Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 7.2010
    Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
    Bu gün Aİ-nin xarici münasibətlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton Bakıya səfər edəcək
    Bu gün Avropa İttifaqının xarici münasibətlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton Bakıya səfər edəcək. KƏLAMİNFO “SNNTürk”ə istinadən xəbər verir ki, K.Eşton Azərbaycana Gürcüstandan gələcək. Gürcüstanda prezident Mixail Saakaşvili ilə görüşdən sonra keçirilən brifinqdə açıqlama verən K.Eşton Qafqazın sürətlə inkişaf etdiyini və bu səbəbdən Aİ-nin bu bölgəylə əməkdaşlığı daha da inkişaf etdirmək niyyətində olduğunu söyləyib. Onun sözlərinə görə, Gürcüstanda aparılan müzakirələr Azərbaycan və Ermənistanlada aparılacaq. Qeyd edək ki, hər üç ölkə paytaxtında aparılacaq danışıqlar prosesi ümumi dəyər və prinsiplərə, o cümlədən demokratiya, qanunun aliliyi və insan haqlarına hörmətlə yanaşma prinsiplərinə əsaslanacaq.
    16.07.10 Məqaləni oxumaq
     
    TQDK Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə qəbula başlayıb
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Daxili İşlər Nazirliyinin müraciəti əsasında Azərbaycan vətəndaşları üçün Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə qəbula başlayıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında TQDK sədri Məleykə Abbaszadə bildirib. M.Abbaszadə qeyd edib ki, TQDK tərəfindən I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında 300 və daha yüksək bal toplayanlar bu müsabiqədə iştirak edə bilərlər. “Həmçinin 16-20 yaş arasında olan Azərbaycan vətəndaşları (yalnız oğlanlar), yaşa uyğun olaraq dövlət tərəfindən müəyyən olunmuş boy və çəki normalarına uyğun gələnlər, müvafiq xəstəxanadan “Hərbi müdavim ola bilər” qeyd olunmuş arayış alanlar, nişanlı, evli, dul olmayan və ya hər hansı bir qadınla və ya kişi ilə nikahsız olaraq birlikdə yaşamayan, eləcə də cinayət məsuliyyətinə cəlb olunmayanlar müsabiqə iştirakçısı ola bilərlər.
    16.07.10 Məqaləni oxumaq
     
    TQDK Müdafiə Nazirliyinin müraciəti əsasında müsabiqəyə başlayıb
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Müdafiə Nazirliyinin müraciətinə əsasən cari tədris ili üçün Azərbaycan bölməsində oğlan abituriyentlərin Ali Hərbi Məktəblərin boş qalmış yerlərinə qəbulla bağlı müsabiqəyə başlayıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə açıqlayıb. O, qeyd edib ki, müsabiqə Azərbaycan bölməsində I ixtisas qrupu üzrə qəbul imtahanlarında 200 və daha yüksək bal toplamış 19 yaşadək olan oğlan abituriyentlər üçündür. TQDK sədri vurğulayıb ki, bu məktəblərə qəbul olmaq istəyən namizədlər Heydər Əliyev adına Ali Hərbi Məktəbdə yaradılmış Sənəd Qəbulu Komissiyasına müraciət etməlidirlər.
    16.07.10 Məqaləni oxumaq
     
    Vaşinqtonda bomba həyəcanı yaşanıb
    Ağ evin 650 m məsafəsində şübhəli qara bir çanta paytaxt əhalisini təşvişə salıb. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə gələn mütəxəssislər bombanı zərərsizləşdirmək üçün işə başlayıblar. Lakin 2 saatdan sonra məlum olub ki, qara çantada bomba yerinə kabel və bəzi alətlər var. Həmin şübhəli çanta polis tərəfindən uzaqlaşdırılıb.
    16.07.10 Məqaləni oxumaq
     
    Bayram günü jurnalistlərə sürpriz ediləcək
    Vüqar Səfərli: В«Yubiley ilini nəzərə alaraq, sevindirici bir rəqəm olacaq ki, onu biz sürpriz kimi bayram günü açıqlayacağıqВ»

    Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli Azərbaycan mətbuatının yubileyi ərəfəsində qəzetimizə müsahibəsində rəhbərlik etdiyi qurumun fəaliyyəti, gələcək planları və ən əsası, jurnalistləri qarşıda gözləyən yeniliklər barədə danışdı.

