|
Səhifələr : # 9 10 11 12 13 14 15 16 17 #
Nəhəng kometa Yerə yaxınlaşır
|
Ötən il aşkar edilmiş nəhəng C/2009 R1 kometası böyük surətlə Yer planetinə yaxınlaşır. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, iyun ayının ortalarında Şimal yarımkürəsinin sakinləri bu göy cismini öz gözləri ilə görə biləcəklər.
Artıq indi həmin kometanı gün çıxarkən göy qübbəsinin şimal-şərq hissəsində yaxınlaşdırıcı ilə görmək mümkündür. İyunun 15-də o, Yer ilə minimal məsafəyə çatacaq. Göy cisminin baş hissəsi Yupiterin diametrindən böyükdür. Quyruğunun uzunluğu 1 mln. kilometrə yaxındır.
|
10.06.10 Məqaləni oxumaq
|
|
|
TQDK: “Cari il üçün Türkiyə universitetlərinə 48 nəfər Azərbaycan vətəndaşı qəbul olunub”
|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari tədris ilində dövlət xətti ilə Türkiyə universitetlərində təhsil almaq istəyən Azərbaycan vətəndaşlarından götürülən imtahanların nəticələrini açıqlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər.
Cari il üçün Türkiyə universitetlərinə 48 nəfər Azərbaycan vətəndaşı qəbul olunub. 20 abituriyent türk dilindən müvəffəqiyyətlə imtahan verdiklərinə görə bir illik türk dili kursunda təhsil almadan birbaşa daxil olduqları universitetin birinci kursuna qəbul olunub. 16 abituriyent bir illik türk dili kursunda təhsil aldıqdan sonra daxil olduqları universitetin birinci kursuna qəbul olunacaq. 12 abituriyent isə daxil olduqları universitetin birinci kursuna qəbul olunublar, lakin türk dili üzrə biliklərini qısa zamanda artırmalıdırlar. Türkiyə universitetlərinə qəbul olmuş abituriyentlər lazım olan sənədlərin hazırlanması üçün 10-18 iyun tarixlərində saat 10-dan 13-dək Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektoruna müraciət etməlidirlər. İmtahandan keçən abituriyentlərin siyahısı TQDK-nın saytında yerləşdirilib.
|
10.06.10 Məqaləni oxumaq
|
|
|
Əhməd Davudoğlu Elmar Məmmədyarovla görüşüb
|
Türkiyənin xarici içlər naziri Əhməd Davudoğlu İstanbulda Azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşüb. KƏLAMİNFO Anadolu Agentliyinə istinadən xəbər verir ki, görüşdə hansı məsələlərin müzakirə olunduğu açıqlanmır. Görüş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üçüncü zirvə toplantısı çərçivəsində keçirilib. Ə.Davudoğlu həmçinin Litva, Tayland və banqladeşli həmkarları Viqaudas Uşatskas, Kasit Pirom və Dipu Moni ilə də ayrı-ayrı görüşlər keçirib.
|
10.06.10 Məqaləni oxumaq
|
|
|
ABŞ prezidenti Barak Obama ilə Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbas arasında görüş keçiriləcək
|
Bu gün Vaşinqtonda ABŞ prezidenti Barak Obama ilə Fələstin Milli Administrasiyasının (FMA) rəhbəri Mahmud Abbas arasında görüş keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, görüşdə Fələstin və İsrail arasında aparılan danışıqların nəticələri və tərəflərin birbaşa əlaqələrə keçmələri yolları müzakirə ediləcək. M.Abbas “yol xəritəsi” planına və ərəb sülh təşəbbüsünə uyğun olaraq paytaxtı Yerusəlım olmaqla, müstəqil Fələstin dövlətinin yaradılmasını danışıqlar prosesinin əsas məqsədi hesab edir. İsrail isə birbaşa danışıqlara hazır olduğunu bildirməklə yanaşı, Yerusəlimin bölünməsinin və 1949-1967-ci illərin sərhədlərinə çəkilməyin əleyhinədir.
İndiki danışıqlar çox güman ki, İsrailin Aralıq dənizində “Azadlıq donanması”na hücumu ilə əlaqədar gərgin keçəcək.
