|
Səhifələr : # « 3 4 5 6 7 8 9 10 11 » #
FHN yanğın təhlükəsizliyi tədbirlərini davam etdirir
|
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun bağ massivlərində yanğın təhlükəsizliyi tədbirlərini davam etdirir, yay mövsümü ilə əlaqədar əhalinin böyük bir hissəsinin bağ evlərində istirahət etdiyini nəzərə alaraq əhali arasında yanğına qarşı təbliğat xarakterli söhbətlər aparır. FHN-dən KƏLAMİNFO-ya verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidmətinin bağ massivlərində apardığı növbəti yanğın təhlükəsizliyi tədbirində yaşayış evlərinin, mülkiyyət formasından asılı olmayaraq obyektlərin ərazilərinin saxlanılmasında yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl olunmasına baxış keçirilib, həyətyanı sahələrin yanar materiallardan daim təmizlənməsinə, yana bilən tullantıların xüsusi meydançalarda quraşdırılan konteynerlərə yığılmasına və vaxtında daşınıb aparılmasına diqqət yetirilib, bu istiqamətdə maarifləndirici söhbətlər aparılıb.
|
17.08.10 Məqaləni oxumaq
|
|
|
Göyçaylı məzun ali məktəbə imtahansız qəbul olunub
|
Cari il Göyçay rayonu orta ümumtəhsil məktəblərini bitirən məzunlardan 285-i tələbə adını qazanıb. KƏLAMİNFO xəbər verir ki, tələbələrdən 3-ü 600-dən yuxarı bal toplayıb.
Rayon təhsil şöbəsindən bildiriblər ki, ən yüksək nəticəni şəhər 1 nömrəli orta məktəbin məzunu P.Bağırova əldə edib. O, imtahanda 650 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olub. İdman sahəsindəki göstəriciləri “Təhsil haqqında” yeni qanunun tələblərinə uyğun gələn Göyçay şəhər 1 nömrəli orta məktəbin məzunu M.Məmmədli isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına müsabiqədənkənar, yəni imtahan vermədən qəbul olunub.
|
17.08.10 Məqaləni oxumaq
|
|
|
İraqda bomba: 43 nəfər həlak oldu
|
İraqın paytaxtı Bağdad səhəri yenə bomba xəbəri ilə açıb. KƏLAMİNFO xəbər verir ki, naməlum bir şəxs üzərindəki bombanı partladaraq 43 insanın ölümünə və 100-dən çox insanın yaralanmasına səbəb olub.
İraqın Səhiyyə Nazirliyindən verilən məlumata görə, ölən və yaralıların çoxu İraq ordusuna xidmət etmək üçün gələn əsgərlər olub.
|
17.08.10 Məqaləni oxumaq
|
|
|
İranda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək
|
Cari il sentyabrın 25-dən 30-dək İranda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. Bu barədə KƏLAMİNFO-ya Azərbaycanın İrandakı səfirliyindən məlumat veriblər.
Mədəniyyət Günləri çərçivəsində Qara Qarayev adına Dövlət kamera orkestrinin, Dövlət mahnı və rəqs ansamblının rəqs qrupunun, muğam ifaçılarının konsertlərinin keçirilməsi, turizm stendinin təqdimatı, foto və kitab sərgilərinin təşkili və filmlərin nümayişi planlaşdırılır.
|
17.08.10 Məqaləni oxumaq
|
|
|
Növbəti 5 bələdiyyəyə “Məlumat lövhəsi” veriləcək
|
Azad İstehlakçılar Birliyi (AİB) Hacıqabul, Neftçala, Salyan, Saatlı və Sabirabad rayonları ərazisində fəaliyyət göstərən növbəti 5 bələdiyyəyə “Məlumat lövhəsi” verəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində AİB sədri Eyyub Hüseynov verib.
