Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 8.2010
    Səhifələr : # « 6 7 8 9 10 11 12 13 14 » #
    MDB dövlət başçıları Moskvaya toplaşacaq
    Dekabrın 10-da Moskvada MDB dövlət başçıları Şurasının iclasının keçirilməsi nəzərdə tutulub. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı bu gün səhər MDB İcraiyyə Komitəsinin mətbuat xidməti açıqlayıb.
    “Birlik ölkələrinin daimi nümayəndələri avqustun 17-də Minskdə keçiriləcək görüşdə birinci oxunuşda Birliyin ali orqanlarının növbəti iclaslarının gündəlik layihələrinə təklifləri müzakirə edəcəklər”,-deyə MDB İK-dəki mənbə söyləyib. Mənbə söhbətin noyabrın 19-da Sankt-Peterburqda keçiriləcək MDB Hökumət  başçıları Şurası, dekabrın 9-da Moskvada keçiriləcək MDB Xarici işlər nazirləri Şurası və dekabrın 10-da Moskvada keçiriləcək MDB Hökumət  başçıları Şurası iclaslarından getdiyini vurğulayıb.
    13.08.10 Məqaləni oxumaq
     
    Ramazan ayının üçüncü gününün duası
    Oruc tutan bacı və qardaşlarımıza kömək məqsədilə gündəlik Ramazan təqvimini (13 avqust 2010) təqdim edirik.
    13 Ramazan 1431 – 13 avqust 2010.
    İmsaq: 05:31, İftar: 20:56
    Ramazan ayı boyunca hər gün iftar açarkən bu duanı oxumaq lazımdır: “Ya Allah, sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənən təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey böyük məğfirət Sahibi! Günahlarımı bağışla!”
    13.08.10 Məqaləni oxumaq
     
    “Ərzaq təhlükəsizliyi haqqında” qanun layihəsi hazırlanır
    Milli Məclisdə “Ərzaq təhlükəsizliyi haqqında” qanun layihəsi hazırlanır. KƏLAMİNFO xəbər verir ki, bu barədə parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib.
    E.İbrahimov bildirib ki, sənəd tam hazırlandıqdan sonra Milli Məclisin payız sessiyasının müzakirəsinə çıxarıla bilər.
    Hazırda belə bir qanunun qəbuluna ciddi ehtiyac olduğunu qeyd edən komitə sədrinin sözlərinə görə, bir sıra hallarda əhaliyə keyfiyyətsiz qida məhsulları satılır. E.İbrahimovun fikrincə, belə halların qarşısını daha səmərəli almaq üçün yeni qanun təsirli ola bilər.
    13.08.10 Məqaləni oxumaq
     
    Hacı Surxay: “Ramazan insanların barışıq ayıdır”
    Ramazan ayının ilk günündə İçəri Şəhərdə yerləşən Cümə məscidi bayram havası var idi. KƏLAMİNFO xəbər verir ki, məsciddə insanlar kütləvi şəkildə şam namazı qılırdılar. Oruc tutan insanlar üçün təqribən 150 nəfərlik iftar süfrəsi açılvışdı. İftar süfrəsindən sonra xüsusi olaraq Ramazan ayının özünə məxsus duaları oxundu.
    Cümə məscidinin axundu Hacı Surxay Məmmədli Ramazan ayının fəzilətlərindən danışdı, insanlara dəyərli məsləhətlər verdi. Onun sözlərinə görə, on bir ayın sultanı olan Ramazan ayı insanların dostluq, barışıq, dözümlülük, saflıq və paklıq ayıdır.
    Cümə məscidinin axundu söylədi ki, oruc tutan bir insan, oruc tutmayan insan haqqında pis fikirdə olmamalı, buna əlavə olaraq da oruc tutmayan bir insan oruc tutan insanın yanında yeyib-içməməli, bu şəkildə ona hörmət etməlidir. Xüsusilə iftar vaxtları azanın oxunmasını gözləyən və mədəsi aclıqdan qovrulmuş orucluların yanında, azan oxunmadan yeməyə başlayan insanların oruc tutanlara hörməti mədəniyyətlə səbr etmək və iftardan sonra yemək onlara qarşı ən azı hörmətdir.
    13.08.10 Məqaləni oxumaq
     
    Politoloq: “Münaqişənin sülh yolu ilə həlli çox ümüdsizdir”
    Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilik edən ölkələr məsələnin dondurulmasına tərəfdardırlar. Bu fikirləri KƏLAMİNFO-ya müsahibəsində politoloq Zərdüşt Əlizadə söyləyib.
    Politoloq qeyd edib ki, ATƏT-in Minsk qurupu münaqişənin həlli ilə bağlı öz mandatını yerinə yetirib, lakin problemin nizamlanmasında öz qətiyyətini göstərə bilmir. “Ümumiyyətlə münaqişənin həllini vasitəçi ölkələr az qala həll edilməyəcək bir düyünə gətirib çıxarıblar. Hazırda problemin sülh yolu ilə həlli çox ümüdsiz görsənir. Məsələnin bu nöqtəyə çatmasında nazirlərin Almatı görüşü zamanı Rusiyanın təsiri az olmadı. Əkzinə mən deyərdim Ermənistandan daha çox regionda maraqlarını bərpa etmək üçün Rusiya problemin düyünə düşməsinə daha çox maraqlıdır. Belə vəziyyət Rusiyanın mənafeyinə xidmət edir”,-deyə politoloq vurğulayıb.
    13.08.10 Məqaləni oxumaq
     
