Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 7.2010
    Səhifələr : # « 11 12 13 14 15 16 17 18 19 » #
    Prezident İlham Əliyev Zaqatala rayonunda səfərdədir
    Bu gün prezident İlham Əliyev Zaqatala rayonuna səfər edib. KƏLAMİNFO xəbər verir ki, dövlət başçısı ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstəsi qoyub. Prezident İlham Əliyevə məlumat verilib ki, ümummilli liderin abidəsinin yerləşdiyi Heydər Əliyev parkında abadlıq işləri görülüb. Burada yeni oturacaqlar quraşdırılıb, müasir işıqlandırma sistemi yaradılıb, fəvvarələr yenidən qurulub, yaşıllıq zolağı genişləndirilib.
    08.07.10 Məqaləni oxumaq
     
    Müdafiə naziri Səfər Əbiyev Macarıstanın ölkəmizdəki səfirini qəbul edib
    Bu gün müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yeno Boroşu qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər. S.Əbiyev səfirlik müddətini bitirən diplomata ölkələrimiz arasında dostluq və hərbi əməkdaşlıq məsələlərinin inkişafında göstərdiyi xidmətlərə görə öz təşəkkürünü bildirib. Görüşdə regionda mövcud hərbi-siyasi vəziyyət və Ermənistanın işğalçılıq siyasətinin yaratdığı problemlər barədə fikir mübadiləsi aparılıb.
    08.07.10 Məqaləni oxumaq
     
    Hidayət Orucov: “Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşadığı nadir ölkələrdəndir”
    “Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşadığı nadir ölkələrdəndir”. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri yap.org.az saytına müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov səsləndirib. H.Orucov bildirib ki, Azərbaycan dövləti məscid sökən deyil, məscid tikən dövlətdir. “Son illər ölkəmizdə neçə-neçə dini abidələrimizdə bərpa və yenidənqurma işləri aparılıb və bu işlər davam etdirilir. Bildiyiniz kimi, bu günlərdə prezident daha bir qədim ibadət ocağının – Bakının memarlıq incilərindən olan Əjdərbəy məscidinin əsaslı təmiri, bərpası və aparılan yenidənqurma işlərinin tamamlanmasına dair Sərəncam imzalayıb”,-deyə H.Orucov vurğulayıb. Komitə sədri qeyd edib ki, dini-tarixi abidələrin bərpasına xüsusi önəm verən Heydər Əliyev Fondu 2006-cı ildən "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində ölkə ərazisində müxtəlif dini-mədəni abidələrin bərpa və yenidənqurma işlərini həyata keçirir. Bütün bunlar Azərbaycan rəhbərliyinin dinə, dindarlara olan xüsusi diqqət və qayğısının bariz nümunəsidir.
    08.07.10 Məqaləni oxumaq
     
    Politoloq: “Qarabağ münaqişəsinin həll edilməsi ABŞ-ın iki partiyalı xarici siyasət kursunun həlledici elementi deyil”
    ABŞ Qarabağ probleminin həllində prinsip etibarı ilə maraqlıdır, lakin, o, regionda Rusiyanın xoşu gəlməyən heç bir addımı ata bilməz. Çünki, ABŞ-ın beynəlxalq siyasətdə Rusiyanın dəstəyinə çox böyük ehtiyacı var. Bu fikirləri KƏLAMİNFO-ya müsahibəsində Prezident yanında Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirov söyləyib. Politoloqun fikrincə, hətta hazırkı şəraitdə Qarabağ münaqişəsinin həll edilməsi ABŞ-ın iki partiyalı xarici siyasət kursunun həlledici elementi deyil. “Cənubi Qafqaz Birləşmiş Statların strateji maraqlar zonasına bölgə kimi daxildir, həyati maraq zonası kimi daxil deyil. ABŞ-ın bu gün xarici siyasətində İranın nüvə proqramı, Əfqanıstanda düşdüyü “bataqlıq”dan çıxa bilmək və İraqdan öz qoşunlarını çıxardıqdan sonra Yaxın Şərqin gələcək vəziyyətinin necəliyi ətrafında olan məsələlər həyati element kimi rol oynayır. Məhz bu kimi problemlərin həllində Birləşmiş Statların Rusiyanın köməyinə böyük ehtiyacı var. Buna görə də Amerika heç vaxt onun həyati maraqlarına problem kimi aid olmayan Qafqazda Rusiyanın maraqları ilə oynaya bilməz. Ən ciddi halda o, Rusiyanın şifahi tənqid etməklə kifayətlənir. Bunun da onların əlaqələrinə heç bir təsiri yoxdur.
    08.07.10 Məqaləni oxumaq
     
