|
Səhifələr : # « 12 13 14 15 16 17 18 19 20 » #
Prezident İlham Əliyev Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeni qəbul edib
|
Bu gün prezident İlham Əliyev Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeni qəbul edib. KƏLAMİNFO xəbər verir ki, dövlət başçısı qonağın ölkəmizə səfərinin məhsuldar və uğurlu olacağına ümidvar olduğunu bildirib. Azərbaycanla Gürcüstanın bütün istiqamətlərdə fəal əməkdaşlıq etdiyini vurğulayan prezident İlham Əliyev bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminliyini ifadə edib.
Q.Vaşadze Azərbaycanla Gürcüstan arasında əlaqələrin, xüsusilə beynəlxalq təşkilatlarda, ölkələrimiz üçün aktual olan ərazi bütövlüyü məsələlərində əməkdaşlığın necə inkişaf etdirilməsi barədə Azərbaycan Prezidenti ilə müzakirələr aparmağın çox vacib olduğunu söyləyib.
Prezident İlham Əliyev əməkdaşlığımızı daha da genişləndirmək üçün daimi məsləhətləşmələrin önəmli olduğunu vurğulayıb.
|
07.07.10 Məqaləni oxumaq
|
|
|
Azərbaycanda 425 dini icma qeydiyatdan keçib
|
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi daha 32 dini icmaya qeydiyyat şəhadətnaməsi təqdim edib. KƏLAMİNFO xəbər verir ki, şəhadətnamə alan icmalardan 30-u islam, 2-si isə gürcü pravoslav icmasıdır.
Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib ki, “Dini etiqad azadlığı haqqında” AR Qanununa edilən dəyişikliklərə uyğun olaraq dini qurumlar qeydiyyat keçmədən fəaliyyət göstərə bilməz.
H.Orucov rəhbərlik etdiyi komitəyə qeydiyyata alınmaq üçün 782 dini icmanın müraciət etdiyini söyləyib. “Onlardan 748-i islam təmayüllü, 34-ü qeyri-islam təməyüllüdür. Bu günə kimi 425 dini icma dövlət qeydiyyatından keçib, onlardan 408-i islam, 17-i qeyri-islam təmayüllü (9 xristian, 6 yəhudi, 1 krişna, 1 – bəhai) icmalardır. Qeydiyyata alınanlardan 302-si təkrarən qeydiyyata alınan dini icmalardır”,-deyə H.Orucov vurğulayıb.
Onun sözlərinə görə, 11 dini icmanın müraciətinə baxılandan sonra onların qeydiyyatla bağlı müraciətinə rədd cavabı verilib. “Buna səbəb qeydiyyat üçün sənədlərin lazımı qaydada hazırlanmaması, tələblərə cavab verməməsidir”,-deyə komitə sədri əlavə edib.
|
07.07.10 Məqaləni oxumaq
|
|
|
DQİDK-də Azərbaycanda məscidlərin tikintisi və təmirinə nəzarət edən yeni şura yaradılıb
|
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsində Azərbaycanda məscidlərin tikintisi və təmirinə nəzarət edən yeni şura yaradılıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov verib.
"Azərbaycanda məscid tikmək və ya təmir etmək istəyən müvafiq sənədləri şuraya təqdim etməlidir. Yalnız şuranın müsbət qərarından sonra, məscid tikilə və ya təmir edilə bilər",-deyə komitə sədri bildirib.
H.Orucov qeyd edib ki, şurada yerli icra hakimiyyəti orqanlarının, Qafqaz Müsəlmanları İdarəsinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndələri təmsil olunurlar.
|
07.07.10 Məqaləni oxumaq
|
|
|
|
|
“İctimai Elmlər Yay Məktəbi” adlı layihəyə start verilib
|
“İrəli” İctimai Birliyi Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi ilə birgə həyata keçirdiyi “İctimai Elmlər Yay Məktəbi” adlı layihəyə start verib. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İrəli” İctimai Birliyindən veriblər.
