Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 8.2010
    Səhifələr : # « 7 8 9 10 11 12 13 14 15 » #
    Türkiyədə zəlzələ olub
    Türkiyənin Balıkəsir əyalətində səhər saat 05.23-də 4.8 bal gücündə zəlzələ baş verib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, insanlar təşviş içərisində evlərindən çölə qaçıblar. İlkin məlumatlara görə hadisə zamanı insan təlafatı olmayıb.
    12.08.10 Məqaləni oxumaq
     
    Rusiyada müsəlmanlar fond yaradıblar
    Müqəddəs Ramazan ayının gəlməsi ilə əlaqədar Rusiya müsəlmanları xeyriyyə fondu yaradıblar. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bu ölkədə müsəlmanların Sosial-Xeyriyyə və Mənəvi-Maarfiçilik Departmaneti ölkədə yanğından əziyyət çəkmiş insanlara lazım olan əşyaların toplanmasına başlayıb. Anomal istilər səbəbindən Rusiyanın 22 regionunu təbiət yanğınları bürüyüb. Bu regionların 7-də, o cümlədən Moskvada fövqəladə vəziyyət elan olunub. Xeyriyyə məqsədilə toplanmış bütün ianələr departamentdə toplanacaq və əziyyət çəkmiş əhaliyə paylanacaq.
    12.08.10 Məqaləni oxumaq
     
    Müqəddəs Ramazan ayı başladı
    Bu gündən bütün İslam aləmi üçün müqəddəs Ramazan ayı başlayıb. KƏLAMİNFO xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazilər Şurasının Ramazan ayının başlanma ərəfəsində verdiyi fətvada qeyd olunub ki, bu il Orucluq bayramı miladi təqvimlə sentyabrın 9-u və ya 10-na təsadüf edəcək. Fətvada bildirilib ki, Allah yolunda orucluq tutanların Allah-Təala yanında ərci böyükdür: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi… Həzrət Mühəmmədin (s) mübarək hədisi-şərifində buyurulur ki, Adəm oğlunun hər əməli özü üçündür. Təkcə orucluqdan başqa. Orucluq Allah üçündür, əvəzini də Allah verir”. QMİ Ramazan ayında oruc tutanlara kömək məqsədilə xüsusi cədvəl və yaddaş kitabçası hazırlayıb. Oruc və namaz vaxtları ayrı-ayrı qurumlar tərəfindən hazırlanan, təfriqə yaradan cədvəllərə deyil, Şamaxı Astrofizika Rəsədxanası ilə birgə hazırlanan, elmə əsaslanan, milli-mənəvi birliyə xidmət edən cədvələ müvafiq nizamlamaq tövsiyə olunur. Cədvələ riayət olunmasının təmini qazılara, yerlərdəki səlahiyyətli nümayəndələrə, axundlara, imamlara həvalə edilib. QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə, 24-dən 25-nə və 26-dan 27-nə keçən gecələrə təsadüf edir.
    12.08.10 Məqaləni oxumaq
     
    Qəbələdə fərqli formada muzey yaradılacaq
    Qəbələ rayonunda açıq səma şəraitində fərqli formada muzey yaradılacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Muzey iki ilə hazır olacaq. Azərbaycan və Koreyanın birgə əməkdaşlığı sayəsində yaradılacaq muzey Qədim Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin öz dövrünün bir çox böyük şəhərləri ilə müqayisə edildiyini bir daha sübuta yetirəcək. Hazırda qədim şəhərin xarabalıqlarını üzə çıxarmaq istiqamətində intensiv qazıntı işləri aparılır. Bu xarabalıqlar torpaq altından çıxdıqdan sonra yaradılacaq muzeyə çoxsaylı turistlər də maraq göstərəcək.
    12.08.10 Məqaləni oxumaq
     
    AMEA-nın şöbə müdiri Ədalət Həsənov İtaliyaya gedəcək
    Avqustun 18-də AMEA-nın Xarici əlaqələr şöbəsinin rəhbəri, fizika-riyaziyyat elmləri doktoru Ədalət Həsənov İtaliyaya səfərə gedəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində Ə.Həsənov özü söyləyib. O qeyd edib ki, səfərində məqsəd, İtaliyanın Palermo şəhərində keçiriləcək Beynəlxalq Elm Federasiyasının iclasında iştirak etməkdir. Ə.Həsənov bildirib ki, ildə bir dəfə ənənəvi olaraq keçirilən iclasa dünyanın çoxsaylı ölkələrindən alimlər qatılır. Onun sözlərinə görə, iclasda il ərzində görülən işlərin hesabatı dinləniləcək, beynəlaxalq əməkdaşlıq, qarşıda duran vəzifələr və digər məsələlər müzakirə ediləcək, mövzu ətrafında fikir mübadiləsi aparılacaq.
    12.08.10 Məqaləni oxumaq
     
