Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 6.2010
    Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
    Jurnalist xərcləmədən 10 il maaşını yığsa belə, yenə ev ala bilməz
    Sevil Yusifova: В«Əgər bu gün jurnalistin normal bir mənzildə yaşamaq imkanı və şəraiti yoxdursa, biz ondan heç cür peşəkarlıq tələb edə bilmərikВ»

    Milli mətbuatımızın yubileyi ərəfəsində söhbətləşdiyimiz həmkarlarımız daha çox jurnalistlərin sosial problemlərinin həll olunacağına ümid edirlər. Dövlət başçısının məlum Sərəncamına isə jurnalistlər ürəklərindəki arzuları gerçəkləşdirəcək mühüm sənəd kimi baxırlar.
    “Həmkar” rubrikamızın növbəti qonağı Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA) prezidenti Sevil Yusifova da bu fikirdədir:

    Ümid dolu nəzərlər

    - Milli mətbuatın qarşıdan gələn bayramından nə gözləyirsiniz? 

    - Jurnalistlər milli mətbuatın yubileyini ümid dolu nəzərlərlə gözləyirlər. Söhbət sıravi jurnalistlərdən gedir. Mətbuatın 135 illiyində onlar üçün böyük sürprizlər olmalıdır. Əlbəttə, biz də buna inanmaq istəyirik. Jurnalist Qadınlar Assosiasiyası olaraq biz də öz adımızdan müraciətlər hazırlamışıq. Bilirsiniz ki, dövlət başçısı yubileyin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Sənədə əsasən bir çox jurnalistlər fəxri adlarla, mükafatlarla təltif olunacaqlar.
    25.06.10 Məqaləni oxumaq
     
    ATƏT-in Bakı ofisi parlament seçkilərinə həsr olunan tədbir təşkil edəcək
    Sabah ATƏT-in Bakı ofisi Landmark Biznes Mərkəzində Azərbaycanda keçiriləcək parlament seçkilərinə dair tədbir təşkil edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya ATƏT-in Bakı ofisindən veriblər. Tədbirdə ATƏT-ə üzv olan ölkələrin Azərbaycanda akkreditə olunan səfirlikləri və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.
    25.06.10 Məqaləni oxumaq
     
    Bu gün ABŞ və Rusiya prezidentləri görüşəcək
    Bu gün Vaşinqtonda Rusiya və ABŞ prezidentlərinin görüşü keçiriləcək. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi görüşdə əsas diqqət mərkəzində olacaq. Dünən Rusiya prezidenti Dmitri Medvedev Kaliforniyanın “Silikon vadi”sində yüksək texnologiya rəsmiləri ilə görüşüb. “Cisco Systems” şirkəti Rusiyaya 1 mlrd. dollar sərmayə yatıracağını elan edib. D.Medvedev San-Fransiskoda olarkən “Twitter” sosial şəbəkə saytının baş ofisinə də baş çəkib.
    25.06.10 Məqaləni oxumaq
     
    İranda Azərbaycan Mədəniyyət Günləri keçirilir
    İranın paytaxtı Tehran şəhərində Azərbaycan Mədəniyyəti Günləri keçirilir. KƏLAMİNFO İran KİV-lərinə istinadən xəbər verir ki, sabah bu tədbirlər çərçivəsində Tehranın “Vəhdət” konsert sarayında Azərbaycandan gəlmiş musiqiçilərin iştirakı ilə Azərbaycan klassiklərinin musiqiləri səsləndiriləcək. Azərbaycan Mədəniyyət Günləri beş gün davam edəcək.
    25.06.10 Məqaləni oxumaq
     
    Vüqar Səfərli: “Mətbuatın 135 illiyi ilə əlaqədar regionlarda silsilə tədbirlər keçiriləcək”
    Mətbuatın 135 illiyi ilə əlaqədar Prezident yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu gələn ayın əvvəlindən etibarən bölgələrdə tədbirlərə başlayacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində Fondun sədri Vüqar Səfərli bildirib. V.Səfərli qeyd edib ki, ilk tədbir Zərdab rayonunda keçiriləcək. “Ardıcıl olaraq gələn ay Yevlax, Gəncə, Zaqatala, Xaçmaz, Lənkəran və Naxçıvanda da tədbirlər təşkil olunacaq. İyulun 22-də Bakıda Milli Mətbuatın 135 ili günündə bu qəbildən olan sonuncu tədbir keçiriləcək”,-deyə V.Səfərli vurğulayıb. V.Səfərli bildirib ki, təşkil olunacaq tədbirlərdə ölkədə fəaliyyət mətbuat oqrqanlarının mövcud vəziyyəti və inkişaf yolları müzakuirə olunacaq. Qeyd edək ki, Azərbaycanda Milli Mətbuatın 135 illiyinin keçirilməsi ilə əlaqədar ölkə prezidenti İlham Əliyev tərəfindən Sərəncam imzalanıb.
    25.06.10 Məqaləni oxumaq
     
