Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 7.2010
    Səhifələr : 1 2 3 4 5 » #
    TQDK: “23129 abituryent ixtisas seçimi ərizəsini təsdiq edib”
    2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlər iyulun 25-dən avqustun 2-dək internet vasitəsilə ixtisas seçimi apara bilərlər. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bugün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ixtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil etməlidir. E.Nağızadə qeyd edib ki, bu gün saat 10:00-dək abituriyentlərdən 23129 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib.
    31.07.10 Məqaləni oxumaq
     
    Atçılıq Turizm Mərkəzində infotur keçiriləcək
    Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsi və Respublika Atçılıq Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə ölkədə atçılıq turizminin təbliği və təşviqi məqsədilə tədbirlər həyata keçirilir. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Bununla əlaqədar cari ilin 03 -05 avqust tarixlərində daxili turizm bazarında fəaliyyət göstərən aparıcı turizm şirkətləri və KİV nümayəndələri üçün Şəkidəki Respublika Atçılıq Turizm Mərkəzində infotur keçiriləcək. On beşə yaxın turist şirkətinin nümayəndəsinin iştirak edəcəyi tədbirdə yeni atüstü turist marşrutlarının təqdimatı nəzərdə tutulub.
    31.07.10 Məqaləni oxumaq
     
    İraqda qiyamçıların hücumu nəticəsində 17 hərbiçi həlak olub
    İraq müxtəlif bölgələrində terrorçuların hücumları nəticəsində 17 hərbiçi həlak olub. Ən qanlı hücum İraqın sünni rayonu olan Azamiyyada baş verib. Orada 10 əsgər həlak olub. Güman olunur ki, bu yaxşı planlaşdırılmış basqın idi. Təhlükəsizlik qüvvələrinin hərbiçilərinə qarşı hücumlar habelə Tikrit, Fəluc və Mosulda baş verib.
    31.07.10 Məqaləni oxumaq
     
    Jurnalist Araşdırmaları Mərkəzi monitorinqləri davam etdirəcək
    Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi (JAM) “İnsan hüquq və azadlıqlarının müdafiəsində region mətbuatının rolunun artırılmasına yardım” adlı layihənin icrasını başa çatdırıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya JAM-dan veriblər. JAM Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirdiyi layihə çərçivəsində iyul ayında da ölkədə nəşr olunan 20 gündəlik və həftəlik qəzetin monitorinqi aparılıb. Monitorinq nəticəsində məlum olub ki, Azərbaycanın aparıcı KİV orqanları iyul ayında da insan hüquq və azadlıqlarının müdafiəsinə geniş yer ayırıblar. JAM-ın yaydığı hesabatda həmçinin qeyd olunur ki, iyun ayında olduğu kimi iyul ayında da mətbuat Kürün daşması nəticəsində baş verən təbii fəlakətdən zərər çəkən insanların problemlərinin işıqlandırılmasına daha geniş yer ayırıb. Həmçinin paytaxt çimərliklərindəki vəziyyət, müxtəlif qida məhsullarından zəhərlənmə halları, eləcə də istehlakçıların üzləşdikləri problemlər mətbuatın diqqət mərkəzində olub.
    31.07.10 Məqaləni oxumaq
     
    İstanbulda türkdilli jurnalistlərin toplantısı keçiriləcək
    Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç Azərbaycan Mətbuat Şurasının yeni ofisində olub. Şuradan KƏLAMİNFO-ya verilən məlumata görə, səfir Azərbaycan jurnalistlərini milli mətbuatımızın 135 illik yubileyi münasibətilə bir daha təbrik edib, media təmsilçilərinin böyük qrupunun dövlət təltiflərinə layiq görülmələrindən, Mətbuat Şurasının müasir və hər cür avadanlıqla təchiz olunmuş yeni binaya köçməsindən məmnunluğunu bildirib. Bu ilin payızında İstanbulda türkdilli jurnalistlərin toplantısının keçiriləcəyi barədə məlumat verən diplomat, tədbirin türk dünyası birliyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, Türkiyə – Azərbaycan dostluğu mövzusunda yazan media təmsilçilərinin gələn həftə səfirlik tərəfindən mükafatlandırılacağını söyləyib.
    30.07.10 Məqaləni oxumaq
     
    Azərbaycan antikorrupsiya islahatları sahəsində irəliləyişə nail olub
    Baş Prokurorluğun Elmi-Tədris Mərkəzində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İstanbul Fəaliyyət Planının Azərbaycan üzrə dəyərləndirmə hesabatı dinlənilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Baş Prokurorluqdan veriblər. Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları və QHT təmsilçiləri iştirak ediblər. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə artıq 2003-cü ildən əməkdaşlıq edir. Bu müddət ərzində təşkilatın Azərbaycan hökumətinə çox dəyərli tövsiyələr verdiyini diqqətə çatdıran K.Əliyev OECD və Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupunun tövsiyələrinin prezident İlham Əliyev tərəfindən imzalanmış müvafiq Sərəncam və Fərmanlarda öz əksini tapdığını, bu sahədə ardıcıl işlər həyata keçirildiyini vurğulayıb. OECD Katibliyinin antikorrupsiya məsələləri üzrə baş müşaviri Olqa Savran və təşkilatın eksperti Daniel Telesklaf çıxışlarında Azərbaycanda korrupsiyaya qarşı mübarizədə müsbət nəticələr əldə edildiyini vurğulayıblar.
    30.07.10 Məqaləni oxumaq
     