    Erməni deputat: “Ermənistan təcili KTMT-ni tərk etməlidir”
    Ermənistan təcili olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməlidir. Artıq ermənilər üçün bu təşkilat qarant deyil. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin deputatı Stepan Safaryan bəyan edib. O, bildirib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmaqla, özünü təhlükəsizlikdə hiss edə bilməz. “Rusiya ilə Azərbaycan aydın olmayan oyunlara başlayıb. Rəsmi Moskvanın başında durduğu KTMT bizim təhlükəsizliyimizə artıq cavab vermir. Əgər Ermənistanın strateji müttəfiqi İrəvanla münaqişə vəziyyətində olan hansısa ölkəyə C-300 zenit-raket kompleksi satırsa, bu, düşünmək üçün ciddi əsaslar verir”,-deyə erməni deputat qeyd edib.
    11.08.10 Məqaləni oxumaq
     
    Türkiyədə neft kəmərində partlayış baş verib
    Türkiyənin Şırnak vilayətinin İdil kəndi yaxınlığında keçən BOTAŞ neft şirkətinə aid Kərkük-Yumurtalık boru kəmərində partlayış baş verib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Yaralılar İdil Dövlət Xəstəxanasında çatdırılıb. Partlayışın PKK terroristlərinin kəmərin altına mina qurması nəticəsində baş verdiyi bildirilir. Təhlükəsizlik qüvvələri hadisə ilə bağlı əməliyyata başlayıblar.
    11.08.10 Məqaləni oxumaq
     
    TQDK ixtisas seçimini sabahadək uzatdı
    Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi 11 avqust saat 10:00-dək uzadılıb. Bu barədə məlumatı KƏLMAİNFO-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər. Abituriyentlər qeyd olunan vaxtadək internet vasitəsilə qəbul olmaq istədikləri ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil etməli və ərizələrini təsdiq etməlidirlər.
    11.08.10 Məqaləni oxumaq
     
    BQXK: “M.İbrahimovun meyitinin geri qaytarılmasıüçün iş aparılır”
    Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun meyitinin geri qaytarılması üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisi mütəmadi iş aparır. Bu barədə məlumatı KƏLAMİNFOy-a müsahibəsində BQXK-nin Bakı ofisinin şöbə müdiri İlahə Hüseynova verib. “Şəhidin meyitinin geri qaytarılması ilə bağlı Azərbaycanın müvafiq dövlət orqanları bizə müraciət edib. Biz həmin müraciəti Ermənistan tərəfinə ötürmüşdük və aldığımız cavabı da müvafiq dövlət orqanlarına çatdırmışıq. Bundan sonra da gündəlik işimizi davam etdirəcəyik”,-deyən İ.Hüseynova bildirib ki, məsələ ilə bağlı onlara yenidən müraciət olmayıb, ancaq bu məsələ ilə bağlı gündəlik və ardıcıl məşğul olurlar.
    11.08.10 Məqaləni oxumaq
     
    Prezident Xətai rayonunda parkda yaradılan şəraitlə tanış olub
    Bu gün prezident İlham Əliyev Bakının Xətai rayonunda, Zığ yolunun kənarında əsaslı surətdə yenidən qurulmuş mədəniyyət və istirahət parkında yaradılmış şəraitlə tanış olub. KƏLAMİNFO xəbər verir ki, prezident İlham Əliyevə məlumat verilib ki, parkın ərazisi 2,3 hektardır və onun 1,5 hektarı yaşıllaşdırılıb. Burada 5 min müxtəlif ağac və gül kolları əkilib, əyləncə qurğuları, kölgəliklər quraşdırılıb, uşaq oyun kompleksləri düzəldilib. Parkda müxtəlif formalı 70-ə qədər oturacaq, müasir işıqlandırma sistemi, fəvvarələr quraşdırılıb. Parkdaxili piyada yolları salınıb, transformator məntəqəsi tikilib, su quyusu qazılıb, ərazidə suvarma sistemi quraşdırılıb, su anbarı inşa edilib. Parkın ətrafındakı binalarda da yenidənqurma işləri aparılıb, fasadlar rənglənib. Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
    11.08.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 7 8 9 10 11 12 13 14 15 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Avq.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031