Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 6.2010
    Səhifələr : #  14 15 16 17 18 19 20 21 22  #
    Ekspertizanın rəyi: “Mavi Mərmərə” gəmisində öldürülənlər yaxın məsafədən vurulublar”
    “Mavi Mərmərə” gəmisində İsrailin silahlı hücumuna məruz qalan könüllülər Məhkəmə Tibb Ekspertizası Mərkəzinə aparılıb. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücumda həyatını iritən 9 nəfərin cənazəsi məhkəmə tibb ekspertizasından keçirilib. Ekspertizanın ilkin rəyində 9 nəfərin yaxın məsafədən silahla vurularaq öldürüldüyü bildirilib. Daha sonra cənazələr Məhkəmə Tibbi Ekspertizası Mərkəzindən alınıb. Hazırda İsraildə həbs edilən və yaralananlar eskpertizadan keçirilir.
    03.06.10 Məqaləni oxumaq
     
    Bakıda Kulturoloqların II Milli Forumu öz işinə başlayıb
    Bu gün Bakıda “Mədəni müxtəliflik: sosial-siyasi dəyər kimi” mövzusunda Kulturoloqların II Milli Forumu öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, Forumda mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva artıq son bir neçə il ərzində kuturologiya elmi ilə bağlı bir sıra tədbirlərin keçirildiyini bildirib.
    03.06.10 Məqaləni oxumaq
     
    Macarıstan Dağlıq Qarabağda keçirilən seçkiləri tanımır
    Azərbaycanın Macarıstandakı səfirliyinə qondarma Dağlıq Qarabağda mayın 23-də keçirilən “parlament seçkiləri”nə Macarıstan Xarici İşlər Nazirliyinin mövqeyini əks etdirən məktub daxil olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya XİN-nin mətbuat xidmətindən veriblər. Sənəddə Macarıstan Xarici İşlər Nazirliyi Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik siyasəti üzrə yüksək nümayəndəsi K.Aştodun 21 may 2010-cu il tarixində Dağlıq Qarabağda “parlament seçki”ləri ilə bağlı səsləndirdiyi qurumun mövqeyini əsas tutaraq, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi nəzərə alınmaqla, sülh və danışıqlar vasitəsilə həll edilməsinin vacibliyini bildirib.
    03.06.10 Məqaləni oxumaq
     
    Bakıda “Yerli özünüidarəetmədə qadınların təmsilçiliyi” mövzusunda tədbir keçirilib
    Bu gün Bakıda “Ambassador” otelində “Yerli özünüidarəetmədə qadınların təmsilçiliyi” mövzusunda tədbir keçirilib. KƏLAMİNFO xəbər verir ki, ATƏT-in Bakı ofisi, “Lider Qadınlar” İctimai Birliyi və “Demokratik İnkişaf İnstitutu” ilə birgə keçirilən tədbirdə çıxış edən səfir Əli Bilge Cankorel bildirib ki, Azərbaycanın siyasi həyatında qadın fəallığı artmaqdadır. Ötən ilin dekabrında keçirilən bələdiyyə seçkilərində yerlərin 26 faizinə qadınların seçildiyini xatırladan səfir ümid etdiyini bildirib ki, qarşıdan gələn parlament seçkilərində də qadınlar fəal iştirak edəcək.
    03.06.10 Məqaləni oxumaq
     
    Azərbaycan İnternet Forumunun növbəti toplantısı keçirilib
    Azərbaycan İnternet Forumunun növbəti toplantısı keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya AİF-dən veriblər. Toplantıda AİF tərəfindən RİTN və Delta-Telekom şirkətinə göndərilən sorğulara verilən cavablar, Milli Net-Milli İnternet Mükafatının Əsasnaməsinə edilən dəyişiklik, “Google” şirkətinə məxsus resurslarda Azərbaycanla bağlı qeydi-dəqiq informasiyaların yayılması haqqında məsələlər müzakirə edilib. Toplantıda ölkədə ADSL istifadəçilərinin sayı ilə bağlı AİF tərəfindən edilən müraciətə RİTN-nin verdiyi cavab müzakirə olunub. Cavabda bir sıra informasiyalar açıqlansa da, internetin keyfiyyətinə ictimai nəzarəti gerçəkləşdirmək üçün gərəkli olan əsas informasiyanın-Provayderlərin istifadə etdikləri ATS-lərin resursları haqqında məlumatı verməkdən RİTN-nin imtina etməsi təəssüflə qarşılanıb.
    03.06.10 Məqaləni oxumaq
     
