|
Səhifələr : # « 13 14 15 16 17 18 19 20 21 » #
Prezident İlham Əliyev Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mərkəzi qərargahının açılışında iştirak edib
|
Bu gün prezident İlham Əliyev Bakıda, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mərkəzi qərargahının açılışında iştirak edib. KƏLAMİNFO xəbər verir ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri dövlət başçısını hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsib, binada yaradılmış şəraitlə tanış olub.
Dövlət başçısına məlumat verilib ki, dördmərtəbəli, xüsusi memarlıq üslubunda əsaslı şəkildə yenidən qurulan inzibati binada əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binanın birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin büstü qoyulub.
Prezident İlham Əliyev binanın iş otaqlarında yaradılan şəraitlə tanış olub. Bildirilib ki, otaqların hamısı informasiya və kommunikasiya texnologiyaları, mebel və inventarla tam təchiz edilib. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün geniş konfrans zalı və digər müşavirə otaqları da var.
|
07.07.10 Məqaləni oxumaq
|
|
|
Oslodo ATƏT PA-nın illik sessiyası keçirilir
|
Bu gün Norveçin paytaxtı Oslodo ATƏT-in Parlament Assambleyasının XIX-cu illik sessiyası keçirilir. KƏLAMİNFO xəbər verir ki, tədbirdə Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə parlament nümayəndə heyəti iştirak edir.
Sessiyanın işinə 56 dövlətdən 300-dən çox nümayəndə qatılıb.
Sessiyada “Qanunun aliliyi: Transmilli cinayətkarlıq və korrupsiya ilə mübarizə” mövzusu ətrafında müzakirələr aparılacaq, ATƏT PA-nın sədri Joao Soareşin, baş katib Spenser Oliverin məruzələri dinləniləcək. Təşkilata üzv dövlətlər arasında bu sahədə əməkdaşlıq məsələlərinin müzakirə olunması nəzərdə tutulub.
|
06.07.10 Məqaləni oxumaq
|
|
|
Türkiyədə terror aktları səngimək bilmir
|
Türkiyənin Hakkari və Elazığ bölgəsində PKK terrorçularının törətdiyi terror hadisələri nəticəsində son iki gündə 3 əsgər şəhid olub, 12 əsgər isə yaralanıb. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, 12 terrorçu məhv edilib.
Hakkari vilayətinin Şəmdinli qəsəbəsinin Haruna keçidində terrorçuların əraziyə döşədiyi minanın partlaması nəticəsində 2 əsgər yaralanıb.
Yüksəkova qəsəbəsinin Qamışlı kəndi yaxınlığında da hərəkət halında olan təhlükəsizlik qüvvələrinə terrorçular atəş açıb. İki əsgər də bu olayda yaralanıb.
Şəmdinli qəsəbəsində terrorçular jandarma məntəqəsinə hücum nəticəsində 3 əsgər şəhid olub, 3 əsgər yaralanıb, 9 terrorçu ölü ələ keçirilib.
Elazığ vilayətinin Arıcak qəsəbəsində də təhlükəsizlik qüvvələri ilə terrorçular arasında baş verən atışmada 3 terrorçunun ölüsü ələ keçirilib.
Atışmada 5 əsgər yaralanıb.
|
06.07.10 Məqaləni oxumaq
|
|
|
Bu gün TQDK Qəbul Komissiyaları ilə seminar-məşğələ keçirib
|
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında (9 illik) ərizə qəbulunun aparılması ilə bağlı Sənəd Qəbulu Komissiyaları ilə seminar-məşğələ keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər.
Tədbirdə İmtahanların təşkili və idarə edilməsi sektorunun müdiri Hidayət Zeynalov, İnformasiyalaşdırma və texnoloji təminat şöbəsinin əməkdaşı İlqar Mahmudov, TQDK-nın regional bölmələrinin əməkdaşları, Sənəd Qəbulu Komissiyasının nümayəndələri iştirak ediblər.
|
06.07.10 Məqaləni oxumaq
|
|
|
İran prezidenti: “Bütün iranlılarda bir azərbaycanlı kökü var”
|
Şərqi Azərbaycan əyalətinin Binab şəhərində yeni sənaye kompleksinin açılışına qatılan İran prezidenti Mahmud Əhmədinejad azərbaycanlılardan danışıb. KƏLAMİNFO xəbər verir ki, o, Azərbaycan xalqının hər bir övladının ürəyində İrana eşq coşub-daşdığını bildirib.
O, qeyd edib ki, İranın başucalığı uğrunda ən böyük fədakarlıq və canfəşanlığı həmişə azərbaycanlılar ediblər. “Əslində, Azərbaycan qeyrət və qeyrətlilərlə qaynayan bir diyardır. Onların hamısının varlığı ölkənin inkişafına xidmət edir.
Azərbaycan bütün sahələrdə ölkədə birinci yeri tutmalıdır, buna da qadirdir. Azərbaycanlılar hara gediblərsə, orada abadlıq, qeyrət və mərdlik mənbəyinə çevriliblər. Qeyrət olmayan yerdə də heç bir zirvə fəth edilməz, inkişaf əldə olunmaz. Bütün zirvələri yalnız Azərbaycanla fəth etmək olar”-deyə, İran prezidenti bəyan edib.
|
06.07.10 Məqaləni oxumaq
|
|
|
Misir Mərdanov: “Birinci sinifə gedən uşaqların qəbulu ilə bağlı ciddi dəyişiklik yoxdur”
|
Birinci sinifə gedən uşaqların qəbulu ilə bağlı heç bir ciddi dəyişiklik yoxdur. KƏLAMİNFO xəbər verir ki, bu bardə açıqlamanı jurnalistlərlə söhbətində təhsil naziri Misir Mərdanov söyləyib.
