Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 8.2010
    Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
    Bu gün Maestro Niyazinin doğum günüdür
    Bu gün dünya şöhrətli azərbaycanlı musiqiçi Maestro Niyazinin doğum günüdür. KƏLAMİNFO xəbər verir ki, SSRİ və Azərbaycanın xalq artisti Niyazi Zülfüqar oğlu Tağızadə- Hacıbəyov 1912-ci il avqustun 20-də Tiflis şəhərində məhşur bəstəkar Zülfüqar Hacıbəyovun ailəsində anadan olub. O, ilk təhsilini Bakı Musiqi Texnikumunda alır, lakin sonra təhsilini davam etdirmək üçün Moskva və Leninqrad (indiki Sankt-Peterburq) şəhərlərinə gedir.
    20.08.10 Məqaləni oxumaq
     
    Cümə gününün Ramazan təqvimi
    Hicri təqvimi – 1431, Miladi təqvimi – 20 avqust 2010-cu il. Ramazan ayının 10-cu günü. Sübh namazı İmsaq: 05.40. Axşam namazı iftar: 20:46. 10-cu günün duası: (“Allahumməcəlni fihi minəl-mutəvəkkilinə ələyk. Vəcəlni fihi minəl-faizinə lədəyk. Vəcəlni fihi minəl-muqərrəbinə iləyk. Biihsanikə ya ğayətəl-talibin”). (“İlahi, bu gün məni Sənə təvəkkül edənlərdən, Sənin nəzdində feyz və səadət tapanlardan, Sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey Sənə can atanların son məqsədi!”) Qeyd edək ki, imsaq və iftar vaxtları Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən müəyyən edilmiş təqvim əsasında yazılır. Xatırladaq ki, İmsak vaxtının son həddi sübh namazının vaxtından 20 dəqqiqə əvvəldir.
    20.08.10 Məqaləni oxumaq
     
    BMT-dən İsrailə sərt tələb
    BMT Qəzzə vətəndaşlarının quru və dənizdən daxil olmalarını məhdudlaşdıran İsrail əsgərlərinin dərhal bunu aradan qaldırılmasını və fələstinlilərin iqtisadi vəziyyətinin yaxşılaşmasına şərait yaradılmasını istəyib. KƏLAMİNFO BMT-nin internet saytına istinadən xəbər verir ki, Qəzzədə vətəndaşlar arasında aparılan sorğuda məlum olub ki, 1.5 mln. əhalisi olan şəhərdə 180 min insanın yaşayış tərzi bu səbəbdən son dərəcə ağır vəziyətdədir. Buna görə də BMT İsrailin bu işi dərhal görməsini tələb edib.
    20.08.10 Məqaləni oxumaq
     
    BQP parlament seçkilərinə 70-ə yaxın namizədlə qatılacaq
    Böyük Quruluş Partiyasının (BQP) qarşıdan gələn parlament seçkilərinə hazırlığı normal şəkildə gedir. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində BQP-nin sədri Fazil Mustafa söyləyib. Millət vəkili qeyd edib ki, seçkilərə partiyadan 70-ə yaxın namizəd qatılacaq. Seçkilərdə hansı polatforma ilə çıxış edəcəklərinə münasibət bildirən F.Mustafa qeyd edib ki, seçkilərdə blok şəklində çıxış etməklə bağlı danışıqlar getdiyi üçün konkret platforma hazırlanmayıb. Onun sözlərinə görə, platforma blok şəklində çıxış etməklə bağlı aparılan danışıqların nəticəsindən sonra məlum olacaq.
    20.08.10 Məqaləni oxumaq
     
    Sabah Bakıda xaricdə təhsil alan azərbaycanlıların forumu keçiriləcək
    Sabah Bakıda xaricdə təhsil alan və məzun olmuş azərbaycanlı gənclərin VIII Beynəlxalq forumu keçiriləcək. Forum Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil ediləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya GİN-nin mətbuat xidmətindən veriblər. İki gün davam edəcək Forumun məqsədi azərbaycanlı gənclərin xarici ölkələrdə əldə etdikləri təcrübələri bölüşmək, ölkəmizin inkişafı üçün birlikdə çalışmaq səylərini inkişaf etdirmək, gənclər arasında canlı ünsiyyət, informasiya mübadiləsini yaratmaqdır. Tədbirin birinci günü çıxışlar, məruzələr dinləniləcək, qruplarda müzakirələr aparılacaq. Forumun ikinci günü isə Azərbaycanın gözəl guşələrindən olan Qəbələyə səyahət təşkil olunması nəzərdə tutulub.
    20.08.10 Məqaləni oxumaq
     
