Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 6.2010
    Səhifələr : #  8 9 10 11 12 13 14 15 16  #
    JAM Tərtərdə “Jurnalistlər və insan hüquqlarının işıqlandırılması” mövzusunda seminar keçirib
    Jurnalist Araşdırmaları Mərkəzi (JAM) Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşdirdiyi “İnsan hüquq və azadlıqlarının müdafiəsində region mətbuatının rolunun artırılmasına yardım” adlı layihə çərçivəsində Tərtər şəhərində “Jurnalistlər və insan hüquqlarının işıqlandırılması” mövzusunda seminar keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya JAM-dan veriblər. Seminarı giriş sözü ilə açan layihənin koordinatoru Seymur Verdizadə insan hüquq və azadlıqları anlayışının geniş məhfum olduğunu bildirərək, vətəndaş cəmiyyəti quruculuğunda mətbuatın üzərinə düşən vəzifələrdən danışıb. KİVDF-nin Müşahidə Şurasının üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli insan hüquq və azadlıqlarının müdafiəsində region mətbuatının rolunun artırılmasının vacibliyini qeyd edib. Tərtərdə işıq üzü görən “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Hüseynov region mətbuatının üzləşdiyi problemlərdən danışaraq bu problemlərin həlli yönündə KİV DF-nin fəaliyyətinə ciddi ümid bəslədiklərini dilə gətirib.
    11.06.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Avropa Parlamenti Xarici Əlaqələr Komitəsi sədrinin müavini Fiorello Proveranı qəbul edib
    Bu gün Azərbaycan prezidenti İlham Əliyev Avropa Parlamenti Xarici Əlaqələr Komitəsi sədrinin müavini Fiorello Proveranı qəbul edib. KƏLAMİNFO xəbər verir ki, dövlət başçısı hazırkı dövrdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib və ölkəmizin müvafiq strukturları ilə Avropa Parlamenti arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev bu yaxınlarda Avropa Parlamentinin Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal çıxarılması ilə bağlı qəbul etdiyi qətnamənin əhəmiyyətini qeyd edib. Avropa Parlamenti Xarici Əlaqələr Komitəsi sədrinin müavini Fiorello Provera Azərbaycan hökumətinin rəsmiləri və parlament üzvləri ilə aparılan qarşılıqlı fikir mübadiləsi və dialoqların artıq mütəmadi xarakter daşıdığını bildirib. O, əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.
    11.06.10 Məqaləni oxumaq
     
    Barak Obama Fələstinə 400 mln. dollar ayıracaq
    ABŞ prezidenti Barak Obama Fələstin hökümətinin başçısı Mahmud Abbasla görüşü zamanı Fələstinin inkişaf etdirilməsi, Qəzza bölgəsində yenidənqurma işini həyata keçirmək üçün 400 mln. dollar ayıracağını bildirib. KƏLAMİNFO xəbər verir ki, ABŞ prezidentinin sözlərinə görə, 400 mln. dollar Qəzza bölgəsində yeni məktəb və xəstəxanaların, yaşayış evlərinin tikintisinə xərclənəcək. Qeyd edək ki, sözügedən ərazi hazırda İsrail höküməti tərəfindən blokada vəziyyətində saxlanılır.
    11.06.10 Məqaləni oxumaq
     
    YAP Qadınlar Şurası “Ölkəni xilas edən böyük qayıdış” adlı tədbir keçirəcək
    Sabah Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası 15 iyun Milli Qurtuluş Günü münasibətilə “Ölkəni xilas edən böyük qayıdış” adlı tədbir keçirəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva verib. N.Əliyeva bildirib ki, tədbirdə Milli Qurtuluş Gününün Azərbaycan tarixində yeri və rolu, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası haqqında çıxışlar olacaq.
    11.06.10 Məqaləni oxumaq
     
    Xalq artisti Lütfəli Abdullayevin xatirəsinə həsr olunmuş “İkinci ömür” sənədli filminin təqdimatı keçiriləcək
    İyunun 14-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Yaddaş” sənədli filmlər studiyasında istehsal edilmiş görkəmli Azərbaycan aktyoru, respublikanın xalq artisti Lütfəli Abdullayevin xatirəsinə həsr olunmuş “İkinci ömür” sənədli filminin təqdimatı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Sənətkar və onun yaradıcılığı haqqında teatr və kino xadimləri, aktyorun pərəstişkarları, ailə üzvləri çıxışlar edəcək, onun haqqında xatirələrlə bölüşəcəklər. Filmin rejissoru Gülnarə Abdullayeva, operator Samir Həsənov, səs rejissoru Teymur Abdullayev, montaj Elmar Vəliyev, prodüser Abdulnəsir Kutiyevdir.
    11.06.10 Məqaləni oxumaq
     
