Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 7.2010
    Səhifələr : #  4 5 6 7 8 9 10 11 12  #
    Politoloq: “Ukraynada hazırkı hakimiyyət rəsmi Bakı ilə sıx təmasa daha çox maraqlıdır”
    Ukraynadakı yeni hakimiyyətin rusmeylli siyasətinin Azərbaycan-Rusiya münasibətlərində müsbət təsirləri çox olacaq. Buna Ukraynanın Azərbaycanla ənənvi olan sıx münasibətləri də əsas verir. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində politoloq Zəfər Quliyev söyləyib. Onun fikirincə, hazırkı Ukrayna prezidenti V.Yanukoviç çalışır ki, Rusiya kontekstində Azərbaycanla balanslaşdırılmış siyasət aparsın. “Bu nöqteyi-nəzərdən Azərbaycan-Ukrayna münasibətləri bütün sahələrdə balanşlaşdırılmış inkişafı ölkəmizin həm Avropaya inteqrasiyası prosesində, həm də postsovet məkanında bir çox məsələlərin müzakirəsində maraqlarını kifayət qədər müdafiə edər. Ümumi baxdıqda, Ukraynada hazırkı hakimiyyət rəsmi Bakı ilə sıx təmasda əvvəlki hakimiyyətlərdən də çox maraqlıdır. Hesab edirəm ki, belə güclü meyil, Rusiya ilə münasibətlərdə Azərbaycanın maraqlanın tam müdafiəsində də özünü göstərsin”,-deyə, politoloq vurğulayıb.
    19.07.10 Məqaləni oxumaq
     
    İranda partlayış: 21 nəfər həlak olub, 100-dək adam yaralanıb
    İranın Sistan-Belucistan əyalətinin mərkəzi Zahidan şəhərində iki terror aktı törədilib. KƏLAMİNFO xəbər verir ki, partlayışlar nəticəsində İslam inqilabı korpusunun hərbi qulluqçuları da daxil olmaqla 21 nəfər həlak olub, 100-dək adam yaralanıb. İlk partlayış şəhərin mərkəzi məscidinin girişində axşam namazından sonra baş verib. Bir qədər sonra hadisə yerinə təcili yardım maşınları gələrkən ikinci partlayış olub. Bu terror aktlarına görə məsuliyyəti ekstremist “Cundullah” təşkilatı üzərinə götürüb. Partlayışlar iki intiharçı-terrorçu - edam olunan Əbdülmalik Rihinin qohumları tərəfindən törədilib. Terrorçular hücumu öz başçılarının edam edilməsinə cavab olaraq həyata keçirdiklərini bildiriblər. Qeyd edək ki, bu qruplaşmanın “Əl-Qaidə” ilə yaxın əlaqəsi olduğu bildirilir.
    17.07.10 Məqaləni oxumaq
     
    Elmin İnkişafı Fondu BDU-da tədbir keçirib
    Bu gün Bakı Dövlət Universitetində (BDU) Prezident yanında Elmin İnkişafı Fondunun (EİF) elmi-tədqiqat proqramları, layihələri və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədilə qrantların verilməsi üzrə 2010-cu il üçün 1-ci müsabiqənin elan edilməsinə həsr olunan tədbiri keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya BDU-nun Mətbuat və informasiya şöbəsindən veriblər. Tədbirdə çıxış edən BDU-nun Elmi işlər üzrə prorektoru, professor İsmayıl Əliyev son illər ölkəmizdə elm sahəsinin inkişafına göstərilən diqqət və qayğıdan danışıb, Azərbaycanda elmin hərtərəfli inkişafı istiqamətində prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamların tarixi əhəmiyyətini vurğulayıb. EİF-nin icraçı direktoru Elçin Babayev isə deyib ki, əsas məqsədləri ölkədə elmi təşkilatlar, təhsil müəssisələri, digər müvafiq qurumlar və fiziki şəxslər tərəfindən təqdim olunan təbiət, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən proqramlar və layihələri maliyyələşdirmək, alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara azad yaradıcılıq imkanı yaratmaqdan ibarətdir.
    17.07.10 Məqaləni oxumaq
     
    M.Məmməd-Quliyev: “Assosiasiya sazişində siyasi təhlükəsizlik dialoquna geniş yer ayrılmalıdır”
    Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında aparılan assosiasiya sazişində siyasi təhlükəsizlik dialoquna geniş yer ayrılmalıdır. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Bakıda assosiasiya sazişinin müzakirəsi üzrə keçirilən tədbirdə söyləyib. “Bu dialoqun mahiyyəti ondan ibarətdir ki, bizim regionda stabillik, təhlükəsizlik və sülh bərqərar olsun. Vacibdir ki, regionda olan konfliktlər, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunsun. Hesab edirik ki, bu sahədə Avropa İttifaqının imkanları var”,-deyən M.Məmməd-Quliyev problemin beynəlxalq hüquq normaları çərçivəsində öz həllini tapacağına ümid etdiyini vurğulayıb.
    17.07.10 Məqaləni oxumaq
     