M.Abbasdan əvvəl Vaşinqtona İsrailin Baş naziri Binyamin Netanyahu səfər etməli idi. Lakin o, “Azadlıq donanması” ətrafında vəziyyətlə əlaqədar səfərini ləğv etməli olub.
|
09.06.10 Məqaləni oxumaq
|
|
|
G.Baxşəliyeva: “Dövlətin elmin inkişafına göstərdiyi diqqət ailimlərdə böyük ruh yüksəkliyi yaradıb”
|
Son zamanlar dövlətin elmin inkişafına göstərdiyi diqqət ailimlərdə böyük ruh yüksəkliyi yaradıb. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva söyləyib.
Bu istiqamətdə konkret addımların atıldığını diqqətə çatdıran G.Baxşəliyeva buna Elmin İnkişafı Fondunun yaradılmasını misal gətirib. “Gözləyirik ki, Elmin İnkişafı Fondu bu yaxınlarda konkret layihələr üzrə qranlar elan edəcək. Bu, alimlərdə əlbəttə, böyük ruh yüksəkliyi yaradır”,-deyən G.Baxşəliyeva cəmiyyətdə dolaşan bəzi fikirlərə də münasibət bildirib.
|
09.06.10 Məqaləni oxumaq
|
|
|
Bu gün BMT Təhlükəsizlik Şurasında İranla bağlı qətnamə səsverməyə çıxarılacaq
|
Bu gün BMT Təhlükəsizlik Şurasında İranla bağlı qətnamə səsverməyə çıxarılacaq. KƏLAMİNFO xəbər verir ki, BMT TŞ-na təqdim olunan sənəddə 40 İran şirkəti və təşkilatının "qara siyahı"ya alınması nəzərdə tutulur.
Bakı vaxtı ilə saat 18:00-da səsə qoyulacaq qətnamənin 15-i İnqilab Keşikçilərinə yaxın olan 40 İran şirkətini və təşkilatını "qara siyahı"ya almağı nəzərdə tutduğu bildirilir. Bundan əlavə, daha əvvəl əmlaklarının dondurulması qərarı verilən 40 iranlıya daha biri - İsfahandakı nüvə mərkəzinin rəhəbri əlavə ediləcək.
|
09.06.10 Məqaləni oxumaq
|
|
|
Prezident İlham Əliyev: “Azərbaycan imitasiya naminə danışıqlarda iştirak etməyəcək”
|
Prezident İlham Əliyev İstanbulda Azərbaycan jurnalistlərinə müsahibə verib. AZADİNFORM AzərTAc-a istinadən həmin müsahibəni təqdim edir.
-Cənab Prezident, Siz Türkiyədə zirvə toplantısı çərçivəsində çoxtərəfli görüşlər keçirmisiniz. Ümumiyyətlə, istərdik ki, bu zirvə toplantısındakı çıxışınız, bu görüşləriniz barədə məlumat verəsiniz.
-Görüşlərin hamısı çox yaxşı və uğurlu keçdi. Yəni, bu görüşlər deyə bilərəm ki, ənənəvi xarakter daşıyır. Biz öz tərəfdaşlarımızla mütəmadi qaydada görüşlər keçiririk. Bu fürsətdən istifadə edib müxtəlif görüşlər keçirildi. Həm Türkiyə Prezidenti və Baş naziri, Rusiyanın Baş naziri, Ukrayna və İran prezidentləri ilə apardığım danışıqlar çox yaxşı nəticələr verdi. Yəni, bu ölkələr ilə Azərbaycan arasında əlaqələr çox böyük tarixə malikdir və biz müxtəlif sahələrdə fəal çalışırıq. Həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq uğurludur. Bütün ölkələrlə əlaqələrimiz qarşılıqlı maraqlar və qarşılıqlı hörmət əsasında qurulub. Hesab edirəm ki, bu gün və dünən apardığım danışıqlar, keçirdiyim görüşlər, ümumiyyətlə, bu ölkələrlə Azərbaycan arasında əlaqələrin inkişafına xidmət göstərəcəkdir. -Cənab Prezident, Siz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dəfələrlə bəyan etmisiniz ki, Ermənistan Madrid prinsiplərinə cavab verməsə, “yox” desə ölkənin mövqeyi, qəti iradəsi ortaya qoyulacaqdır. Amma Ermənistan cavab verməsə, nə baş verəcəkdir?
