Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 7.2010
    Səhifələr : # « 3 4 5 6 7 8 9 10 11 » #
    TQDK IV ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrini açıqladı
    Cari tədris ili üçün ali məktəblərə qəbulla bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 17-də keçirilən IV ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrini açıqlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Bu ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün 15 348 abituriyent ərizəsini təsdiq edib. Onlardan 14 710 nəfəri imtahanda iştirak edib. Test imtahanının nəticəsinə əsasən 3845 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb. Onlardan 3 nəfəri maksimal nəticə - 700 bal toplayıb. IV ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub. İxtisas seçimi iyulun 25-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub.
    21.07.10 Məqaləni oxumaq
     
    Politoloq Zəfər Quliyev: “Cənubi Qafqazda son 50 ildə ilk dəfə əlverişli geosiyasi vəziyyət yaranıb”
    Türkiyə-Ermənistan arasında olan dialoq nəticəsində sərhədlər açılmasa da, hazırkı proseslər göstərir ki, nəticəsiz də ötüşməyib. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində politoloq Zəfər Quliyev açıqlama verib. Onun sözlərinə görə, ötən il ərzində bu iki ölkə arasında aparılan dialoqdan sonra, Ermənistan ictimaiyyəti artıq bir çox məsələlərdə düşünməyə başlayıb. “Erməni ictimaiyyəti artıq analiz etməyə başlayır ki, Rusiyadan asılılıq nə qədər sərfəlidir və bunun əvəzində artıq Ermənistan nə qazanır? Qərblə inteqrasiya üçün real imkanlardan istifadə etmək lazımdır, yoxsa yox? Artıq son bir il, bir il yarım ərzində Ermənistan ictimaiyyətində bu suallar müzakirə olunur. Bu müddət ərzində olan türk-erməni dialoqu və Qarabağla bağlı danışıqların intensivliyi bir çox siyasi dairələri də düşünməyə vadar edib. Onlar çalışır ki, yaranmış şanslardan istifadə edərək regionda balanslaşdırılmış xarici siyasət qura bilsinlər, Türkiyə-Ermənistan sərhədlərinin açılmasında və Qarabağ münaqişəsinin həllində uğurlu nəticə əldə edə bilsinlər.
    21.07.10 Məqaləni oxumaq
     
    ABŞ Senatı bu həftə Azərbaycana səfir təyinatını nəzərdən keçirəcək
    ABŞ Senatının Xarici Münasibətlər üzrə Komitəsi iyulun 22-dəki dinləmələrində senator Cin Şahinin sədrliyi ilə bir sıra ölkələrə göndəriləcək səfir namizədlərini nəzərdən keçirəcək. KƏLAMİNFO xəbər verir ki, bunların arasında Bosniya və Herseqovina, İslandiya və Yunanıstanla yanaşı, Azərbaycana təyin ediləcək namizəd də var. Xatırladaq ki, cari il mayın 26-da prezident Barak Obama Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini, ATƏT-in Minsk Qrupunun sabiq həmsədri Metyu Brayzanı Azərbaycana səfir kimi namizəd görüb.
    21.07.10 Məqaləni oxumaq
     
    İran XİN başçısı: “İranın Ermənistanla əlaqələrini sıxlaşdırması vacibdir”
    Ermənistan müdafiə naziri Seyran Ohanyan İranın paytaxtı Tehranda bu ölkənin xarici işlər naziri Manuçehr Mottakilə görüşüb. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, erməni nazir görüşdə İran-Ermənistan əlaqələrinin daha da genişləndirilməsini israr edib. S.Ohanyan İranın Yaxın Şərqdə staretji mövqeyini xatırladaraq Ermənistanın da İranla bu bölgədə işbirliyində maraqlı olduğunu bəyan edib. M.Mottaki isə Cənibi Qafqazda olan problemlərin həllini önə çəkərək, İranın bu problemlərin həllində daim Ermənistanın yanında olduğunu diqqətə çatdırıb. “İki ölkə arasında əlaqələrin daha da sıxlaşması çox vacibdir”,-deyə İran XİN başçısı bildirib.
    20.07.10 Məqaləni oxumaq
     