    DJHAM sədri: “Ölkədə mətbuat xidmətlərinin fəaliyyəti dünya ölkələri ilə müqayisədə mənfi xarakter daşıyır”
    Azərbaycanda qurumların mətbuat xidmətlərinin KİV-lə əməkdaşlıq səviyyəsi dünya ölkələri ilə müqayisədə kifayət qədər mənfi xarakter daşıyır. Bu barədə Beynəlxalq Mətbuat Klubunun (BMK) Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yardımı ilə “Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə KİV-lərin əməkdaşlığının gücləndirilməsi” layihəsi çərçivəsində jurnalist təşkilatlarının rəhbərləri ilə aparılan sorğuya cavabında “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin (DJHAM) sədri Cəsur Sümərinli söyləyib. Məlumatı KƏLAMİNFO-ya BMK-dan veriblər. C.Sümərinlinin sözlərinə görə, təkcə Gürcüstan və Ukrayna ilə müqayisədə Azərbaycan bu sahədə xeyli geridə qalıb. “Məsələn, Ukraynada ictimai nəzarətlə bağlı qanun qəbul olunub və bu qanuna əsasən güc strukturlarının üzərində KİV və QHT-lərlə əməkdaşlığın dərinləşdirilməsi öhdəliyi nəzərdə tutulub.
    17.07.10 Məqaləni oxumaq
     
    Gənclər Kitabxanası Milli Orduya həsr olunmuş layihə işləyib
    C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası Milli Orduya həsr olunmuş layihə işləyib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Layihə əsasında kitabxananın veb-saytında “Dağlıq Qarabağ problemi”, “Bunu hər kəs bilməlidir. Azərbaycanın qanlı tarixi”, “Onları hamı tanımalıdır” linkləri hazırlanıb. Kitabxanada “Qəhrəmanlığı zirvə tutduq” başlığı altında görüş, “Milli qəhrəmanlar zirvəsi” kitabının təqdimatı keçirilib.
    17.07.10 Məqaləni oxumaq
     
    “Təmiz Şəhər” ASC məktəblilər üçün yay məktəbi keçirəcək
    Prezident İlham Əliyev tərəfindən elan edilmiş “Ekologiya İli” çərçivəsində “Təmiz Şəhər” ASC tərəfindən iyulun 26-dan 31-dək məktəblilər üçün “Təmiz şəhər naminə” adlı yay məktəbi təşkil ediləcək. Bu barədə məlumatı ASC-nin mətbuat xidmətinin rəhbəri Leyla Osmanova verib. Yay məktəbinin təşkilində məqsəd orta məktəb şagirdlərinin tullantıların düzgün idarə edilməsi, ətraf mühitin mühafizəsi sahəsində bilik və dünya görüşünü genişləndirmək və ətraf mühitin mühafizəsi mövzusunda ictimai müzakirələrin keçirilməsidir. Məktəbin təşkili həmçinin, ekoloji mədəniyyətin inkişafı və ətraf mühitin mühafizəsinə gənclərin diqqətini yönəltmək məqsədi daşıyır. Yay məktəbində Bakı şəhər orta məktəblərinin 14-17 yaşlı şagirdləri iştirak edə bilərlər.
    16.07.10 Məqaləni oxumaq
     
    TQDK sədri: “IV qrup üzrə 15 348 abituriyent ərizə təqdim edib”
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə cari tədris ili üçün ali məktəblərə qəbulla bağlı növbəti həftəlik mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, M.Abbaszadə konfransda sabah IV ixtisas qrupu üzrə keçiriləcək qəbul imtahanları barədə məlumat verib. O, bildirib ki, bu qrup üzrə 15 348 nəfər ərizə təqdim edib. “Bunlardan 14173 nəfəri Azərbaycan, 1175 nəfəri rus bölməsinin məzunudur. Abituriyentlərin 7118-i oğlan, 8230 nəfəri qızdır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyənlərin 86 nəfəri xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyent 1950-ci il, ən gənci isə 1995-ci il təvəllüdlüdür. Bakı şəhərində 14 199, Naxçıvanda 1149 abituriyent imtahan verəcək.
    16.07.10 Məqaləni oxumaq
     
    Məleykə Abbaszadə: “Abituriyentlər öz güclərinə arxalanmalıdırlar”
    Cari il iyulun 11-də ali təhsil müəssisələrinə qəbulla bağlı III qrup üzrə keçirilən imtahanlar bir daha göstərdi ki, abituriyentlərin bəziləri hələ də bir-birlərinə kömək etməklə yaxşı nəticə göstərəcəklərinə və qeyri-qanuni yolla ali məktəbə qəbul olacaqlarını əsas götürürlər. KƏLAMİNFO xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, III qrup üzrə keçirilmiş imtahanlardan ümumilikdə 67 abituriyent xaric olunub. “Onlar qayda pozuntularına yol veriblər. 31 nəfər 200 baldan yuxarı nəticə göstərən abituriyentin işi xüsusi araşdırma nəticəsində ləğv edilib. Yenə də köçürmə hallarına yol verənlər olur, onlar imtahan vərəqələrini bir-birlərinə verirlər. Buna yol verən şəxslər dərhal imtahan zalından çıxarılır. Təəssüf ki, hələ də imtahan zalına mobil telefon keçirmək istəyənlərin sayı çoxdur. Binalarda telefon işləyən kimi bəlli olur və o telefondan istifadə edən tapılır. Ona görə də abituriyentlər konspektlərə, telefona və digər köməkçi vasitələrə yox, öz güclərinə arxalanmalıdırlar”,-deyə M.Abbaszadə vurğulayıb.
    16.07.10 Məqaləni oxumaq
     
    Avropa Məhkəməsində Azərbaycana qarşı 120-ə yaxın şikayət var
    Avropa Məhkəməsində Azərbaycana qarşı 120-ə yaxın şikayət var və o, kommunikasiyadadır. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə Azərbaycanın Avropa Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov söyləyib. O qeyd edib ki, həmin şikayətlərin icraatına başlanılıb və baxılmaq ərəfəsindədir.
    16.07.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  4 5 6 7 8 9 10 11 12  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2010
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    İyul.2010
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031