Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 7.2010
    Səhifələr : # « 14 15 16 17 18 19 20 21 22 » #
    Azərbaycanda Qəbələ Bəyannaməsi imzalanacaq
    İyulun 7-də Azərbaycanda Biomüxtəliflik üzrə Yüksək Səviyyəli Nazirlər Konfransı çərçivəsində Qəbələ Bəyannaməsi imzalanacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmisi Hikmət Əlizadə bildirib. Onun sözlərinə görə, Bəyannamənin qəbulunda 40-dan çox ölkənin nazir və nazir müavinləri ilə yanaşı, BMT-nin Ətraf Mühit üzrə Avropa Bürosunun direktoru Kristof Buvye də qatılacaq. “Qəbul olunacaq Bəyannamə iştirakçı ölkələr arasında Bioloji müxtəlifliyin qorunması ilə bağlı görüləcək yeni tədbirlərə böyük təkan verəcək”-deyə, H.Əlizadə vurğulayıb.
    05.07.10 Məqaləni oxumaq
     
    Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağa səfər edəcəklər
    Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağa səfər edəcəklər. KƏLAMİNFO xəbər verir ki, vasitəçilərin günün birinci yarısında separatçı rejimin rəhbəri Bako Saakyanla görüşü planlaşdırılır. İyulun 3-də isə ATƏT-in Minsk qrupu həmsədrlərinin İrəvanda görüşlər keçirəcəyi gözlənilir. Onlar Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəklər. İyulun 4-də isə vasitəçilərin İrəvandan Bakıya gəlməsi nəzərdə tutulur. Qeyd edək ki, iyulun 4-5-də ABŞ-ın dövlət katibi Hillari Klinton da İrəvanda olacaq.
    03.07.10 Məqaləni oxumaq
     
    Əhməd Davudoğlu Qırğızıstana gedir
    Sabah Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Qırğızıstana səfər edəcək. KƏLAMİNFO xəbər verir ki, səfər müvəqqəti prezidentliyi ölkədə keçirilən referendumda təsdiqlənən Roza Otunbayevanın vəzifəyə başlaması ilə bağlı tədbirdə iştirak etmək məqsədi daşıyır. Səfər çərçivəsində Ə.Davudoğlu Qırğızıstan siyasiləri ilə bir araya gələcək. O, Qırğızıstandakı türk toplumunun təmsilçiləri və Ahıska türkləri ilə də görüşəcək. Türkiyə iyunun 27-də keçirilən referendumda əldə edilən müsbət irəliləyişin oktyabrda keçiriləcək parlament seçkilərinə qədər qorunması üçün səy göstərir. Qeyd edək ki, Türkiyə Qırğızıstana 20 mln. dollar yardım etmək haqda qərar qəbul edib. Diyanət İşləri İdarəsi və Qızılay da Qırğızıstana yardım üçün yeni kampaniya başladıb.
    03.07.10 Məqaləni oxumaq
     
    TQDK sədri: “Bu il III qrup üzrə 33316 abituriyent ərizə təqdim edib”
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə cari tədris ili üçün ali məktəblərə qəbulla bağlı növbəti həftəlik mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, M.Abbaszadə iyulun 4-də III ixtisas qrupu üzrə keçiriləcək qəbul imtahanı barədə məlumat verib. TQDK sədrinin sözlərinə görə, imtahanlar Bakı, Naxçıvan və Sumqayıt şəhərlərində keçiriləcək. “Bunun üçün Bakı şəhərində 48, Sumqayıt şəhərində 6, Naxçıvan şəhərində 3 bina ayrılıb. Bakı, Sumqayıt və Naxçıvan şəhərlərinin orta ümumtəhsil məktəblərindən 2289 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 235 imtahan rəhbəri cəlb olunacaq. Bu il III qrup üzrə 33316 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 30187 nəfəri Azərbaycan, 3129 nəfəri rus bölməsinin məzunudur. Abituriyentlərin 16876 nəfəri orta ümumtəhsil məktəblərinin builki, 15732 nəfəri isə əvvəlki illərin məzunudur.
    03.07.10 Məqaləni oxumaq
     
