Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 6.2010
    Səhifələr : # « 12 13 14 15 16 17 18 19 20 » #
    İran parlamentinin nümayəndə heyəti Qəzza bölməsinə ezam olunur
    İran parlamentarilərindən ibarət nümayəndə heyəti Qəzza bölməsinə ezam olunur. Bu barədə məlumatı KƏLAMİNFO-ya İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən veriblər. Fələstin xalqının "intifaza"sına dəstək konfransı katibliyinin üzvü Mahmud Əhmədi Biğeş İran İslam Şurası Məclisinin sədri Əli Laricaninin parlamentin 4 üzvünün Qəzza bölməsinə göndərilməsinə razılıq verdiyini bildirib. Ə.Laricani parlament nümayəndə heyətinin ezam edilməsinə razılığını Məclisin seçilmiş nümayəndələri ilə keçirilən toplantıda bildirib. Əhmədi Biğeş xatırladıb ki, həmin heyət milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvləridir.
    04.06.10 Məqaləni oxumaq
     
    İranın məktubu MAQATE-nin Baş direktoruna çatıb
    İran İslam Respublikasının Vyanadakı beynəlxalq təşkilatlarda elçisi və daimi nümayəndəsi Əli Sultaniyyə MAQATE-nin Baş direktoru Yokia Amanoya İranın məktubunu çatdırıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən veriblər. Sultaniyyə çərşənbə gününün axşamı MAQATE-nin Baş qərargahında keçirilən texniki əsaslandırma üzrə toplantıdan sonra deyib: "Agentliyin Baş direktoru Yokia Amanoya məktub göndərərək bildirmişik ki, bu hesabatın bəzi hissələri barədə tənqidlərimiz bu sənədin balanslaşdırılmış olmadığını göstərir". Yokia Amanonun İran barədə hesabatı bazar ertəsi gününün axşamı Agentliyə üzv olan ölkələrə təqdim olunub. Əli Sultaniyyənin dediyinə görə, İran tərəfi adı çəkilən məktubu çərşənbə gününün axşamı MAQATE-nin Baş direktoruna təqdim edilib. Qeyd edək ki, Beynəlxalaq Atom Agentliyin Baş Direktoru Yokia Amanonun İran barədəki hesabatı mayın 31-də Agentliyə üzv olan ölkələrə təqdim edilib. Hesabatda MAQATE tərəfindən İranın nüvə məsələsinin sülh məqsədli olduğu qəbul edilib.
    04.06.10 Məqaləni oxumaq
     
    İmperializmlə sionizm birləşəndə…
    İsrailin Fələstinə xalqına qarşı soyqırımı müxtəlif fasilələrlə bu gün də davam edir. Təkcə məşhur 2008-ci ilin dekabrında başlanan genişmiqyaslı hərbi əməliyyatlarda 50 minə yaxın insanı ev-eşiksiz qoyan İsrailin Qəzza ərazisinə aviasiya zərbələri endirməsi sionist rejimin Yaxın və Orta Şərqdə dünyanın düzənini öz xeyrinə dəyişmək iddiasından başqa bir şey deyildi.
    04.06.10 Məqaləni oxumaq
     
    Məleykə Abbaszadə Belarusun təhsil naziri Aleksandr Radkovla görüşüb
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Belarusun təhsil naziri Aleksandr Radkovla görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. M.Abbaszadə Belarusla Azərbaycan arasındakı hərtərəfli əlaqələrdən söz açaraq təhsilin qiymətləndirilməsi sahəsində mövcud olan əməkdaşlıq istiqamətlərindən danışıb. TQDK sədri bildirib ki, tarixi ənənələri olan Azərbaycan-Belarus əlaqələrinin başqa sahələrdə olduğu kimi, təhsil sahəsində də yüksələn xətt üzrə inkişaf etməsi böyük əhəmiyyət daşıyır.
    04.06.10 Məqaləni oxumaq
     
    BMT-nin Baş katibi: “Faciənin əs səbəbi Qəzzadakı mühasirədir”
    BMT Baş katibi Pan Gi Mun İsrailin Qəzzaya yardım gəmilərinə hücumundan sonra Təhlükəszilik Şurasının həyata keçirməyi qərara aldığı istintaqın mümkün olduğu qədər tərəfsiz, etimad yaradacaq və şəffaf olması üçün əlindən gələni edəcəyini bildirib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, Pan Gi Mun İsraili hadisə və bu hadisədə yaralananlar, ölənlər və həbs edilənlərlə bağlı tam və detallı izahat verməyə çağırıb. BMT baş katibi Təhlükəsizlik Şurasının istintaq qərarını həyata keçirmək üçün çalışdıqlarını söyləyib. O, BMT-də keçirdiyi mətbuat konfransında bildirib ki, Təhlükəsizlik Şurasından başqa Cenevrədəki İnsan Haqları Şurası da bölgəyə olayları araşdırmaq üçün beynəlxalq və müstəqil bir komissiya göndərəcək. Pan Gi Mun yaşanan faciənin əs səbəbinin Qəzzadakı mühasirə olduğunu söyləyib və əlavə edib ki, İsrail Qəzzadakı mühasirəni qaldırmış olsaydı, bu faciə yaşanmazdı.
    04.06.10 Məqaləni oxumaq
     