    İtaliyada 2 mln. avro küçələrə səpilib
    İtaliyanın Foc şəhərində qəribə hadisə baş verib. KƏLAMİNFO xəbər verir ki, içərisində 2 mln. avro pul daşıyan yük maşını avtomagistral yolda qəzaya uğrayıb və maşındakı bütün pullar yola tökülüb. İtaliya polisinin verdiyi məlumata görə, 2 mln. avro qəpiklərdən ibarət olub və qəza baş verəndən qısa müddət sonra yolda böyük tıxac əmələ gəlib. Belə ki, italyanlar fürsətdən istifadə edərək yerə səpilən bütün pulları yığmağa başlayıblar. Yük maşınının sürücüsü və italyan polisi isə bunun qarşısında aciz qalıb və oğurluğun qarşısını ala bilməyiblər.
    08.07.10 Məqaləni oxumaq
     
    Aydın İsmiyev: “Hazırkı mövsümdə ölkədə 400-dən çox müasir tipli otel fəaliyyət göstərir”
    Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkənin turistik bölglərində turizm obyektlərinə baxış keçirilməyə başlayıb. Bu barədə Qəbələdə KƏLAMİNFO-ya müsahibəsində nazirliyin Turizm idarəsinin rəisi Aydın İsmiyev bildirib. A.İsmiyevin sözlərinə artıq Quba, Qusar, Xaçmaz, Şamaxı və İsmayıllıdakı obyektlərə baxış keçirilib. “Bu gün Qəbələdə olan otellərə və digər turistik mərkəzlərə baxış keçiriləcək. Sabahdan isə Şəkidə, Qaxda, Zaqatalada və Balakəndə olan obyektlərə baxışa başlanılacaq. İndiyədək aparılan yoxlamalar nəticəsində ümumilikdə bu sahədə vəziyyəti qənaətbəxş hesab etmək olar. Digər inkişaf etmiş ölkələrlə müqayisədə bizdə əlbəttə ki, nöqsanlar var. O ölkələrdə bu sahə on illərdir inkişaf edir, bizdə isə bu proses artıq 5-6 ildir başlayıb. Bu müddətdə kifayət qədər inkişafımız da var. Əgər 5-6 il öncə bu sahədə ölkədə 90-100 otel fəaliyyət göstərirdisə, hazırkı mövsümdə artıq 400-dən çox müasir tipli otel fəaliyyət göstərir. Etiraf etmək lazımdır ki, hazırda bu otellərin hamısının səviyyəsi eyni deyil, müxtəlif çatışmazılıqlar var. Biz qısa müddət ərzində bunların aradan qaldırılmasını qarşımıza məqsəd qoymuşuq”-deyə, A.İsmiyev açıqlayıb.
    08.07.10 Məqaləni oxumaq
     
