Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 8.2010
    Səhifələr : # « 1 2 3 4 5 6 7 » #
    Ə.Həsənov: “Türkiyə rəsmiləri dəfələrlə bəyan ediblər”
    вЂњİşğalçı Ermənistanla Türkiyənin sərhədlərinin açılması nə Türkiyənin, nə də Azərbaycanın maraqlarına cavab verir. Hər iki halda bu, işğalçı rejimin bir az da olsa əl-qolunun açılmasına, danışıqlarda daha da qeyri-konstruktiv mövqeyə yuvarlanmasına səbəb olacaq. Biz bu mövqeyimizi Türkiyə rəsmilərinin də diqqətinə çatdırmışıq”. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. Ə.Həsənov bununla bağlı Türkiyə rəsmilərinin müvafiq açıqlamalarının olduğunu da xatırladıb: “Hörmətli Baş nazir Rəcəb Tayyib Ərdoğan, prezident Abdullah Gül və Türkiyənin digər rəsmiləri dəfələrlə bəyan ediblər ki, nə vaxta qədər Ermənistan Azərbaycanın işğal etdiyi torpaqları ilə bağlı məsələdə konstruktiv mövqeyə gəlməyib, bu problem həll olunmayıb, iki ölkə arasındakı sərhədlər açılmayacaq. Biz Türkiyə rəsmilərinin sözlərinə inanırıq və düşünürük ki, ortaya qoyulmuş şərtlər təyin olunmayana qədər Türkiyə Ermənistanla sərhədləri açmayacaq. Fərqi yoxdur, istər NATO-nun tələbi olsun, istər ATƏT-in, Avropa Şurasının, ya da hansısa fövqəldövlətin tələbi olsun“,-deyə PA-nın rəsmisi vurğulayıb.
    25.08.10 Məqaləni oxumaq
     
    Yeni Rusiya- Ermənistan hərbi razılaşması şübhə altındadır
    Ermənistanın müxalifətdə olan partiyaları Rusiya ilə imzalanmış yeni hərbi razılaşmanı şübhə altında qoyurlar. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, Zharangutiun partiyasının sədr müavini Ruben Akopyan bildirib ki, ötən həftə Moskva ilə imzalanmış yeni müqavilənin Qarabağın təhlükəsizliyinə nə vəd etdiyi aydın deyil. Partiyanın parlamentdəki fraksiyasına rəhbərlik edən R.Akopyan, Stepan Səfəryan və həmçinin digərləri Ermənistandakı Rusiya bazasının müddətinin 2044-cü ilədək uzadılmasını məqsədyönlü saymır, bunun Ermənistanın maraqlarına uyğun olmadığını bildirirlər. Ölkədə daha böyük və nüfuzlu müxalifət partiyası hesab olunan Ermənistan Milli Konqresi isə bəyan edib ki, Rusiya Ermənistanda hərbi iştirakını ona görə uzadıb ki, Kreml prezident Serj Sarkisyan administrasiyasına uzunmüddətli və etibarlı tərəfdaş kimi baxmır. Partiya ümumilikdə bu razılşamanı müsbət qarşılayır. Rusiyanın Azərbaycana S-300 raket kompleksi satmaq planına gəldikdə isə hər iki partiya bildirib ki, əgər bu baş tutsa, Ermənistan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmağı götür-qoy etməlidir.
    25.08.10 Məqaləni oxumaq
     
    Çərşənbə gününün Ramazan təqvimi
    Hicri təqvimi – 1431, Miladi təqvimi – 25 avqust 2010-cu il. Ramazan ayının 15-cu günü. Sübh namazı İmsaq: 05.46, Axşam namazı iftar: 20.39 Bu günün duası: (“Allahummərzuqni fihi taətil-xaşiin.vəşrih fihi sədri bi-inabətil-muxbitin. Və əmanikə ya əmanəl-xaifin”). (“İlahi, bu gün qəlbində Allah qorxusu olan şəxslərə məxsus itaəti mənə nəsib et! Bu gün sinəmi təvazökarların tövbəsi ilə genişləndir! Əminliyinə and verirəm, ey qorxu əhlinə əminlik bəxş edən Allah!) Qeyd edək ki, imsaq və iftar vaxtları Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən müəyyən edilmiş təqvim əsasında yazılır. Xatırladaq ki, İmsak vaxtının son həddi sübh namazının vaxtından 20 dəqqiqə əvvəldir.
    25.08.10 Məqaləni oxumaq
     
