Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 7.2010
    Səhifələr : # « 1 2 3 4 5 6 7 » #
    Krımda X Beynəlxalq Yalta maliyyə forumu keçiriləcək
    Cari il sentyabrın 20-dən 24-dək Krımda X Beynəlxalq Yalta maliyyə forumu keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, forumda Azərbaycan, Ukrayna, Rusiya, Avstriya, Böyük Britaniya, Latviya, Almaniya, Polşa, Özbəkistan, Fransa və İsveçrə nümayəndələri iştirak edəcəklər.
    28.07.10 Məqaləni oxumaq
     
    Әfqanıstanda mina partladıldı: 25 ölu var
    Әfqanistanda, yol kәnarına yerlәşdirilәn minanın partlaması nәticәsindә әn azı 25 adam hәlak olub, 27 adam isә yaralanıb. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, Delaram bölgәsilә paytaxt Kabil arasındakı yol kәnarına yerlәşdirilәn mina, içәrisindә dinc әhalidәn insanların olduğu avtobusun keçişi zamanı partladılıb.
    28.07.10 Məqaləni oxumaq
     
    Sosialist İnternasionalının Baş katibi Bakıya gəlir
    Bu gün Sosialist İnternasionalının Baş katibi Luis Ayala Azərbaycana səfərə gəlir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Sosial-Demokrat Partiyasından veriblər. Avqustun 1-dək davam edəcək səfər çərçivəsində baş katib Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək. Səfərin məqsədi oktyabr ayında Bakıda keçirilməsi planlaşdırılan Sosialist İnternasionalının Şərqi Avropa, Cənubi Qafqaz və Qara Dəniz regionu üzrə komitəsinin iclasına hazırlıq məsələlərinin müzakirə etməkdir.
    28.07.10 Məqaləni oxumaq
     
    Cenevrədə akademik təhsil və təlim proqramı başlayır
    Cenevrədə yerləşən İqlim dəyişikliyi üzrə Hökumətlərarası Panel inkişaf və ya zəif inkişaf etmiş ölkələrdə bakalavr, magistratura və doktorantura səviyyələrini bitirən tələbələr üçün akademik təhsil və təlim kurslarının davamlılığı, tədqiqatın yüksək səviyyədə aparılması və bacarıqların artırılması məqsədilə bir sıra sahələr üzrə təqaüd proqramını təklif edir. Təhsil Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, proqramda azərbaycanlılar da iştirak edə bilər.
    28.07.10 Məqaləni oxumaq
     
    “Azərbaycan kino plakatı. 1930-1980” sərgisi təşkil ediləcək
    Mədəniyyət və Turizm Nazirliyi 2 avqust kino günü münasibətilə “Azərbaycan kino plakatı. 1930-1980” sərgisi təşkil edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Tədbir avqustun 2-də Muzey Mərkəzində keçiriləcək. Tədbirin proqramına mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təbriki, kino veteranlarının təltif edilməsi, “Bayramdan bayrama” video filminin nümayişi, “Azərbaycan kino plokatatı. 1930-1980” sərgisinin açılışı və Heydər Əliyev Sarayında R.İbrahimbəyovun “Kabusun gözüylə” filminin təqdimatı daxildir.
    28.07.10 Məqaləni oxumaq
     
    Azərbaycanda əhalinin 44.4%-i internetdən istifadə edir
    Azərbaycanda 3 389 000 internet istifadəçisi var. KƏLAMİNFO “İnternet World Stats” (İWS) beynəlxalq təşkilatının araşdırmalarına istinadən xəbər verir ki, 2009-cu ildə bu rəqəm 2 mln. olsa da hazırda Azərbaycanda əhalinin 44.4%-i internetdən istifadə edir. Qeyd edək ki, Azərbaycanda internet istifadəçilərin sayı Gürcüstandan 3 dəfə, Ermənistandan isə 18 dəfə çoxdur. Ermənistanda cəmi 208200 nəfər inetrnetdən istifadə edir.
    28.07.10 Məqaləni oxumaq
     