    Peşəkar təhsil əqli səviyyəni yüksəldən vasitədir
    Son vaxtlar Azərbaycanın iqtisadiyyatı kimi, təhsili də inteqrasiya proseslərinə cəlb olunub. Bu proseslərdən biri də təhsil kurslarının meydana gəlməsidir. Bu gün “Təhsil Mərkəzi” adı ilə fəaliyyət göstərən xeyli sayda özəl qurumlar var. Bu tədris mərkəzlərinin bəziləri ali məktəblərə abituriyent hazırlığı ilə məşğul olur. Təhsil sahəsində özəl sektor kimi fəaliyyət göstərən bu qurumların iş prinsipi kifayət qədər maraq oyadır. “Kaspi” Təhsil Mərkəzinin eksperti Elşən Əliyev mövzu ilə bağlı fikirlərini bildirib. 

    - Elşən müəllim, hazırda inkişaf edən ölkəmizin təhsil sistemində özəl təhsil mərkəzləri orta məktəblərin funksiyasını zəiflətmir ki? 

    - Son zamanlar Azərbaycan təhsilində baş verən islahatlar, prezidentimizin təhsilin inkişafına və dünya təhsilinə sürətli inteqrasiyası ilə bağlı mühüm fərmanları, təhsilin aparıcı qərb dövlətlərində olduğu kimi, biznes sahəsinə çevrilməsi üçün zəmin yaradıb. Özəl bağça, məktəb, universitetlərlə yanaşı, abituriyentlərin ali məktəbə hazırlığı ilə məşğul olan tədris mərkəzləri də yaranıb. Adını unutduğum bir alimin tövsiyəsinə əməl etməklə münasibət bildirmək istəyirəm: “Əvvəl anlayış və ya terminologiya barədə razılaşıb, sonra fikir mübadiləsi aparamaq olar”.
    Mənim gördüyüm konteksdə Abituriyent hazırlığı – İxtisas qruplarına əsasən xüsusi təmayüllü bir proqram hazırlığıdır. Mətbuatda oxuduğum məqalələrdə, repetitor, abituriyent hazırlığı ilə məktəblər arasında olan əlaqəni tərs-mütənasib şərh edən təhsil ekspertlərilə razı deyiləm.
    13.08.10 Məqaləni oxumaq
     
    Bu gün Beynəlxalq Gənclər Günüdür
    Bu gün Beynəlxalq Gənclər günüdür. KƏLAMİNFO xəbər verir ki, 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Azərbaycanda gənclərlə bağlı dövlət siyasətini 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi həyata keçirir. 1996-cı ildən başlayaraq Azərbaycan Gənclərinin Forumları keçirilir. Ölkəmizdə isə Gənclər günü ümummilli lider Heydər Əliyevin qərarı ilə fevralın 2-i qeyd olunur. Hazırda Azərbaycanda dövlət qeydiyyatına alınmış gənclər təşkilatlarının sayı 170-dən artıqdır.
    13.08.10 Məqaləni oxumaq
     
    Barak Obama müsəlmanları təbrik edib
    ABŞ prezidenti Barak Obama Ramazan ayının başlanması münasibətilə müsəlmanları təbrik edib. KƏLAMİNFO xəbər verir ki, B.Obama təbrik məktubunda bildirib: “Amerika xalqı adından mən və həyat yoldaşım Mişel Obama ABŞ-da və dünyada yaşayan müsəlmanlara ən yaxşı arzularımızı çatdırırq”. ABŞ prezidenti ”Ramadan Kareem (Ramazanın mübarək olsun)” deyərək Ramazanın ailələrin birlikdə yığışdığı, dostlarının iftar yeməklərinə ev sahibliyi etdiyi, yeməklərin paylaşıldığı və müsəlmanların tanrı qarşısndakı borcunu düşündüyü bir ay olduğunu qeyd edib.
    13.08.10 Məqaləni oxumaq
     
    B.Obama həmçinin Ağ evdə həftə arası iftar süfrəsinin veriləcəyini də bildirib
    Bu gün Beynəlxalq Gənclər günüdür. KƏLAMİNFO xəbər verir ki, 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Azərbaycanda gənclərlə bağlı dövlət siyasətini 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi həyata keçirir. 1996-cı ildən başlayaraq Azərbaycan Gənclərinin Forumları keçirilir. Ölkəmizdə isə Gənclər günü ümummilli lider Heydər Əliyevin qərarı ilə fevralın 2-i qeyd olunur. Hazırda Azərbaycanda dövlət qeydiyyatına alınmış gənclər təşkilatlarının sayı 170-dən artıqdır.
    13.08.10 Məqaləni oxumaq
     
    Gündəlik Ramazan təqvimi
    KƏLAMİNFO oruc tutan bacı və qardaşlarımıza kömək məqsədilə gündəlik Ramazan təqvimini (12 avqust 2010) təqdim edir. 12 Ramazan 1431 – 12 avqust 2010. İmsaq: 05.30, İftar: 20.58 Bu günün duası: İlahi, bu gün məni Öz razılığına yaxınlaşdır, qəzəb və intiqamından uzaq et. Sənin ayələrini oxumaqda mənə müvəffəqiyyət ver. Sonsuz mərhəmətinə and verirəm, ey rəhmlilərin ən rəhmlisi! Ayə: “(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər”. Bəqərə-186
    13.08.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 6 7 8 9 10 11 12 13 14 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Avq.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031