    Magistraturaya əlavə yerləşirmə başlayıb
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gündən ali məktəblərin magistraturasının boş qalan plan yerlərinə yerləşdirmə üçün sənəd qəbuluna başlayıb. TQDK-nın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, sənəd qəbulu avqustun 5-i saat 9.00-dək davam edəcək. Sənəd qəbulu internetlə aparılacaq. Vakant yerlər barədə elan “Magistr” jurnalının 6 sayında dərc edilib.
    30.07.10 Məqaləni oxumaq
     
    Minsk qrupunun həmsədrləri sentyabrda regiona gələcəklər
    ATƏT-in Minsk qrupunun həmsədrləri səfir İqor Popov (Rusiya), Bernar Fasye (Fransa) və Robert Bradke (ABŞ) Vyanada Minsk qrupuna daxil olan ölkələrin nümayəndələri üçün brifinq keçirib və bəyanat yayıblar. KƏLAMİNFO xəbər verir ki, brifinqdə Minsk qrupunun üzvlərinə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti, o cümlədən iyunun 17-də Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt Peterburqda görüşü, iyulun 17-də Minsk qrupuna həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə keçirilmiş görüşü, həmçinin Qrupa həmsədrlik edən ölkələrin Muskoka və Almatıdakı birgə bəyanatları barədə məlumat verilib. Həmsədrlər bildiriblər ki, münaqişə tərəflərinin göstərdiyi səylər aradakı fikir ayrılıqlarını qaldırmaq üçün yetərli deyildir və atəşkəsi möhkəmləndirmək və kompromis ruhu nümayiş etdirmək üçün əlavə tədbirlərə ehtiyac var. Münaqişə tərəflərinin səylərini dəstəkləmək məqsədilə, həmsədrlər sentyabrın əvvəlində münaqişə regionuna səfər etməyi planlaşdırırlar.
    30.07.10 Məqaləni oxumaq
     
    “Jurnalistika inkişaf edib yeni uğurlara imza atacaq”
    Dağbəyi İsmayılov: В«İstərdim ki, Azərbaycan mətbuatı, jurnalisti mövcud sağlam ənənələr üzərində daha da inkişaf etsinВ»

    Ötən həftə milli mətbuatımızın 135 illik yubileyi qeyd olundu. Prezident İlham Əliyevin yubiley ərəfəsində verdiyi sərəncamlar mətbuat işçilərinin böyük sevincinə səbəb oldu. Dövlət başçısının sərəncamı ilə Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə “Əməkdar jurnalist” fəxri adına layiq görülən AzərTAc Dövlət İnformasiya Agentliyinin baş direktor müavini Dağbəyi İsmayılovla müsahibəmiz milli mətbuatımızın keçdiyi yol və hazırkı durumu barədədir.

    Etimad 

    - Azərbaycanda mətbuata dövlət dəstəyi ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan ənənədir. Çünki mətbuatımızın inkişafı daim onun diqqət mərkəzində olub. Bu ənənə indi də prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan milli mətbuatının 135 illiyi ilə bağlı keçirilən silsilə tədbirlər bunun əyani təsdiqidir. Bu qayğının yekun zirvəsi prezidentin milli mətbuatın 135 illik yubileyi ərəfəsində imzaladığı çox dəyərli sərəncamlardır. Bu sənəddə Azərbaycan mətbuatının maddi-texniki bazasının inkişaf etdirilməsi, qəzetlərə və informasiya agentliklərinə birdəfəlik yardımların edilməsi, həmçinin KİV sahəsində işləyən və siyasi yönümündən asılı olmayaraq çalışan jurnalistlərin əməyinin qiymətləndirilməsi dövlət tərəfindən göstərilən qayğının bariz nümunəsidir. Bu sərəncamlar içərisində çox önəmlisi mətbuat işçiləri üçün yaşayış binasının tikilməsindən ötrü Prezidentin Ehtiyat Fondundan ayrılan böyük məbləğdə vəsaitdir.
    29.07.10 Məqaləni oxumaq
     
    “Vətəndaş Maarifləndirilməsi” İB sorğu keçirib
    Cari ilin iyun-iyul aylarında “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi Bakı şəhəri və Bakı kəndlərində “Azərbaycan xalqının unudulmuş və unudulmaqda olan milli adət-ənənələrinin öyrənilməsi və təbliği” layihəsi çərçivəsində növbəti sorgusunu həyata keçirib. “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, bu layihə çərçivəsində respondentlərə adət-ənənələrin nə dərəcədə yaşadılmasının öyrənilməsi ilə bağlı bir neçə sual verilib. Ümumilikdə 500 nəfər arasında keçirilən rəy sorğusuna 280 nəfər qadın cəlb edilib ki, bu da ümumi respondentlərin 56%-ni təşkil edib. Sorguda iştirak edən 220 nəfər isə əks tərəfin cinsinə mənsub olub.
    29.07.10 Məqaləni oxumaq
     
    Səhifələr : 1 2 3 4 5 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « İyul.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031