Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 7.2010
    Səhifələr : # « 10 11 12 13 14 15 16 17 18 » #
    Prezident İlham Əliyev Səhiyyə Nazirliyinin yeni inzibati binasında olub
    Bu gün Prezident İlham Əliyev Səhiyyə Nazirliyinin əsaslı təmirdən sonra yeni inzibati binası ilə tanış olub. KƏLAMİNFO xəbər verir ki, ümumi sahəsi 12 min kv/metr olan inzibati binada nazirliyin əməkdaşlarının fəaliyyəti üçün hər cür şərait yaradılıb. Üçmərtəbəli binanın birinci mərtəbəsində vətəndaşların qəbulu şöbəsi, elektron kitabxana və köşk, monitorinq mərkəzi, 200 nəfərlik akt zalı var. İkinci mərtəbədə Bakı Şəhər Baş Səhiyyə İdarəsi yerləşir. Üçüncü mərtəbədə Fövqəladə Hallar Nazirliyi ilə əlaqəli fəaliyyət göstərən Böhran Mərkəzi yerləşir. Böhran mərkəzindəki elektron xəritə vasitəsilə 103 xidməti haqqında bütün məlumatı əldə etmək olar. Bundan əlavə, bu mərtəbədə kollegiya zalı və Səhiyyə Nazirliyinin muzeyi yerləşir. Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirib.
    09.07.10 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turizm Nazirliyi xüsusi proqram hazırlayır
    Mədəniyyət və Turzim Nazirliyi ölkədə poliqrafiya və nəşriyyat işinin təkmilləşdirilməsi üçün xüsusi proqram hazırlayır. Bu barədə məlumatı nazirliyin mətbuat katibi Zöhrə Əliyeva verib. O, qeyd edib ki, proqramın ilkin variantı artıq hazırdır. “Bu yaxınlarda Çingiz Əlioğlunun kitabı mötəbər tədbirlərdən birində qran-pri mükafatına layiq görüldü. Ölkəmizdə də müvafiq yarmarkalar təşkil edilir. Nəşrlər, mətbuat orqanları daha nəfis və maraqlı səviyyədə təqdim olunsa, bu, oxucuların da sayının artmasına gətirib çıxarar. Ölkə nəşriyyatlarının beynəlxalq səviyyədə təmsil olunması davam edir”-deyə, mətbuat katibi bildirib.
    09.07.10 Məqaləni oxumaq
     
    Arif Paşayev kosmik məsələlər üzrə Şuranın sədri təyin edilib
    Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Rabitə və İnformasiya Texnolgiyaları Nazirliyinin mətbuat xidmətindən veriblər. Azərbaycanın telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi ilə əlaqədar “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” Azərbaycan Prezidentinin 3 may 2010-cu il tarixli Sərəncamı RİTN-nin qarşısında bir sıra vəzifələr qoyub. Sərəncamdan irəli gələn məsələlərlə əlaqədar kosmik sənayenin yaradılması və uğurlu inkişafında beynəlxalq təcrübədən istifadə etmək, kosmik fəaliyyət sahəsində elmi-texniki nailiyyətləri və qabaqcıl təcrübəni öyrənmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə dair müvafiq tədbirlərin görülməsində iştirak etmək və həmin sahənin inkişafı ilə bağlı təklifləri hazırlamaq məqsədilə Kosmik məsələlər üzrə Şura yaradılıb. Arif Mir Cəlal oğlu Paşayev kosmik məsələlər üzrə Şuranın sədri təyin edilib.
    09.07.10 Məqaləni oxumaq
     
    Azərbaycan diplomatik xidmət orqanlarının əməkdaşları peşə bayramlarını qeyd edir
    Bu gün Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü qeyd olunur. KƏLAMİNFO xəbər verir ki, peşə bayramı münasibətilə xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Fəxri Xiyabana gələrək ümumilli lider Heydər Əliyevin xatirəsini yad edərək məzarına əklil qoyublar. Görkəmli alim-oftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilib, məzarı üzərinə gül qoyulub. Sonra XİN əməkdaşları Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həyatlarını qurban vermiş Vətənin qəhrəman oğullarının məzarlarını ziyarət ediblər, "Əbədi məşəl" abidəsi önünə əklil qoyublar. Qeyd edək ki, Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü prezident İlham Əliyevin 24 avqust 2007-ci il tarixli sərəncamı ilə təsis olunub.
    09.07.10 Məqaləni oxumaq
     
    NATO-nun baş katibi AB-ni Türkiyəyə qarşı ədalətli olmağa çağırıb
    NATO-nun baş katibi Anders Foq Rasmussen Avropa Birliyinin Türkiyəyə qarşı daha ədalətli davranmasının vacibliyini vurğulayıb. KƏLAMİNFO Türkiyə KİV-nə istinadən xəbər verir ki, Rasmussen Türkiyə ilə yalnız NATO-da deyil, Avropa Birliyində də bir ortaq olaraq yaxın əlaqələrin önəmli olduğunu söyləyib. Baş katib Danimarkada yayımlanan bir qəzetə verdiyi açıqlamada Avropa Birliyini Türkiyə ilə əlaqələrin inkişaf etdirilməsi üçün üzvlük müzakirələrindən əlavə bir sıra praqmatik addımlar atmağa çağırıb. Rasmussen xüsusilə AB-nin hərbi missiyalardakı qərar vermə mexanizmlərində Türkiyəyə daha çox rol verməsinin vacibliyini vurğulayaraq Türkiyənin Avropa Müdafiə Agentliyinə üzv olma istəyinə müsbət cavab verilməsini istəyib. Norveç kimi AB üzvü olmayan ölkənin bu mexanizmin içində yer aldığına diqqət çəkən NATO-nun baş katibi Türkiyəni hərbi araşdırma və inkişafı nəzərdə tutan bir qurumdan kənarda tutmanın ədalətsizlik olduğunu bildirib.
    09.07.10 Məqaləni oxumaq
     
