Abituriyentlərin qeydiyyatı başa çatır
|
Bu gün cari tədris ili üçün ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyatı başa çatır. Bu barədə məlumatı KƏLAMİNFO-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər.
Ali təhsil müəssisələrinə əsas yerləşdirmə zamanı qəbul olanlar bu günədək, ali məktəblərin vakant yerlərinə qəbul olanlar avqustun 13-dən 20-dək, magistraturaların boş qalan plan yerlərinə qəbul olanlar avqustun 11-dən 20-dək, tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar avqustun 16-dan 31-dək qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə qeydiyyatdan keçməmək həmin şəxsin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.
|
19.08.10 Məqaləni oxumaq
|
|
|
Çərşənbə gününün Ramazan təqvimi
|
Hicri təqvimi-1431, Miladi təqvimi-18 avqust 2010-cu il. Ramazan ayının 8-ci günü. Sübh namazı 05:38. Axşam namazı iftar 20:49.
8-ci günün duası: “Allahummərzuqni fihi rəhmətəl-əytami və itaməttəami və ifşaəs-səlami-kirami bitaulikə, ya Məlcəəl-amilin”
(“Ya Allah, bu gün mənə yetimlərə münasibətdə mərhəmətli olmağı, çörək yedirtməyi, sülhpərvər olmağı, hörmətli adamlarla oturub-durmağı qismət elə. Öz qüdrətin sayəsində, ey Ümid edənlərin Pənahı”).
Qeyd edək ki, imsaq və iftar vaxtları Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən müəyyən edilmiş təqvim əsasında yazılır.
Xatırladaq ki, İmsak vaxtının son həddi sübh namazının vaxtından 20 dəqqiqə əvvəldir.
|
19.08.10 Məqaləni oxumaq
|
|
|
Teatr mövsümünün açılışı Sumqayıtda keçiriləcək
|
Bu il Azərbaycanda 138-ci teatr mövsümünün açılışı Sumqayıt Dövlət Musiqili Dram Teatrının qarşısındakı meydanda keçiriləcək. Sumqayıt şəhər İcra Hakimiyyətindən KƏLAMİNFO-ya verilən məlumata görə, mərasimdə teatrların yaradıcı kollektivlərinin ifasında tamaşalardan fraqmentlər nümayiş etdiriləcək. Tədbir çərçivəsində Teatr Muzeyi və M.F.Axundov adına Milli Kitabxana tərəfindən Azərbaycan teatrına həsr olunan sərgi də açılacaq.
|
19.08.10 Məqaləni oxumaq
|
|
|
“Azərbaycan viza rejimi ilə bağlı işləri sona çatdırmaq niyyətindədir”
|
Türkiyə Azərbaycanla viza rejiminin ikitərəfli əsasda aradan qaldırılmasında maraqlıdır. Hazırda bu proses Azərbaycanda daxili prosedurlar səbəbindən uzanır. KƏLAMİNFO türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu bildirib.
O, qeyd edib ki, Ankara müxtəlif ölkələrlə viza rejiminin ləğv edilməsi üçün səylər göstərir və indi Azərbaycanla bu istiqamətdə işləri sona çatdırmaq niyyətindədir. “İki il bundan öncə Türkiyə türkdilli ölkələr üçün birtərəfli qaydada viza rejimini aradan qaldırıb. Bundan sonra Qazaxıstan bizim vətəndaşlarımız üçün viza rejimini aradan qaldırdı. Yaxın vaxtlarda Qırğızıstanla bu sahədə işlər yekunlaşdırılacaq. Azərbaycanla da bu istiqamətdə danışıqlar davam etdirilir”,- deyə nazir açıqlayıb.
|
18.08.10 Məqaləni oxumaq
|
|
|
“Azərbaycanın Ermənistana hücumuna çox az qalıb”
|
Əgər hazırkı durumda İsrail-İran müharibəsi başlayarsa, bundan 3-4 gün sonra dərhal Azərbaycan Qarabağı tutmaq üçün Ermənistana hücum edəcək. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bunları Rusiya Geostrateji Məsələlər Akademiyasının sədr müavini Arayik Sarkisyan bildirib.
|
18.08.10 Məqaləni oxumaq
|
|
|
DSX-nin əksər şəxsi heyəti müqaviləli xidmətdən ibarət olacaq
|
Sərhəd mühafizəsinin təşkili və şəxsi heyətin komplektləşdirilməsi ilə bağlı Dövlət Sərhəd Xidmətinin (DSX) heç bir problemi yoxdur. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə DSX rəisi, general-leytenant Elçin Quliyev verib.
Sərhəd xidmətində mühafizənin yüksək səviyyədə təşkil olunduğunu vurğulayan E.Quliyev əlavə edib ki, 2013-cü ilədək DSX-nin əksər şəxsi heyəti tam müqaviləli xidmətdən ibarət olacaq.
|
18.08.10 Məqaləni oxumaq
|
|
|
Bakıda kibernetik təhlükəsizlik məsələləri ilə bağlı seminar keçiriləcək
|
Sentyabrın 7-də və 8-də Bakıda kibernetik təhlükəsizlik məsələləri üzrə milli ekspertlərin seminarı keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, tədbir ATƏT-in Azərbaycan nümayəndəliyi tərəfindən təşkil edilir.
Milli ekspertlərin seminarı Azərbaycan tərəfindən bu il iyulun 1-də ratifikasiya edilmiş Kibernetik Cinayətkarlıq haqqında Konvensiyanın həyata keçirilməsinə kömək məqsədi ilə kibernetik təhlükəsizlik üzrə davamlı siyasətin işlənib hazırlanmasına yönəlib.
|
18.08.10 Məqaləni oxumaq
|
|
|
Türkiyə prezidenti Allahşükür Paşazadə ilə görüşüb
|
Azərbaycanda rəsmi səfərdə olan Türkiyə prezidenti Abdullah Gül Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşüb. QMİ-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Türkiyə arasında əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
|
18.08.10 Məqaləni oxumaq
|
|
|
Mədəniyyət və Turizm Nazirliyinə məxsus kinoteatr yanıb
|
Göygöl şəhərində Mədəniyyət və Turizm Nazirliyinə məxsus kinoteatrda yanğın olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) veriblər.
Nəticədə ümumi sahəsi 680 kv.m. olan kinoteatrın giriş qapısının və döşəməsinin yanar konstruksiyaları 30 kv.m. sahədə yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
|
18.08.10 Məqaləni oxumaq
|
|
|
Gündəlik Ramazan təqvimi
|
KƏLAMİNFO İA oruc tutan bacı və qardaşlarımıza kömək məqsədilə gündəlik Ramazan təqvimini (17 avqust 2010) təqdim edir.
7 Ramazan 1431 – 17 avqust 2010
7-ci günün duası: “Allahummə əinni fihi əla siyamihi və qiyamih. Və cənnibni fihi min həfəvatihi və asamihö vərzuqni fihi zikrikə bidəvaih. Bitəufiqikə ya hidayəl-muzillin”.
İlahi, mənə bu gün oruc tutmaqda və gecə oyaq qalıb ibadət etməkdə kömək ol. Bu gün məni səhv və nöqsanlardan uzaqlaşdır. Sənin daimi zikrini mənə qismət et. Kömək və yardımına and verirəm, ey yolunu azmışların hidayətçisi!
|
17.08.10 Məqaləni oxumaq
|
|
|
|