    Sürpriz

    - Milli mətbuatımızın 135 illik yubileyi yaxınlaşır. Sizcə jurnalistlər bayramı hansı əhval-ruhiyyə ilə qeyd etməyə hazırlaşırlar?

    - Milli mətbuatın yubileyinin qeyd olunması ənənəsi 2000-ci ildən başlayıb. Həmin il ulu öndərimiz Heydər Əliyevin Sərəncamı ilə Azərbaycan milli mətbuatının 125 illik yubileyi dövlət səviyyəsində keçirilib. 2005-ci ildə isə möhtərəm prezidentimiz İlham Əliyevin Sərəncamı ilə mətbuatın 130 illik yubileyi respublikamızda geniş qeyd olundu və həmin bayram jurnalistlər üçün daha çox yaddaqalan oldu. Belə ki, o bayramda bir çox jurnalistlər fəxri adlara, mükafatlara layiq görüldülər. Ən önəmlisi isə möhtərəm prezidentimiz İlham Əliyevin Sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adının yenidən bərpa olunması olub ki, həmin adlar mətbuatın 130 illik yubileyində jurnalistlərə verilib. Son 5 il ərzində  keçirilən peşə bayramlarında jurnalistlər fəxri adlar və təltiflərlə mükafatlandırılmayıblar.
    16.07.10 Məqaləni oxumaq
     
    Bakıda “Üçqat və çoxqat birləşmələr üzrə 17-ci beynəlxalq konfrans” keçiriləcək
    Sentyabrın 28-30-u tarixlərində Bakıda “Üçqat və çoxqat birləşmələr üzrə 17-ci beynəlxalq konfrans” (İSPMC-17) keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. AMEA Fizika İnstitutu və Yaponiyanın Osaka Universitetinin təşkilatçılığı ilə reallaşacaq konfransda dünyanın qabaqcıl ölkələrindən 150-dək nümayəndə iştirak edəcək. Konfransda dinləniləcək məruzələrin tezisləri ingilis dilində sentyabrın 28-dək qəbul ediləcək və məruzələr ingilis dilində dinləniləcək. Konfransda dinləniləcək ən yaxşı məruzələr dünyanın aparıcı elmi jurnallarında dərc ediləcək.
    16.07.10 Məqaləni oxumaq
     
    Türkiyədə İRƏLİ-çi gənclərin yay düşərgəsinə start verildi
    Türkiyənin Karabak Gənclər və İdman Müdürlüyü və “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə 13-20 iyul tarixlərində “Türkiyə-Azərbaycan Gənclik Dəyişimi Fəaliyyət Proqramı” çərçivəsində Azərbaycan gənclərinin Türkiyənin Karabük, Ankara, Safranbolu və Amasya bölgəsinə tanışlıq səfərləri həyata keçirilir. İRƏLİ-dən KƏLAMİNFO-ya verilən məlumata görə, hazırda keçirilən 1 həftəlik düşərgənin məqsədi Türkiyənin gənclər siyasəti ilə tanışlıq, qarşılıqlı təcrübə mübadiləsi və ölkələrin mədəniyyət gecələrini keçirməklə gənclərin ölkələr haqqında məlumatlarını genişləndirməkdir. Bundan əlavə düşərgə iştirakçıları ilə Karabük şəhərinin rəsmiləri arasında görüşlər keçirilməsi də planlaşdırılır. Düşərgədə “İRƏLİ” İB-nin 30 fəal gənci iştirak edir.
    16.07.10 Məqaləni oxumaq
     