    TQDK bu gündən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbuluna başlayır
    Bu gündən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010/2011-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbuluna başlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat katibi Elnur Nağızadə verib. O, qeyd edib ki, ərizə qəbulu internet vasitəsilə iyulun 8-dən avqustun 10-dək aparılır. “Abituriyentlər qeyd olunan müddət ərzində TQDK-nın internet saytının müvafiq səhifəsində soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin seriyasını və nömrəsini daxil etməklə qeydiyyatdan keçə və iş nömrəsi ilə şifr əldə edə bilərlər. Burada cari il iyulun 1-dək 16 yaşına çatmamış gənclər doğum haqqında şəhadətnamənin seriyasını və nömrəsini daxil edirlər. Sonra iş nömrəsi və şifrdən istifadə etməklə “Abituriyentin elektron ərizəsi” formasına daxil olur və onu doldururlar. Bundan sonra abituriyentlər tələb olunan sənədlərini TQDK-nın internet səhifəsində göstərilən müvafiq Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim etməklə ərizələrini təsdiq etdirirlər”-deyə, E.Nağızadə vurğulayıb.
    09.07.10 Məqaləni oxumaq
     
    Azərbaycanda 76,3 min körpə dünyaya gəlib
    Cari il iyul ayının 1-i vəziyyətinə Azərbaycan Respublikası əhalisinin sayı ilin əvvəlindən 50 min nəfər artaraq 9047 min nəfərə çatıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dövlət Statistika Komitəsindən veriblər. Əhalinin 54 faizi şəhər, 46 faizi kənd yerlərində yaşayır. Ölkə əhalisinin 49 faizini kişilər, 51 faizini qadınlar təşkil edir, əhalinin 22 faizi 0-14 yaşda, 71 faizi 15-64 yaşda, 7 faizi 65 və yuxarı yaşda olanlardır. Ölkə əhalisinin 31 faizini isə 14-29 yaşlı gənclər təşkil edir. Hesablamalara görə, cari ildə doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 73,5 yaş, o cümlədən oğlanlar üçün 70,9 yaş, qızlar üçün 76,1 yaşdır. Cari ilin birinci yarısında Azərbaycanda 76,3 min, gündə təxminən 421 körpə doğulub, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 16,3-dən 17,2-dək artıb.
    09.07.10 Məqaləni oxumaq
     
    DQDK sədri: “Zərərli dini ədəbiyyatın ölkəyə idxalında kəskin azalma müşahidə olunur”
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi zərərli dini ədəbiyyatın ölkəyə idxalının və yayılmasının qarşısının alınması üçün ardıcıl tədbirlər həyata keçirir. Bu barədə YAP-ın rəsmi sayıtına müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib. O vurğulayıb ki, bu məqsədlə Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət qurumları ilə sıx əməkdaşlıq münasibətləri qurulub. “On minlərlə zərərli dini ədəbiyyatın ölkəyə idxalının qarşısı alınıb. Əvvəlki illərlə müqayisədə, hazırda zərərli dini ədəbiyyatın ölkəyə idxalında kəskin azalma müşahidə olunur. Mütəmadi olaraq respublikanın şəhər və rayonlarında dini ədəbiyyatın satışı ilə məşğul olan mağazalara baxışlar keçirilir. Əvvəllər müvafiq razılıq alınmadan ölkəyə çoxlu sayda dini ədəbiyyat idxal edilirdisə, son dövrlər bu cür halların qarşısı alınır.
    08.07.10 Məqaləni oxumaq
     
    AMEA prezidentinin müavini elmlər doktoru oldu
    AMEA prezidentinin müavini-işlər müdiri Turab Əhmədov doktorluq dərəcəsi alıb. AMEA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, Ə.Turabov riyazi fizika ixtisası üzrə “Kəsr törəmələrin elektrodinamikanın sərhəd məsələlərinə tətbiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək riyaziyyat üzrə elmləri doktoru alimlik dərəcəsinə sahib olub.
    08.07.10 Məqaləni oxumaq
     
    Əhməd Davudoğlu Londona bir günlük rəsmi səfər edib
    Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Londona bir günlük rəsmi səfərə gedib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, Böyük Britaniyada may ayında keçirilən parlament seçkilərindən sonra Türkiyədən bu ölkəyə ilk rəsmi səfəri həyata keçirən Ə.Davudoğlu Londonda Türkiyənin Avropa Birliyinə üzvlüyü prosesi, Kıbrıs məsələsi, İsrailin "Mavi Mərmərə" gəmisinə qanlı basqınından sonra yaşananlar və İranın nüvə proqramı ilə bağlı müzakirələr aparacaq. Ə.Davudoğlu ingiltərəli həmkarı ilə yanaşı, baş nazirin müvini Nik Kleqq ilə görüşəcək, Beynəlxalq Əlaqələr üzrə Kral İnstitununda "Yeni dünya düzənində transatlantik və ittifaq əlaqələrinin rolu" mövzusunda çıxış edəcək. Ə.Davudoğlunun İngiltərə mediası ilə də bir araya gəlməsi planlaşdırılır.
    08.07.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 10 11 12 13 14 15 16 17 18 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « İyul.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031