Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 8.2010
    Səhifələr : # « 1 2 3 4 5 6 7 8 » #
    Seçkilərdə beynəlxalq müşahidəçilərin iştirakı Bakının uğurudur
    ATƏT-in Bakı ofisi noyabrda Azərbaycanda keçiriləcək parlament seçkilərində çoxlu sayda beynəlxalq müşahidəçinin iştirakını rəsmi Bakının uğuru kimi qiymətləndirir. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı bu gün MSK-da Azərbaycanın dairə seçki komissiyalarının sədrləri üçün ixtisaslaşdırılmış kursların açılış mərasimində ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel bildirib.
    ATƏT rəsmisi qeyd edib ki, qarşıdan gələn parlament seçkilərində ATƏT-dən 450 nümayəndə müşahidə edəcək ki, onların 45 nəfəri uzunmüddətli müşahidəçidir.
    24.08.10 Məqaləni oxumaq
     
    Qazaxıstanda dəhşətli qəza: 20 nəfər ölüb
    Qazaxıstanın Zhambul bölgəsində Almatı-Daşkənd yolunun 339-cu km-də iki yük maşının toqquşması nəticəsində 20 nəfər həlak olub, 23 nəfər yaralanıb. KƏLAMİNFO xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi açıqlamasında  hadisəyə səbəb kimi sürücünün yuxuya getməsini göstərib və həlak olanların kimliyi hələki təsdiqlənmədiyini bildirib.
    24.08.10 Məqaləni oxumaq
     
    A.İsmiyev: “Yaxın 5-6 ildə biz Türkiyədən də qabağa gedəcəyik”
    Mədəniyyət və Turizm Nazirliyinin Turizm İdarəsinin rəisi Aydın İsmiyev müsahibə verib.

    - Aydın müəllim, bir müddət əvvəl rəhbərlik etdiyiniz qurum Azərbaycanda turizm sahəsinin hazırkı durumu ilə bağlı monitorinq həyata keçirirdi. Nəticələr nə deyir?

    - Ölkənin turizm regionlarına ümumi bir baxış həyata keçirdik. Əvvəlcə Quba, Qusar, Xaçmaz, Şamaxı, İsmayıllı, Qəbəblə, Şəki, Zaqatala və Balakən ərazilərinə, daha sonra isə Masallı, Lənkəran, Lerik və Astara zonasında monitorinqlər apardıq. Müşahidələr zamanı, ümumi götürdükdə, sırf otellərdən başlasaq, hazırkı mövsümdə onların 70-80% dolu idi. Monitorinq zamanı, əvvəlki illərdən fərqli olaraq artıq ölkənin turizm sahəsində müxtəliflik də diqqəti çəkir. Yəni, otellər var ki, onlar yüksək səviyyədə xidməti və buna uyğun tənzimlənmiş qiyməti var. Eyni zamanda belə otellərlə yanaşı, həm də artıq az təminatlı insanlar üçün, uyğun səviyyəli və qiymətləri münasib otellər də fəaliyyətə başlayıb. Hətta onların sayı turzim regionlarında durmadan artır. Belə otellərdə qiymətlər adambaşı 20-50 manat arasında dəyişir. Artıq müşahidələr göstərir ki, turizmlə bağlı ölkədəki vəziyyət 4-5 il əvvəlki kimi deyil, müsbətə doğru kifayət qədər dəyişiklik var. Bu həm regionların özünün inkişafı, həm də artıq sərmayəçilərin Azərbaycanda turizmə olan marağının artması ilə əlaqədardır. Bir neçə ilə əvvəl insanlar istirahət üçün regionlara üz tutmurdular və bundan irəli gələrək də o bölgələrdə turizmə səhm yatıran yox idi. Amma, artıq bütün regionlara, xüsusilə də adını çəkdiyim ərazilərə kifayət qədər həm yerli, həm də xarici turistlər gəlir. İstirahət etmək üçün də ərazilərdən asılı olaraq müxtəlif yerlər və qiymətlər var. Bu müxtəlifliyin özü turizmin geniş inkişafında müstəsna rol oynayır. Yəni, qeyd olunan turizm regionlarımızda 15-20 manatlıq yerlər də var, 180-200 manatlıq yerlər də. Bu daha çox turistin gəlməsinə və dolayısı ilə regionların potensialının artmasına gətirib çıxarır. Bu bazar iqtisadiyyatına da uyğun bir haldır. Lakin, buna baxmayaraq, müşahidələr nəticəsində şahid olduq ki, bu il ümumi halda qiymətlər nisbətən aşağı enib. Bu daha çox otellərin sayının artmasından irəli gəlir. Otellər artıdıqca, rəqabat nəticəsində qiymətlərdə enmə müşahidə olunur.
    24.08.10 Məqaləni oxumaq
     