    Rusiya Hərbi-Dəniz Donanmasının Baş Komandanı Türkiyədə səfərdədir
    Rusiya Hərbi-dəniz donanmasının baş komandanı Vladimir Vısotski iyulun 20-23-də Türkiyədə rəsmi səfərdə olacaq. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfərin əsas məqsədi iki ölkənin hərbi donanmalarının əməkdaşlığını müzakirə və inkişaf etdirməkdir. Xatırladaq ki, Rusiya və Türkiyə Qara dənizin müdafiəsində iki müxtəlif layihədə əməkdaşlıq edir.
    20.07.10 Məqaləni oxumaq
     
    TQDK Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsinə müsabiqə elan edir
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən Azərbaycanla Türkiyə dövlətləri arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən, 2010/2011-ci tədris ilində Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsinə 14 nəfərin qəbulu üçün müsabiqə elan olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Müsabiqədə cari ildə mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 550-dən yuxarı bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər. Müsabiqə əsasında 45 nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Müdafiə Nazirliyinə təqdim olunacaq. Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsində təhsil müddəti 7 ildir. Kursantlar təhsil müddəti ərzində tam dövlət təminatındadırlar. 1-ci kursda onlar hərbi and içir və Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilirlər. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Müsabiqədə iştirak etmək istəyənlər TQDK-ya müraciət etməlidirlər.
    20.07.10 Məqaləni oxumaq
     
    BDU ilə MDB-nin Nanotexnologiya üzrə Beynəlxalq İnnovasiya Mərkəzi arasında Memorandum imzalanıb
    Bakı Dövlət Universiteti ilə MDB-nin Nanotexnologiya üzrə Beynəlxalq İnnovasiya Mərkəzi arasında Memorandum imzalanıb. BDU-dan KƏLAMİNFO-ya verilən məlumata görə, Memorandumu BDU-nun rektoru, millət vəkili, akademik Abel Məhərrəmov və MDB-nin Nanotexnologiya üzrə Beynəlxalq İnnovasiya Mərkəzinin direktoru, Nüvə Tədqiqatları Birləşmiş İnstitutunun direktor müavini Aleksandr Ruzayev imzalayıblar. Sənəddə hər iki tərəf arasında elmi simpozium, seminar və konfransların təşkili, nanotexnologiya sahəsində beynəlxalq proqram və layihələrdə birgə iştirak, təhsil proqramlarının həyata keçirilməsi, bu sahədə innovasiyaların inkişafı və investisiyaların yatırılması məsələlərinin təşkili nəzərdə tutulur. Memorandumda, həmçinin Azərbaycanda innovasiya layihələri üzrə informasiya bazalarının yaradılması, maliyyə mənbələrinin cəlb edilməsi, elmi-tədqiqat işləri, innovasiya və təhsilin səviyyəsinin artırılması, BDU-nun maddi-texniki bazasından istifadə və alimlərin MDB NBİM-in kollektiv istifadə mərkəzlərində sərbəst çalışması üçün lazımi şəraitin yaradılması məsələləri də əksini tapıb.
    20.07.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri başa çatıb
    Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri başa çatıb. KƏLAMİNFO xəbər verir ki, Azərbaycan və Gürcüstanın dövlət bayraqları ilə bəzədilmiş Batumi hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Batumi hava limanında Gürcüstan prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs yola salıblar. Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan prezidenti İlham Əliyevi Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.
    19.07.10 Məqaləni oxumaq
     
    Spiker O.Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti Cenevrədə səfərdədir
    Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində səfərdədir. KƏLAMİNFO xəbər verir ki, səfər parlament spikerlərinin 3-cü Ümumdünya konfransında iştirak məqsədi daşıyır. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
    19.07.10 Məqaləni oxumaq
     
    Bakıda beynəlxalq münasibətlər üzrə alimlərin 1-ci illik simpoziumu keçiriləcək
    Cari ilin 22-23 oktyabr tarixlərində Bakıda beynəlxalq münasibətlər üzrə alimlərin 1-ci illik simpoziumu keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İrəli” İctimai Birliyindən veriblər. Simpozium Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Prezident yanında Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Dillər, Qafqaz Xəzər universitetləri, Londonun Konfliktlər və Dövlət quruculuğu üzrə Məlumat Şəbəkəsi, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) və “İrəli” İB-nin birgə təşkilatçılığı ilə həyata keçirilir.
    19.07.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 3 4 5 6 7 8 9 10 11 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « İyul.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031