    Suyun səviyyəsinin qalxması iqlim dəyişikliyi ilə əlaqədardır
    Mütəxəssislər Hind okeanında suyun səviyyəsinin yüksəlməsini Banqladeş, Şri-Lanka və İndoneziyada yaşayan əhalinin təhlükədə olduğunu bildiriblər. KƏLAMİNFO türk mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın Kolorodo Universitetinin tədqiqatçıları, suyun səviyyəsinin qalxmasının iqlim dəyişikliyi ilə əlaqədar olduğunu və suyun isinməsinin bu prosesi daha da sürətləndirdiyini bildirbilər. Tədqiqatçılar qeyd edirlər ki, suyun yüksəlməsi sellərin artmasına, əkinlərin, evlərin və yolların sıradan çıxmasına səbəb olacaq. Qeyd edək ki, dünyada ümumən suyun səviyyəsi 3 mm-ə qədər yüksəlib və havanın kəskinləşməsinə səbəb istixana qazlarıdır.
    16.07.10 Məqaləni oxumaq
     
    Politoloq: “ABŞ İrana qarşı hərbi əməliyyatlara başlayarsa, Azərbaycan ərazisinə ehtiyacı olmayacaq”
    Azərbaycan İranla qonşu, ABŞ ilə strateji müttəfiq olmasına baxmayaraq, bu iki ölkə arasında müharibə başlayarsa, bundan qətiyyən narahat olmamalıdır. Çünki, İrana qarşı müharibə başladığı halda coğrafi cəhətdən ABŞ-ın Azərbaycana ehtiyacı olmayacaq. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində politoloq Fikrət Sadıxov bildirib Politoloqun fikrincə, ABŞ-ın İrana qarşı hansısa hərbi hücumu başlayarsa, bunun üçün onun əlində İran körfəzi var. “Bu körfəzdə ABŞ-ın kifayət qədər hərbi gəmiləri mövcuddur. Bundan başqa, ABŞ-ın Yaxın Şərq ölkələrində xeyli hərbi bazaları da var. Buna görə də, İrana qarşı müharibə başlayarsa, ABŞ Azərbaycana əsasən enereji müttəfiqi kimi yanaşar, nəinki hərbi əməliyyatlar üçün tranzit vasitə kimi. Birləşmiş Statların Azərbaycanla bağlı kifayət qədər enerji layihələri var. O, bunu istənilən şəraitdə digər əməkdaşlıqla əvəz etməz. Buna onun heç ehtiyacı da yoxdur”,-deyə politoloq vurğulayıb.
    16.07.10 Məqaləni oxumaq
     
    Şəmsəddin Hacıyev: “Təhsildə yeni maliyyələşdirmə mexanizminin tətbiqi dövlət və özəl ali məktəblər arasında sağlam rəqabət yaradacaq”
    “Təhsildə yeni maliyyələşdirmə mexanizminin tətbiqi dövlət və özəl ali məktəblər arasında sağlam rəqabət mühiti yaradacaq”. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev söyləyib. Ş.Hacıyev bildirib ki, bu ildən başlayaraq yeni maliyyələşdirmə mexanizminin hələlik ali təhsil müəssisələrində tətbiqinə başlanacaq. “Artıq bu barədə Nazirlər Kabinetinin müvafiq qərarı var və Maliyyə Nazirliyi, eləcə də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən bu istiqamətdə lazımi tədbirlər həyata keçirilir. Hesab edirəm ki, yeni maliyyələşdirmə mexanizmi ali təhsil sistemində sağlam rəqabət mübarizəsinin bərqərar olmasına, dövlət və özəl ali məktəbləri arasında ayrı-seçkiliyin aradan qaldırılmasına və son nəticədə bütövlükdə ali təhsilin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq. Eyni zamanda, ayrı-ayrı ixtisaslar üzrə hər bir təhsilalana düşən xərc normalarının düzgün hesablanması yeni sistemin özünü doğrultmasında mühüm rol oynayacaq”,-deyə Ş.Hacıyev vurğulayıb.
    16.07.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « İyul.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031