"Bəzi media qurumları cəmiyyətə səhv məlumat çatdırmaqla ictimaiyyəti çaşdırırlar. Birinci sinifə gedənlərin qəbulunda ciddi yenilik olmayıb. Hər il olduğu kimi, bu il də sentyabrın 15-nə kimi 6 yaşı tamam olan uşaqların məktəblərə qəbulunda heç bir problem yoxdur. Sentyabrın 15-dən oktyabrın sonuna qədər 6 yaşı tamam olan uşaqların qəbulu məktəblərin ixtiyarına verilib",-deyə M.Mərdanov məsələyə aydınlıq gətirib.
M.Mərdanov qeyd edib ki, noyabr ayından etibarən 6 yaşı tamam olan uşaqlar müstəsna hallarda, istedadlı uşaqları seçmək üçün nazirlikdə pedaqoq və psixoloqların iştirakı ilə komissiya yaradılıb. Bu halda komissiyanın qərarı ilə o uşaqlar birinci sinifə qəbul olacaqlar.
|
06.07.10 Məqaləni oxumaq
|
|
|
İranın mədəniyyət naziri Məhəmməd Hüseyni Azərbaycanda səfərdədir
|
Bu gün İranın mədəniyyət və islam maarifləndirilməsi naziri Məhəmməd Hüseyninin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər.
İki gün davam edəcək səfərdə məqsəd Azərbaycan və İran İslam Respublikası arasında mədəniyyət sahəsində gələcək əməkdaşlıq perspektivləri və digər məsələlərin müzakirə edilməsidir.
Səfər çərçivəsində iranlı nazir bu gün Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib.
Sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşəcək. Sabah isə İranlı musiqiçilər Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edəcəklər.
|
06.07.10 Məqaləni oxumaq
|
|
|
Jurnalistlər niyə kredit ala bilmir? (ARAŞDIRMA)
|
İyulun 22-də Azərbaycan mətbuatının 135 yaşı tamam olur. Bu müddətdə, xüsusəndə müstəqilliyin ilk illərində Azərbaycan mətbuatının formalaşmasında xidmətləri olan jurnalistlərin sosial-iqtisadi vəziyyətlərinin normallaşdırılması prosesində irəliləyiş əldə olunmayıb. Dövlətin bu və ya digər mənada atdığı addımlar jurnalistlərin problemlərinin qismən də olsa həlli ilə nəticələnib. Cəmiyyətin güzgüsü hesab edilən media və onun sükanı arxasında əyləşənlərin problemlərinin həllində, dövlətlə yanaşı digər strukturların da ən azı dəstək göstərmələri lazım olub.В Təəssüf ki, bizlər bütün sahələrin işıqlandırılmasında və onların uğurlarının cəmiyyətə obyektiv çatdırılmasında canla-başla çalışsaq da onlar media işçilərinin problemlərinə biganə yanaşıblar. Bu sahələrdən biri də bank sektorudur.
|
06.07.10 Məqaləni oxumaq
|
|
|
Bronislav Komorovski Polşa prezidenti seçildi
|
Polşada növbədənkənar prezident seçkilərinin ikinci turu başa çatıb. KƏLAMİNFO xarici xəbər agentliklərinə istinadən məlumat verir ki, exit-polls Seymin spikeri Bronislav Komorovskinin cüzi üstünlüklə qalib gəldiyini göstərib. Artıq Yaroslav Kaçinski rəqibini qələbə münasibətilə təbrik edib.
Qey edək ki, prezident Lex Kaçinskinin Smolenskdə təyyarə qəzasında həlak olmasından sonra Polşada növbədənkənar seçki təyin olunub. İyunun 20-də keçirilən birinci tur zamanı namizədlərdən heç biri tələb olunan 50 faizdən çox səs toplaya bilməyib. Ən çox səs yığan Komorovski və Kaçinski isə ikinci tura keçib.
Exit-polls B.Komorovskinin ikinci turda 51,09 faiz (digər mənbələrə görə 53,1 faiz) səs yığdığını göstərib. Y.Kaçinski isə 48,91 faiz (digər mənbələrə görə 46,9 faiz) səs toplayıb. Rəsmi nəticələr bu gün elan ediləcək.
Artıq Y.Kaçinski bəyanatla çıxış edərək məğlub olduğunu etiraf edib və Komorovskini qələbə münasibətilə təbrik edib.
|
06.07.10 Məqaləni oxumaq
|
|
|
Qəbələdə Nazirlər Konfransı çərçivəsində Biomüxtəlifliyə Sərmayələrlə bağlı ekspertlər səviyyəsində tədbir keçirilib
|
Bu gün Qəbələdə Nazirlər Konfransı çərçivəsində Biomüxtəlifliyə Sərmayələr və yaşıl təssərrüfata yardımın artırılması ilə bağlı tədbir öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, konfransda Azərbaycan tərəfdən çıxış edən ekologiya və təbii sərvətlətr nazirinin müavini Firdovsi Əliyev qonaqlara ölkənin ekosistemindəki biomüxtəliflik üzrə aparılan işlər barədə məlumat verib.
O, qeyd edib ki, atıq bu sahədə Azərbaycanda fəaliyyət proqramı da təsdiq edilib. “Planda nəzərdə tutulan bioloji müxtəlifliyin qorunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi, prioritet ekosistemlərin müəyyən edilməsi və digər bu kimi işlərin aparılmasına ölkəmizdə ciddi surətdə təkan verilib.
|
06.07.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 13 14 15 16 17 18 19 20 21 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|