Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 7.2010
    Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
    TQDK orta ixtisas təhsil müəssisələrinə ixtisas seçimi elan etdi
    2010/2011-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında (11 illik) tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı dərc olunub. KƏLAMİNFO TQDK-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında toplanılan ballar əsasında aparılır. Orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar 3 qrupa bölünür. I qrup ixtisasların müsabiqəsində ali təhsil müəssisələrinin I, II, III və ya IV qrupları üzrə ümumi balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. II qrup ixtisasların müsabiqəsində ali təhsil müəssisələrinin I və ya IV qrupları üzrə ümumi balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. III qrup ixtisasların müsabiqəsində ali təhsil müəssisələrinin III qrupu üzrə ümumi balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
    23.07.10 Məqaləni oxumaq
     
    Bu gün Azərbaycanda Milli mətbuat günü qeyd olunur
    Bu gün Azərbaycanda Milli mətbuatın yaranmasından 135 il ötür. KƏLAMİNFO xəbər verir ki, 135 il öncə dövrünün görkəmli ziyalısı Həsən bəy Zərdabi 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib. “Əkinçi” qəzeti xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Qəzet öz ətrafında Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və digər qabaqcıl fikirli, demokratik əqidəli maarifçiləri toplamışdı. Azərbaycanın milli mətbuatı XIX əsrin sonunda, XX əsrin əvvəlində milli şüurun formalaşmasına əhəmiyyətli təsir göstərib ki, bu da əlbəttə ki, öz növbəsində Şərqdə ilk demokratik respublikanın yaradılmasına təkanverici bir qüvvə olub. Çox ciddi senzura altında cəmi 56 nömrəsi çapdan çıxan “Əkinçi” qəzetinin nəşrinə 1877-ci ildə qadağa qoyulub. Buna əsas səbəb kimi Rusiya-Türkiyə müharibəsinin başlanması və qəzetin siyasi mövzulara da toxunması olub.
    23.07.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışında iştirak edib
    Bu gün prezident İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışında iştirak edib. KƏLAMİNFO xəbər verir ki, dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsib və bina ilə yaxından tanış olub. Məlumat verilib ki, əsaslı şəkildə və müasir üslubda yenidən qurulmuş ikimərtəbəli binada şura üzvlərinin və əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binanın ümumi tikinti sahəsi zirzəmi ilə birlikdə 700 kvadratmetrdir. Ətrafda abadlıq və yaşıllaşdırma işləri aparılıb, binada müasir işıqlandırma, havalandırma, yanğından mühafizə, rabitə sistemləri quraşdırılıb. Binada xidməti otaqlarla yanaşı, konfrans zalı, müraciətlərin qəbulu, monitorinq qrupu və komissiyalar üçün otaqlar da yerləşir. Bina ilə tanışlıqdan sonra prezident İlham Əliyev Mətbuat Şurası idarə heyətinin üzvləri ilə görüşüb, onları həm Milli Mətbuat Günü, həm də yeni binanın istifadəyə verilməsi münasibətilə təbrik edib, tövsiyələrini verib.
    23.07.10 Məqaləni oxumaq
     
    Türkiyə xarici işlər naziri ilk dəfə “Kürdüstan” sözünü işlədib
    Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilk dəfə İraqın şimalını qeyd etmək məqsədi ilə “Kürdüstan” sözünü işlədib. KƏLAMİNFO “Milliyət”ə istinədən xəbər verir ki, Türkiyə xarici işlər naziri Ə.Davudoğlu 15 iyul Şimali İraqın Süleymaniyə şəhərindəki mehmanxanaların birində baş vermiş yanğın zamanı 28 nəfərin həlak olması ilə əlaqədar Məsud Bərzaniyə “İraq Kürdüstanın başçısı, cənab Məsud Bərzani” sözlərilə başlayan başsağlığı məktubu göndərib.
    22.07.10 Məqaləni oxumaq
     
    İngiltərə Baş nazirinin müavinindən şok sözlər
    İngiltərə Baş nazirin müavini Nik Clegg parlamentdə “nazirə suallar” adlı tədbirdəki nitqində 2003-cü ildə İraqın işğal edilməsini “qanundan kənar” adlandırıb. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, Baş nazir müavinin bu sözləri tarixdə rəsmi etiraf kimi qəbul olunacaq. Artıq İngiltərə rəsmisinin bu çıxışı koalisiya hökümətinin digər müttəfiqi Mühafizakar partiyasında şok təsir yaradıb.
    22.07.10 Məqaləni oxumaq
     
