Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 7.2010
    Səhifələr : #  15 16 17 18 19 20 21 22 23  #
    Bu gün ABŞ Dövlət katibinin Mərkəzi Avropa və Qafqaza səfəri başlayıb
    Bu gün ABŞ Dövlət katibi Hillari Klintonun Mərkəzi Avropa və Qafqaza səfəri başlayıb. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, Dövlət katibinin ilk dayanacağı ölkə Ukrayna olacaq. O, prezident Viktor Yanukoviç və digər rəsmilərlə danışıqlar aparacaq, ikitərəfli münasibətlər müzakirə ediləcək. Eyni zamanda Ukraynanın zənginləşdirilmiş uranı ərazisindən çıxarmaq üçün götürdüyü öhdəliyin yerinə yetirilməsi də danışıqların müzakirə mövzusu olacaq. H.Klinton 5 günlük səfəri zamanı Polşa, Azərbaycan, Ermənistan və Gürcüstanda olacaq. ABŞ Dövlət katibi Bakıya iyulun 4-də gələcək.
    02.07.10 Məqaləni oxumaq
     
    “EKO-2010” Gənclər Koalisiyası 22 iyul Milli Mətbuat Günü ilə bağlı jurnalist yazı müsabiqəsini davam etdirir
    “Eko–2010“ Gənclər Koalisiyası “Ekologiya ili” çərçivəsində həyata keçirdiyi silsilə tədbirlərin davamı olaraq növbəti tədbirini “Yaşıl Turizm hədəfimizdir” adı ilə 22 iyul Milli Mətbuat Gününə həsr edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya “Eko-2010“ Gənclər Koalisiyasından veriblər. Məqalə müsabiqəsi formatında reallaşacaq tədbirin başlanğıcı 24 iyun 2010-cu ildə tarixdən başlanıb. Müsabiqədə “Heydər Əliyev irsi və Azərbaycanda ekoloji siyasət”, “Ekologiyanın qorunmasında və ekoloji təbliğatda KİV-lərin rolu”, “Ekologiyamızı qoruyaq: hər yeni fikir, hər yeni ideya bizi uğura daha da yaxınlaşdırır” istiqamətli mövzular yer alıb. Məqalələri hər jurnalist çalışdığı və yaxud da əməkdaşlıq etdiyi mətbuat orqanında çap edə bilər. Məqalənin sonunda “bu məqalə “Eko-2010” Gənclər Koalisiyasının elan etdiyi müsabiqəyə təqdim olunmaq üçün verilir” sözlər yazılmalıdır. Məqalələr çap olunduqdan sonra Koalisiyaya bu barədə məlumat verilməlidir. Həmçinin məqalələr elektron variantda Koalisiyanın e-mail ünvanına göndərilməlidir. (Əlaqə vasitələri: (050) 518 34 34; (055) 211 34 37; (012) 511 05 54; eko2010@box.az; ekogencler@mail.ru)
    02.07.10 Məqaləni oxumaq
     
    K.Saudabayev: “Münaqişənin həlli yollarını Azərbaycan və Ermənistan özləri tapmalıdırlar”
    Dağlıq Qabağ münaqişəsinin həlli ilə əlaqədar ATƏT-in Minsk Qrupu müntəzəm iş aparır. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə Qazaxıstanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə münasibət bildirərkən çıxış edib. K.Saudabayev həmsədrlərin fəaliyyətinin nəticəsi kimi tərəflərə Madrid razılaşmalarının yeni prinsiplərinin təqdim edildiyini və yaxın zamanlarda bunun həyata keçirilməsinə ümid etdiyini söyləyib. “Münaqişənin həlli yollarını isə Azərbaycan və Ermənistan özləri tapmalıdırlar. Bizə gəlincə isə, bildirim ki, ATƏT-in indiki sədri kimi fəaliyyətə başladığımz gündən münaqişənin həlli istiqamətində iş aparırıq”,-deyə K.Saudabayev əlavə edib.
    02.07.10 Məqaləni oxumaq
     