    Ə.Həsənov: “Seçkilərin işıqlandırılmasında bütün imkanlardan istifadə olunacaq”
    “Noyabrda Azərbaycanda keçiriləcək parlament seçkilərində KİV-in fəaliyyətini məhdudlaşdıran heç bir administrativ resursdan istifadə olunmayacaq”. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə “Seçkilərin mediada əks etdirilməsi” mövzusunda keçirilən Dəyirmi masada çıxışı zamanı Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. Ə. Həsənov qeyd edib ki, seçkilərin işıqlandırılmasında Seçki Məcəlləsində göstərilən bütün imkanlardan istifadə olunacaq. “Özəl mətbuatın seçkilərdə fəaliyyəti üçün heç bir məhdudiyyət qoyulmayacaq. İTV-də bütün namizədlərə şərait yaradılacaq. Biz bu prosesin şəffaf keçirilməsini istəyirik. Təəssüflər olsun ki, seçki prosesi ilə seçkidən sonrakı vəziyyət fərqlidir. Seçki prosesində hamı prosesin normal olduğunu deyir. Nəticələr açıqlanandan sonra isə qalib gələ bilməyənlər deyir ki, saxtakarlıq, problem var”,-deyə Ə.Həsənov vurğulayıb.
    25.08.10 Məqaləni oxumaq
     
    M. Əhmədinejat İranın Xəzər məsələləri üzrə xüsusi elçisini təyin edib
    İranın prezidenti Mahmud Əhmədinejat Məhəmməd Mehdi Axundzadənin ölkəsinin Xəzər dənizi məsələləri üzrə xüsusi elçisi təyin edilməsi barədə Sərəncam imzalayıb. KƏLAMİNFO Mehr agentliyinə istinadən xəbər verir ki, M.Axundzadəyə ünvanlanan prezidentin məktubunda bildirilir: “Xəzər ölkələri ilə əlaqələrin möhkəmləndirilməsi kontekstində İran hökumətinin strategiyası qarşılıqlı hörmət və ümumi maraqlara əsaslanır”.
    25.08.10 Məqaləni oxumaq
     
    Dünya Türk Forumu keçiriləcək
    Oktyabrın 20-22-də Türkiyənin Mardin şəhərində “Türk koalisiyası, türk diasporu: sosial-iqtisadi əlaqələr” mövzusunda Dünya Türk Forumu keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov bildirib. Forumun təşkilatçısı Türk Asiya Araşdirmalar Mərkəzi (TASAM) və Türkiyə Cümhuriyyətinin Mardin valiliyidir. Toplantıda bütün türkdilli dövlətlərin diaspor təşkilatlarının və bu istiqamətdə fəaliyyət göstərən QHT-lərin nümayəndələri iştirak edəcək. Dünya Türk Forumunda qlobal və regional problemlərin türk dünyasına təsiri, türk dünyası QHT-lərinin qarşılaşdığı problemlər, türk dünyasında təhsil, elm və mədəniyyət sahəsində QHT-lərin əməkdaşlığı, türk dünyasının gələcəyi üçün vahid layihələrin hazırlanması, türk dünyası mədəniyyət arenası, fərqli mədəniyyətlərdən mədəniyyətlərarası dialoqa, türk dünyasında sosial-iqtisadi vəziyyət, yeni əməkdaşlıq sahələri və təşkilatlanma, ermənilərin sözdə “soyqırım” iddiasına qarşı türk dünyasının vahid işbirliyi kimi mövzuların müzakirəsi nəzərdə tutulur.
    25.08.10 Məqaləni oxumaq
     