    Türkiyədə seldən bir ailənin 5 üzvi həlak oldu
    Türkiyənin Ərzurum şəhərində normadan artıq yağan yağışlar selə səbəb olub. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərzurumun Xorasan mahalında bir ailənin 5 üzvü selin qurbanı olub. Cəsədləri sudan çıxarmaq üçün xilas etmə işləri aparılır.
    22.07.10 Məqaləni oxumaq
     
    YAP Tovuz rayon təşkilatının VII konfransı keçirilib
    Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatının VII konfransı keçirilib. Partiyanın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, əvvəlcə konfrans nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsinin önünə əklil qoyub, ulu öndərin xatirəsinə ehtiramlarını bildiriblər. Konfransda qeyd olunub ki, rayon təşkilatı ötən dövrdə öz fəaliyyətini partiya sədrinin IV qurultaydakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətinə yönəldib və bu istiqamətdə xeyli uğurlar qazanıb. Konfransda təşkilati məsələyə baxılıb. Məzahir Bayramov YAP Tovuz rayon təşkilatının sədri seçilib.
    22.07.10 Məqaləni oxumaq
     
    Aydın Mirzəzadə: “Dünyanı nüvə təhlükəsi ilə bərabər separatizm təhlükəsi də gözləyir”
    “Nüvə sammitinin keçirilməsi ümumilikdə vacibdir. Çünki dünya belə bir təhlükə ilə üz-üzə qala bilər. Əgər nüvə silahı varsa, bu problem də mövcuddur”. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə söyləyib. A.Mirzəzadə bildirib ki, dünyanı nüvə təhlükəsi gözlədiyi kimi, separatizm təhlükəsi də gözləyir. Onun sözlərinə görə, separatizm bu gun dünyanın qarşılaşdığı bir çox problemlərin kökündə dayanır. “Ona görə də beynəlxalq birlik bu problemin həllinə xüsusi diqqət yetirməlidir”,-deyə A.Mirzəzadə qeyd edib.
    22.07.10 Məqaləni oxumaq
     
    H.Orucov: “Dövlət dini duruma qanunsuz müdaxilənin qarşısını alır ”
    “Ölkədə dini durum sabit və normaldır. Dövlət öz vətəndaşlarının vicdan azadlığını tam təmin edir, dini duruma qanunsuz yollarla müdaxilə olunmasının qarşısını alır”. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri yap.org.az saytına müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib. H.Orucov qeyd edib ki, dövlət-din münasibətlərinin qanunvericilik bazasının möhkəmləndirilməsi, əsrlərdir mövcud olan tolerantlıq mühitinin qorunub saxlanılması, dini konfensiyalar və icmalar arasında əməkdaşlığın daha da gücləndirilməsi, dini dözümsüzlük meyillərinin baş qaldırmaması üçün lazımi tədbirlər həyata keçirilir. Komitə sədrinin sözlərinə görə, ölkəmiz tarixən sivilizasiyaların qovşağı olduğu üçün burada dünyanın böyük dinləri yayılıb, etnik-dini dözümlülük düşüncəsi formalaşıb. “Əsrlər boyu Azərbaycanda müxtəlif millətlər, ayrı-ayrı din mənsubları dostluq, qardaşlıq şəraitində yaşayıblar. Bu hissin formalaşmasında tale ümumiliyinin də böyük rolu olub. Bu unikal gerçəkliyin yaranmasında və güclənməsində ölkəmizin əsas əhalisi olan azərbaycanlıların və İslamın böyük xidmətləri var.
    22.07.10 Məqaləni oxumaq
     
    Xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd vermiş abituriyentlər bəlli oldu
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd vermiş abituriyentlərin nəticələrini açıqlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Cari tədris ili üçün xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd vermiş abituriyentlər arasında müvafiq ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə keçirilib. Fövqəladə Hallar Nazirliyinin “Fövqəladə hallar və həyat təhlükəsizliyi” ixtisasına keçid balı 331, “Yanğın təhlükəsizliyi” ixtisasına isə keçid balı 274 olub. Tibb Universitetinin “Hərbi həkim işi” ixtisasına keçid balı 363, C.Naxçıvanski adına Hərbi Liseyə müsabiqə nəticəsində keçid balı 210, H.Əliyev adına Hərbi Liseyə (Naxçıvan ş.) isə 150 bal olub. Qəbul olmuş tələbələrin siyahısı müvafiq nazirliklərə göndərilib.
    22.07.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « İyul.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031