|
Səhifələr : # « 8 9 10 11 12 13 14 15 16 » #
Fransa bu gün hicabı ləğv edə bilər
|
Bu gün Fransa höküməti ictimai yerlərdə hicabla gəzməyi ləğv edə bilər. KƏLAMİNFO xəbər verir ki, ictimai yerlərdə hicabla, üzü bağlı şəkildə gəzməyi qadağan edən qanun layihəsi Məclisin ümumi yığıncağında müzakirə olunacaq və qanun layihəsi qəbul olunarsa sözügedən ölkə hicabı ləğv edən ilk dövlət olacaq.
Qeyd edək ki, Fransadakı irqçiliklə mübarizə aparan təşkilatlar bu qanunun əleyhinə çıxaraq, birgə aksiya təşkil edəcəklərini bildirblər.
|
13.07.10 Məqaləni oxumaq
|
|
|
Region şagirdləri daha çox layihə təqdim edib
|
Məlum olduğu kimi Prezident İlham Əliyev 2010-cu ili Ekologiya ili elan edib. ARDNŞ bu məqsədlə geniş miqyaslı ekoloji layihələrin həyata keçirilməsi sahəsində işləri davam etdirir. Bu layihələrdən biri də ARDNŞ-nin maliyyə dəstəyi ilə 7-11 apreldə Bakıda keçirilən “INEPO-AVRASİYA” Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasıdır. Qeyd edək ki, tədbirdə 33 ölkənin şagird komandaları artıq qeydiyyatdan keçib.
|
13.07.10 Məqaləni oxumaq
|
|
|
Ekoloji maariflənmə kimlər arasında aparılmalıdır
|
Təmiz və sağlam mühitdə yaşamaq hər bir insanın hüququdur. İstəyirik ki, yediyimiz qida, içdiyimiz su, gəzdiyimiz küçələr, istirahət etdiyimiz parklar, bir sözlə, hər bir şey gözəl və təmiz olsun. Lakin təəssüflə qeyd etmək lazımdır ki, çox vaxt istəyimizlə əməlimiz üst-üstə düşmür. Belə olmasaydı, bir vaxtlar dünyanın ən təmiz və gözəl şəhərlərindən olan Bakı indi zir-zibil içində olmazdı. Söhbət açacağım mövzunun aktuallıq kəsb etməsinə əsas səbəblərdən biri paytaxtımızın günü-gündən böyüməsi, gözəlləşməsi və aparılan abadlıq işləri ilə yanaşı, onun ekoloji təmizliyinin get-gedə pisləşməsidir. Bu isə həm xəstəliklərin artmasına, ekosistemin pozulmasına səbəb olur, həm də şəhərimizə təşrif buyurmuş qonaqlarda xalqımız və onun mədəniyyəti haqqında mənfi rəy formalaşdırır. Bunda isə ilk növbədə günahkar özümüzük.
|
13.07.10 Məqaləni oxumaq
|
|
|
“SOS-uşaq kəndi internat məktəbində ekoloji maarifləndirmə tədbiri keçirilib
|
“Ekosfera” Sosial-Ekoloji Mərkəzi tərəfindən 2010-cu il üçün uşaq və gəncləri nəzərə alaraq xüsusi proqram hazırlanıb
Azərbaycandakı Amerika Ticarət Palatasının və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin təşkilatçılığı ilə Bakı şəhəri məktəblərində ekoloji maarifləndirmə tədbirlərinə başlanılıb. ARDNŞ-nin Ekologiya İdarəsinin xarici əlaqələr şöbəsindən verilən məlumata görə, ilk tədbir mayın 18-də “SOS – uşaq kəndi internat məktəbində tədbir həyata keçirilib. Tədbirdə ARDNŞ-nin Ekologiya İdarəsinin Ekoloji təbliğat və sosial məsələlər şöbəsinin rəisi Füzuli Hacıyev, Azərbaycandakı Amerika Ticarət Palatasının və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbər işçiləri, mütəxəssislər, məktəbin müəllim heyəti və şagirdləri iştirak ediblər.
|
13.07.10 Məqaləni oxumaq
|
|
|
Yaşil dünya və biz
|
Reyhan Əliyeva: “Ekoloji durumla bağlı ümidə məsələlər dünya birliyi qarşısında da çox kəskin şəkildə dayanıb”
Bu gün Azərbaycanda gənclərin cəmiyyətin inkişafında, problemlərinin həllində rolunu artırmaq, ölkənin inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə bir sıra müsbət tədbirlər həyata keçirilir. Bu istiqamətdə işlərin aparılmasındaВ Qeyri Hökumət Təşikalatlarının (QHT) da rolu danılmazdır. Onların fəaliyyətinin gənclər siyasətinin məqsəd və prinsiplərinin reallaşdırılması üçün yönəldilməsi müsbət qarşılanan bir işdir. Bu baxımdan “Evrika” İstedadlı Gənclərə Yardım İctimai Birliyinin də (İGYİB) fəaliyyətini uğurlu saymaq olar.
|
13.07.10 Məqaləni oxumaq
|
|
|
TQDK: “I ixtisas qrupu üzrə keçirilən imtahanda qanun pozuntularına yol verənlərin çoxu oğlanlar olub”
|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ötən gün respublika üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanını başa çatdırıb. İmtahandan 60-a yaxın abituriyent müxtəlif qayda pozuntusuna görə xaric edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə verib.