    Ayətullah Xameneyi İsrailin humanitar gəmi karvanına hücumu ilə əlaqədar bəyanat verib
    İran İslam İnqilabının rəhbəri Ayətullah Xameneyi İsrailin humanitar gəmi karvanına hücumu ilə əlaqədar bəyanat verib. İranın ölkəmizdəki səfirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, A. Xameneyi sionist rejimin humanitar yardım daşıyan gəmi karvanına cinayətkar və qəddarcasına hücumunu böyük cinayətlər zəncirinin bir halqası olduğunu bildirib. “Bu, müsəlmanların regionda, xüsusilə də zülm çəkmiş Fələstin torpağında onillərdir üz-üzə qaldığı həyasızlıq və amansızlığın bir nümunəsidir. Lakin bu dəfə sözü gedən karvan yalnız İslam və ya ərəb karvanı deyil, bütün dünyanın ictimai rəyi və bəşəri vicdanını təmsil edən karvandır. Bu cinayətkar hücum hamıya sübut etmiş olmalıdır ki, sionizm – faşizmin yeni və daha kobud bir simasıdır ki, bu dəfə insan haqlarını və azadlıqları qorumaq iddiasında olan ölkələr və ən əsası da ABŞ-dan dəstək və kömək almqdadır”,-deyə A.Xameneyi vurğulayıb.
    03.06.10 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov ABŞ dövlət katibinin Avrasiyada enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstarı qəbul edib
    Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ dövlət katibinin Avrasiyada enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstarı qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya XİN-nin mətbuat xidmətindən veriblər. Görüş zamanı tərəflər Azərbaycan-ABŞ enerji əlaqələrinin cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə edib, həmçinin Xəzər regionunda gerçəkləşdirilən enerji layihələri ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
    03.06.10 Məqaləni oxumaq
     
    Dubay: Bu şəhəri ancaq görməklə kəşf etmək olar. II yazı
    Səfərimizin ikinci günü qrupa rəhbərlik edən Tatyana Mikayılova və Tarıyel Cəlallı proqramda nəzərdə tutulduğu kimi bizi “Playnation” Mərkəzi, “Mirdiff City center” Ticarət Mərkəzi və “I-FLY Dubai”-də maraqlı əyləncənin gözlədiyini bildirdi. 

    Qeyd olunan əraziyə yollanarkən yol boyu Dubayın digər gözəlliklərinin də şahidi oluruq. Şəhərdəki göydələnləri görəndə heyrətlənməyə bilmirsən. Müasir üslubda tikilən hündür və göz oxşayan binalar, rahat yollar, yol kənarında, səhrada yaradılan yaşıllıq zolaqları Dubayı turistlər üçün daha da cəlbedici edir. Təsadüfü deyil ki, məhz bu gözəllikləri seyr etmək üçün gün ərzində Dubaya 1 milyona yaxın turist gəlir. Dünyanın ən hündür binası olan “Bürc Xəlifə” (826 metr. bu barədə bir qədər sonra) və Fars körfəzində əsrarəngiz bir guşədə salınmış yelkənli qayığı xatırladan "Bürc əl-Ərəbi" oteli isə Dubayın simvolları hesab olunur.  Qısası qaldığımız oteldən “Mirdiff City center”ə necə çatdığımızı hiss etmədik. 
    02.06.10 Məqaləni oxumaq
     
    İsrail əsgərlərinin Türkiyə gəmisində saxladıqları insanlardan üçü buraxılıb
    İsrail tərəfindən Qəzzaya yardım aparan türk gəmisində hücuma məruz qalaraq saxlanılan insanlardan üçü Türkiyəyə təhfil verilib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, hava limanında jurnalistlərin böyük diqqətində olan türk vətəndaşları qısa açıqlamalar verib. İsrail əsgərlərinin gəmidəkilərin silahla onlara qarşı mübarizə apardığını eşitdiklərini deyən türk vətəndaşları özlərini yalnız su ilə müdafiə etdiklərini bildiriblər. İsrail rejiminin nəzarəti altında olan ərazidən İstanbul Atatürk Hava Limanına gələn Bayram Kalyon jurnalistlərə verdiyi açıqlamada bildirib ki, onun olduğu gəmidə ümumən 6 nəfər gəminin idarə heyəti ilə birlikdə 18 nəfər olublar. O, İsrail əsgərlərinin sübh tezdən havadan təyyarələr və sudan hərbi gəmilər vasitəsilə onlara hücum etdiyini, gəmilərin qapılarını sındıraraq zor tətbiq edərək saxlandıqlarını bildirib.
    02.06.10 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr olunmuş sərgi təşkil edir
    Bu gün axşam saatlarında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Səttar Bəhlulzadə adına Sərgi salonunda Beynəlxalq uşaqları müdafiə gününə həsr olunmuş sərginin açılışı olacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Tədbir ənənəvi olaraq hər ilin bu günü keçirilir. Sərgidə “DA' Art” Təsviri İncəsənət Mərkəzi və Bakı şəhər uşaq incəsənət məktəbləri şagirdlərinin 170-ə yaxın rəsm əsəri və əl işləri nümayiş etdiriləcək. Burada rəngkarlıq, qrafika, batika, şüşə üzərində naxış, tətbiqi incəsənət nümunələri, saxsıdan, gildən hazırlanmış əşyalar, kuklalar sərgilənəcək.
    02.06.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  14 15 16 17 18 19 20 21 22  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2010
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    İyun.2010
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930