“Fikir” informasiya bülleteninin ilk sayı işıq üzü görüb
|
Naxçıvan Dövlət Universitetinin (NDU) nəşri olan “Fikir” informasiya bülleteninin 2010-cu ildə ilk sayı işıq üzü görüb. AMEA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, jurnalın bu sayı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbova NDU-nun Fəxri Doktoru diplomunun təqdim edilməsi, “Elektron Naxçıvan-5” layihəsinin vəzifə və nəticələri, Böyük Britaniyanın Azərbaycandakı səfirinin Naxçıvana səfəri çərçivəsində NDU-da keçirdiyi görüşlərdən bəhs edir.
Qeyd edək ki, informasiya bülleteninin baş redaktoru NDU-nun rektoru, akademik İ.Həbibbəylidir.
|
04.08.10 Məqaləni oxumaq
|
|
|
Krasnoyarsk aviaqəzasının qurbanlarının sayı 12-yə çatıb
|
Rusiyanın Krasnoyarsk diyarında qəzaya uğramış təyyarənin sağ qalmış sərnişini xəstəxanada keçinib. Bu barədə Rusiya FHN Krasnoyarsk diyar baş idarəsindən məlumat veriblər. Beləliklə, qəza qurbanlarının sayı 12-yə çatıb.
Xatırladaq ki, təyyarədə 15 nəfər - 4 heyət üzvü və 11 sərnişin olub. Krasnoyarsk-İqarka marşrutu ilə hərəkət edən təyyarə İqarka hava limanına enərkən qəzaya uğrayıb. Nəticədə 11 sərnişin və 1 heyət üzvü həlak olublar. 3 heyət üzvü sağ qalıb.
|
03.08.10 Məqaləni oxumaq
|
|
|
Dini ədəbiyyatlar ixtisaslaşdırılmış mağazalarda satılmalıdır
|
Əvvəlki illərə nisbətən son dövrlər Azərbaycana gətirlən zərərli dini ədəbiyyatların statistikasında azalma müşahidə olunur. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətinin rəhbəri Saleh Aslanov söyləyib.
Dini ədəbiyyatların və əşyaların ekspertizasının aparılması üçün Komitənin nəzdində müvafiq şöbənin fəaliyyət göstərdiyini vurğulayan S.Aslanov qeyd edib ki, dini təyinatlı ədəbiyyatların, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı ilə bağlı ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar razılığın verilməsi qaydaları haqqında DQİDK-nin təlimatı var və maraqlananlara həmin təlimat təqdim olunur. Onun sözlərinə görə, sözügedən təlimat dini təyinatlı ədəbiyyatların, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə satışına DQİDK və yerli icra hakimiyyəti orqanları tərəfindən razılığın verilməsi qaydalarını müəyyən edir.
|
03.08.10 Məqaləni oxumaq
|
|
|
Çin dünyada edam sayına görə liderdir
|
Çində 2009-cu ildə 5 min insan edam olunub. AZADİNFORM Rusiya mətbuatına istinadən xəbər verir ki, Çin edam sayına görə dünyada lider ölkədir. Keçən il dünyada 5679 insan edam olunub.
İkinci sıranı 402 nəfəri edam etməklə İran paylaşır. İraqda 75 nəfər, ABŞ-da isə 52 nəfər cinayətkar 2009-cu ildə edam olunub.
|
03.08.10 Məqaləni oxumaq
|
|
|
Bu gün ali məktəblərə yerləşdirmə üzrə ixtisas seçimi başa çatır
|
Bu gün 2010-2011-ci tədris ili üzrə ali məktəblərə yerləşdirmə üçün ixtisas seçiminə sənəd qəbulu başa çatır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə
KƏLAMİNFO-ya bildirib ki, ixtisas seçimi bu gün saat 24.00-dək davam edəcək. Bu gün saat 10.40-dək 31 894 abituriyent ixtisas seçimi üçün elektron ərizəsini təsdiqlədib, 1300-ə yaxın abituriyent isə hələ ərizəsini təsdiqləməyib.
E.Nağızadə qeyd edib ki, TQDK ixtisas seçiminin nəticələrini avqustun 5-də elan edəcək.
|
03.08.10 Məqaləni oxumaq
|
|
|
Hərbiçilərimiz Türkiyədə keçirilən tədbirlərdə iştirak edəcək
|
Avqustun 9-dan 13-dək Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən hərbçilərimiz Türkiyənin Eyirdir qəsəbəsində və İsparta şəhərində “Xüsusi maneəli marşrut üzrə komando kursu”nda iştirak edəcəklər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Müdafiə Nazirliyi mətbuat xidmətindən veriblər.
