Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 8.2010
    Səhifələr : 1 2 3 4 5 » #
    ABŞ səfirliyi Sumqayıt Kitabxanasına kitab hədiyyə edib
    ABŞ-ın Azərbaycandakı səfirliyi Sumqayıt şəhərinin Mərkəzləşdirilmiş Kitabxana Sisteminə ingilis dilində müxtəlif kitablar  hədiyyə edib. Sumqayıt şəhər İcra Hakimiyyətindən KƏLAMİNFO-ya verilən məlumata görə, kitablar bir neçə gün əvvəl ABŞ Səfirliyinin ictimai diplomatiya üzrə nümayəndəsi B.Mayer ilə görüş zamanı əldə edilmiş razılıq əsasında verilib. Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Namiq Qaffarov ingilis dilində izahlı lüğətlər, ədəbi əsərlərin, amerikan müəlliflərin Azərbaycan dilinə tərcümə olunmuş roman və hekayələrindən ibarət olan kitabların Sumqayıt şəhərinin Mərkəzləşdirilmiş Kitabxana Sisteminə daxil olan kitabxanalara paylanacağını bildirib. Görüşdə həmçinin ABŞ səfirliyi ilə Sumqayıtın mədəniyyət müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb, bu sahədə səylərin gücləndiriləcəyi qeyd olunub.
    31.08.10 Məqaləni oxumaq
     
    Bazar ertəsinin Ramazan təqvimi
    Hicri təqvimi – 1431, Miladi təqvimi – 30 avqust 2010-cu il. Ramazan ayının 20-ci günü. Sübh namazı İmsaq: 05:52, Axşam namazı iftar: 20:31. Bu günün duası: (“Allahumməftəh li fihi əbvabəl-cinan.Və əğliq ənni fihi əbvabən-niran. Və vəffiqni fihi litilavətil-Quran. Ya munziləs-səkinəti fi qulubil muminin”.)

    (İlahi, bu gün mənim üzümə Cənnət qapılarını açıb Cəhənnəm qapılarını bağla! Bu gün məni Quran oxumaqda müvəffəq et! Ey möminlərin qəlbinə rahatlıq bəxş edən Allah!)
    Qeyd edək ki, imsaq və iftar vaxtları Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən müəyyən edilmiş təqvim əsasında yazılır.
    Xatırladaq ki, İmsak vaxtının son həddi sübh namazının vaxtından 20 dəqqiqə əvvəldir.
    31.08.10 Məqaləni oxumaq
     
    TQDK orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirdi
    Bu gün 9 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından KƏLAMİNFO-ya verilən məlumata görə, imtahanında iştirak etmək üçün 30 min 671 abituriyent ərizə təqdim edib.
    Budəfəki imtahanlarda 9 illik təhsil bazasında 623 ixtisas üzrə 47 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılır. Ayrılan 9576 plan yerindən 8539-u Azərbaycan, 242 yer rus bölməsinə, 795 yer birgə müsabiqə aparılan ixtisaslara aiddir. İmtahan Bakı ilə yanaşı Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Ağcabədi, Göyçay və Quba şəhərlərində 56 binada keçiriləcək. 1881 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 231 imtahan rəhbəri cəlb olunub. Abituriyentlər 1 saat 30 dəqiqə ərzində hər fəndən 15 sual olmaqla Ana dili, Azərbaycan tarixi və riyaziyyatdan imtahan veriblər.
    31.08.10 Məqaləni oxumaq
     
    Xəzər dənizində zəlzələ olub
    Xəzər dənizində zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən KƏLAMİNFO-ya verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 03:40-da Xəzər dənizində, Bakı şəhərindən 155 km cənubi-şərqdə qeydə alınıb.
    Zəlzələnin maqniturası 3.30, dərinliyi 50m olub.
    31.08.10 Məqaləni oxumaq
     
    Qədr gecələri
    İslami hədislərə əsasən Ramazan ayının 19, 21 və 23-ü gecələri Qədr gecələridir. Quranın nazil olduğu gecədir. Allah-Təala Qurani-Kərimdə buyurur: “Həqiqətən biz onu (Quranı) Qədr gecəsi nazil etdik!”
    Beləliklə, bu mətlə ayrı-ayrı surələrdə müxtəlif şəkildə açıqlanır. Məsələn, “Bəqərə” surəsində buyurulur: “(Mübarək) Ramazan ayı elə bir aydır ki, Quran bu ayda nazil edilmişdir”.

    Qədr gecəsi müqəddəs Ramazan ayının gecələrindən birinə təsadüf edir. Qədr gecəsi mübarək bir gecədir və Quran bu gecədə nazil olmuşdur. Burada belə bir sual ortaya çıxır. Əgər Quran Qədr gecəsi nazil olmuşdursa, bəs Peyğəmbərin (s) peyğəmbərlik dövründə o Həzrətə nazil olan ayələr hansı ayələrdir. Qurani-Kərim iki dəfə nazil olmuşdur. Birinci dəfə bütövlükdə Həzrəti Peyğəmbərin (s) mübarək qəlbinə, ikinci dəfə isə 23 il ərzində tədricən, ayə-ayə o Həzrətə nazil olmuşdur. Bu iki növ nazil olmanı Allah-Təala Qurani-Kərimdə də vurğulamışdır: “Həqiqətən, biz Quranı Qədr gecəsi nazil etdik”. Və yaxud da: “Biz onu mübarək bir gecədə, (Qədr gecəsində) nazil etdik. Biz (o kitab vasitəsilə kafirləri öz əzabımızla) qorxuduruq” (Duxan sürəsi, 3-cü ayə).
    31.08.10 Məqaləni oxumaq
     
