Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 7.2010
    Səhifələr : # « 8 9 10 11 12 13 14 15 16 » #
    Fransa bu gün hicabı ləğv edə bilər
    Bu gün Fransa höküməti ictimai yerlərdə hicabla gəzməyi ləğv edə bilər. KƏLAMİNFO xəbər verir ki, ictimai yerlərdə hicabla, üzü bağlı şəkildə gəzməyi qadağan edən qanun layihəsi Məclisin ümumi yığıncağında müzakirə olunacaq və qanun layihəsi qəbul olunarsa sözügedən ölkə hicabı ləğv edən ilk dövlət olacaq. Qeyd edək ki, Fransadakı irqçiliklə mübarizə aparan təşkilatlar bu qanunun əleyhinə çıxaraq, birgə aksiya təşkil edəcəklərini bildirblər.
    13.07.10 Məqaləni oxumaq
     
    Region şagirdləri daha çox layihə təqdim edib
    Məlum olduğu kimi Prezident İlham Əliyev 2010-cu ili Ekologiya ili elan edib. ARDNŞ bu məqsədlə geniş miqyaslı ekoloji layihələrin həyata keçirilməsi sahəsində işləri davam etdirir. Bu layihələrdən biri də ARDNŞ-nin maliyyə dəstəyi ilə 7-11 apreldə Bakıda keçirilən “INEPO-AVRASİYA” Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasıdır. Qeyd edək ki, tədbirdə 33 ölkənin şagird komandaları artıq qeydiyyatdan keçib.
    13.07.10 Məqaləni oxumaq
     
    Ekoloji maariflənmə kimlər arasında aparılmalıdır
    Təmiz və sağlam mühitdə yaşamaq hər bir insanın hüququdur. İstəyirik ki, yediyimiz qida, içdiyimiz su, gəzdiyimiz küçələr, istirahət etdiyimiz parklar, bir sözlə, hər bir şey gözəl və təmiz olsun. Lakin təəssüflə qeyd etmək lazımdır ki, çox vaxt istəyimizlə əməlimiz üst-üstə düşmür. Belə olmasaydı, bir vaxtlar dünyanın ən təmiz və gözəl şəhərlərindən olan Bakı indi zir-zibil içində olmazdı. Söhbət açacağım mövzunun aktuallıq kəsb etməsinə əsas səbəblərdən biri paytaxtımızın günü-gündən böyüməsi, gözəlləşməsi və aparılan abadlıq işləri  ilə yanaşı, onun ekoloji təmizliyinin get-gedə pisləşməsidir. Bu isə həm xəstəliklərin artmasına, ekosistemin pozulmasına səbəb olur, həm də şəhərimizə təşrif buyurmuş qonaqlarda xalqımız və onun mədəniyyəti haqqında mənfi rəy formalaşdırır. Bunda isə ilk növbədə günahkar özümüzük.
    13.07.10 Məqaləni oxumaq
     
    “SOS-uşaq kəndi internat məktəbində ekoloji maarifləndirmə tədbiri keçirilib
    “Ekosfera” Sosial-Ekoloji Mərkəzi tərəfindən 2010-cu il üçün uşaq və gəncləri nəzərə alaraq xüsusi proqram hazırlanıb

    Azərbaycandakı Amerika Ticarət Palatasının və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin təşkilatçılığı ilə Bakı şəhəri məktəblərində ekoloji maarifləndirmə tədbirlərinə başlanılıb. ARDNŞ-nin Ekologiya İdarəsinin xarici əlaqələr şöbəsindən verilən məlumata görə, ilk tədbir mayın 18-də “SOS – uşaq kəndi internat məktəbində tədbir həyata keçirilib. Tədbirdə ARDNŞ-nin Ekologiya İdarəsinin Ekoloji təbliğat və sosial məsələlər şöbəsinin rəisi Füzuli Hacıyev, Azərbaycandakı Amerika Ticarət Palatasının və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbər işçiləri, mütəxəssislər, məktəbin müəllim heyəti və şagirdləri iştirak ediblər.
    13.07.10 Məqaləni oxumaq
     
    Yaşil dünya və biz
    Reyhan Əliyeva: “Ekoloji durumla bağlı ümidə məsələlər dünya birliyi qarşısında da çox kəskin şəkildə dayanıb”

    Bu gün Azərbaycanda gənclərin cəmiyyətin inkişafında, problemlərinin həllində rolunu artırmaq, ölkənin inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə bir sıra müsbət tədbirlər həyata keçirilir. Bu istiqamətdə işlərin aparılmasındaВ  Qeyri Hökumət Təşikalatlarının (QHT) da rolu danılmazdır. Onların fəaliyyətinin gənclər siyasətinin məqsəd və prinsiplərinin reallaşdırılması üçün yönəldilməsi müsbət qarşılanan bir işdir. Bu baxımdan “Evrika” İstedadlı Gənclərə Yardım İctimai Birliyinin də (İGYİB) fəaliyyətini uğurlu saymaq olar.
    13.07.10 Məqaləni oxumaq
     
