Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 8.2010
    Səhifələr : # « 3 4 5 6 7 8 9 10 11 » #
    FHN yanğın təhlükəsizliyi tədbirlərini davam etdirir
    Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun bağ massivlərində yanğın təhlükəsizliyi tədbirlərini davam etdirir, yay mövsümü ilə əlaqədar əhalinin böyük bir hissəsinin bağ evlərində istirahət etdiyini nəzərə alaraq əhali arasında yanğına qarşı təbliğat xarakterli söhbətlər aparır. FHN-dən KƏLAMİNFO-ya verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidmətinin bağ massivlərində apardığı növbəti yanğın təhlükəsizliyi tədbirində yaşayış evlərinin, mülkiyyət formasından asılı olmayaraq obyektlərin ərazilərinin saxlanılmasında yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl olunmasına baxış keçirilib, həyətyanı sahələrin yanar materiallardan daim təmizlənməsinə, yana bilən tullantıların xüsusi meydançalarda quraşdırılan konteynerlərə yığılmasına və vaxtında daşınıb aparılmasına diqqət yetirilib, bu istiqamətdə maarifləndirici söhbətlər aparılıb.
    17.08.10 Məqaləni oxumaq
     
    Göyçaylı məzun ali məktəbə imtahansız qəbul olunub
    Cari il Göyçay rayonu orta ümumtəhsil məktəblərini bitirən məzunlardan 285-i tələbə adını qazanıb. KƏLAMİNFO xəbər verir ki, tələbələrdən 3-ü 600-dən yuxarı bal toplayıb. Rayon təhsil şöbəsindən bildiriblər ki, ən yüksək nəticəni şəhər 1 nömrəli orta məktəbin məzunu P.Bağırova əldə edib. O, imtahanda 650 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olub. İdman sahəsindəki göstəriciləri “Təhsil haqqında” yeni qanunun tələblərinə uyğun gələn Göyçay şəhər 1 nömrəli orta məktəbin məzunu M.Məmmədli isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına müsabiqədənkənar, yəni imtahan vermədən qəbul olunub.
    17.08.10 Məqaləni oxumaq
     
    İraqda bomba: 43 nəfər həlak oldu
    İraqın paytaxtı Bağdad səhəri yenə bomba xəbəri ilə açıb. KƏLAMİNFO xəbər verir ki, naməlum bir şəxs üzərindəki bombanı partladaraq 43 insanın ölümünə və 100-dən çox insanın yaralanmasına səbəb olub. İraqın Səhiyyə Nazirliyindən verilən məlumata görə, ölən və yaralıların çoxu İraq ordusuna xidmət etmək üçün gələn əsgərlər olub.
    17.08.10 Məqaləni oxumaq
     
    İranda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək
    Cari il sentyabrın 25-dən 30-dək İranda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. Bu barədə KƏLAMİNFO-ya Azərbaycanın İrandakı səfirliyindən məlumat veriblər. Mədəniyyət Günləri çərçivəsində Qara Qarayev adına Dövlət kamera orkestrinin, Dövlət mahnı və rəqs ansamblının rəqs qrupunun, muğam ifaçılarının konsertlərinin keçirilməsi, turizm stendinin təqdimatı, foto və kitab sərgilərinin təşkili və filmlərin nümayişi planlaşdırılır.
    17.08.10 Məqaləni oxumaq
     
    Növbəti 5 bələdiyyəyə “Məlumat lövhəsi” veriləcək
    Azad İstehlakçılar Birliyi (AİB) Hacıqabul, Neftçala, Salyan, Saatlı və Sabirabad rayonları ərazisində fəaliyyət göstərən növbəti 5 bələdiyyəyə “Məlumat lövhəsi” verəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində AİB sədri Eyyub Hüseynov verib. E.Hüseynov bildirib ki, sözügedən lövhələri Avropa Komissiyasının dəstəyi və AİB-in həyata keçirdiyi “Bələdiyyələrin sosial sahədə və əhalinin ekoloji hüquqlarına dair imkanlarının artırılmasına dəstək” layihəsi çərçivəsində “Konterpark İnternational” təşkilatı verəcək. Onun sözlərinə görə, “məlumat lövhələri“ndə AİB-in treninq keçmiş əməkdaşları ilə birlikdə bələdiyyələrin sosial inkişaf planları, büdcəsi, iclasları, ümumilikdə onların fəaliyyəti haqqında məlumatlar yerləşdiriləcək. Xatırladaq ki, bundan əvvəl AİB adı çəkilən rayonların digər 5 bələdiyyəsinə “məlumat lövhələri“, 10 bələdiyyəyə isə kompüter dəsti hədiyyə edib.
    17.08.10 Məqaləni oxumaq
     
    Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür
    Bu gün Azərbaycanın xalq şairi, görkəmli görkəmli ədəbiyyatçı alim Bəxtiyar Vahabzadənin doğum günüdür. KƏLAMİNFO xəbər verir ki, B.Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhərində anadan olub. B.Vahabzadə 1947-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib və universitetin nəzdində aspiranturaya qəbul olunub. B. Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. Dövlət Akademik Milli Dram Teatrının səhnəsində onun “Vicdan”, “İkinci səs”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı” pyesləri tamaşaya qoyulub. Şair, tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Onun məhşur “Gülüstan” poeması hələ SSRİ dövründə Azərbaycanın ictimai mühitində milli ruhun oyanmasında əvəzsiz rol oynayıb. Xalq şairi 13 fevral 2009-cu ildə Bakıda dünyasını dəyişib.
    17.08.10 Məqaləni oxumaq
     
    Türkiyədə 3.9 bal gücündə zəlzələ olub
    Türkiyə bu səfəri yeraltı təkanlarla açıb. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bolu şəhərində səhər saat 06:39-da 3.9 bal gücündə zəlzələ baş verib. Rəsmilərin verdiyi məlumata görə, zəlzələ zamanı təlafat olmayıb.
    17.08.10 Məqaləni oxumaq
     
    Bu günün Ramazan təqvimi
    6 Ramazan 1431 – 16 avqust 2010. İmsaq: 05:35. İftar: 20:52
    Bu günün duası: “Allahummə la təxzulni fihi li-təərruzi məsiyətik.Və la təzribnibisifati nəqəmətik. Və la zəhdihni fihi min mucibəti səxətik. Bimənnikə və yəadikə ya muntəharəğbətir-rağibin” İlahi, bu gün Sənə qarşı etdiyim günahlara görə məni rüsvay etmə. Məni intiqam qırmancı ilə vurma. Bu gün Sənin qəzəbinə səbəb olan işlərdən məni uzaq et. Bəxşiş və nemətlərinə and verirəm, ey şövqlü şəxslərin arzularının sonu! Qeyd edək ki, imsaq və iftar vaxtları Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən müəyyən edilmiş təqvim əsasında yazılır.
    17.08.10 Məqaləni oxumaq
     
    Müdafiə naziri Səfər Əbiyev İraqın yeni səfirini qəbul edib
    Bu gün müdafiə naziri, general-polkovnik Səfər Əbiyev İraqın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Qübeyşi əl-Barrakı qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər. S.Əbiyev yeni təyinatı ilə bağlı səfiri təbrik edib, bildirib ki, Azərbaycan İraqla əlaqələrin qurulmasına önəm verir. İraq səfiri isə ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tam dəstəklədiyini və erməni təcavüzünü pislədiklərini bəyan edib.
    16.08.10 Məqaləni oxumaq
     
    İran kosmosa peyk göndərir
    Gələn ilin mart ayınadək İran İslam Respublikası kosmosa yeni peyk göndərəcək. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə İranın rabitə naziri Rza Təqipur məlumat verib. R.Təqipur qeyd edib ki, “Rəsəd 1” adlı peyk hava durumu, dəniz sahilləri, magistral yollar, çayların axını və digər araşdırmalar aparmaq məqsədilə orbitə göndəriləcək.
    16.08.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 3 4 5 6 7 8 9 10 11 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Avq.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031