|
09.06.10 Məqaləni oxumaq
|
|
|
AŞ PA-nın yay sessiyası iyunun 21-25-də keçiriləcək
|
İyunun 21-dən 25-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası keçiriləcək. Milli Məclisdən KƏLAMİNFO-ya bildiriblər ki, sessiyanın birinci günü qurumun bürosunun və siyasi komitəsinin yığıncağı keçiriləcəkr. İclaslarda Avropa Şurasının (AŞ) 2011-ci il büdcəsi və Assambleya bürosunun fəaliyyəti müzakirə olunacaq. Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri Makedoniya xarici işlər naziri Antonio Miloşoski hesabat verəcək, deputatların suallarını cavablandıracaq.
Sessiyada Almaniya və Maltadan insan hüquqları üzrə Avropa Məhkəməsinə hakimlər seçiləcək, “Şimali Qafqaz regionunda insan hüquqlarının pozulması”, “Kosovoda vəziyyət və AŞ-ın rolu”, “Avropada rumınların vəziyyəti” məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.
Sessiyada həmçinin “Avropada demokratiyanın vəziyyəti”, “İqtisadi böhranın siyasi tərəfləri”, “Avropada demokratiya: böhranlar və perspektivlər”, “Azərbaycanda demokratik təsisatların fəaliyyəti”, “Meşələr: planetimizin gələcəyi”, “İslam. İslamizm və islamofobiya” və digər məsələlər müzakirə ediləcək.
|
09.06.10 Məqaləni oxumaq
|
|
|
Sumqayıtda I Şəhər Ekoloji Forumu keçirilir
|
Sumqayıtda ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyi şəhər Təhsil şöbəsi ilə birgə təşkil etdiyi I Şəhər Ekoloji Forumu başlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Sumqayıt şəhər İcra Hakimiyyətindən veriblər.
Forum çərçivəsində Sumqayıt şəhər ümumtəhsil məktəbliləri arasında “Ekologiya və ətraf mühitin qorunması, təbiət bizim sərvətimizdir” rəsm sərgisi, “Tullantıların ikinci həyatı” sərgi-müsabiqəsinin və “Ekologiya və elmi-texniki tərəqqi’ mövzusunda inşa müsabiqəsi keçirilib.
Ekoloji Forumun məqsədi ekologiya və təbiətin mühafizəsi sahəsində müxtəlif təşkilatlar arasında təcrübə mübadiləsi, əməkdaşlığın inkişafı və gücləndirilməsi, şəhərin ekoloji problemlərinə geniş ictimaiyyətin diqqətini cəlb etməkdir.
|
09.06.10 Məqaləni oxumaq
|
|
|
Astanada tolerantlıq, insan hüquqlarının qorunması və mədəniyyətlərarası dialoqla əlaqədar ATƏT-in konfransı keçiriləcək
|
İyunun 29-30-da Astanada tolerantlıq, insan hüquqlarının qorunması və mədəniyyətlərarası dialoqla əlaqədar ATƏT-in konfransı keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, tədbirdə quruma üzv olan 56 ölkədən, o cümlədən Azərbaycandan nümayəndə heyəti iştirak edəcək.
Konfransda ATƏT-in fəaliyyətdə olan sədri Qazaxıstanın Dövlət katibi-xarici işlər naziri Kanat Saudabayev geniş məruzə ilə çıxış edəcək.
Konfransın keçirilməsində məqsəd bu mühüm məsələlərlə əlaqədar ATƏT çərçivəsində qarşıda duran vəzifələrin yerinə yetirilməsinə kömək göztərilməsindən ibarətdir.
ATƏT-in üzvü olan ölkələrin ekspertləri tolerantlıq və insan hüquqlarının qorunması üzrə etniklərarası və konfessiyalararası dialoq mexanizminin yaradılması sahəsində təcrübə mübadiləsi də aparacaqlar.
|
09.06.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 9 10 11 12 13 14 15 16 17 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|