|
Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
Ali məktəbə qəbul olanların qeydiyyat vaxtı müəyyənləşib
|
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olanların sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçmə vaxtları müəyyənləşib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər.
Ali təhsil müəssisələrinə əsas yerləşdirmə zamanı qəbul olanlar cari il avqustun 9-dan 18-dək, ali məktəblərin boş qalan (vakant) yerlərinə qəbul olanlar isə, avqustun 13-dən 20-dək qəbul olduqları müəssisələrdə qeydiyyatdan keçməlidirlər. Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar da avqustun 11-dən 20-dək qeydiyyatdan keçməlidirlər. Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat müddəti isə, avqustun 16-dan 31-dək müəyyənləşib. Göstərilən müddətdə qeydiyyatdan keçməmək, həmin şəxsin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.
|
14.08.10 Məqaləni oxumaq
|
|
|
ABŞ-da “Türkiyə siyasəti” müzakirə olundu
|
ABŞ-da yüksək rütbəli rəsmilər Türkiyə siyasətini müzakirə ediblər. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, tədbirdə ABŞ-ın dövlət katibi Hillari Klinton, Dövlət Departamentinin rəsmisi Mark Toner, dövlət katibinin köməkçisi Filip Qordon və bir sıra rəsmi şəxslər də iştirak edib. Dövlət Departamentinin rəsmisi Mark Toner jurnalistlərə bildirib ki, ABŞ-ın xarici siyasətində önəmli olan dövlətlər haqqında tez-tez belə tədbirlər keçirilir və Türkiyədə onlardan biridir. Görüşdə hansı mövzuların müzakirə olunduğunu gizli saxlayan Mark Toner “İran mövzusu gündəmə gəldimi” sualına cavab verməkdən imtina edib. ABŞ rəsmisi həmçinin PKK ilə mübarizədə Türkiyə və İraq hökümətiylə birgə olduqlarını bildirərək “PKK ortaq düşmənimizdir”,-deyə bildirib.
|
14.08.10 Məqaləni oxumaq
|
|
|
Hansı jurnalistə mənzil verilməsini müəyyən edən komissiya yaradılacaq
|
Jurnalistlər üçün evlərin tikilməsi prosesi üzərində iş gedir. Bu fikirləri KƏLAMİNFO-ya müsahibəsində Mətbuat Şurasının sədri Əflatun Amaşov söyləyib. Ə.Amaşov tikiləcək mənzillərin kimlərə verilməsinə də münasibət bildirib. O qeyd edib ki, müəyyən prosedur qaydalar var və onlar həll olunandan sonra mənzillərin kimlərə veriləcəyi məlum olacaq. Onun sözlərinə görə, bu barədə ümumi rəyə gəlmək lazımdır. O, sözügedən məsələ ilə bağlı hələlik hər hansı təkliflərin hazırlanmadığını da vurğulayıb. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə deyib ki, sözügedən məsələ ilə bağlı hazırda müzakirələr gedir.
|
14.08.10 Məqaləni oxumaq
|
|
|
MDB PA Azərbaycanda parlament seçkilərini izləyəcək
|
MDB Parlamentlərarası Assambleyasının Beynəlxalq Müşahidəçilər qrupu payızda Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlığı izləyəcək və səsvermə prosesini müşahidə edəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı MDB PA-nın mətbuat xidməti yayıb. Məlumatda bildirilir ki, Milli Məclisin sədri Oqtay Əsədovun dəvəti ilə MDB PA-nın Beynəlxalq Müşahidəçilər qrupu cari ilin noyabrın 7-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlığa nəzarət edəcək və səsverməni müşahidə edəcək.