    Qəbul imtahanlarında köçürmə halları xüsusi proqramlar vasitəsilə araşdırılacaq
    Cari tədris ili üçün ali məktəblərə qəbul zamanı imtahanın nəticələri araşdırılarkən xüsusi proqramlar vasitəsilə abituriyentlərin köçürmə halları yoxlanılacaq. Qeyri-qanuni hal baş verdiyi halda imtahanın nəticələri ləğv olunacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. O, qeyd edib ki, builki imtahanların təşkili zamanı abituriyentlərin yaş səviyyəsi də nəzərə alınıb “Əvvəlki illərin məzunları nizam-intizama riayət etmirdilər. Builki məzunlara təzyiq göstərir və onların köməyindən istifadə etmək istəyirlər. Çünki adətən, cari ilin məzunları ötən illərin məzunlarına nisbətən daha hazırlıqlı olurlar. Ona görə də uşaqların yerləşdirilməsində bu kimi hallar nəzərə alınıb”,-deyə M.Abbaszadə vurğulayıb.
    02.07.10 Məqaləni oxumaq
     
    Barak Obama İrana qarşı yeni sanksiya tətbiq edib
    ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatların İran qarşı nəzərdə tutulan yeni sanksiyalarla bağlı qanun layihəsini imzalayıb. KƏLAMİNFO xarici KİV-lərə istinadən xəbər verir ki, B.Obama sanksiyanın İranın nüvə proqramlarının hazırlanmasına və maliyyələşdirilməsinə böyük zərbə vuracağını bildirib. B.Obama qeyd edib ki, biz İran hökumətinə onun fəaliyyətində lazımi nəticəni çıxaracağını göstərəcəyik və əgər o israr göstərsə, təziq artacaq, təklənmə isə güclənəcək.
    02.07.10 Məqaləni oxumaq
     
    İsrail Türkiyədən üzr istəyəcək
    İsrail Qəzza zolağına humanitar yardım aparan gəmiyə hücum etməsi nəticəsində həlak olan Türkiyə vətəndaşlarına kompensasiya ödəmək və onlardan üzr istəməyə hazırlaşır. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu günlərdə İsrailin milli infrastruktur naziri Binyamin Ben-Eliezer və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu arasında keçirilmiş gizli görüşdə Ankara Təl-Əvivə qarşı bəzi tələblər irəli sürüb. Onların arasında gəmi üzvlərinə kompensasiya ödənilməsi və üzr istənilməsi də var. Digər tələblər insidentin beynəlxalq komissiya tərəfindən araşdırılması, həmçinin Qəzzanın blokadasının aradan qaldırılmasıdır.
    02.07.10 Məqaləni oxumaq
     
    Məleykə Abbaszadə: “Magistraturada boş qalmış plan yerləri iyulun 31-də elan olunacaq”
    Magistraturaya qəbul imtahanı nəticəsində kifayət qədər plan yerləri boş qalıb. Bunun üçün də iyulun 31-dən sonra magistraturada boş qalmış plan yerləri elan olunacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, dövlət sifarişli yerlərə qoyulan şərtlər dəyişməyəcək. “Dövlət sifarişli yerlərə qəbul olunacaq bakalavrların sayı çox azdır.
    02.07.10 Məqaləni oxumaq
     
    Orta ixtisas məktəblərinə sənəd qəbulu iyulun 8-dən avqustun 10-dək aparılacaq
    İyulun 8-dən avqustun 10-dək Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta ixtisas məktəblərinə sənəd qəbulu aparacaq. KƏLAMİNFO xəbər verir ki bu barədə TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu il ilk dəfə olaraq, 9 illik təhsil bazasından orta ixtisas məktəblərinə sənəd qəbulu internet vasitəsilə aparılacaq. “Hər bir abituriyent ərizəsində müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli olan 12-dək ixtisas kodunu qeyd edə bilər.
    02.07.10 Məqaləni oxumaq
     
    AMEA Əlyazmalar İnstitutu direktorunun kitabçası macar dilində nəşr edilib
    AMEA Əlyazmalar İnstitutunun direktoru Məmməd Adilovun “Macarıstanda Azərbaycan-türk əlyazmaları” kitabçası macar dilində nəşr edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. Kitabçanı Azərbaycanın Macarıstandakı səfirliyi Budapeştdə yerləşən Avropa Folklor İnstitutu ilə birlikdə nəşr etdirib. Qeyd edək ki, kitabça müvafiq kataloji məlumat əsasında Azərbaycan mədəniyyət tarixinin təbliği məqsədi ilə hazırlanıb.
    02.07.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 14 15 16 17 18 19 20 21 22 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « İyul.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031