Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 8.2010
    Səhifələr : # « 9 10 11 12 13 14 15 16 17 » #
    DİN-in idarə rəisi: “Azərbaycanda bu ilin birinci yarısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 27 nəfər xarici ölkə vətəndaşı məsuliyyətə cəlb edilib”
    Azərbaycanda 2010-cu ilin birinci yarısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 27 nəfər xarici ölkə vətəndaşı məsuliyyətə cəlb edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov deyib. Onun sözlərinə görə, bu ilin birinci yarısında daxili işlər orqanları tərəfindən narkotiklərlə bağlı 1801 fakt aşkar edilib ki, nəticədə 317 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb. Götürülmüş narkotik vasitələrdən 211 kiloqramı marixuana, 126 kiloqramı həşiş, 20 kiloqramı tiryək, 57 kiloqramı isə heroin olub. H. Aslanov keçən dövr ərzində Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 10 nəfər İran İslam Respublikası, 4 nəfər Rusiya Federasiyası, 12 nəfər Gürcüstan və 1 nəfər Ukrayna vətəndaşının saxlanıldığını və həmin şəxslərdən ümumilikdə 21 kiloqrama yaxın narkotik vasitə müsadirə edildiyi bildirib. İdarə rəisi, həmçinin bu ilin birinci yarısında ölkədə 453,1 hektar ərazidən 213 ton 812 kiloqram narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edildiyini də deyib.
    06.08.10 Məqaləni oxumaq
     
    TQDK sədri: “ “Prezident təqaüdü”nə layiq görüləcək abituriyentlərin siyahısı hələ müəyyənləşdirilməyib”
    Ali məktəblərə qəbul imtahanları nəticəsində yüksək bal toplayaraq “Prezident təqaüdü”nə layiq görüləcək abituriyentlərin siyahısı hələ müəyyənləşdirilməyib. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, ölkə prezidentinin fərmanına uyğun olaraq, hər il Azərbaycanda 100 nəfər, eləcə də Naxçıvan Muxtar Respublikasında 3 nəfər abituriyent prezident təqaüdünə layiq görülür. M. Abbaszadə ötən illərdə olduğu kimi, bu il də ənənəvi olaraq, həmin sayda abituriyentin “Prezident təqaüdü”nə layiq görüləcəyini söyləyib.
    06.08.10 Məqaləni oxumaq
     
    Əbülfəs Qarayev BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi ilə görüşüb
    Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının və BMT-nin Əhali Fondunun Rezident Nümayəndəsi Fikrət Akçura ilə görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Görüş zamanı Azərbaycan ilə BMT arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib, gələcəkdə bir sıra yeni proqram və layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb. Ə.Qarayev Nazirliyin UNDP ilə birgə həyata keçirdiyi layihənin uğurundan bəhs edərək bu istiqamətdə işlərin daha da inkişaf etdirilməsi, təkcə turizm sahəsi deyil, eyni zamanda mədəniyyət sahəsində, insan resurslarının təkmilləşdirilməsi ilə bağlı birgə proqramların hazırlanmasını təklif edib. F.Akçura öz növbəsində mövcud əməkdaşlıqdan razılığını bildirərək, bu sahələrdə əməkdaşlığın vacib olduğunu vurğulayıb.
    06.08.10 Məqaləni oxumaq
     
    Ombudsman DİN-ə müraciət edib
    Ombudsman yanında yaradılan İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Milli Preventiv Mexanizm (MPM) Qrupunun əməkdaşları Bakı şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlanma məntəqəsində (İHOSM) saxlanılan şəxslərlə görüşüb. Ombudsman Aparatının mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, baş çəkmə zamanı müəyyən olunub ki, burada 10 nəfər saxlanılır. Həmin şəxslər Səbail rayon Məhkəməsinin qərarı ilə 7-10 gün müddətinə inzibati qaydada həbs edilib və 31 iyul 2010-cu il tarixdə İHOSM-nə yerləşdiriliblər.
    06.08.10 Məqaləni oxumaq
     
    M.Əhmədoğlu: “Minsk qrupunun Ermənistana gücü çatmır”
    Bu gün Trend xəbərlər şirkətində Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu iyul ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunları ilə bağlı mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, politoloq Azərbaycan və Ermənistan arasında müharibənin labüd olduğunu qeyd edib. Onun sözlərinə görə, ATƏT-in Mink qrupu da etiraf edir ki, Ermənistana gücləri çatmır. “Əgər həmsədrlər vasitəçilikdən imtina etsələr müharibə Dağlıq Qarabağ hüdudlarıyla məhdudlaşacaq və kiçik müharibə olcaq. Böyük müharibə isə həmsədrlərin missiyalarından əl çəkmədikləri təqdirdə baş verəcək və Şimali Qafqaza, İrana da öz təsirini göstərəcək”,-deyən M.Əhmədoğlu Ermənistanın xarici siyasətinə dəyişiklik etdiyini də bildirib. O, hazırda Ermənistanın inteqrasiya üçün özünə siyasi partnyor kimi Rusiya və İranı deyil, NATO-nu seçdiyini bildirib. “Ermənistan konfliktdən pul qazanan dövlət olduğu üçün üzdə İranın maraqlarını müdafiə etsə də, əslində anti İran mərkəzidir. Digər tərəfdən isə Gürcüstanla əlaqələrini yaxşılaşdırsa da Ermənistan Gürcüstanla bağlı da müharibə ssenarisi hazırlayır”,-deyə politoloq vurğulayıb.
    06.08.10 Məqaləni oxumaq
     