Fərdi Tərəfdaşlıq Planına əlavə olaraq hərbiçilərimiz avqustun 9-dan 2011-ci il iyunun 17-dək Estoniyanın Tartu şəhərində Birləşmiş Komandanlıq və Baş Qərargah Kursunda iştirak edəcəklər. Bundan başqa avqustun 9-dan 12-dək Çexiya Silahlı Qüvvələrinin hərbi attaşesi Bakıda səfərdə olacaq.
|
03.08.10 Məqaləni oxumaq
|
|
|
Metyu Brayzanın səfir təyin edilməsi ilə bağlı səsvermə keçiriləcək
|
Sabah ABŞ Senatının Xarici əlaqələr komitəsində Metyu Brayzanın Azərbaycanda səfir vəzifəsinə namizədliyi üzrə səsvermə keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Senat komitəsinin rəsmi saytı yayıb.
Bundan əvvəl Ermənistan KİV məlumat yayıb ki, M.Brayzanın adı 25 ölkədə səfir vəzifəsinə namizədlər siyahısında yoxdur.
Senatda M.Brayzanın namizədliyinin müzakirəsi üzrə ilk dinləmələr iyulun 23-də keçirilib.
Bundan əvvəl ABŞ konqresmenləri Solomon Ortiz, Maykl MakMahon, Mixail Konauey, Bil Şuster, Syu Mirik, Şelli Mur Kapito Konqresə Brayzanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfir vəzifəsinə namizədliyini dəstəklədiklərini göstərən məktub göndəriblər. Konqresmenlər məktubda ABŞ-ın Azərbaycandakı səfirinin təyin edilməsi prosesinin tezləşdirilməsini xahiş ediblər və Barak Obama tərəfindən bu namizədliyin mayın 25-də irəli sürülməsinə razılıqlarını bildiriblər.
|
03.08.10 Məqaləni oxumaq
|
|
|
İsrail Fələstin müzakirələri avqustun ortalarında başlaya bilər
|
İsraillə Fələstin arasında birbaşa müzakirələrin avqustun ortalarında başlanması gözlənilir. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fələstin tərəfi ABŞ iqtidarına geniş miqyaslı sülh planı təqdim edib.
Fələstinin baş müzakirəçisi Saib Erakat planın İsraillə toqquşmanı sona çatdıracaq və eyni zamanda bütün Fələstinin tələblərini yerinə yetirə biləcək bugünə qədərki ən yaxşı təklif olduğunu söyləyib.
Plan sərhədlər, Qüds, qaçqınlar, su və təhlükəsizlik kimi fundamental məsələləri əhatə edir.
Erakat planı bir müddət əvvəl B.Obamanın Yaxın Şərq təmsilçisi Corc Mitçellə təqdim etdiklərini, ancaq İsrail hökumətindən bir cavab gəlmədiyini bildirib.
|
02.08.10 Məqaləni oxumaq
|
|
|
DSMF-yə daxil olan müraciətlərin sayı 76 faiz artıb
|
Cari ilin birinci yarısında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) əhali tərəfindən ünvanlanan müraciətlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 76 faiz çoxalıb. Bu barədə məlumatı DSMF-nin İctimaiyyətlə əlaqələr mərkəzindən veriblər.
Elektron poçt vasitəsilə göndərilən suallarda toxunulan məsələlər ümumilikdə maarifləndirici xarakter daşıyıb. Göndərilən hər bir sual Fondun müvafiq şöbələri tərəfindən cavablandırılıb və həmin cavablar saytın “Sual-cavab” altqrupundakı müvafiq bölmələrdə yerləşdirilib.
Bu ilin ilk yarısında sayta göndərilən 1270 sualın 43,7 faizi əmək pensiyaları ilə bağlı olub. Sualların 27 faizi isə sosial sığorta haqları ilə əlaqədar məsələləri əhatə edib.
|
02.08.10 Məqaləni oxumaq
|
|
|
Tacikistan Müdafiə Nazirliyinin nümayəndə heyəti Bakıda səfərdədir
|
Tacikistan Müdafiə Nazirliyi nümayəndə heyətinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) tanışlıq səfəri başlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Müdafiə Nazirliyi mətbuat xidmətindən veriblər.
Tacikistan Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Bahrom Rüstəmovun Azərbaycana səfəri avqustun 1-də başlayıb. AAHM-da təhsil alan tacikistanlı 5 kursantın müşayiət etdiyi səfər avqustun 4-də yekunlaşacaq.
|
02.08.10 Məqaləni oxumaq
|
|
|
|