    Vətəndaş ekoloji maarifsizlikdən əziyyət çəkir
    Azərbaycan müstəqillik əldə etdikdən sonra, ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində yeni ekoloji siyasət formalaşmağa başladı. Bu həm də ekoloji məsələlərin ümumbəşəri bir problem kimi qəbul edilməsi ilə də izah edilə bilər. Ümummilli lider Heydər Əliyevin şəxsi iradəsinin nəticəsi olaraq 23 may 2001-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldı. 2003-cü ildə  ümummilli lider Heydər Əliyevin müvafiq fərmanı ilə “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” AR Qanunu qəbul edildi.
    08.07.10 Məqaləni oxumaq
     
    Bakıda “Şikayət və müraciətlərə baxılması ilə əlaqədar” seminar-treninq keçirilir
    Bu gün Bakıda, Mərkəzi Seçki Komissiyası və Avropa Şurası Venesiya Komissiyasının təşəbbüsü ilə “Şikayət və müraciətlərə baxılması ilə əlaqədar” seminar-treninq öz işinə başladı. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən MSK-nın katibi Natiq Məmmədov tədbirin iki gün keçiriləcəyini söylədi. Seminar-treninqdə ölkənin 125 seçki dairəsinin hər birindən nümayəndə təmsil olunduğunu diqqətə çatdıran N.Məmmədov onlara ölkədə seçki şikayətlərinə baxılması üsulları və strategiyaları barədə məlumat verdi. N.Məmmədov vurğuladı ki, qurum şikayətlərə baxılması qaydaları ilə bağlı beynəlxalq təşkilatlar və Venesiya Komissiyası ilə daim əməkdaşlıq edir. Avropa Şurası Baş katibinin xüsusi nümayəndəsi Veronika Kotek isə bildirdi ki, Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi üçün birgə səylə çalışmalıyıq. “Seçki prosesi ilə bağlı şikayətlərə qısa müddətdə baxılmalıdır ki, bütövlükdə seçki prosesində ləngimələr baş verməsin.
    08.07.10 Məqaləni oxumaq
     
    Azərbaycan prezidenti Misirin neft naziri Samih Fehminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    Bu gün Azərbaycan prezidenti İlham Əliyev Misirin neft naziri Samih Fehminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. KƏLAMİNFO xəbər verir ki, dövlət başçısı Azərbaycanla Misir arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib. Bu yaxınlarda Misirin xarici işlər nazirinin ölkəmizə səfəri zamanı səmərəli müzakirələr aparıldığını vurğulayan prezident İlham Əliyev dost ölkələr olan Azərbaycanla Misir arasında əməkdaşlığı bütün sahələrdə daha da inkişaf etdirməyin zəruriliyini vurğulayıb. Misirin neft naziri Samih Fehminin ölkəmizə səfərinin enerji sahəsində əlaqələri inkişaf etdirmək üçün yaxşı fürsət yaratdığını qeyd edən prezident İlham Əliyev qonağın Bakıda keçirəcəyi görüşlər zamanı birgə fəaliyyət üçün məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu söyləyib. Misirin neft naziri S.Fehmi ölkəmizə səfərinin yenicə başlamasına baxmayaraq, burada gördüklərindən təəssüratlandığını vurğulayıb. Ölkələrimiz arasında əlaqələri genişləndirmək üçün maraqlı planların olduğunu bildirən Misirin neft naziri onların həyata keçiriləcəyinə əminliyini ifadə edib.
    08.07.10 Məqaləni oxumaq
     
    Allahşükür Paşazadə İranlı nazirlə görüşüb
    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə İranın mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya QMİ-nin mətbuat xidmətindən veriblər. A.Paşazadə Azərbaycanla İran arasında dostluq münasibətlərinin qədim tarixi olduğunu vurğulayıb. Cari ilin aprelində Bakıda “Qloballaşma, din, ənənəvi dəyərlər” mövzusunda keçirilmiş dini liderlərin ümumdünya sammiti barədə məlumat verən A.Paşazadə belə bir tədbirin Azərbaycanda keçirilməsini mühüm hadisə adlandırıb.
    07.07.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 11 12 13 14 15 16 17 18 19 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « İyul.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031