Layihənin keçirilməsində əsas məqsəd ictimai fənlər üzrə biliklərin artmasına töhfə vermək, elmə marağı olan gənc tədqiqatçıların təhlillər, analizlər aparmaq bacarığını və məqalələr yazmaq, müzakirələr keçirmək qabiliyyətlərini inkişaf etdirməkdir. Layihə çərçivəsində “İctimai elmlərdə metodologiya” adlı ilk akademik mühazirə QAF və SAM-ın əməkdaşı Nazim Cəfərov tərəfindən keçirilib. Mühazirədə elmə marağı olan və intervyu vasitəsi ilə seçilmiş 30 gənc iştirak edib.
|
07.07.10 Məqaləni oxumaq
|
|
|
Mərkəzi Seçki Komissiyasında şikayət və müraciətlərə baxılmasında dəyişiklik edilməyəcək
|
Mərkəzi Seçki Komissiyasında şikayət və müraciətlərə baxılmasında dəyişiklik edilməyəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı MSK-nın katibi Natiq Məmmədov verib.
N.Məmmədov bildirib ki, Azərbaycanda şikayət və müraciətlərə baxılması həm Seçki Məcəlləsində, həm də MSK-nın müvafiq təlimatı ilə tənzimlənir. N.Məmmədov söyləyib ki, bu təlimat Venesiya Komissiyası ilə birgə hazırlanıb. “Son nəticədə qüvvədə olan təlimat dəyişdirilməyəcək”-deyə, N.Məmmədov əlavə edib.
|
07.07.10 Məqaləni oxumaq
|
|
|
Almaniyada jurnalistlər üçün seminar keçiriləcək
|
Cari ilin 20 sentyabr 1 oktyabr tarixlərində Laypsiq şəhərində Mərkəzi və Şərqi Avropadan olan jurnalistlər üçün seminar keçirilməsi nəzərdə tutulub. Seminar Almaniyanın Kommunikasiya üzrə Zaksen-Vestfaliya Təşkilatının Bürosunda (SWOK-Sächsisch-Westfälisches Organisationbüro für Kommunikation) Media Təlimi üzrə Zaksen Fondunun təşkilatçılığı ilə keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyindən veriblər.
|
07.07.10 Məqaləni oxumaq
|
|
|
Avropa Birliyinin xarici işlər nazirləri Qəzza bölgəsinə səfər edəcəklər
|
Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirləri iyul ayı ərzində İsrailin blokada vəziyyətində saxladığı Qəzza bölgəsinə səfər edəcəklər. KƏLAMİNFO xəbər verir ki, qurumun rəhbərliyindən verilən məlumata görə, rəsmi Tel-Əvivin dəvətinə əsasən, Böyük Britaniya, Fransa, İtaliya və İspaniyanın xarici işlər nazirləri sözügedən bölgəyə səfər edəcək və oradakı mövcud şəraitlə tanış olacaqlar.
Qeyd edək ki, İsrail 2007-ci ildən Qəzza bölgəsini blokada şəraitində saxlayır.
|
07.07.10 Məqaləni oxumaq
|
|
|
Təhsil Nazirliyi ümumtəhsil məktəblərinin I sinifinə uşaqların vaxtından əvvəl qəbulu qaydalarını dərc edib
|
Təhsil Nazirliyi ümumtəhsil məktəblərinin I sinifinə uşaqların vaxtından əvvəl qəbulu Qaydalarını təsdiq edib. Nazirliyin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, Təhsil Nazirliyinin 796 nömrəli əmri ilə təsdiq edilən qaydalar “Təhsil haqqında” AR Qanununa uyğun hazırlanıb və məktəb yaşına çatmayan uşaqların vaxtından əvvəl I sinifə qəbulu ilə bağlı prosedurları müəyyən edir.
Qaydalara görə, ümumtəhsil məktəblərinin I sinfinə, bir qayda olaraq, hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul edilirlər. İstisna hallarda 6 yaşı sentyabrın 15-dən oktyabrın sonunadək olan müddətdə tamam olmuş istedadlı uşaqlar məktəbdə yaradılmış komissiyanın rəyi əsasında vaxtından əvvəl I sinfə qəbul edilə bilərlər.
Noyabr ayı ərzində 6 yaşı tamam olmuş xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbuluna avqustun əvvəlindən sentyabrın 10-dək Təhsil Nazirliyində yaradılmış komissiya tərəfindən baxılıb müvafiq qərar qəbul edilir.
|
07.07.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 12 13 14 15 16 17 18 19 20 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|