|
Səhifələr : # 7 8 9 10 11 12 13 14 15 #
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 4200 müraciət daxil olub
|
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 2010-cu ilin iyun ayında 4200 müraciət daxil olub. Təhsil Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, müraciətlərin 3911-i telefonla, 289-u elektron poçt vasitəsilə qəbul edilib. Müraciətlərin böyük əksəriyyəti sorğu xarakterlidir.
Şikayət xarakterli müraciətlərdə məktəbəqədər, ümumtəhsil, texniki-peşə, orta-ixtisas və ali təhsil müəssisələrindəki problemlərdən bəhs olunub. Bakıdakı 2, 3, 5, 11, 12, 18 saylı peşə liseyləri və Saatlı Peşə liseyindən daxil olan müraciətlərdə bu təhsil müəssisələrində aidiyyatı olmayan kitab satışının təşkili, şagird qəbulu qaydalarının pozulması, təhsil sənədləri və təqaüdlərin gecikdirilməsi kimi məsələlərdən bəhs olunub.
|
15.07.10 Məqaləni oxumaq
|
|
|
Politoloq: “Danışıqlarda münaqişə ilə bağlı qərar qəbul olunmazsa, bunun günahkarı ABŞ-dır”
|
Son vaxtlar Ermənistanın Dağlıq Qarabağ (DQ) münaqişəsinin həlli ilə bağlı verdiyi bəyanatlarda məcburilik hiss olunur. Bu ölkədə hazırki hakimiyyət verdiyi bəyanatlarda işğal olunmuş torpaqların azad olunmasını özləri də təsdiq etməklə, sanki məcburi şəkildə işğalçı olduqlarını etiraf edirlər. Bunları KƏLAMİNFO-ya müsahibəsində Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu söyləyib.
|
15.07.10 Məqaləni oxumaq
|
|
|
V.Mövsümov: “Yerlərdə məmurlar tərəfindən özəl sahibkarların fəaliyyətinə qeyri-qanuni müdaxilələr var”
|
Bir sıra yerlərdə məmurlar, ayrı-ayrı hüquq-mühafizə orqanları, reyestr, vergi xidmətləri, bələdiyyələr, memarlıq idarələri, sanitar xidmət şöbələri tərəfindən özəl sahibkarların fəaliyyətinə qeyri-qanuni müdaxilələr edilir. Bu barədə açıqlamanı KƏLAMİNFO-ya müsahibəsində Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov söyləyib.
O, sözügedən problemlə bağlı sahibkarlar tərəfindən rəhbərlik etdiyi quruma kifayət qədər şikayətlərin daxil olduğunu vurğulayıb. V.Mövsümovun sözlərinə görə, Korrupsiyaya Qarşı Mübarizə Fondu “Özəl sahibkarların fəaliyyətinə qeyri-qanuni müdaxilələrin qarşısının alınmasına dəstək” layihəsini həyata keçirir və layihə çərçivəsində Sumqayıtda keçirilən ilk tədbirdə sahibkarlar bu problemlərlə üzləşdiklərini bildiriblər.
|
15.07.10 Məqaləni oxumaq
|
|
|
İstirahət mövsümü ilə əlaqədar ölkə ərazisindəki otellərdə monitorinqlər aparılır
|
Hazırda yay mövsümü ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkənin turizmlə bağlı ərazilərində fəaliyyət göstərən otellərdə monitorinqlər keçirilir. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat katibi İntiqam Hümbətov verib.
Onun sözlərinə görə, monitorinqlər əsasən ölkənin yay mövsümündə turizm üçün əlverişli olan bölgələrində, xüsusi ilə də Şimal bölgəsində aparılır. “Yoxlamalar zamanı əsasən otellərin keyfiyyətinə, xidmətinə və qiymət məsələlərinə diqqət yetirilir. Monitorinqlərin yaxın həftə ərzində yekunlaşması gözlənilir. Dəqiq nəticələr barədə yekundan sonra məlumat veriləcək”,-deyə İ.Hümbətov vurğulayıb.
|
14.07.10 Məqaləni oxumaq
|
|
|
Bakı İslam Universitetinin “Dinşünaslıq” ixtisası üzrə tələbə qəbulu elan edilib
|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bakı İslam Universitetinə 2010/2011-ci tədris ili üçün “Dinşünaslıq” ixtisası üzrə tələbə qəbulu elan edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər.