    Koreyada 70-dən artıq azərbaycanlı gənc təhsil alır
    Hazırda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 22 azərbaycanılı gənc Cənubi Koreyanın müxtəlif universitetlərində təhsil alır. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı təhsil naziri Misir Mərdanov Cənubi Koreyanın ölkəmizdəki səfiri Li Ci Ha ilə görüşündə səsələndirib. Azərbaycanla Koreya arasında tələbə mübadiləsinin aparıldığına diqqət çəkən M.Mərdanov əlavə edib ki, Koreyada təhsil alan azərbaycanlı gənclərin ümumi sayı isə 70-dan artıqdır. Nazir dövlət xətti ilə Koreya təqaüdləri hesabına 8 azərbaycanlı gəncin də bu ölkədə oxuduğunu qeyd edib.
    10.06.10 Məqaləni oxumaq
     
    QMİ-də Alman jurnalistləri ilə görüş keçirilib
    Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Almaniyadan gəlmiş bir qrup tanınmış jurnalistin Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə görüşü keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya QMİ-nin mətbuat xidmətindən veriblər. “Redaktoin und Alltag” İnformasiya Agentliyi, “Neue Zürcher Zeitung” və “Berliner Zeitung” qəzetinin redaktorları və “WDR”, “Deutsche Welle” kimi tanınmış media qurumları ilə əməkdaşlıq edən bir qrup jurnalist QMİ sədrinin birinci müavini Salman Musayevlə görüş keçiriblər. Görüşdə Bakı və Xəzəryanı bölgənin Yepiskopu Aleksandr, Dağ Yəhudiləri İcmasının başçısı Semyon İxiilov, Avropa Yəhudiləri İcmasının başçısı Gennadi Zelmanoviç və Bakıdakı Katolik İcmasının rəhbəri Vladimir Fekete alman jurnalistlərini Azərbaycanda mövcud dini durumla bağlı məlumatlandırıblar. Görüş iştirakçıları Almaniyalı yazarları maraqlandıran sualları ətraflı cavablandırıblar. Alman jurnalistləri səfərdə əsas məqsədlərinin Almaniya mətbuatında Azərbaycan haqqında müfəssəl məlumat yaymaq olduğunu bildiriblər.
    10.06.10 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarovla Sergey Lavrov arasında telefon danışığı olub
    Rusiya Federasiyası və Azərbaycanın xarici işlər nazirləri Sergey Lavrov və Elmar Məmmədyarov arasında telefon danışığı olub. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı RF Xarici İşlər Nazirliyi yayıb. Söhbət zamanı Rusiya - Azərbaycan münasibətlərinin aktual məsələləri müzakirə olunub, qarşılıqlı maraq doğuran regional məsələlər haqda fikir mübadiləsi aparılıb.
    10.06.10 Məqaləni oxumaq
     
    İran prezidenti M.Əhmədinejat: "BMT TŞ-nin qərarını istifadə olunmuş salfet kimi zibil qutusuna atmaq lazımdır"
    ABŞ prezidenti Barak Obama BMT Təhlükəsizlik Şurasının qərarının Tehrana açıq mesaj olduğunu bəyan edib. KƏLAMİNFO Türikiyə mətbuatına istinadən xəbər verir ki, B.Obama İranla müzakirə qapılarının hələ açıq olduğunu, problemin sülh yolu ilə həlli üçün səylərin davam etdiriləcəyini bildirib. "Bu qərarla İrana açıq bir mesaj verilib. İranın haqlarını tanıyırıq, ancaq bu haqlar məsuliyyət də gətirir",-deyə B.Obama vurğulayıb. ABŞ prezidenti İranın bu dəfə ən geniş sanksiyalarla qarşı-qarşıya qaldığını söyləyib. İran isə qərara sərt reaksiya verib. Ölkə prezidenti Mahmud Əhmədinejat qəradın heç bir dəyərinin olmadığını söyləyib: "Bu qərarı istifadə olunmuş salfet kağızı kimi zibil qutusuna atmaq lazımdır",-deyə o vurğulayıb.
    10.06.10 Məqaləni oxumaq
     
    AVCİYA parlament seçkilərilə əlaqədar Xaçmazda tədbir keçirib
    Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahı ölkədə keçiriləcək parlament seçkilərilə əlaqədar regionlarda fəaliyyətini daha da gücləndirib. Bunula bağlı ilk tədbir AVCİYA-nın Xaçmaz şəhərində yerləşən regional ofisində keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya AVCİYA-nın mətbuat xidmətindən veriblər. Tədbirdə AVCİYA Seçki Qərargahının cari ildə regionlarda görəcəyi işlər müzakirə edilib. Seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, AVCİYA bununla bağlı işini üç mərhələdə qurmağı planlaşdırıb. İlk növbədə Assosiasiyanın regional ofislərinin işinin parlament seçkilərinə uyğunlaşdırılması, növbəti mərhələdə regionlarda seçici fəallığının artırılması üçün seminarların keçirilməsi nəzərdə tutulub. Üçüncü mərhələdə isə müşahidəçilər üçün treniqlər keçiriləcək. Tədbrlərin digər regional ofislərdə də keçirilməsi nəzərdə tutulub. Növbəti mərhələdə isə seçki müşahidəçiləri üçün Yaddaş kitabçalarının nəşr olunub yayılması planlaşdırılıb.
    10.06.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  8 9 10 11 12 13 14 15 16  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2010
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    İyun.2010
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930