E.Hüseynov bildirib ki, sözügedən lövhələri Avropa Komissiyasının dəstəyi və AİB-in həyata keçirdiyi “Bələdiyyələrin sosial sahədə və əhalinin ekoloji hüquqlarına dair imkanlarının artırılmasına dəstək” layihəsi çərçivəsində “Konterpark İnternational” təşkilatı verəcək. Onun sözlərinə görə, “məlumat lövhələri“ndə AİB-in treninq keçmiş əməkdaşları ilə birlikdə bələdiyyələrin sosial inkişaf planları, büdcəsi, iclasları, ümumilikdə onların fəaliyyəti haqqında məlumatlar yerləşdiriləcək.
Xatırladaq ki, bundan əvvəl AİB adı çəkilən rayonların digər 5 bələdiyyəsinə “məlumat lövhələri“, 10 bələdiyyəyə isə kompüter dəsti hədiyyə edib.
|
17.08.10 Məqaləni oxumaq
|
|
|
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür
|
Bu gün Azərbaycanın xalq şairi, görkəmli görkəmli ədəbiyyatçı alim Bəxtiyar Vahabzadənin doğum günüdür. KƏLAMİNFO xəbər verir ki, B.Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhərində anadan olub. B.Vahabzadə 1947-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib və universitetin nəzdində aspiranturaya qəbul olunub. B. Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. Dövlət Akademik Milli Dram Teatrının səhnəsində onun “Vicdan”, “İkinci səs”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı” pyesləri tamaşaya qoyulub. Şair, tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Onun məhşur “Gülüstan” poeması hələ SSRİ dövründə Azərbaycanın ictimai mühitində milli ruhun oyanmasında əvəzsiz rol oynayıb. Xalq şairi 13 fevral 2009-cu ildə Bakıda dünyasını dəyişib.
|
17.08.10 Məqaləni oxumaq
|
|
|
Türkiyədə 3.9 bal gücündə zəlzələ olub
|
Türkiyə bu səfəri yeraltı təkanlarla açıb. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bolu şəhərində səhər saat 06:39-da 3.9 bal gücündə zəlzələ baş verib. Rəsmilərin verdiyi məlumata görə, zəlzələ zamanı təlafat olmayıb.
|
17.08.10 Məqaləni oxumaq
|
|
|
Bu günün Ramazan təqvimi
|
6 Ramazan 1431 – 16 avqust 2010. İmsaq: 05:35. İftar: 20:52
Bu günün duası: “Allahummə la təxzulni fihi li-təərruzi məsiyətik.Və la təzribnibisifati nəqəmətik. Və la zəhdihni fihi min mucibəti səxətik. Bimənnikə və yəadikə ya muntəharəğbətir-rağibin”
İlahi, bu gün Sənə qarşı etdiyim günahlara görə məni rüsvay etmə. Məni intiqam qırmancı ilə vurma. Bu gün Sənin qəzəbinə səbəb olan işlərdən məni uzaq et. Bəxşiş və nemətlərinə and verirəm, ey şövqlü şəxslərin arzularının sonu!
Qeyd edək ki, imsaq və iftar vaxtları Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən müəyyən edilmiş təqvim əsasında yazılır.
|
17.08.10 Məqaləni oxumaq
|
|
|
Müdafiə naziri Səfər Əbiyev İraqın yeni səfirini qəbul edib
|
Bu gün müdafiə naziri, general-polkovnik Səfər Əbiyev İraqın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Qübeyşi əl-Barrakı qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər.
S.Əbiyev yeni təyinatı ilə bağlı səfiri təbrik edib, bildirib ki, Azərbaycan İraqla əlaqələrin qurulmasına önəm verir. İraq səfiri isə ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tam dəstəklədiyini və erməni təcavüzünü pislədiklərini bəyan edib.
|
16.08.10 Məqaləni oxumaq
|
|
|
İran kosmosa peyk göndərir
|
Gələn ilin mart ayınadək İran İslam Respublikası kosmosa yeni peyk göndərəcək. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə İranın rabitə naziri Rza Təqipur məlumat verib.
R.Təqipur qeyd edib ki, “Rəsəd 1” adlı peyk hava durumu, dəniz sahilləri, magistral yollar, çayların axını və digər araşdırmalar aparmaq məqsədilə orbitə göndəriləcək.
|
16.08.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 3 4 5 6 7 8 9 10 11 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|