Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 7.2010
    Səhifələr : # « 1 2 3 4 5 6 » #
    YUNESKO-nun Baş direktoru ümummilli liderin məzarın ziyarət edib
    Azərbaycanda səfərdə olan YUNESKO-nun Baş direktoru xanım İrina Bokova bu gün Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstəsi qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
    29.07.10 Məqaləni oxumaq
     
    ETSN meşə yanğınları ilə bağlı açıqlama yayıb
    Şabran rayonu Xəlifələr, Düzbilici, Qorğan, Sumağa, Qazma və Pirəbədil kəndləri ərazisindəki torpaq mülkiyyətçiləri tərəfindən taxılı biçilmiş sahələrdə kövşənlər yandırılıb. Küləkli hava şəraiti yanğını şiddətləndirərək onun yayılma ərazisini genişləndirib və hətta sözügedən kəndlərin yanma təhlükəsi yaradıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən veriblər. Yanğin ETSN-nin yerli qurumlarının, Şabran rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyi Şabran rayon dövlət yanğından mühafizə hissəsinin əməkdaşlarının, habelə yerli əhalinin səyləri nəticəsində söndürülüb, yanğının meşə fonduna keçməsinin qarşısı alınıb.
    29.07.10 Məqaləni oxumaq
     
    Əli Abbasov dövlət naziri Zəfər Çağlayanla görüşüb
    Türkiyənin xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya RİTN-dən veriblər. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşdə tərəflər rabitə və informasiya texnologiyaları sektorunda birgə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
    29.07.10 Məqaləni oxumaq
     
    “İSR-duz istehsalı” MMC-də məhsul istehsalı dayandırıldı
    Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları “İSR-duz istehsalı” MMC-də araşdırma aparıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən veriblər. Müəyyən olunub ki, sexdə yodlaşdırılmış duz istehsalı üçün lazimi şərait olmadığı halda tədarük edilən duz emal olunaraq qablaşdırılır. Mövcud standartın tələbinə uyğun olaraq yodlaşdırılmış duz istehsalı zamanı duzun nəmliyi, suda həll olmayan qalığın kütlə payı və yodun miqdarı istehsalçı tərəfindən hər 7 saatdan bir təyin olunmalıdır. Lakin müəssisənin bu sınaqları aparmaq üçün laboratoriyası mövcud deyil və istehsal olunan duzun sınaqlarının aparılması üçün akkreditasiya olunmuş laboratoriya ilə bağlanmış müqavilə və sınaq protokolları yoxdur.
    29.07.10 Məqaləni oxumaq
     
    Pakistanda təyyarə qəzaya uğrayıb
    Pakistanın paytaxtı İslamabad şəhərinin yaxınlığında təyyarə qəzaya uğrayıb. KƏLAMİNFO xarici KİV-lərə istinadən xəbər verir ki, təyyarədə 146-sı sərnişin olmaqla, 152 nəfər adam olub. Onların taleyi barədə məlumat yoxdur. Təyyarə Kəraçi-İslamabad reysini həyata keçirirmiş. Təyyarənin yerə enməyə hazırlaşarkən qəzaya uğradığı bildirilir. Baş vermiş qəza ilə bağlı İslamabadda bütün xəstəxanalar gücləndirilmiş iş rejiminə keçib. İlkin ehtimala görə təyyarə qəzasına səbəb pis hava şəraiti olub. Görmə məsafəsi az olduğundan təyyarə dağa çırpılaraq yerə düşüb.
    29.07.10 Məqaləni oxumaq
     
    MQP sədri LİNKS-in eksperti ilə Dağlıq Qarabağ problemini müzakirə edib
    Milli Qurtuluş Partiyasının (MQP) başqanı Vüqar Bəyturan Avropa Birliyinin “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Avropa Əməkdaşlığı” layihəsi çərçivəsində LİNKS təşkilatının eksperti Elin Kinnanderlə görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya MQP-nin mətbuat xidmətindən veriblər. Görüşdə ekspert Qarabağ probleminin həlli istiqamətində ortaya çıxan suallarla bağlı MQP-nin mövqeyini öyrənib. V.Bəyturan ATƏT-in Minsk Qrupunun fəaliyyəti, bu qrupda həmsədrlik edən ölkələrin ədalətli mövqe tutmamasını kəskin pisləyib. Münaqişənin yaranmasında və saxlanılmasında Ermənistandan daha çox Rusiyanın maraqlı olduğunu qeyd edən partiya rəhbəri Avropa dövlətlərini və ABŞ-ı məsələyə ədalətli və obyektiv yanaşmağa çağırıb.
    29.07.10 Məqaləni oxumaq
     