    İraqda 31 nəfər ölüb, 68 nəfər yaralanıb
    İraq yenə terrorçuların hədəfinə tuş gəldi. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kərbəla şəhəri yaxınlığında yolda dayanmış bomba yüklü bir avtomobil şiə zəvvarlarının keçdiyi əsnada partladılıb. Eyni anda 3 kilometr irəlidə bomba yüklü başqa bir avtomobil də havaya uçurulub. Hücumda 25 nəfər ölüb, 68 nəfər yaralanıb. Bağdadda isə avtobusu populyar bir xəbər kanalının binası qarşısına sürən kamikadze altı nəfərin ölümünə səbəb olub. Televiziya kanalının yaxınlığında yerləşən iraqlı bir millət vəkilinə aid ev isə çöküb. Yaralanan millət vəkili ağır halda xəstəxanaya yerləşdirildirilib. Kamikadze iki təhlükəsizlik nöqtəsini keçdiyi üçün təhlükəsizlik xidmətinin bəzi əməkdaşları həbs edilib.
    28.07.10 Məqaləni oxumaq
     
    Qəbələdə II Beynəlxalq musiqi festivalı keçirilir
    Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələ şəhərində II Beynəlxalq Musiqi Festivalına start verilib. KƏLAMİNFO xəbər verir ki, musiqi bayramı Azərbaycan bəstəkarlarının əsərləri ilə başlanıb. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında tamaşaçılara bəstəkar Oqtay Zülfüqarovun “Bayram uvertyurası”, Fikrət Əmirovun “Fortepiano və orkestr üçün konsert”i, Qara Qarayevin “İldırımlı yollarla” baletindən parçalar, “Vasif Adıgözəlovun “Fortepiano və orkestr üçün konserti” musiqi əsərləri təqdim olunub. Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə konsertin solistləri olublar. Musiqi əsərlərinə Yalçın Adıgözəlov və Azad Əliyev dirijorluq ediblər. Avqustun 5-dək davam edəcək festival çərçivəsində müxtəlif konsertlər və musiqi tədbirləri keçiriləcək. Klassik musiqi həvəskarları ABŞ, Rusiya, İngiltərə, Fransa və İtaliyadan gələn istedadlı musiqiçilərin, o cümlədən Yuri Başmet, Boris Berezovski kimi dünya şöhrətli korifeylərin, festivalın fəxri qonağı olacaq Böyük Britaniyanın Kral Filarmonik Okestrinin ifasında ölməz əsərləri dinləyə biləcəklər. Festivalda iştirak edəcək gənc musiqiçilər üçün ötən ildəki kimi ustad dərslərinin keçirilməsi də planlaşdırılır.
    28.07.10 Məqaləni oxumaq
     
    Son orta əsr şəhərlərinin öyrənilməsinə həsr olunan konfrans keçiriləcək
    Sentyabrın 14-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində Ağsu şəhərində aparılan arxeoloji tədqiqatlar və Azərbaycanın son orta əsr şəhərlərinin öyrənilməsindəki ümumi problemlərin müzakirəsinə həsr olunan konfrans keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. Konfrans AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, AMEA Milli Azərbaycan Tarixi Muzeyi, Ağsu arxeoloji ekspedisiyası və “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşacaq. Qeyd edək ki, konfransın tezisləri avqustun 25-nə qədər qəbul edilir. Tezislər istənilən formatda və şriftdə yığıla bilər. Qəbul olunan tezislər və konfransın proqramı sentyabrın 1-də elan ediləcək. Məruzələr konfransdan sonra çap ediləcək.
    27.07.10 Məqaləni oxumaq
     
    Moskva İrana cavab verdi
    Rusiya Xarici İşlər Nazirliyi İran prezidenti Mahmud Əhməd Nejatın ittihamlarına cavab verib. KƏLAMİNFO xəbər verir ki, Rusiya XİN-i İran prezidenti tərəfindən səsləndirilən ittihamların Rusiyanın İranın nüvə proqramına göstərdiyi obyektiv, bitərəf münasibətini təhrif etmək olduğunu bildirib. Rusiya İran rəhbərliyini problemin həll olunması üçün BMT TŞ-nin daimi üzvləri ilə birgə addımlar atmağa çağırıb.
    27.07.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 1 2 3 4 5 6 7 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « İyul.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031