Müsabiqədə III ixtisas qrupu üzrə qəbul imtahanında 250 və daha yüksək bal toplamış abituriyentlər iştirak edə bilərlər. Abituriyentlərin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Müsabiqədə iştirak etmək istəyənlər cari il iyulun 15-dən iyulun 25-dək Bakı İslam Universitetində təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün şəxsiyyəti təsdiq edən sənədin əsli, sağlamlıq haqqında arayış, 4 ədəd 3x4 ölçüdə fotoşəkil və təsdiq olunmuş elektron ərizənin surəti tələb olunur.
|
14.07.10 Məqaləni oxumaq
|
|
|
ABŞ dövlət katibi Türkiyə XİN başçısına Cənubi Qafqaz səfəri barədə məlumat verib
|
ABŞ dövlət katibi Hillari Klinton Qafqaz səfəri barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə telefonda danışıb. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar terrorla mübarizə, İranın nüvə proqramı ilə bağlı vəziyyəti də müzakirə ediblər.
Ə.Davudoğlu ilə H.Klinton İsrail hərbçilərinin Qəzzaya humanitar yük aparan gəmilərə hücumu haqda da danışıblar. Davudoğlu məsələnin araşdırılması üçün beynəlxalq komissiyanın yaradılmasının vacibliyini bir daha vurğulayıb. H.Klinton həmkarına bu günlərdə Cənubi Qafqaza etdiyi səfərin nəticələri haqda müfəssəl məlumat verib.
|
14.07.10 Məqaləni oxumaq
|
|
|
TQDK magistraturaya qəbul olanların qeydiyyat müddətini uzadıb
|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərin magistraturasına qəbul olanların qeydiyyat müddətini uzadıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər.
Cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanlar iyulun 19-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Bakalavrın göstərilən müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.
|
14.07.10 Məqaləni oxumaq
|
|
|
Azərbaycan jurnalistləri İrəvanda “Qafqazda informasiya azadlığı” adlı beynəlxalq konfransda iştirak edir
|
İrəvanda “Qafqazda informasiya azadlığı” adlı beynəlxalq konfrans keçirilir. Amerikanın Milli Təhlükəsizlik Arxivinin təşəbbüsü ilə artıq ikinci ildir təşkil olunan konfransda Rusiya, Gürcüstan, Azərbaycan, Ermənistan və ABŞ-dan olan bir qrup jurnalist iştirak edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya tanınmış jurnalist Babək Göyüş verib.
Konfransa Azərbaycan jurnalistlərindən Qulu Məhərrəmli, Arif Əliyev, Xoşqədəm Baxşəliyeva, Asəf Quliyev və Rəşid Hacılı qatılıblar.
Xatırladaq ki, bu tədbir ötən il Tiflis şəhərində keçirilmişdi. Gələn il isə həmin tədbirin Bakıda keçirilməsi nəzərdə tutulub. İrəvanda aparılan müzakirələr zamanı qərara alınıb ki, növbəti ildə keçiriləcək toplantıda türkiyəli jurnalistlər də iştirak etsin.
|
14.07.10 Məqaləni oxumaq
|
|
|
Ziyafət Əsgərov ABŞ müdafiə katibi müavininin köməkçisi xanım Seleste A.Uollanderlə görüşüb
|
Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan ABŞ müdafiə katibi müavininin köməkçisi xanım Seleste A.Uollanderlə görüşüb. Parlamentin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, Z.Əsgərov Azərbaycanla ABŞ arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb və ABŞ-ın dövlət katibi Hillari Klintonun və müdafiə naziri Robert Geytsin ölkəmizə bu yaxınlarda etdikləri səfərləri xatırladıb. Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə söz açan Z.Əsgərov bildirib ki, Azərbaycanın 20 faiz torpağı hələ də ermənilər tərəfindən işğal altında saxlanılır, 1 milyondan artıq vətəndaş öz doğma yurd-yuvasından didərgin düşüb. “Ermənistan isə problemin sülh yolu ilə həlli istiqamətində atılan addımlara etinasız yanaşır, BMT Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası, Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatların qəbul etdikləri qətnamə və qərarlara məhəl qoymur”,-deyə vitse-spiker vurğulayıb.
|
14.07.10 Məqaləni oxumaq
|
|
|
“XIX əsr Azərbaycan ədəbi məclisləri” monoqrafiyası çap olunub
|
AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun mərhum alimi Nəsrəddin Qarayevin “XIX əsr Azərbaycan ədəbi məclisləri” monoqrafiyası “Nurlan” nəşriyyatında çap olunub. AMEA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, monoqrafiyada XIX əsrdə Azəbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərmiş “Divani-hikmət”, “Gülüstan”, “Əncümənüş-şüəra”, “Fövcül-füsəha”, “Beytüs-səfa”, “Məclisi-üns”, “Məclisi-fəramuşan”, “Məcməüş-şüəra” kimi ədəbi dərnəklərin fəaliyyəti təhlil olunub, bu məclislərin iştirakçılarının həyat və fəaliyyəti öyrənilib.
Kitabı institutun əməkdaşı Vüsalə Musalı müəllifin namizədlik dissertasiyası əsasında nəşrə hazırlayıb və redaktə edib.
|
13.07.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 7 8 9 10 11 12 13 14 15 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|