    Bu gün AŞPA-da Azərbaycanda demokratik təsisatların vəziyyətinə dair hesabat müzakirə olunacaq
    Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində Azərbaycanda demokratik təsisatların vəziyyətinə dair hesabat müzakirə olunacaq. KƏLAMİNFO xəbər verir ki, hesabatı AŞ PA-nın ölkəmiz üzrə məruzəçiləri hazırlayıblar. Sənəddə Azərbaycanda demokratik təsisatların vəziyyəti və bununla bağlı tövsiyələr öz əksini tapıb. Qeyd edək ki, tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin AŞPA-dakı numayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlardan Gültəkin Hacıbəyli, Rafael Hüseynov, Qənirə Paşayeva, Aynur Quliyeva, Aydın Abbasov, Əkrəm Abdullayev və Sabir Hacıyev iştirak edirlər.
    25.06.10 Məqaləni oxumaq
     
    Orta məktəbin IX sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri açıqlanıb
    Təhsil Nazirliyi IX sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələrini açıqlayıb. Nazirlikdən KƏLAMİNFO-ya verilən məlumata görə, nəticələr www.edu.gov.az saytında yerləşdirilib. Nazirliyin internet ünvanında şagirdlər imtahan fənləri üzrə şəhadətnamələrinə yazılacaq qiymətlər haqqında məlumatlar əldə edə bilərlər. Qeyd edək ki, imtahanın nəticələri ilə bağlı ərizə və şikayətlər şagirdin təhsil aldığı şəhər və rayon təhsil şöbələrində qəbul ediləcək. Bakı şəhərində təhsil alan şagirdlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə şəhərində təhsil alanlar Gəncə Şəhər Təhsil İdarəsinə, Abşeron rayonunda təhsil alanlar Abşeron rayon Təhsil Şöbəsinə və digər yerlərdə təhsil alanlar da müvafiq təhsil şöbələrinə müraciət edə bilərlər.
    25.06.10 Məqaləni oxumaq
     
    Hidayət Orucovun rəhbərlik etdiyi nümayəndə heyəti Londonda olub
    Böyük Britaniyanın paytaxtı London şəhərində “Dinlərarası dialoq: Azərbaycan və konfliktin həlli” mövzusunda konfrans keçirilib. Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı, Böyük Britaniya Krallığının Lordlar Palatası və respublikamızın bu ölkədəki səfirliyinin dəstəyi ilə reallaşan konfransda ölkəmizi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya DQİDK-nin mətbuat xidmətindən veriblər. Lordlar Palatasında Lord Leyrdin rəhbərliyi ilə keçirilən konfrans müasir siyasi münaqişələrin aradan qaldırılmasında din adamlarının rolundan istifadə, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ konfliktinin həlli yolları barədə fikir mübadiləsinə həsr olunub.
    25.06.10 Məqaləni oxumaq
     
    TQDK: “Attestat alan abituriyentlər attestatda əks olunmuş məlumatları təsdiq etdirməlidirlər”
    Cari ildə attestat alan abituriyentlər elektron ərizəsini təsdiq etdirdiyi Sənəd Qəbulu Komissiyasında attestatda əks olunmuş məlumatları təsdiq etdirməlidirlər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər. Cari ildə attestat alan hər bir abituriyent (ümumi təhsil müəssisələrini 2010-cu ildə bitirən abituriyentlər və ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirib attestat ala bilməyən, lakin cari ildə buraxılış imtahanına buraxılan abituriyentlər) müəyyən edilmiş vaxtda “İmtahana buraxılış vərəqə”sini əldə etmək üçün təhsil haqqında sənədinin seriyasını, nömrəsini və verilmə tarixini, fənlər üzrə attestat qiymətlərini elektron ərizəsinə daxil etməlidirlər. Attestatı elektron ərizəsini təsdiq etdirdiyi Sənəd Qəbulu Komissiyasına təqdim edib attestatda əks olunmuş məlumatları təsdiq etdirməlidir. Yalnız bundan sonra abituriyentlər müəyyən edilmiş vaxtda “İmtahana buraxılış vərəqə”sini çap edə biləcəklər.
    24.06.10 Məqaləni oxumaq
     
    PA-nın şöbə müdiri: “Azərbaycanda şəffaf, demokratik, ədalətli parlament seçkiləri keçiriləcək”
    Seçkidən əvvəl mütamadi olaraq bəzi siyasi partiyalar, yaxud siyasi partiya funksionerləri həqiqətə uyğun olmayan, seçki haqqında ictimai rəyi çaşdıran, beynəlxalq ictimaiyyətdə Azərbaycan seçkiləri haqqında mənfi rəy formalaşdıran fikirlər səsləndirirlәr. Açığını deyim ki, biz, bunlardan çox məyus oluruq. Çünki bu cür sözlər seçki praktikasının təkmilləşdirilməsi və Azərbaycanda seçki institutlarının fəaliyyətininin formalaşdırılması ilə uyğunsuzluq təşkil edir. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Prezident Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov söyləyib. Belə fikirlərin heç bir əsasının olmadığını diqqәtə çatdıran Ə.Həsənov bildirib ki, Seçki Məcəlləsinə uyğun olaraq, beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində Azərbaycanda şəffaf, demokratik, әdalәtli parlament seçkiləri keçiriləcək. “Seçkilərdə iştirak etmək istəyən hər bir namizədin, siyasi partiyanın, ictimai qurumun hüquqları təmin olunacaq. Seçki prosesinin şəffaflığının təmini üçün bütün müşahidə institutlarının, müşahidə aparan qrupların fəaliyyətinə tam şərait yaradılacaq, seçicilərlə seçilənlər arasında tam şəffaf münasibətlər qurulacaq”,-deyə Ə.Həsənov vurğulayıb.
    24.06.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « İyun.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930