    AVCİYA fəaliyyət proqramını təqdim edəcək
    Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının seçki qərargahı Milli Məclisə keçiriləcək seçkilərlə bağlı fəaliyyət proqramının ikinci mərhələsinin yekunlarına həsr olunan təqdimat mərasimi keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AVCİYA-nın mətbuat xidmətindən veriblər.
    Tədbirdə AVCİYA-nın reqional nümayəndəliklərinin rəhbərləri, rayonlar üzrə koordinatorları, həmçinin siyasi partiya, QHT, habelə beynəlxalq təşkilatların Bakı nümayəndəliyinin təmsilçiləri, KİV nümayəndələri və müstəqil ekspertlər iştirak edəcəklər.
    Qeyd edək ki, təqdimat mərasimi avqustun 27-də saat 12-00- da “Ambassador” otelinin konfrans zalında keçiriləcək.
    24.08.10 Məqaləni oxumaq
     
    Azərbaycanda 57 insan alveri cinayət faktı aşkarlanıb
    Bu il Azərbaycanda 57 insan alveri cinayət faktı aşkarlanıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə Bakıda Beynəlxalq insan alverinə qarşı mübarizə gününə həsr olunmuş tədbirdə çıxışı zamanı Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşı Araz Babayev bildirib.
    A.Abdullayev qeyd edib ki, aşkar olunmuş 57 cinayət faktı nəticəsində 21 nəfər cinayət məsuliyyətinə cəlb olunub. “27 nəfər insan alveri qurbanı aşkar olunub. Qurbanlardan 11 nəfərə sığınacaq verilib, 5 nəfər işlə təmin olunub, 21 nəfər isə müvafiq peşə kurslarına cəlb olunub”,-A.Babayev vurğulayıb.
    Dünyada hər il avqustun 23-ü Beynəlxalq insan alverinə qarşı mübarizə günü kimi qeyd olunur.
    23.08.10 Məqaləni oxumaq
     
    “İranın bəyanatları regionu müharibə ocağına çevirəcək”
    İranın son günlər əldə etdiyi texniki-hərbi nailiyyətlərlə İsrailə qarşı meydan oxuması, tez-tez təkrarladığı hədələyici və qıcıqlandırıcı ritorik bəyanatları regionu təhlükəli müharibə ocağına çevirəcək. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində politoloq Fikrət Sadıqov açıqlama verib.
    O, bildirir ki, İran günü-gündən sanksiyalardan çıxış yolları axtarmaq əvəzinə, əksər güc dövlətlərinə hədələyici bəyanatlar göndərməklə vəziyyəti alt-üst edir. “İranın Rusiyanın köməyi ilə inşa etdiyi Atom Elektrik Stansiyasının (AES) əslində o qədər də hərbi potensiala aidiyyatı yoxdur.
    23.08.10 Məqaləni oxumaq
     
    Hüseyn Cavidin aforizmlərindən miniatür kitab nəşr edilib
    Dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin seçmə aforizmlərindən ibarət miniatür kitab nəşr edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. Azərbaycan Kitab Cəmiyyətinin çap etdirdiyi kitab 55-38 mm ölçüdə, 248 səhifədən ibarətdir və 200 nüsxə tirajla çap edilib. Miniatür kitabda böyük mütəfəkkirin əsərlərindən 16 kompozisiya yerləşdirilib. Qeyd edək ki, kitab AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən hazırlanıb. Kitabın təqdimatının isə cari ilin sentyabrında Bakı və Naxçıvanda keçiriləcəyi gözlənilir.
    21.08.10 Məqaləni oxumaq
     