    Magistraturada boş qalan plan yerlərinə qəbul keçirilir
    Tələbə Qəbulu üzrə Dövlə Komissiyası (TQDK) 2010/2011-ci tədris ili üçün ali təhsil müəsisisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul keçirir. TQDK-nın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilənməlumata görə, qəbul bu il mayın 2-də və iyunun 20-də keçirilmiş ikimərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır. Ali təhsil müəssisəsinin magistraturasına qəbul olmuş bakalavrın boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur. Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün sabah saat 9.00-dan 05 avqust saat 09.00-dək TQDK-nın müvafiq internet səhifəsinə daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ərizəsi”ndə qeyd edib təstiqləməlidir. Hər bir bakalavr bu siyahıdan 20-dək ixtisaslaşma kodunu seçə bilər. Bakalavrlara bitirdikləri bakalavr ixtisasından asılı olmayaraq imtahan verdiyi proqrama aid olan bütün ixtisaslaşmaların kodunu seçmək imkanı verilir. Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.
    29.07.10 Məqaləni oxumaq
     
    Ünvanlı sosial yardımın verilməsində yeniliklər gözlənilir
    Gələn ildən etibarən aztəminatlı ailələrə sosial xidmətin göstərilməsi, məşğulluğun artırılması, yardımların daha effektiv xərclənməsinə şəraitin yaradılması məqsədilə vətəndaşlarla sosial müaqavilələrin bağlanması nəzərdə tutulub. KƏLAMİNFO xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımov söyləyib. O qeyd edib ki, müqavilə əsasında hökumət, həm də aztəminatlı ailələr öhdəliklər götürməldir. Onun sözlərinə görə, bu öhdəliklərdən biri şərtləşdirilmiş yardım, digəri isə özünü təminat proqramıdır. “Biz öhdəliklər üçün ailələrlə sosial müqavilələr bağlamağı planlaşdırırıq. Bu sosial müqavilələrdə ailələr və biz, birgə öhdəlik götürəcəyik, bu öhdəliklərin yerinə yetirilməsinin müntəzəm monitorinqini aparacağıq”,-deyən N.Qasımov əlavə edib ki, Dünya Bankı ilə birgə bir sıra ölkələrdə uğurla həyata keçirilən özünütəminetmə proqramı hazırlanır. Bu proqram üzərində iş getdiyini xatırladan N.Qasımov bildirib ki, bu proqram Rusiyanın 5 vilayətində də uğurla həyata keçirilib.
    29.07.10 Məqaləni oxumaq
     
    140 min ailə ünvanlı sosial yardım ala bilər
    Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 20 iyulda keçirilən kollegiyasının yekunlarına həsr olunan zona-müşavirəsi keçirildi. KƏLAMİNFO xəbər verir ki, müşavirədə çıxış edən ƏƏSMN Yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımov bildirdi ki, tədbirdə ünvanlı sosial yardımla bağlı məsələlər müzakirə olunacaq. Ünvanlı sosial yardımın uğurla davam etdirildiyini diqqətə çatdıran N.Qasımov bildirdi ki, son 4 ildə həyata keçirilən ünvanlı sosial yardım proqramının təhlili göstərir ki, həssas qrupdan olan insanların daha fəal sosial yönümlü proqramlara cəlb olunmasına ehtiyac var. Onun sözlərinə görə, bu məqsədlə aztəminatlı alilələrin sosial reablitasiyası ilə də məşğul olunmasına ehtiyac var. Hazırda 133 min ailənin bu yardımdan bəhrələndiyini diqqətə çatdıran N.Qasımov qeyd etdi ki, hər bir ailəyə ayda orta hesabla 113 manat vəsait ödənilir. Onun sözlərinə görə, ilin sonuna kimi 140 min ailənin bu yardımdan bəhrələnməsi gözlənilir. O, ünvanlı sosial yarıdım alanların əsasən çoxuşaqlı və əlil üzvü olan ailələrdən ibarət olduğunu xatırlatdı.
    28.07.10 Məqaləni oxumaq
     
    Türkiyənin dövlət naziri Zəfər Çağlayan ümummilli liderin məzarın ziyarət edib
    Azərbaycanda səfərdə olan Türkiyənin xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayanın başçılıq etdiyi nümayəndə heyəti bu gün Fəxri Xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb. Qonaqlar Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Sonra dövlət naziri Şəhidlər Xiyabanında şəhid türk əsgərlərinin xatirəsini yad edib, abidə önünə əklil qoyub. Zəfər Çağlayan xatirə kitabına ürək sözlərini yazıb.
    28.07.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 1 2 3 4 5 6 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « İyul.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031