|
13.08.10 Məqaləni oxumaq
|
|
|
Barak Obama Mahmud Əhmədinecatla görüşə bilər
|
ABŞ prezidenti Barak Obamanın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi James Jones sentyabr ayında keçiriləcək BMT-in umumi komissiya mərkəzində Obamanın İran prezidenti ilə görüşə biləcəyini bildirib. KƏLAMİNFO xarici mətbuata istinadən xəbər verir ki, James Jones bildirib ki, ABŞ prezidentinin son zamanlar ortaya qoyduğu siyasət Tehranla müzakirə qapılarının hələ də bağlanmadığını göstərir. Həmçinin J.Jones İran rəsmilərindən beynəlxalq nüvə görüşlərinə qayıtmasını istəyib. Xatırladaq ki, avqustun əvvəlində İran prezidenti Mahmud Əhmədinecat ABŞ prezidenti Barak Obama ilə təkbətək görüşmək istədiyini bildirsə də, ABŞ lideri buna müsbət cavab verməyib.
|
13.08.10 Məqaləni oxumaq
|
|
|
Orta ixtisas məktəblərinə qəbul imtahanı avqustun 29-da keçiriləcək
|
Cari tədris ili üçün ümumi orta ixtisas bazasından (9 illik) orta ixtisas məktəblərinə ərizə qəbulu başa çatıb və avqustun 29-da ərizə verənlərin qəbul imtahanları keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə verib.
|
13.08.10 Məqaləni oxumaq
|
|
|
TQDK qəbul olanların əmrlərini avqustun 25-dən göndərəcək
|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari il avqustun 25-dən etibarən bütün ali məktəblərə daxil olan abituriyentlərin əmrlərini göndərəcək. KƏLAMİNFO xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında TQDK sədri Məleykə Abbaszadə bildirib. O, qeyd edib ki, I ixtisas qrupunda ali məktəblərin 9514 plan yerinə 9291, II qrupda 7348 plan yerinə 7292, III qrupda 9855 plan yerinə 8562, IV qrupda 3793 plan yerinə 3592 abituriyent daxil edilib. “Ümumilikdə ayrılan 30 510 plan yerinə 28 737 abituriyent qəbul olunub. Özəl ali məktəblər üzrə təqdim olunmuş 4561 plan yerindən 1158-i vakant qalıb. Bütün ali məktəblər üzrə boş qalan plan yerlərinin əksəriyyəti, yəni 1293 yerdən 1158-i özəl ali təhsil müəssisələrinin ixtisaslarıdır”,-deyə TQDK sədri bəyan edib.
|
13.08.10 Məqaləni oxumaq
|
|
|
|
Təhsil müəssisələri dövlət elektron məlumat sisteminə qoşulacaq
|
Ölkədə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmalıdır. Təhsil Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumatda bildirilir ki, bununla əlaqədar nazir Misir Mərdanovun xüsusi göstərişi olub. Göstərişdə qeyd olunub ki, bununla əlaqədar ali və orta ixtisas təhsili müəssisələri tələbə və magistrlər, akademik müvəffəqiyyət, ixtisas dəyişmələri, başqa təhsil müəssisəsindən köçürmələr, (o cümlədən xarici ölkələrdən), tələbələr sırasından xaric edilmələr, bərpalar və əsasnamədə göstərilən digər məlumatları həmin sistemə daxil etməlidir.
|
13.08.10 Məqaləni oxumaq
|
|
|
KTMT-yə üzv ölkələrin prezidentləri İrəvana toplaşacaq
|
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin prezidentləri İrəvana toplaşacaq. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, avqustun 20-də İrəvanda KTMT-yə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi sammiti keçiriləcək. Sammit çərçivəsində dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək, işçi müzakirələr təşkil olunacaq. Bundan başqa İrəvan və Göyçədə ikitərəfli görüşlər olacaq. Ermənistan prezidentinin mətbuat katibliyi, həmçinin bəyan edib ki, sammitin gündəliyində regional təhlükəsizlik, eləcə də təşkilata üzv ölkələrin müasir çağırışlar və təhlükələrə qarşı birgə əməkdaşlıq məsələləri də var.
|
13.08.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|