    DQİDK-ya məscid tikintisi ilə bağlı çoxlu müraciətlər daxil olur
    Ölkədə dini ibadət ocaqları, o cümlədən məscidlər, sinaqoqların inşası, bərpası və təmiri ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) mütəmadi müraciətlər daxil olur. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində DQİDK-nin mətbuat xidmətinin rəhbəri Saleh Aslanov söyləyib. Cari il təkcə İçərişəhər Məhəmməd məscidinin təmiri ilə bağlı layihəyə DQİDK tərəfindən müsbət rəy verildiyini xatırladan S.Aslanov qeyd edib ki, digər müraciətlər də Komitənin nəzdində yaradılan yeni Şura tərəfindən araşdırılır. Onun sözlərinə görə, sənədlərində noqsanlar olduğu üçün bir neçə müraciət geri qaytarılıb. S.Aslanov qeyd edib ki, geri qaytarılan müraciətlərdəki nöqsanlar aradan qaldırıldıqdan sonra həmin müraciətlərə qurum tərəfindən yenidən baxıla bilər. Qeyd edək ki, dini ibadət ocaqlarının tikilməsi, təmiri ilə bağlı Komitəyə nə qədər müraciətin daxil olduğu barədə məlumat verilməyib. Xatırladaq ki, bir neçə ay öncə dini ibadət yerinin tikintisi və mövcud dini ibadət yerinin yenidən qurulmasının (bərpası, əsaslı təmiri) məqsədəuyğunluğunu daha obyektiv araşdırmaq üçün DQİDK sədri yanında Şura yaradılıb.
    21.08.10 Məqaləni oxumaq
     
    “Azərbaycan Media Kataloqu”nun yeni nəşri hazırlanır
    Söz Azadlığını Müdafiə Fondu (SAMF) “Azərbaycan Media Kataloqu”nun yeni nəşrini çapa hazırlayır. Bu barədə məlumatı KƏLAMİNFO-ya SAMF-dan bildirilib. Yeni nəşr forma və məzmununa görə, əvvəlkindən xeyli fərqlənəcək. Belə ki, bu nəşrə regionlarda çap olunan və ya informasiya texnologiyaları vasitəsilə yayımlanan bütün informasiya daşıyıcıları haqqında məlumatlar daxil ediləcək. Bununla yanaşı, ilkin nəşrə daxil edilən materialların zənginləşdirilməsi, mərkəzi mətbu orqanların regional büroları haqqında məlumatların əlavə edilməsi, həmçinin KİV sahəsində fəaliyyət göstərən QHT-lər haqqında informasiyaların yeni nəşrə daxil edilməsi nəzərdə tutulur. Kataloqda nəşrin fəaliyyət tarixi barədə qısa məlumat, baş redaktorları və struktur bölmələri haqqında məlumatlar Azərbaycan, ingilis və rus dillərində olacaq. SAMF materialların zənginləşdirilməsinə yardımçı olacaq hər bir media təmsilçisinə əvvəlcədən öz təşəkkürünü bildirir.
    21.08.10 Məqaləni oxumaq
     
    Obama hər gün dua edən xristianmış
    ABŞ-da ictimaiyyət arasında keçirilən sorğuda vətəndaşların çoxu prezident Barak Obamanın müsəlman olduğunu bildiriblər. KƏLAMİNFO xəbər verir ki, Ağ Evin mətbuat katibi Bill Burton jurnalistlərə açıqlamasında Obamanın hər gün dua edən bir xristian olduğunu bildirib. Pew Sorğu Mərləzi isə qeyd edib ki, Obama dəfələrlə kilsəyə getdiyini və xristian olduğunu desə də Amerika xalqı onun reallıqda müsəlman olduğuna inanırlar. Obamanın xristian olduğunu düşünənlər isə son bir ildə yarıbayarı azalaraq, 34%-ə çatıb.
    21.08.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 1 2 3 4 5 6 7 8 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Avq.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031