    ATƏT-in Bakı ofisi parlament seçkiləri ilə bağlı Fəaliyyət Planı hazırlayıb
    ATƏT-in Bakı ofisi Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı Fəaliyyət Planı hazırlayıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı ATƏT-in Bakı ofisinin rəhbəri, Əli Bilge Cankorel jurnalistlərə bildirib. Plan çərçivəsində iyun ayında medianın seçkilərdə roluna həsr olunan tədbirin təşkil olunacağını açıqlayan səfir qeyd edib ki, bundan başqa, seçkilərə qədər televiziyalarda bir sıra proqramlar, tok-şoular hazırlanacaq. Bütün regionlarda müşahidəçilərin təlimi, seçki komissiyalarının rəhbərləri və icra başçıları ilə toplantıların keçirilməsinin nəzərdə tutulduğunu vurğulayan Ə. B.Cankorel regionlarda siyasi partiyaların təmsilçiləri ilə də görüşlərin təşkil olunacağını söyləyib. Onun sözlərinə görə, bu tədbirlər noyabra qədər davam edəcək. Ə.B.Cankorel sərbəst toplaşmaq azadlığı ilə bağlı görüşləri də davam etdirəcəklərini vurğulayıb.
    04.06.10 Məqaləni oxumaq
     
    DQİDK sədri Hidayət Orucovun başçılıq etdiyi nümayəndə heyəti Braziliyadan qayıdıb
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin qatıldığı BMT-nin Sivilizasiyalararası Alyansının III Qlobal Forumu başa çatıb. DQİDK-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Forumun işində 130 ölkə, beynəlxalq, regional və digər təşkilatlardan 2000-dən artıq siyasi lider, vətəndaş cəmiyyəti fəalları, müxtəlif fond və dini liderlər iştirak edib. On iki aktual mövzu üzrə keçirilən beynəlxalq tədbirdə Braziliya prezidenti Lula da Silva, BMT-nin Baş katibi Pan Gi Mun, Türkiyənin Baş naziri R.T.Ərdoğan, İspaniyanın xarici işlər naziri Migel Angel Moratinos, Sivilizasiyalararası Alyansın yüksək nümayəndəsi, Portuqaliyanın keçmiş prezidenti X.Sampayo və Qətər əmirinin xanımı Seyxa Moza bint Nasir əl-Misnəd və başqa rəsmi şəxslər çıxış ediblər. H.Orucov əsas plenar iclas sayılan “Nazirlərin görüşü”ndə çıxış edib, respublikamız barədə həqiqətləri və dövlət başçımızın apardığı siyasətin prioritet istiqamətlərini toplantı iştirakçılarının diqqətinə çatdırıb, dünyada özgə torpaqlarını işğal edən təcavüzkar ölkələrə haqq qazandırmaq meyillərini tənqid edib.
    04.06.10 Məqaləni oxumaq
     
    Dahi rus şairi A.S.Puşkinin ildönümünə həsr olunan tədbir keçiriləcək
    İyunun 5-də dahi rus şairi A.S.Puşkinin anadan olmasının 211-ci ildönümünə həsr olunan tədbir keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, A.S.Puşkinin şərəfinə ucaldılan abidənin önündə təşkil olunacaq tədbir “Birlik” Azərbaycan Xalqının Həmrəyliyi Cəmiyyəti və Səbail rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə reallaşacaq. Tədbirdə Rusiya Xarici İşlər Nazirliyinin Departament direktoru Aleksandr Çepurin, Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin, “Azərbaycan-Rusiya” Cəmiyyəti, Azərbaycandakı Ukrayna Cəmiyyəti, millət vəkilləri və digər müvafiq qurum numayəndələri iştirak edəcəklər. Qeyd edək ki, ədəbi-bədii görüşü şairə Alina Talıbova aparacaq.
    04.06.10 Məqaləni oxumaq
     
    Azərbaycanın Hərbi Doktrinası parlamentin növbədənkənar sessiyasının gündəliyinə tövsiyyə olunub
    Bu gün Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib. KƏLAMİNFO xəbər verir ki, iclasda Azərbaycanın Hərbi Doktrina layihəsi müzakirə edilib.
    Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov sənədin Azərbaycan Prezidenti tərəfindən müzakirəyə təqdim edildiyini bildirib.
    03.06.10 Məqaləni oxumaq
     
    Gecikmiş təklif
    Bir neçə gün əvvəl “Eurovision-2010” mahnı müsabiqəsi başa çatdı. Əslində Osloda keçirilən final Azərbaycan üçün gözlənilən nəticəni verməsə də, reallıqla barışmağa məcburuq. Bəri başdan qeyd edim ki, çoxlarından fərqli olaraq Azərbaycan təmsilçisi Səfurə Əlizadəni müsabiqənin favoriti hesab etmirdim. Burada problem xanım qızımız və yaxud da onun oxuduğu mahnı ilə bağlı deyildi. Sadəcə düşünürdüm ki, bu tip yarışmalar mədəni yox, daha çox siyasi xarakter daşıyır. Belə olan halda, Avropada qurulan bu “siyasi oyun”dan Azərbaycanın lider çıxması ağılabatan deyildi. 
    03.06.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 12 13 14 15 16 17 18 19 20 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « İyun.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930