib ki, seçki prosesinə müdaxilə yolverilməzdir.
    21.09.10 Məqaləni oxumaq
     
    İran sərhəddində ABŞ kəşfiyyatçıları tutulub
    İran İslam Respublikasının şərq sərhəddində 7 ABŞ əsgəri yaxalanıb. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, amerikan əsgərləri sərhəddə qeyri-qanuni müdaxilə edərkən yaxalanıblar. Birləşmiş Ştatlara məxsus əsgərlər sərhəd ətrafında kəşfiyyat apararkən tutulublar. Onlara bələdçilik edən iki İran vətəndaşı da həbs olunub.
    21.09.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 2 3 4 5 6 7 8 9 10 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Sen.2010
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
      12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930