    Gənc müəllimlər üçün nəzərdə tutulan güzəştlər artırılır
    2010-2011-ci tədris ili üçün orta məktəblərin həvəsləndirmə tədbirləri tətbiq ediləcək vakant yerlərində işləmək istəyən pedaqoji ixtisaslı gənc mütəxəssislər sentyabrın 15-dək Təhsil Nazirliyinə müraciət edə bilər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyindən veriblər.
    Nazirlər Kabinetinin cari ilin aprelində  imzaladığı “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərinin müəyyən edilməsi haqqında” yeni qərar əsasında gənc mütəxəssislərə tətbiq olunan maliyyə vəsaitləri artırılıb və ipoteka kreditlərinin verilməsi məsələsi nəzərdə tutulub.
    30.08.10 Məqaləni oxumaq
     
    İtaliyanın xarici işlər naziri gəlir
    İtaliyanın xarici işlər naziri Franko Frattini Azərbaycana rəsmi səfərə gəlir. KƏLAMİNFO xəbər verir ki, səfər çərçivəsində ikitərəfli aktual məsələlərin, siyasi və iqtisadi sahələrdə regional əməkdaşlığın müzakirə olunacağı gözlənilir. Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ətrafında müzakirələr isə danışıqların əsas prioritet mövzusu olacaq.
    Xatırladaq ki, İtaliya dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
    30.08.10 Məqaləni oxumaq
     
    В«Qayda pozuntularına qarşı həmişə ciddi mübarizə aparmaq lazımdırВ»
    Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin əməkdaşı, polis polkovniki Vaqif Əsədov: В«Bəzən yol hərəkəti qaydalarının pozulmasına və yol hadisələrinin baş verməsinə yalnız sürücülər deyil, həmçinin piyadalar da şərait yaradırВ»

    - 2010-cu ilin birinci yarımilliyinə dair statistik göstəricilər barədə nə deyə bilərsiniz?

    - 2010-cu ilin sentyabr ayının 7-nə olan göstəricilərə görə, 2010-cu ilin əvvəlindən bu günə kimi nəqliyyat vasitəsini sərxoş halda idarə etmə ilə bağlı 539, svetoforun qırmızı işığında hərəkətlə bağlı 676, qəza şəraiti yaratma ilə bağlı 71, nəqliyyat vasitəsini dövlət nömrə nişanı olmadan idarə etmə ilə bağlı 21, nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etmə ilə bağlı 736, 30 km/s-dan yuxarı surət həddini aşma ilə bağlı 497, В«Giriş qadağandırВ», В«Hərəkət qadağandırВ» yol nişanlarının tələbini pozma ilə bağlı 2118, səs siqnalından qadağan olunan yerlərdə istifadə etmə ilə bağlı 60, təhlükəsizlik kəmərindən istifadə edilməsi tələbinə riayət etməməklə bağlı 5386, piyadalarla bağlı 298, В«Təmiz havaВ» aylığı ilə əlaqədar nəqliyyat vasitələrinin normadan artıq dəm qazı atması ilə bağlı 367 və avtoxuliqanlıqla bağlı 6 fakt qeydə alınmışdır. Beləliklə, göstərilən müddət ərzində 25.303 qanun pozucusu məsuliyyətə cəlb edilib.
    Yol-nəqliyyat hadisələrinə gəlincə, göstərilən vaxt ərzində onların sayı 73 olub. Bu YNH-lər nəticəsində 24 nəfər ölüb, 70 nəfər isə müxtəlif dərəcədə bədən xəsarəti alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə, 1 hadisə, 2 ölüm faktı və 10 yaralı azalıb.
    28.08.10 Məqaləni oxumaq
     
    MSK-nın sifarişi ilə 2000 təşviqat lövhəsi hazırlanıb
    Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının sifarişi ilə 2000 təşviqat lövhəsi hazırlanıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya MSK-nın Təşkilat şöbəsinin müdiri Zemfira Eminova verib. Z.Eminova bildirib ki, hazırlanan lövhələr müvafiq yerlərdə yerləşdiriləcək. O, lövhələrin yaxın günlərdə həmin yerlərə göndəriləcəyini söyləyib.
    28.08.10 Məqaləni oxumaq
     
    Qazaxıstanda yanğın: 5 nəfər ölüb
    Qazaxıstanın Almatı şəhərində səhər saatlarında yanğın baş verib. KƏLAMİNFO xəbər verir ki, binada başlayan yanğın zamanı 5 nəfər həyatını itirib. Qazaxıstan Təcili Yardım Nazirliyinin məlumatına görə, 2 saatlıq xilasetmə tədbirindən sonra 2-si uşaq olmaqla 5 nəfər həlak olub.
    28.08.10 Məqaləni oxumaq
     
    Səhifələr : 1 2 3 4 5 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Avq.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031