    Cümə axşamının Ramazan təqvimi
    Hicri təqvimi-1431, Miladi təqvimi – 19 avqust 2010-cu il. Ramazan ayının 9-ci günü. Sübh namazı İmsaq: 05:39. Axşam namazı iftar 20:49 Bu günün duası: (“Allahumməcəlni fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl muştaqin”). (“İlahi, bu gün bol rəhmətini mənə nəsib et. Məni Öz parlaq dəlillərinə istiqamətləndir. Məni razılığına səbəb olan və hər cür xeyiri özündə cəm edən əməllərə doğru çək. Məhəbbətinə and verirəm, ey şövqlülərin istəyi”!) Qeyd edək ki, imsaq və iftar vaxtları Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən müəyyən edilmiş təqvim əsasında yazılır. Xatırladaq ki, İmsak vaxtının son həddi sübh namazının vaxtından 20 dəqqiqə əvvəldir.
    19.08.10 Məqaləni oxumaq
     
    İnstitutlar arasında müqavilə imzalanıb
    AMEA İqtisadiyyat İnstitutu ilə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi–Tədqiqat İnstitutu arasında elmi-tədqiqat sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. Müqaviləni İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev və İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru İsa Alıyev imzalayıb. Qeyd edək ki, müqavilədə bir sıra sahələr üzrə birgə elmi layihə və tədqiqatların həyata keçirilməsi, elmi kadrların hazırlanması, həmçinin elmi-praktiki müşavirə, simpozium, konfrans və seminarların keçirilməsi nəzərdə tutulur.
    19.08.10 Məqaləni oxumaq
     
    Növbəti tədris ilində 32 yeni məktəb istifadəyə veriləcək
    Növbəti tədris ilinə qədər Azərbaycanda 11 100 şagird yerlik 32 yeni məktəb və 1280 yerlik əlavə 2 tədris korpusu istifadəyə veriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində Təhsil Nazirliyi Əsaslı tikinti İdarəsinin texniki sektorunun müdiri Elman Əzimov söyləyib. Onun sözlərinə görə, növbəti tədris ilinə kimi əlavə ümumtəhsil məktəblərinin bərpasının gücləndirilməsi və əsalı təmir ilə bağlı 6, peşə liseylərinin əsaslı təmiri ilə bağlı 2, uşaq bağçalarının əsaslı təmiri ilə bağlı isə 3 obyekt istifadəyə veriləcək. E.Əzimov bildirib ki, ümumtəhsil müəssisələrinin təmiri və yenidən qurulması ilə bağlı 356, uşaq bağçaları – körpələr evinin təmiri və yenidən qurulması ilə bağlı 32 obyekt istifadəyə veriləcək. Xatırladaq ki, istifadəyə veriləcək müəssisələrdə işlər ötən ilin oktyabrında başlayıb.
    19.08.10 Məqaləni oxumaq
     
    PKK lideri: “Türkiyə dövləti ilə razılaşıb atəşkəsə qərar verdik”
    PKK terror təşkilatının liderlərindən olan Murad Karayılan avqustun 13-də verilən atəşkəs qərarının əsas səbəbini açıqlayıb. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, Karayılan Türkiyə dövlətinin bəzi rəsmiləri ilə Abdullah Öcalanın razılaşmasından sonra belə qərara gəldiklərini söyləyib. M.Karayılan A.Öcalanın dövlətdən gələn çağrıları nəzərə alaraq növbəti dəfə barışa şans tanınması üçün hərəkatımıza bir mesaj göndərdi.
    19.08.10 Məqaləni oxumaq
     
    DİP seçkilərdə iştirak edəcək namizədlərini dəqiqləşdirir
    Demokratik İslahatlar Partiyası (DİP) növbəti parlament seçkilərində iştirak edəcək namizədlərin dəqiqləşdirilməsi üzərində iş aparır. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində DİP-in mətbuat xidmətinin rəhbəri Ülkər İsmayılqızı söyləyib. O qeyd edib ki, partiya çalışacaq ki, seçkidə iştirak edəcək namizədlər seçki dairələrinin çoxunu əhatə etsin. Seçkilərlə əlaqədar müşavirə, görüşlər və digər aksiyaların keçirildiyini diqqətə çatdıran Ü.İsmayılqızının sözlərinə görə, çalışırlar ki, seçkidə xalq arasında tanınmış, xüsusilə vətəndaşların etimadını qazana biləcək namizədlər iştirak etsin. Parlament seçkilərində namizədlərin vahid platforma ilə çıxış edəcəklərini açıqlayan Ü.İsmayılqızı hazırda sözügedən platforma, plakatlar, bukletlər, onların dizayn işi, media ilə əlaqələrin necə qurulması üzərində iş aparıldığını qeyd edib. Seçkidə nə qədər namizədin iştirak edəcəyinə gəlincə, Ü.İsmayılqızı bildirib ki, bu barədə hələlik dəqiq məlumat yoxdur. O, hazırda yerlərdən namizədlərin adlarının Mərkəzi Aparata daxil olduğunu vurğulayıb.
    19.08.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Avq.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031