    İran prezidenti Mahmud Əhmədinejada sui-qəsd olub
    İran prezidenti Mahmud Əhmədinejada sui-qəsd olub. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Livandakı “Future TV” İran prezident administrasiyasına istinadən yayıb. Telekanal xalq qarşısında çıxış etmək üçün Həmədana gedən M. Əhmədinejadın kortejinə əl qumbarası atıldığını bildirib. Hadisə nəticəsində yaralananların olduğu xəbər verilir, M. Əhmədinejad isə zərər çəkməyib. Olayla əlaqədar 1 nəfər yaxalanıb.
    06.08.10 Məqaləni oxumaq
     
    Ombudsman Ağstafa və Qazaxda ictimai dinləmələr keçirib
    Ombudsman Elmira Süleymanovanın iştirakı ilə insan hüquqları üzrə Milli Fəaliyyət Planının (MFP) icra vəziyyəti ilə əlaqədar növbəti ictimai dinləmələr Ağstafa və Qazax rayonlarında keçirilib. Ombudsman Aparatından KƏLAMİNFO-ya verilən məlumata görə, tədbirlərdə rayon icra hakimiyyəti və bələdiyyələrin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, seçki dairəsi, dairə seçki komissiyalarının, yerli qeyri-hökumət təşkilatların, KİV-lərin və icmaların nümayəndələri iştirak ediblər. İctimai dinləmədə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına müvafiq olaraq həyata keçirilən quruculuq işlərindən danışılıb, MFP üzrə rayonda görülən işlər haqqında məlumat verilib. E.Süleymanova uğurla icra olunan MFP-nin məqsədləri, prioritetləri və tətbiqi vəziyyəti barədə danışıb, bu sənədin insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəli və daha etibarlı təmini baxımından əhəmiyyət kəsb etdiyini bildirib.
    05.08.10 Məqaləni oxumaq
     
    Azərbaycan kinosunun 112-ci ildönümünə həsr olunan tədbir keçirilib
    Dünən Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan kinosunun yaranmasının 112-ci ildönümünə həsr olunan tədbir keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Film Fondunun direktoru Cəmil Quliyev bütün kino işçilərini peşə bayramları münasibətilə təbrik edib, son illər Azərbaycanda mədəniyyətin inkişafı istiqamətində atılmış addımlardan danışıb. C.Quliyev qeyd edib ki, prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci ildə imzaladığı Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Tədbir çərçivəsində “Bayramdan bayrama” videofilmi nümayiş etdirilib və “Azərbaycan kino plakatı. 1930-1980” sərgisi açılib.
    04.08.10 Məqaləni oxumaq
     
    Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə azərbaycanlı abituriyentlərin qəbulu üçün müsabiqə keçirilir
    Türkiyənin Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə azərbaycanlı abituriyentlərin qəbulu üçün müsabiqə keçirilir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən verilən məlumata görə, müsabiqədə 2010-2011-ci tədris ili üçün mülki ali təhsil müəssisələrinə I və ya II ixtisas qrupları üzrə qəbul imtahanında 300 və daha yüksək bal toplamış oğlan abituriyentlər iştirak edə bilərlər. Abituriyentlərin riyaziyyat fənnindən nisbi balı 10-dan az olmamalıdır. Müsabiqədə iştirak etmək istəyənlər TQDK-nın internet saytında qeydiyyatdan keçməlidirlər. Sonrakı mərhələdə namizədlər Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi həkim komissiyasından keçdikdən sonra Daxili Qoşunların Baş İdarəsində fiziki hazırlıq üzrə yoxlamalara cəlb olunacaqlar. Fiziki hazırlıq üzrə yoxlamalardan keçmiş namizədlər Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Hərbi Attaşeliyi və Hərbi işbirliyi üzrə Koordinasiya Qərargahı tərəfindən keçiriləcək müsahibədə iştirak edəcəklər.
    04.08.10 Məqaləni oxumaq
     
    D.Medvedev V.Putinə rəqib olmayacaq
    Rusiyanın dövlət başçısı Dmitri Medvedev 2012-ci ildə keçiriləcək prezident seçkilərində Baş nazir Vladimir Putinə rəqib olmayacağını söyləyib. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, D.Medvedev mətbuata açıqlamasında bildirib ki, növbəti seçkinin güc mübarizəsi olmasını istəmir. Onun sözlərinə görə, bu, Rusiya üçün yaxşı olmaz. Kimin prezident olacağı ilə əlaqədar hər hansı bir fikri olmadığını vurğulayan Rusiya lideri bildirib ki, bu, özü, Putin, ya da başqa bir şəxs ola bilər. O bildirib ki, 2012-ci ildə kim prezident olsa, həmin rəhbərin özü və Putin kimi Rusiyanın sabit inkişafı üçün çalışması vacibdir. Rusiyanın Baş naziri V.Putin isə 2012-ci ildə prezidenliyə namizəd olacağını açıqlayıb.
    04.08.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 9 10 11 12 13 14 15 16 17 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Avq.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031