|
Səhifələr : # 15 16 17 18 19 20 21 22 23 #
Bu gün ABŞ Dövlət katibinin Mərkəzi Avropa və Qafqaza səfəri başlayıb
|
Bu gün ABŞ Dövlət katibi Hillari Klintonun Mərkəzi Avropa və Qafqaza səfəri başlayıb. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, Dövlət katibinin ilk dayanacağı ölkə Ukrayna olacaq.
O, prezident Viktor Yanukoviç və digər rəsmilərlə danışıqlar aparacaq, ikitərəfli münasibətlər müzakirə ediləcək. Eyni zamanda Ukraynanın zənginləşdirilmiş uranı ərazisindən çıxarmaq üçün götürdüyü öhdəliyin yerinə yetirilməsi də danışıqların müzakirə mövzusu olacaq.
H.Klinton 5 günlük səfəri zamanı Polşa, Azərbaycan, Ermənistan və Gürcüstanda olacaq. ABŞ Dövlət katibi Bakıya iyulun 4-də gələcək.
|
02.07.10 Məqaləni oxumaq
|
|
|
“EKO-2010” Gənclər Koalisiyası 22 iyul Milli Mətbuat Günü ilə bağlı jurnalist yazı müsabiqəsini davam etdirir
|
“Eko–2010“ Gənclər Koalisiyası “Ekologiya ili” çərçivəsində həyata keçirdiyi silsilə tədbirlərin davamı olaraq növbəti tədbirini “Yaşıl Turizm hədəfimizdir” adı ilə 22 iyul Milli Mətbuat Gününə həsr edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya “Eko-2010“ Gənclər Koalisiyasından veriblər.
Məqalə müsabiqəsi formatında reallaşacaq tədbirin başlanğıcı 24 iyun 2010-cu ildə tarixdən başlanıb. Müsabiqədə “Heydər Əliyev irsi və Azərbaycanda ekoloji siyasət”, “Ekologiyanın qorunmasında və ekoloji təbliğatda KİV-lərin rolu”, “Ekologiyamızı qoruyaq: hər yeni fikir, hər yeni ideya bizi uğura daha da yaxınlaşdırır” istiqamətli mövzular yer alıb.
Məqalələri hər jurnalist çalışdığı və yaxud da əməkdaşlıq etdiyi mətbuat orqanında çap edə bilər. Məqalənin sonunda “bu məqalə “Eko-2010” Gənclər Koalisiyasının elan etdiyi müsabiqəyə təqdim olunmaq üçün verilir” sözlər yazılmalıdır. Məqalələr çap olunduqdan sonra Koalisiyaya bu barədə məlumat verilməlidir. Həmçinin məqalələr elektron variantda Koalisiyanın e-mail ünvanına göndərilməlidir. (Əlaqə vasitələri: (050) 518 34 34; (055) 211 34 37; (012) 511 05 54; eko2010@box.az; ekogencler@mail.ru)
|
02.07.10 Məqaləni oxumaq
|
|
|
K.Saudabayev: “Münaqişənin həlli yollarını Azərbaycan və Ermənistan özləri tapmalıdırlar”
|
Dağlıq Qabağ münaqişəsinin həlli ilə əlaqədar ATƏT-in Minsk Qrupu müntəzəm iş aparır. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə Qazaxıstanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə münasibət bildirərkən çıxış edib.
K.Saudabayev həmsədrlərin fəaliyyətinin nəticəsi kimi tərəflərə Madrid razılaşmalarının yeni prinsiplərinin təqdim edildiyini və yaxın zamanlarda bunun həyata keçirilməsinə ümid etdiyini söyləyib. “Münaqişənin həlli yollarını isə Azərbaycan və Ermənistan özləri tapmalıdırlar. Bizə gəlincə isə, bildirim ki, ATƏT-in indiki sədri kimi fəaliyyətə başladığımz gündən münaqişənin həlli istiqamətində iş aparırıq”,-deyə K.Saudabayev əlavə edib.
|
02.07.10 Məqaləni oxumaq
|
|
|
“Avroviziya-2011” mahnı müsabiqəsinin yarımfinal və final günləri məlum olub
|
Almaniya gələn il keçiriləcək “Avroviziya-2011” mahnı müsabiqəsinin ilkin hazırlıqlarına başlayıb. KƏLAMİNFO müsabiqənin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, “Avroviziya-2011” yarışmasının yarımfinal və final günlərinin tarixi məlum olub. Müsabiqənin ilk yarımfinalları mayın 10-u və 12-də, finalı isə ayın 14-də keçiriləcək.
Sentyabr ayında müsabiqənin keçiriləcəyi məkan məlum olacaq. Bu sırada əsas namizədlər kimi ölkə paytaxtı Berlin və Almaniyanın digər şəhərləri -Hamburq, Hannover və Köln göstərilir.
Qeyd edək ki, Almaniya bu il “Avroviziya-2010” mahnı müsabiqəsinin qalibi olub. Yarışmada Almaniyanı Lena Mayer-Landrut təmsil edib.
|
01.07.10 Məqaləni oxumaq
|
|
|
ABŞ dövlət büdcəsindən Dağlıq Qarabağ separatçılarına 10 mln. dollar ayırıb
|
ABŞ Konqresi 2011-ci il üçün ölkə büdcəsini təsdiqləyib. Büdcədə Ermənistana iqtisadi yardım kimi 44 mln. dolların ayrılması nəzərdə tutulur. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, ötən illə müqayisədə 4 mln. dollar azdır.
Dağlıq Qarabağ separatçılarına ayrılan yardımın məbləği isə artıb. 2011-ci il büdcəsindən separatçılara 10 mln. dollar ayrılacaq. Bu, ötən ilki məbləği 2 mln. üstələyir. Komissiya Azərbaycanla Ermənistan arasında hərbi yardımın ayrılmasında balansı qoruyub. Bakı və Yerevana hərbi maliyyələşdirmə kimi 3,5 mln., hərbi təhsilə isə hərəyə 450 min dollar ayrılıb.
|
01.07.10 Məqaləni oxumaq
|
|
|
|
Rusiyadan Ermənistana ötürülən qaz kəmərindən Gürcüstan imtina edir
|
Rusiyadan Ermənistana ötürülən magistral qaz kəmərini Gürcüstan satışa çıxarmaq niyyətindədir. KƏLAMİNFO Ermənistan mətbuatına istinadən xəbər verir ki, hazırda bu ölkənin parlamentində müzakirəyə çıxarılmış qanun layihəsində bu kəmər özəlləşməsinə icazə verilməyən obyektlər siyahıdan çıxarılıb.
Parlament israr edir ki, Rusiya-Ermənistan qaz kəmərinin satılması dövlətin maraqlarına zidd olmayacaq, çünki “obyekt strateji əhəmiyyətə malikdir” qeydi köhnəlib. Gürcüstan müxalifəti kəməri Rusiyanın alacağından ehtiyatlanır. Gürcüstan tranzit haqqı olaraq Rusiyadan Ermənistana ötürülən qazın 10%-ni alır.
|
01.07.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 15 16 17 18 19 20 21 22 23 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|