    “Avroviziya-2011” mahnı müsabiqəsinin yarımfinal və final günləri məlum olub
    Almaniya gələn il keçiriləcək “Avroviziya-2011” mahnı müsabiqəsinin ilkin hazırlıqlarına başlayıb. KƏLAMİNFO müsabiqənin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, “Avroviziya-2011” yarışmasının yarımfinal və final günlərinin tarixi məlum olub. Müsabiqənin ilk yarımfinalları mayın 10-u və 12-də, finalı isə ayın 14-də keçiriləcək. Sentyabr ayında müsabiqənin keçiriləcəyi məkan məlum olacaq. Bu sırada əsas namizədlər kimi ölkə paytaxtı Berlin və Almaniyanın digər şəhərləri -Hamburq, Hannover və Köln göstərilir. Qeyd edək ki, Almaniya bu il “Avroviziya-2010” mahnı müsabiqəsinin qalibi olub. Yarışmada Almaniyanı Lena Mayer-Landrut təmsil edib.
    01.07.10 Məqaləni oxumaq
     
    ABŞ dövlət büdcəsindən Dağlıq Qarabağ separatçılarına 10 mln. dollar ayırıb
    ABŞ Konqresi 2011-ci il üçün ölkə büdcəsini təsdiqləyib. Büdcədə Ermənistana iqtisadi yardım kimi 44 mln. dolların ayrılması nəzərdə tutulur. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, ötən illə müqayisədə 4 mln. dollar azdır. Dağlıq Qarabağ separatçılarına ayrılan yardımın məbləği isə artıb. 2011-ci il büdcəsindən separatçılara 10 mln. dollar ayrılacaq. Bu, ötən ilki məbləği 2 mln. üstələyir. Komissiya Azərbaycanla Ermənistan arasında hərbi yardımın ayrılmasında balansı qoruyub. Bakı və Yerevana hərbi maliyyələşdirmə kimi 3,5 mln., hərbi təhsilə isə hərəyə 450 min dollar ayrılıb.
    01.07.10 Məqaləni oxumaq
     
    Politoloq: “Bölgəyə sülhməramlıların yerləşdirilməsi Azərbaycanın istənilən yolla torpaqlarını işğaldan azad etmək cəhdinə mane ola bilməz”
    Dağlıq Qarabağda (DQ) sülhməramlı qoşunların yerləşdirilməsi, Azərbaycanın istənilən yolla torpaqlarını işğaldan azad etmək cəhdinə mane ola bilməz. Çünki prinsip etibarı ilə, Azərbaycan münaqişə zonasında sülhməramlıların yerləşdirilməsinə etiraz etmir, əlbəttə ki, torpaqlar işğaldan azad olduqdan sonra. Bunları KƏLAMİNFO-ya müsahibəsində Prezident yanında Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirov söyləyib.
    01.07.10 Məqaləni oxumaq
     
    Rusiyadan Ermənistana ötürülən qaz kəmərindən Gürcüstan imtina edir
    Rusiyadan Ermənistana ötürülən magistral qaz kəmərini Gürcüstan satışa çıxarmaq niyyətindədir. KƏLAMİNFO Ermənistan mətbuatına istinadən xəbər verir ki, hazırda bu ölkənin parlamentində müzakirəyə çıxarılmış qanun layihəsində bu kəmər özəlləşməsinə icazə verilməyən obyektlər siyahıdan çıxarılıb. Parlament israr edir ki, Rusiya-Ermənistan qaz kəmərinin satılması dövlətin maraqlarına zidd olmayacaq, çünki “obyekt strateji əhəmiyyətə malikdir” qeydi köhnəlib. Gürcüstan müxalifəti kəməri Rusiyanın alacağından ehtiyatlanır. Gürcüstan tranzit haqqı olaraq Rusiyadan Ermənistana ötürülən qazın 10%-ni alır.
    01.07.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  15 16 17 18 19 20 21 22 23  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2010
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    İyul.2010
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031