    Azərbaycan ən çox kompüter virusuna məruz qalan ölkələrdəndir
    Dünya ölkələri arasında kompüter virusunun hücumuna ən çox məruz qalan ölkələrdən biri də Azərbaycandır. KƏLAMİNFO xəbər verir ki, bunu beynəlxalq AVG İnternet təhlükəsizliyi şirkəti bəyan edib. Şirkətin apardığı yeni təhqiqat göstərib ki, Türkiyə, Rusiya, Ermənistan və Azərbaycan onlayn təhlükələrə ən çox məruz qalan ölkələrdir. İnternetdən ən təhlükəsiz istifadə edən ölkələr isə Yaponiya və Tayvandır. Ancaq internetdən istifadə üçün ən təhlükəsiz 10 ölkədən yeddisi Afrikadadır. Qitələrdən isə Cənubi Amerika ən təhlükəsiz, Şimali Amerika isə ən təhlükəlisidir. Bütün dünya üzrə isə onlayn olarkən virus hücumlarına məruz qalma riski bir gündə hər 73 halda 1 dəfədir.Bu tədqiqat 144 ölkə üzrə və 100 mliyon kompüter üzərində aparılıb.
    25.08.10 Məqaləni oxumaq
     
    Texnikomlara qəbul imtahanı avqustun 29-da keçiriləcək
    Cari tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı avqustun 29-da keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) veriblər. Abituriyentlər imtahanda iştirak etmək üçün avqustun 25-dən etibarən elektron ərizələrini təsdiq etdirdikləri Sənəd Qəbulu Komissiyasından “İmtahana buraxılış vərəqəsi”ni və “Abituriyentin vəsiqəsi”ni əldə etməlidirlər. Abituriyentlər imtahana, imtahana buraxılış vərəqəsi”ni, şəxsiyyəti təsdiq edən sənədin əslini və “Abituriyentin vəsiqəsi”ni gətirməlidirlər. Gostərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq. İmtahan binasına köməkçi vasitə gətirmək qəti qadağandır. Buraxılış rejimində uzərində mobil telefon, konspekt və digər yardımcı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq, onların imtahan sənədləri alınacaq və imtahan binasına buraxılmayacaqlar.
    24.08.10 Məqaləni oxumaq
     
    “Rusiyanın Cənubi Qafqazda hərbiləşməsi İranla bağlıdır”
    Cənubi Qafqazda, xüsusilə də Ermənistanda rus hərbi bazasının saxlanması və yeni texnika ilə təchiz olunması daha çox İran ətrafında baş verən son olaylarla əlaqəlidir. Rusiya bununla regionda manfelərini sığortalayır. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə açıqlamanı Rusiya Müharibə Elmləri Akademiyasının professoru, tanınmış hərbi ekspert Anatoli Tsiqanov bildirib. Onun fikirincə, regionda baş verəcək yeni müharibədə Rusiya öz nüfuzunu biruzə vermək istəyir. “Mən ABŞ və İsrailin yaxın günlərdə İrana qarşı ciddi hərbi hücumlara başlayacağına əminəm. Ermənistandakı baza və raketlərlə Rusiya məhz bu hadisələrdə özünü qarantiyə alır”,-deyə ekspert bəyan edib.
    24.08.10 Məqaləni oxumaq
     
    Milli Məclisin payız sessiyası sentyabrın 30-da başlayacaq
    Üçüncü çağırış Milli Məclisin sonuncu payız sessiyası öz işinə sentyabrın 30-da başlayacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya parlamentin mətbuat katibliyindən veriblər.
    Parlamentin komitələri isə sentyabrın 15-də fəaliyyətə başlayacaq. Komitələrdə payız sessiyasının gündəliyinə çıxarılacaq qanun layihələrinə baxılacaq, iş planı müəyyən ediləcək.
    Payız sessiyasında müzakirə olunacaq əsas sənədlərdən biri “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə paketinə daxil olan digər sənədlər olacaq. Bununla yanaşı, sessiya dövründə bir sıra qanunlara əlavə və dəyişikliklərin ediləcəyi, beynəlxalq sənədlərin təsdiqlənəcəyi də gözlənilir.
    24.08.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 1 2 3 4 5 6 7 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Avq.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031