O, qeyd edib ki, təşkilati baxımdan birinci qrup üzrə imtahan digər qruplarla müqayisədə çətin hesab olunur. “Qayda pozuntusuna yol verənlərin əksəriyyəti oğlanlar olub. İmtahanın nəticələri sabah elan olunacaq. Hazırda nəticələrin emal prosesi gedir. Müsabiqə balı 250 bal nəzərdə tutulub, lakin imtahanların nəticələrindən asılı olaraq müsabiqə balı dəyişə bilər”,-deyə E.Nağızadə bildirib.
Xatırladaq ki, I ixtisas qrupu üzrə 35 769 abituriyent ərizə təqdim edib. İmtahan ölkənin Bakı, Naxçıvan, Gəncə və Sumqayıt şəhərlərində keçirilib.
|
13.07.10 Məqaləni oxumaq
|
|
|
ATƏT PA-nın yeni prezidenti seçilib
|
ATƏT Parlament Assambleyasının (ATƏT PA) yeni prezidenti seçilib. KƏLAMİNFO xəbər verir ki, bu Yunanıstanlı Petros Eftimioudur.
ATƏT PA-nın Norveçin paytaxtı Oslo şəhərində keçirilən 19-cu illik sessiyasında bu vəzifə uğrunda P.Eftimiou və kanadalı Konsilyo Di Nino mübarizə aparıb. P.Eftimiou 64-ə qarşı 130 səs alaraq rəqibini geridə qoyub.
İtaliyalı Rikkardo Miqliori, Rusiyalı Aleksandr Kozlovski və Ukraynalı Oleq Bilorus, İspaniyalı İzabel Pouelo vitse-prezident seçiliblər.
Xatırladaq ki, ATƏT PA-ya son 2 ildə portuqaliyalı Joao Suares rəhbərlik edib.
|
13.07.10 Məqaləni oxumaq
|
|
|
|
Dağıstan dəmir yolunda baş vermiş partlayışda sağ qalan azərbaycanlılar Bakıya yola salınıb
|
Rusiya Federasiyiasının Dağıstan Respublikasında dəmir yolunda baş vermiş partlayışla əlaqədər yolda qalan sərnişinlər avtobuslarla başqa stansiyalara, oradan isə ayrılmış qatarlarla təyinat məntəqəsinə yola salınıb. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bunlar, daha çox Azərbaycana işləyən qatarların sərnişinlərinə aiddir.
Bu ölkənin Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Moskva vaxtı ilə saat 08.29-da Dərbəndə 391 saylı Bakı-Rostov qatarı çatıb. Qatarda 286 nəfər, o cümlədən 50 uşaq olub. Sərnişinlər saat 13.50-də başqa qatarla Rostov şəhərinə göndəriliblər. Saat 12.30-da isə 391 saylı Tümen-Bakı qatarı hadisə yerinə çatıb. Qatarda 140 sərnişin, o cümlədən 6 uşaq olub. Onlar avtobusla İzberbaş stansiyasına daşınıb, oradan isə qatarla Bakıya göndəriliblər. 373 saylı Bakı-Tümen qatarı 220 sərnişinlə saat 16.00-da İzberbaş stansiyasına çatıb. Oradan 7 avtobusla sərnişinləri Mahaçqalaya aparıblar və başqa qatarla yola salıblar. Hazırda partlayış yerində aşmış vaqonlar, o cümlədən yola dağılmış yük təmizlənib və bərpa işlərinə başlanılıb.
|
13.07.10 Məqaləni oxumaq
|
|
|
Prezident İlham Əliyev MSK-nın yeni inzibati binasının açılışında iştirak edib
|
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Mərkəzi Seçki Komissiyasının (MSK) yeni inzibati binasının açılışında iştirak edib. KƏLAMİNFO xəbər verir ki, komissiyanın üzvləri və əməkdaşları dövlət başçısını hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyev yeni binanın istifadəyə verilməsi münasibətilə komissiya üzvlərini və əməkdaşlarını təbrik edib.
Dövlət başçısı açılışı bildirən lenti kəsib və bina ilə yaxından tanış olub.
Məlumat verilib ki, milli eklektika üslubunda inşa olunmuş doqquzmərtəbəli binada komissiya üzvləri və əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Hündürlüyü 39 metr olan binanın ümumi tikinti sahəsi 9600 kvadratmetrdir. Binada xidməti otaqlarla yanaşı, kitabxana, arxiv, konfrans və müşavirə zalları, “Seçkilər” İnformasiya Mərkəzi, seçki məntəqələrindəki veb-kameralara nəzarət mərkəzi, yeməkxana və digər yardımçı otaqlar var. Binada müasir işıqlandırma, havalandırma, yanğından mühafizə, rabitə, videomüşahidə sistemləri quraşdırılıb, ətrafda abadlıq və yaşıllaşdırma işləri aparılıb.
|
13.07.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 8 9 10 11 12 13 14 15 16 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|