    TQDK: “I ixtisas qrupu üzrə keçirilən imtahanda qanun pozuntularına yol verənlərin çoxu oğlanlar olub”
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ötən gün respublika üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanını başa çatdırıb. İmtahandan 60-a yaxın abituriyent müxtəlif qayda pozuntusuna görə xaric edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə verib. O, qeyd edib ki, təşkilati baxımdan birinci qrup üzrə imtahan digər qruplarla müqayisədə çətin hesab olunur. “Qayda pozuntusuna yol verənlərin əksəriyyəti oğlanlar olub. İmtahanın nəticələri sabah elan olunacaq. Hazırda nəticələrin emal prosesi gedir. Müsabiqə balı 250 bal nəzərdə tutulub, lakin imtahanların nəticələrindən asılı olaraq müsabiqə balı dəyişə bilər”,-deyə E.Nağızadə bildirib. Xatırladaq ki, I ixtisas qrupu üzrə 35 769 abituriyent ərizə təqdim edib. İmtahan ölkənin Bakı, Naxçıvan, Gəncə və Sumqayıt şəhərlərində keçirilib.
    13.07.10 Məqaləni oxumaq
     
    ATƏT PA-nın yeni prezidenti seçilib
    ATƏT Parlament Assambleyasının (ATƏT PA) yeni prezidenti seçilib. KƏLAMİNFO xəbər verir ki, bu Yunanıstanlı Petros Eftimioudur. ATƏT PA-nın Norveçin paytaxtı Oslo şəhərində keçirilən 19-cu illik sessiyasında bu vəzifə uğrunda P.Eftimiou və kanadalı Konsilyo Di Nino mübarizə aparıb. P.Eftimiou 64-ə qarşı 130 səs alaraq rəqibini geridə qoyub. İtaliyalı Rikkardo Miqliori, Rusiyalı Aleksandr Kozlovski və Ukraynalı Oleq Bilorus, İspaniyalı İzabel Pouelo vitse-prezident seçiliblər. Xatırladaq ki, ATƏT PA-ya son 2 ildə portuqaliyalı Joao Suares rəhbərlik edib.
    13.07.10 Məqaləni oxumaq
     
    Ramiq Muxtarın yaradıcılığına həsr edilən ədəbi məclis keçiriləcək
    Sabah M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında tanınmış şair-dramaturq, prezident təqaüdçüsü Ramiq Muxtarın yaradıcılığına həsr edilən ədəbi məclis keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Kitabxanadan veriblər. Tədbirdə şairin şeirləri və sözlərinə yazılan mahnılar səsləndiriləcək.
    13.07.10 Məqaləni oxumaq
     
    Dağıstan dəmir yolunda baş vermiş partlayışda sağ qalan azərbaycanlılar Bakıya yola salınıb
    Rusiya Federasiyiasının Dağıstan Respublikasında dəmir yolunda baş vermiş partlayışla əlaqədər yolda qalan sərnişinlər avtobuslarla başqa stansiyalara, oradan isə ayrılmış qatarlarla təyinat məntəqəsinə yola salınıb. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bunlar, daha çox Azərbaycana işləyən qatarların sərnişinlərinə aiddir. Bu ölkənin Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Moskva vaxtı ilə saat 08.29-da Dərbəndə 391 saylı Bakı-Rostov qatarı çatıb. Qatarda 286 nəfər, o cümlədən 50 uşaq olub. Sərnişinlər saat 13.50-də başqa qatarla Rostov şəhərinə göndəriliblər. Saat 12.30-da isə 391 saylı Tümen-Bakı qatarı hadisə yerinə çatıb. Qatarda 140 sərnişin, o cümlədən 6 uşaq olub. Onlar avtobusla İzberbaş stansiyasına daşınıb, oradan isə qatarla Bakıya göndəriliblər. 373 saylı Bakı-Tümen qatarı 220 sərnişinlə saat 16.00-da İzberbaş stansiyasına çatıb. Oradan 7 avtobusla sərnişinləri Mahaçqalaya aparıblar və başqa qatarla yola salıblar. Hazırda partlayış yerində aşmış vaqonlar, o cümlədən yola dağılmış yük təmizlənib və bərpa işlərinə başlanılıb.
    13.07.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev MSK-nın yeni inzibati binasının açılışında iştirak edib
    Bu gün Azərbaycan prezidenti İlham Əliyev Mərkəzi Seçki Komissiyasının (MSK) yeni inzibati binasının açılışında iştirak edib. KƏLAMİNFO xəbər verir ki, komissiyanın üzvləri və əməkdaşları dövlət başçısını hərarətlə qarşılayıblar. Prezident İlham Əliyev yeni binanın istifadəyə verilməsi münasibətilə komissiya üzvlərini və əməkdaşlarını təbrik edib. Dövlət başçısı açılışı bildirən lenti kəsib və bina ilə yaxından tanış olub. Məlumat verilib ki, milli eklektika üslubunda inşa olunmuş doqquzmərtəbəli binada komissiya üzvləri və əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Hündürlüyü 39 metr olan binanın ümumi tikinti sahəsi 9600 kvadratmetrdir. Binada xidməti otaqlarla yanaşı, kitabxana, arxiv, konfrans və müşavirə zalları, “Seçkilər” İnformasiya Mərkəzi, seçki məntəqələrindəki veb-kameralara nəzarət mərkəzi, yeməkxana və digər yardımçı otaqlar var. Binada müasir işıqlandırma, havalandırma, yanğından mühafizə, rabitə, videomüşahidə sistemləri quraşdırılıb, ətrafda abadlıq və yaşıllaşdırma işləri aparılıb.
    13.07.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 8 9 10 11 12 13 14 15 16 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « İyul.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031